Məhkəmə qərarları › İş №2(125)-531/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-531/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-531/2023 15.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «etibarnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı etibarnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Gəncə şəhəri 2 saylı Notariat ofisinin 19 dekabr 2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 onun bacısı X1 oğludur. Cavabdeh1 uşaq yaşlarından onun yanında böyümüş, daim ona hörmət etmiş və buna görə də o, O.A.Cəfəzadəni öz övladı kimi sevmişdir. Hətta o, nikaha girmədiyinə və övladı olmadığına görə sonradan öz əmlakını O.A.Cəfəzadəyə verməyi də düşünmüşdür. Lakin Cavabdeh1 və Cavabdeh2 onun etibarından sui-istifadə edərək, onun mülkiyyətində olmuş Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili ələ keçirmişlər. Belə ki, o, qeyd olunan mənzili icarəyə vermək istədiyindən O.A.Cəfəzadədən icarədar tapmasını xahiş etmişdir. Bundan bir müddət sonra Cavabdeh1 icarədar tapdığını ona bildirmiş və Cavabdeh2 ona təqdim etmişdir. Həmin vaxt Cavabdeh1 Cavabdeh2 Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili aptek işlətmək üçün icarəyə götürdüyünü, qeyd olunan səbəblərdən də sənədləşmə işlərinin Bakı şəhərində tamamlanmalı olduğunu demiş və sənədləşmə işlərinin icrası üçün Cavabdeh2 etibarnamə vermək lazım olduğunu izah etmişdir. Buna görə də o, Cavabdeh2 adına etibarnamə verməyə razılaşmış və 12 dekabr 2*19-cu il tarixdə notariat ofisinə gedərək, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilinə dair Cavabdeh2 adına etibarnamə vermişdir. Onun mülkiyyətində olan mənzili Cavabdeh1 bağışlamaq məqsədi olsa idi bunun üçün Cavabdeh2 etibarnamə vermək əvəzinə, Cavabdeh1 ilə bağışlama müqaviləsi bağlayardı. Lakin həmin etibarnamə verilərkən ona hüquq və vəzifələri, eləcə də onun verdiyi etibarnamə əsasında Cavabdeh2 Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili üçüncü şəxsə bağışlaya biləcəyi izah olunmuşdur. Buna görə də Cavabdeh2 verilmiş etibarnaməyə imza edərkən, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili bağışlama səlahiyyətini Cavabdeh2 verəcəyi ona məlum olmuşdur. Lakin Cavabdeh1 ona və eləcə də öz doğma anası, yəni onun bacısı X2 qarşı hörmətsizlik edəcəyini ehtimal etməmişdir. Belə ki, Cavabdeh1 Günel adlı xanımla nikaha girdikdən sonra ona və öz anasına qarşı maddi və mənəvi qayğıdan uzaqlaşmış, Günel xanım ona və Cavabdeh1 anası X2 qarşı fiziki zor tətbiq etməklə, onlara xəsarətlər yetirmişdir. Hazırda o, O.A.Cəfəzadənin anasının da bütün maddi xərclərini ödəyir və hətta dərmanlarını da alır. Əgər Cavabdeh1 ona və öz anasına qarşı qeyd olunan tərzdə münasibət göstərməsə, Cavabdeh1 arvadı Günel xanım onlarla mehriban əlaqə saxlasa idi o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmazdı. Bundan başqa, o, etibarnamə verilərkən onun mülkiyyətində olan əmlakın bağışlanması səlahiyyətinin Cavabdeh2 ötürülməsinin notariat ofisinin əməkdaşları tərəfindən izah olunduğunu məhkəmə iclasında şifahi qaydada bildirsə də, bu barədə verdiyi ərizəsinin nəzərə alınmasını istəmir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə məhz İddiaçı iradəsinə uyğun olaraq keçmişdir. Belə ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd olunan əmlaka dair Cavabdeh2 adına etibarnamə verərkən Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili bağışlama səlahiyyətinin Cavabdeh2 ötürüldüyünün ona məlum olduğunu bildirmişdir. Həmçinin İddiaçı öz izahatlarında Cavabdeh1 arvadı Günel xanımın mehriban münasibətdə olacağı halda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Qeyd olunan xüsusatlar isə etibarnamənin və bağışlama müqaviləsinin İddiaçı öz müstəqil iradəsinin nəticəsi olduğunu göstərir. Buna görə də iddia təmin edilməməlidir. Sonda Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və Cavabdeh1 nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 25 yanvar 2*21-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 23 saylı evin 32 saylı mənzil Gəncə şəhəri 2 saylı notariat kontorunun 15.*1.2*2*-ci il tarixli 4Ə-21 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X1 etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən Cavabdeh1 bağışlanmışdır və ona 17.*1.2*2*-ci il tarixli 152***26*4 qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 31.*1.2*2*-ci il tarixli 1*-MGZ2-1-*-69-2* saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Gəncə şəhər 2 saylı notariat ofisinin 19.12.2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır və ona 15.*1.2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan İddiaçı adına verilmiş 15938 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzil XDS İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli 16 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan 19 dekabr 2*19-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş əqdləri, o cümlədən almaq, satmaq, pulunu almaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan 19 dekabr 2*19-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı əvəzinə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Cavabdeh1 bağışlamışdır. İşdə olan 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş *3 fevral 2*23cü il tarixli ərizədən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair etibarnaməyə imza edərkən, Cavabdeh2 həmin mənzili bağışlamaq səlahiyyətinin verildiyi notariat ofisinin əməkdaşları tərəfindən ona izah edilmişdir. İşdə olan 14 fevral 2*23-cü il tarixli ərizədə İddiaçı göstərmişdir ki, *3 fevral 2*23-cü il tarixli ərizə onun iradəsinə uyğun deyildir və buna görə də nəzərə alınmamalıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili XDS İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli 16 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilini idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş əqdləri, o cümlədən almaq, satmaq, pulunu almaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 12 dekabr 2*19-cu il tarixli AR-İ seriyalı 85**16 nömrəli etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. Cavabdeh2 isə İddiaçı əvəzinə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 həmin mənzilə mülkiyyət hüququ 15 yanvar 2*2*-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1519*27425 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə İddiaçı *3 fevral 2*23-cü il tarixli ərizənin onun iradəsinə uyğun olmamasına və buna görə də nəzərə alınmamasına dair 14 fevral 2*23-cü il tarixli ərizəsində göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı 14 fevral 2*23-cü il tarixli ərizəsində göstərdiyi həmin hallar onun öz iradəsinə uyğun olaraq, *3 fevral 2*23-cü il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizənin nəzərə alınmaması üçün əsas deyildir. Belə ki, İddiaçı həmin ərizənin nəzərə alınmamasını məhkəmədən xahiş etsə də, *3 fevral 2*23-cü il tarixli ərizəsində qeyd olunanları 15 fevral 2*23-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şifahi olaraq bir daha təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*6.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1 və 362.2-ci maddələrinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qanunvericilikdə bağışlama müqaviləsinin təmsilçi vasitəsilə bağlanmasını məhdudlaşdıran hər hansı norma mövcud deyildir. Bu baxımdan mübahisə predmeti olan müqavilənin təmsilçi vasitəsi ilə bağlanması onun etibarlılığına təsir etmir. Digər tərəfdən istər məhkəmə iclasında İddiaçı tərəfindən verilmiş izahatdan, istərsə də *3 fevral 2*23-cü il tarixli ərizədən Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair etibarnaməyə imza edilərkən, Cavabdeh2 həmin mənzili bağışlamaq səlahiyyətinin verildiyinin notariat ofisinin əməkdaşları tərəfindən İddiaçı izah edildiyi, həmin etibarnamə ilə daşınmaz əmlakı bağışlamaq səlahiyyətinin Cavabdeh2 ötürüldüyünün İddiaçı əvvəlcədən məlum olduğu müəyyən edilir. Həmçinin İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 və sonuncunun arvadının ona və onun bacısına qarşı davranışları ilə əlaqədar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qaldıqlarını bildirmişdir. Qeyd olunan xüsusatlar isə İddiaçı tərəfindən 12 dekabr 2*19-cu il tarixli AR-İ seriyalı 85**16 nömrəli etibarnamənin verilməsi zamanı onun iradəsinin zədələnməsinə dəlalət edən hər hansı halın olmadığını göstərir. Həmçinin etibarnamə verilərkən Cavabdeh2, dolayısı ilə Cavabdeh1 iddiaçını aldatması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Bundan başqa, «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2*22-ci il tarixli *2/2*22 nömrəli Qərardadının 56-cı bəndində məhkəmələrə izah edilmişdir ki, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Buna görə də məhkəmə hazırda qanuniliyi mübahisələndirilən 15.*1.2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair 19.12.2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən verilməsini nəzərə alaraq, həmin əqdin etibarlılığının yoxlanmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal edilir. Həmin Məcəllənin 668.1.1-668.1.5-ci maddələrinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2**4-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. «N.Əsədovanın şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin yaranmasının ilkin şərti iradə ifadəsi ilə yanaşı, belə iradə ifadəsinin notariat qaydasında təsdiq olunmuş müqavilədə ifadə olunmasıdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə olunmuş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Bundan başqa, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərə dair nəzərdə tutulmuş ümumi müddəaların, istərsə də daşınmaz əmlakın bağışlamasına dair xüsusi müddəaların tələbi baxımından yanaşıldıqda iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Həmçinin iddiaçı cavabdehlə müqavilə bağlanarkən qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını əsaslandıra və sübut edə bilməmişdir. Bununla da məhkəmə tədqiqi zamanı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair 19.12.2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunmasına dəlalət edən hər hansı hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «etibarnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi» barədə iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «etibarnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi» barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar