Məhkəmə qərarları › İş №2(125)-5411/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5411/2023

20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5411/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və "xxxx" X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və "xxxx" KB ASC cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Notariat ofisinin 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.*7.2*21-ci il tarixdə bağlanmış **7mki/21 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 12* ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə yüklü edilmişdir. İcbari tibbi sığortadan istifadə etmək istəyərkən şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olduğu aşkar olunmuşdu. Şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olmasına səbəb Gəncə İnzibati Məhkəməsinin 17.*4.2*23-cü il tarixli, 2-1(114)-1553/2*23 saylı qərarı ilə Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 12*-dən qeydiyyatdan çıxarılması olmuşdur. Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 16.*3.2*22-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evinə tutma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Ona görə də, məhkəmədə həmin icra qeydinin ləğv edilməsinə dair iddia qaldırır. İddia tələbinin əsaslı olmasını təsdiq edən xüsusatlar aşağıdakılardan ibarətdir. İlk öncə məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehdən vəkil sorğusu əsasında 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 reyestrlə təsdiq olunmuş icra qeydi işinin içərisində olan sənədlərin təsdiq edilmiş surətlərini almışdır. İcra qeydi işinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olunur ki, icra qeydinin verilməsinin hüquqi əsası 17.*7.2*21-ci il tarixli, **7mki/21 nömrəli ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd və icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəd olmuşdur. Qeyd olunan sənədlərlə icra qeydi verilməsi kobud pozuntudur. 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəa yoxdur. Həmin müqavilənin 7.1-ci maddəsində göstərilir ki, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Belə çıxır ki, notarius icra qeydi verərkən o qənaətə gəlib ki, tərəflər arasında mübahisə yoxdur. Onda belə bir sual yaranır. Notarius tərəflər arasında mübahisə olmamasına hansı əsasla gəlmişdir. Sənədlərlə, yoxsa şəxsi mülahizələri ilə. Cavab sadədir - şəxsi mülahizələri ilə. Çünki, icra qeydi işində bununla bağlı olaraq hər hansı sənəd yoxdur. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə bağlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 17*-1-ci bəndlərinin tələblərinə riayət etməli idi. İcra qeydinin verilməsinə əsas olmuş bildirişlərin məzmunu notariusun gözündən qaçmışdır. İcra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində göstərilir ki, borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd olunan bildirişdən açıq-aşkar görünür ki, ipoteka predmeti ilə bağlı notarius icra qeydi verə bilməz. Çünki, 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsinin 1.1-ci maddəsində göstərilir ki, ipoteka predmeti Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12*-dir. İcra qeydi işinin 18-ci səhifəsində olan İddiaçı ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.*4.2*22-ci il tarixli bildirişdə borc öhdəliyinin 21 gün ərzində icra edilməməsinə görə icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bildirişin 6-cı abzasında göstərilir ki, “borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında yerləşən *,*5168 ha torpaq sahəsi və onun üzərində yerləşən 112,5 kv.m sahəsi olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduru başlanılacaqdır. Göründüyü kimi, icra işində olan bildirişlərlə icra qeydinin verilməsi qeyri-mümkündür. İcra işində olan İddiaçı adına ünvanlanan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ona çatmamışdır. Həmin bildirişin ona çatmamasını icra işində 11-ci səhifəsində olan ərizə və 17-ci səhifəsində olan poçt sənədi təsdiq edir. Belə ki, 11-ci səhifədə olan 223318***58*2 saylı ərizəyə əlavə olunmuş sənədlər siyahısının 5 və 7-ci bəndlərində bildirişin sifarişli poçtla göndərilməsi göstərilir. Əslində isə göndərilməsi yox, çatmasını təsdiq edən sənədi əlavə etməli idi. Elə bir sənəd isə iş materiallarında yoxdur. İcra işinin 17-ci səhifəsində olan poçt sənədində isə heç bir imza yoxdur. “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyənedən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Məhkəmə gedişi ərəfəsində X5 və "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və icra qeydinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X5 iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, ipoteka ilə yüklü edilmə onun "xxxx" KB ASC-dən aldığı kreditə görədir, lakin ona məlumat verilmədən, heç bir bildiriş göndərilmədən icra qeydi çıxarılmışdır. Halbuki, banka olan kredit borcu onun əmək haqqına yönəldilə bilər. Banka olan borcunu tam ödəməsə də vaxtilə kredit borcundan müvafiq ödənişlər etmişdir. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, X5 tərəfindən 25*** manat məbləğində kredit götürülübdür, icra qeydindən həm iddiaçı, həm də borcalan məlumatlı olub, qanunla müəyyən edilmiş qaydada iddiaçıya bu barədə rəsmi sənəd göndərildikdən sonra icra qeydi icraya yönəldilibdir, bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş üzrə cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və üçüncü şəxsləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan, "xxxx" KB ASC (bank) ilə X5 (borcalan) arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank borclana 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 25*** manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC (kreditor-ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X1* küçəsi ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən 112,5 kv.m sahəli fərdi yaşayış evini yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 17.*2.2*22-ci il maliyyə arayışından görünür ki, X3 həmin kredit müqaviləsi üzrə bank qarşısında əsas kredit borcu üzrə 23237,87 manat, faiz borcu üzrə 914,5* manat, cərimə borcu üzrə 33,83 manat olmaqla, cəmi 24186,2* manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2*1*11***3121-1*3*1 reyestr nömrəli, 25.*7.2*21-ci il qeydiyyat tarixli, 1521*2*391 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, X1* küçəsi, 12* ünvanında, istifadədə olan *,*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.metr olan fərdi yaşayış evi 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı kredit müqaviləsi üzrə (məbləği 75*** manat) 17.*7.2*21-17.*7.2*31 il müddətinə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən 17.*2.2*22-ci il tarixli bildiriş tərtib edilərək, X4 Bank qarşısında yaranmış borcunu 2* gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləğinə dair notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan *68814 nömrəli, 18.*2.2*22-ci il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş X3 yaşadığı Gəncə şəhəri, X8 küçəsi, ev 12* ünvanına göndərilmiş, bildiriş 24.*2.2*22-ci il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən 17.*2.2*22-ci il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış borcu 21 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan *68815 nömrəli, 18.*2.2*22-ci il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı Gəncə şəhəri, X8 küçəsi, ev 12* ünvanına göndərilmiş, bildiriş 24.*2.2*22ci il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə “bildirişin qeydə alınmasına dair” ərizə ilə müraciəti əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsi və 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borcluların banka 23237,87 manat əsas borcu, 914,5* manat faiz borcu, 33,83 manat cərimə borcu olmaqla, cəmi 24186,2* manat məbləğində kredit borcu vardır. Qeyd olunanları nəzərə alaraq, ipoteka predmeti olan Gəncə şəhəri, X1* küçəsi ev 12* ünvanında, istifadədə olan *,*5168 ha torpaq sahəsində yerləşən 112,5 kv.m sahəli fərdi aşayış evinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılması xahiş edilmişdir. 1 saylı X11 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 16.*3.2*22-ci il tarixli, 8İ- 58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "Unibank” KB ASC-nin tələbi ilə borc alan X2 ipoteka qoyan İddiaçı məxsus, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X1* küçəsi ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23237.87 manat əsas borc, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu və icra qeydinin aparılması üçün bank tərəfindən ödənilmiş 25.** manat dövlət rüsumu olmaqla cəmi tutulmalı məbləğ 24211.2* manat təşkil edir). 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 16.*3.2*22-ci il tarixli, 696 nömrəli məktubundan görünür ki, həmin Notariat ofisində 16.*3.2*22-ci il tarixdə təsdiq olunmuş 8İ-58*3 reyestr ilə qeydə alınmış icra qeydi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" KB ASC 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsi, o cümlədən borcalan X5 ilə bank arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 25*** manat kredit verilmiş, eyni zamanda sözügedən fərdi yaşayış evi iddiaçı tərəfindən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini 9* gündən artıq müddət ərzində icra etmədiyindən, bank qarşısında 24186,2* manat borcu yaranmışdır. Bank tərəfindən 18.*2.2*22-ci il tarixdə borcalana yaranmış borc öhdəliyini 2* gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmçinin bank tərəfindən ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin borcalan və ipoteka qoyan tərəfindən verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra "xxxx" KB ASC borcalanın kredit müqaviləsindən irəli gələn borcunun tutmanın ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Notariat ofisi tərəfindən 16.*3.2*22-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Həmçinin, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, "xxxx" KB ASC icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 2* gün əvvəl borcluya tələbin icra edilmədiyi halda tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı bank notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, icra qeydinin verilməsi üçün qanunvericikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur. Belə ki, icra qeydinin verilməsi üçün ən vacib şərt borcun mübahisəsiz olmasıdır. Məhkəmə qeyd edir ki, "xxxx" KB ASC ilə X5 arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsinə əsasən M.İsmayılovun müqavilənin qüvvədə olduğu müddət ərzində 23237.87 manat əsas borcu, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu borcu olmaqla, cəmi 24186,2* manat məbləğində ödəməli olması, habelə iddiaçının və üçüncü şəxs qismində cəlb edilmiş borcalanın hazırkı məhkəmə iclasılarında bu halı inkar etməməsi icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Başqa sözlə, iş materiallarından da məlum olur ki, icra qeydi verilən vaxtı borcalan kredit müqaviləsi üzrə borcunu tam ödəməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, "xxxx" KB ASC icra qeydinə əsasən borcludan və ipoteka qoyandan 23237.87 manat əsas borc, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu borcu olmaqla, cəmi 24186,2* manat borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Digər bir şərt isə tələbin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti çərçivəsində irəli sürülməsidir ki, iş materiallarından da göründüyü kimi, müqavilə 23.*7.2*21-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır ki, bu halda müqavilənin qüvvədə olma müddəti hələ başa çatmamış icra qeydi aparılmışdır. Bütün bunlarla yanaşı, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni, bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyil. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən vəzifəni icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə ipoteka qoyana müvafiq məlumatı göndərmişdir, həmin bildirişlərin sözügedən ünvandan “ünvanda yaşamır” qeydi ilə geri qaytarılması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Digər tərəfdən, həm ipoteka qoyan iddiaçı, həm də borcalan üçüncü şəxs hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmalarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Həmçinin, kredit müqaviləsi üzrə borcun olduğunu inkar etməyən iddiaçı və borcalanın icra qeydindən əvvəl borclarının olmasından xəbərsiz olmalarını məhkəmə inandırıcı hesab etmir. Beləliklə, iş materiallarında icra qeydinin qanuni aparılmasını istisna edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, icra qeydi qanuni olduğundan ləğv edilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunmadığından, Mülki Prosessual Məcəllənin (MPM) 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və "xxxx" KB ASC cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar