Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5441/2023 27.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Törəmə Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında sudan istifadəyə görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il, 2022-ci il və 2023-cü illər üzrə yaranmış 899,88 manat borc məbləğindən üç nəfərə aid olan hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hesablanmış 899,88 manat borcdan 674,91 manatın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunmasından sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanında məskunlaşmışdır. Əri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Sözügedən mənzildə yaşadıqları müddətdə istifadə etdikləri kommunal xidmətlərə görə yaranmış borclar 2016-cı ilin sonlarına qədər Dövlət Qaçqınların və X21 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Himayəsində olan övladları X12 2007-ci ildən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Qəhrəman Əsgərov 14də, X9 2009-cu ildən ünvan 2 ünvanında, X13 2013-cü ildən hazıra qədər Gəncə şəhəri, Gülüstan qəsəbəsi Avtozavodun yataqxanasında yaşayırlar. ünvan 1-da iddiaçıdan başqa qeydiyyatda olan heç kim yoxdur. Buna baxmayaraq “Gəncə Sukanal” TSC tərəfindən ona təqdim edilmiş abonent kartında su sərfiyyatına görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020ci il, 2021-ci il, 2022-ci il və 2023-cü illər üzrə ümumilikdə 899,88 manat məbləğində borc yazılmışdır. Ərizəsində göstərdiyi faktlar onu göstərir ki, evdə tək özü yaşamağına baxmayaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə Gəncə Sukanal TSC-i tərəfindən ona məxsus ünvana ailə tərkibi dörd nəfər göstərilməklə ərizəsi təqdim edildiyi günə qədər 899,88 manat sudan istifadə və tullantı sularının axıdılmasına dair borc hesablanmışdır. O, mülkiyyətçi olaraq hesablanmış 899,88 manat borcun ona aid olan bir qismini, yəni 224,97 manatı qəbul edir, lakin hesablanmış 674,91 manat borcu qəbul etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, övladları ailə həyatı qurmuşlar, qeyd etdiyi illər üzrə ailə tərkibi 4 nəfər yazılsa da, mənzildə ancaq 1 nəfər - özü yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ilə 2014-cü ildə müqavilə bağlanıb, 2017-ci il fevralın 24-də məcburi köçkünlər üçün müəyyən edilmiş müavinətlər ləğv edilib, iddiaçı həmin mənzildə yalnız özünün qeydiyyatda olması barədə arayış verməyibdir, 2017-ci ilin yanvar ayından etibarən ailə tərkibi dörd nəfər olaraq qeydə alınmaqla borc hesablanmışdır. Ödəniş edilmədiyindən iddiaçının istehlak borcu yaranmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********160 kimi qeyd edilən İddiaçı məxsus abonent kartlarından görünür ki, **********160 abonent kodu Gəncə şəhəri, DOS- 84, ev 3, 16 nömrəli mənzildə yaşayan İddiaçı məxsusdur. Həmin mənzilin su və çirkab su xidmətinə görə abonent hesabına 2014-cü, 2015-ci və 2016-cı illər üçün illik qalıq borc 0 manat; 2017-ci il üçün illik qalıq borc 101,25 manat; 2018-ci il üçün illik qalıq borc 111,15 manat; 2019-cu il üçün illik qalıq borc 109,35 manat; 2020-ci il üçün illik qalıq borc 114,3 manat; 2021-ci il üçün illik qalıq borc 194,73 manat; 2022-ci il üçün illik qalıq borc 215,1 manat; 2023-cü il üçün illik qalıq borc 54 manat hesablanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Qamışlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 176 nömrəli arayışdan görünür ki, X1 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin daimi qeydiyyatındadır, Qamışlı kənd sakinidir, 2013-cü ildən hazıradək Gülüstan qəsəbəsi, Avtozavodun yataqxanasında məskunlaşıb yaşayır. Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Qamışlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 177 nömrəli arayışdan görünür ki, X2 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin daimi qeydiyyatındadır, Qamışlı kənd sakinidir, 2007-ci ildən hazıradək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Qəhrəman Əsgərov 14 ünvanında məskunlaşıb yaşayır. Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Dəllər qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 375 nömrəli arayışdan görünür ki, X9 2009-cu ildən ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Orucova (Xəlilova) Aysel İmanverdi qızının aralarında olan nikah xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsində 620 nömrəli akt qeyd ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X8 aralarında olan nikah xx.xx.2010-cu il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 476 nömrəli akt qeyd ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 aralarında olan nikah xx.xx.2018-ci il tarixdə pozulmuş, kişiyə “Əfəndiyev”, qadına “Xəlilova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC-də **********160 abonent kodu ilə qeydə alınmış Gəncə şəhəri, DOS-84, ev 3, 16 nömrəli mənzildə İddiaçı yaşayır. İddiaçının qızları olan X12 2007-ci ildən, X9 2009cu ildən və Orucova (Xəlilova) Aysel İmanverdi qızı 2013-cü ildən ailə quraraq daimi yaşamaq üçün başqa ünvanlara köçmüşlər. Həmin vaxtdan, yəni 2013-cü ildən bəri İddiaçı Gəncə şəhəri, DOS-84, ev 3, 16 nömrəli mənzildə tək yaşayır. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin ünvanın abonentinə sayğacın quraşdırıldığı tarixədək 4 nəfər ailə tərkibinə görə sudan istifadəyə və çirkab su xidmətinə görə borc hesablanmışdır. Məhkəmə iclasında tərəflərin izahatları və abonent kartı ilə müəyyən edildi ki, məcburi köçkünlər üçün müəyyən edilmiş müavinətlər ləğv edildiyi vaxtdan – 2017-ci ilin yanvar ayından su sayğacının quraşdırıldığı xx.xx.2023-cü il tarixədək ünvan 7 ünvanına sudan istifadəyə və çirkab su xidmətinə görə 4 nəfər ailə tərkibi üçün 899,88 manat borc hesablanmışdır. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, ünvan 7 ünvanda yerləşən mənzili su ilə təmin edən su xəttinə 23012120 nömrəli sayğc quraşdırılmışdır. Hazırda, abonent kodu **********160 olan, ünvan 7 ünvanda yerləşən mənzildə yaşayan iddiaçı məhkəməyə müraciət edərək, ona məxsus mənzilə quraşdırılmış 23012120 nömrəli sayğaca 2017-ci il tarixdən sayğac quraşdırıldığı tarixədək cavabdeh "xxxx" ASC Gəncə Sukanal TSC tərəfindən 4 (üç) nəfər ailə tərkibi göstərilməklə hesablanmış 899,88 manat borcun, həmin mənzildə qeyd edilən dövrdə faktiki olaraq bir nəfər yaşadığına görə borcun da bir nəfər üçün müəyyən edilməsini və buna görə də hesablanmış borcun 3/4 hissəsinin, yəni 674,91 manat hissəsinin silinməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı, sözügedən mənzildə 2013-cü ildən sonra, həmçinin 2017-ci ildən etibarən iddiaçı tək yaşamışdır. Həmin ünvanda 2017-ci ildən sonra iddiaçı ilə birlikdə onun üç qızı yaşamadıqları halda, (onların həmin mənzildə pasport qeydiyyatında olduqları ümumiyyətlə iş materiallarından görünmür) iddiaçının yaşadığı mənzilə sudan istifadəyə və çirkab su xidmətinə görə cavabdeh tərəfindən 4 nəfər ailə tərkibi üçün borc hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, 2017-ci ildən sayğacın quraşdırıldığı tarixədək iddiaçının yaşadığı, abonent kodu **********160 olan mənzili su ilə təmin edən su xəttinə quraşdırılmış 23012120 nömrəli sayğaca hesablanmış 899,88 manat borc, həmin mənzildə qeyd edilən dövrdə faktiki olaraq bir nəfər yaşadığına görə borc da bir nəfər üçün müəyyən edilməli, buna görə də hesablanmış həmin borcun 3/4 hissəsi, yəni 674,91 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu **********160) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC tərəfindən hesablanmış 899,88 manat məbləğində borcun 674,91 (altı yüz yetmiş dörd manat doxsan bir qəpik) manat hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5441/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5441/2023
27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver