Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5180/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd olunan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 7576,9 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 20467,64 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx xxxxxx 1970-ci il, doğulduğu yer – Azərbaycan, Gəncə, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan 2 nömrəli Gəncə Peşə Məktəbinin (VÖEN: **********) dövlət büdcəsinə 5471,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 4876,19 manat, faizlər üzrə 604,73 manat), 3 nömrəli X3 (VÖEN: **********) dövlət büdcəsinə 2104,98 manat məbləğində (o cümlədən, vergilər üzrə 2057,65 manat, faizlər üzrə 47,33 manat), Dövlət Sosial Müdafiə Fonduna 20467,64 manat olmaqla, ümumilikdə 28044,54 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********620600 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********083300 qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, qeydiyyat **********481300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çoxluğu nəzərə alınaraq işə ərizəçinin iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə 3 nömrəli X5, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” Publik hüquqi şəxsi yaradılmışdır. Hazırkı publik hüquqi şəxsin direktorudur, əvvəlki hüquqi şəxslərin də direktoru olmuşdur. Bu ilin fevral ayında həmin müəssisəyə dair reyestrdən çıxarış verilmişdir. Vergi İdarəsinə məktub yazmışlar, lakin VÖEN-ləri ləğv etməmiş vergiyə müraciət etmişlər. Hazırda həmin borcun aradan qaldırılması ilə bağlı işlər görülür. Odur ki, mraqlı şəxs bununla bağlı onlara bir az vaxt verilməsini xahiş etdi. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, maraqlı şəxsi dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumatlardan görünür ki, 3 nömrəli X4 orta texniki və peşə təhsili fəaliyyəti ilə məşğul olmaq üçün 17 noyabr 2004-cü il tarixdə vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatdan keçmişdir, rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş, hüquqi şəxs haqqında məlumatlardan görünür ki, 2 nömrəli Gəncə Peşə Məktəbi orta texniki və peşə təhsili fəaliyyəti ilə məşğul olmaq üçün 17 noyabr 2004-cü il tarixdə vergi ödəyicisi kimi 2 nömrəli Gəncə Peşə Məktəbinin (VÖEN: **********) qeydiyyatdan keçmişdir, rəhbəri Maraqlı şəxsdur. 19 aprel 2024-cü il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, ərizəçi tərəfindən vergi borcunun ödənilməsi barədə 3 nömrəli X3 rəhbəri Maraqlı şəxs xəbərdarlıq edilmişdir. 22 aprel 2024-cü il tarixli, **********3 nömrəli bildirişdən görünür ki, ərizəçi tərəfindən vergi borcunun ödənilməsi barədə 3 nömrəli X3 rəhbəri Maraqlı şəxs xəbərdarlıq edilmişdir. 22 aprel 2024-cü il tarixli, **********2 nömrəli bildirişdən görünür ki, ərizəçi tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsi barədə 3 nömrəli X3 rəhbəri Maraqlı şəxs xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş, həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs xx xxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Atatürk prospekti 237, ev 8, mənzil 19 ünvanında qeydiyyatdadır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən verilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.20240-cü il tarixli, **********038400 nömrəli xəbərdarlıqdan görünür ki, Maraqlı şəxs 3 nömrəli X3 (VÖEN: **********) vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə 24815,97 manat və 2 nömrəli Gəncə Peşə Məktəbinin (VÖEN: **********) vergi üzrə 5987,85 manat olmaqla, cəmi 30803,82 manat borcunun 15 gün müddətində ödənilməsi barədə barədə xəbərdarlıq edilmiş, əks təqdirdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Yazışmalar barədə hesabat iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 2 nömrəli Gəncə Peşə Məktəbinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu və müvafiq vergi borcu mövcuddur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3560/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə 3 nömrəli X4 tərəfindən dövlət büdcəsinə vergi borcu tam ödənildiyi və icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığı üçün ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsasında onun Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs tərəfindən təqdim edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin 3-29/3-2-668F/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə əmri ilə 3 nömrəli X5, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək, onların bazasında “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” publik hüquqi şəxsinin yaradılması, “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” publik hüquqi şəxsinin nizamnaməsinin təsdiq edilməsi, 3 nömrəli X5, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbinin balansında olan əmlakın “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” publik hüquqi şəxsə verilməsi, Peşə Təhsili üzrə Dövlət Agentliyi (C.Kərəmov) bu əmrin icrasından irəli gələn məsələlərin həllini təmin etməsi, əmrin icrasına nəzarətin nazir müavini İdris İsayevə həvalə edilməsi əmr edilmişdir. “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsindən görünür ki, nizamnamə Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-668F/2023 nömrəli əmri ilə təsdiq edilmiş, ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********879900 nömrəli publik hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” publik hüquqi şəxsi (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır, qanuni təmsilçisi Maraqlı şəxsdur. xx.xx.2024-cü il tarixli, 86 və 87 nömrəli müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinə “Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi” publik hüquqi şəxsin direktoru kimi maraqlı şəxs tərəfindən ünvanlanmış sorğularda borcun aradan qaldırılması üçün borcun tam olaraq hansı vaxta yarandığı və nədən qaynaqlandığı haqqında direktor kimi maraqlı şəxsə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 17.1.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-5.1-ci maddəsinə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 217.4-ci məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, hazırda "Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi" publik hüquqi şəxsin icra orqanının rəhbəri vəzifə səlahiyyətlərinə əsasən dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borcların ödənilməsini təmin etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi "Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi" publik hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getməsi ilə vergi borcunun ödənilməsinə maneələr yarana bilər, bu isə öz növbəsində vergi borcunun ödənilməsinin mümkünsüz olması və ya uzun müddət ödənilməmiş qalması ilə nəticələnə bilər. Odur ki, ərizə təmin edilməli, Dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini və Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsini təmin etmək üçün "Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi" publik hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi ödəyicisi olan, xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-nin 355-7.4-ci maddəsinə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini və Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsini təmin etmək üçün "Ticarət və Xidmət üzrə X6 Təhsil Mərkəzi" publik hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi ödəyicisi olan, xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5180/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5180/2024
11.09.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver