Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-515/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı «müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və pul tələbi» barədə ilkin iddiasına, Cavabdeh1 İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 oktyabr 2*22-ci il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı birgə nikah dövründə əldə olunmuş avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobilin texniki şəhadətnamələrinin ləğv edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması, avtomobilin dəyərinin ½ hissədə bölünərək ona verilməsi və əldən çıxmış fayda qismində 12.*** manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 28 noyabr 2*22-ci il tarixdə isə Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə «AccessBank» qapalı səhmdar cəmiyyəti ilə bağlanmış müqavilə üzrə 2*21-ci ilin may ayından ödədiyi 28.868 manat pulun ½ hissəsinin qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, ilkin iddia üzrə Cavabdeh2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Tovuz Regional QİTBŞ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi və ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə hazırlıq iclasına təkrar gəlmədiyinə, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyinə görə ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.*.6 və 259.*.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.*.6-ci maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxıdlmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 17*.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.*.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 17*-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin İddiaçı tərəfindən ödənilmiş 3* manat məbləğində dövlət rüsumu (tarix:27.1*.2*22; əməliyyat İD:99188454; qəbzin nömrəsi:6*36; terminal nömrəsi: K*183*12; GPP qəbz nömrəsi: 99622*563) dövlət büdcəsindən ilkin İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 83 manat məbləğində dövlət rüsumu (tarix:25.11.2*22; mədaxil qəbz nömrəsi: 1*1496*736) dövlət büdcəsindən qarşılıqlı iddiaçı Cavabdeh1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı «müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və pul tələbi» barədə ilkin iddia ərizəsi, Cavabdeh1 İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 3* (otuz) manat məbləğində dövlət rüsumu (tarix:27.1*.2*22; əməliyyat İD:99188454; qəbzin nömrəsi:6*36; terminal nömrəsi: K*183*12; GPP qəbz nömrəsi: 99622*563) dövlət büdcəsindən ilkin İddiaçı qaytarılsın. Ödənilmiş 83 (səksən üç) manat məbləğində dövlət rüsumu (tarix:25.11.2*22; mədaxil qəbz nömrəsi: 1*1496*736) dövlət büdcəsindən qarşılıqlı iddiaçı Cavabdeh1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-515/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-515/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver