Məhkəmə qərarları › İş №2(125)-5506/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5506/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5506/2023 17.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə X13 İdarəsinin TQQ və SX-i tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 030580 №li akt əsassız və qanunsuz olduğundan ləğv edilməklə və həmin Akt əsasında hesablanmış 4x24x90=cəmi 8640 m3 =1036,80 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək ifadəsində göstərmişdir ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olsa da, ünvan 2sdur. Cavabdeh Gəncə X13 İdarəsinin Xidmət sahəsinin işçiləri Şamil Əzizov, Rüfət Əliyev və A.Hüseynov tərəfindən istehlakçı İddiaçı (Abonent: **********00790 anası — X6 xx.xx.2015-ci il tarixdə vəfat edib) iştirakı olmadan (Akta bacısı X3 əri X4 tərəfindən imza edilmişdir) ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin küçə tərəfində quraşdırılmış Kod-**********00790, “İTRON” Tipli G-4 markalı, 1102AQ**********2 nömrəli sayğaca xx.xx.2022-ci il tarixdə baxış keçirilib və həmin sayğac(Qırılan plombun №-si ********) çıxarılıb, Zenner-G-4 tipli, **********8 nömrəli mexaniki sayğacla (vurulan plombun №-si ********) əvəzlənmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* №-li “Akt” tərtib edilmişdir. Cavabdeh Gəncə X13 İdarəsinin Xidmət sahəsinin işçiləri Şamil Əzizov, Rüfət Əliyev və A.Hüseynov tərəfindən istehlakçı İddiaçı iştirakı olmadan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin küçə tərəfində quraşdırılmış Kod-**********00790, “İRAN ” Tipli G-4 markalı, 1102AQ**********2 nömrəli sayğaca xx.xx.2022-ci il tarixdə baxış keçirilib və həmin sayğac(Qırılan plombun No-si ********) çıxarılıb, Zenner-G-4 tipli, **********8 nömrəli mexaniki sayğacla (vurulan plombun №si ********) əvəzlənən zaman, sayğac işlək vəziyyətdə olmaqla, heç bir qüsur halı olmamışdır. Lakin, Cavabdeh Gəncə X13 İdarəsinin rəisi Sənan Hacıyevin imzası ilə, TQQ və SX-nin rəisi Müseyib Avazov, mühəndis Cümşüd Rüstəmova və nəzarətçi-çilingər Qalıb Qarayev tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında istehlakçı İddiaçı iştirakı olmadan, xx.xx.2022-cı il tarixli 030580 №-li “Akt” tərtib edilmiş və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 030580 №-li Akt qeyd edilmişdir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli-MSK-29/1710-02523-1 №-li Aktına əsasən G-4, 1102AQ**********2 markalı sayğaca baxış keçirilmiş, element plombu tərəfindən açılmış və məlum olmuşdur ki, element qapağı alt hissəsində gövdəyə yapışqan maddə ilə yapışdırılmışdır. PQ-4 tutumlu s/q İran soban-4X24X908640 kub. metr. Eyni zamanda “Azərqaz” X5 X13 İdarəsinin ümumi məsələlər üzrə rəis müavini Süleyman Qarayevin imzası ilə xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair ona verilmiş tələbnamədə qeyd edilmişdir ki,( İstehlakçı: İddiaçı, Fəaliyyət növü əhali, Ünvan: Gəncə şəhər Vəzirov 79, Abonent kodu: **********00790, aşkar olunmuş nöqsan - “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-02523-1 №-li Akta əsasən G-4 markalı 1102A0Q**********2 №-li sayğacın “ elementi qapağı alt hissəsindən gövdəyə yapışqan maddə ilə yapışdırılıb”. xx.xx.2022-ci il tarixli ******* № -li “Akt” əsasında G-4 markalı Qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş refimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 4x24x90 “cəmi 8640 m3” 1036,80 manat ödənilməsi müəyyən olunmuşdur. Halbuki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli - MSK-29/171002523-1 No-li Aktının 88-ci siyahısında, G-4 , 1102AQ**********2 markalın Aktında qeyd edilmişdir ki, Sayğaca baxış keçirildi. Sayğac Alarm-1 rejimindədir. Element plombu tərəflərindən açıldı, məlum oldu element qapağı alt hissədən gövdəyə yapışqan maddə ilə yapışdırılıb. Sayğacın klapanı tərəflərindən mexaniki üsulla açıldı. Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2022-ci il tarixində Alaram-1 refimi aşkar olundu. Xətalar normaya uyğundur. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. qaz itkisi müdaxilə -araşdırılsın. “Azərqaz” X5 X13 İdarəsinin rəisi Sənan Hacıyevin imzası ilə, TQQ və SX-nın rəisi Müseyib Avazov, mühəndis Cümşüd Rüstəmova və nəzarətçi-çilingər Qalib Qarayev tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında istehlakçı İddiaçı iştirakı olmadan, xx.xx.2022-cı il tarixdə tərtib edilmiş, 030580 №-li “Akt”-dan göründüyü kimi, Akt qanunsuz və əsassız tərtib edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında “ Azərbaycan Respublikası Qanununu tələblərini pozulmuşdur. Belə ki, Azərqaz” X5 X13 İdarəsinin TQQ və SX-nin rəisi Müseyib Avazov,mühəndis Cümşüd Rüstəmova və nəzarətçı-çilingər Qalıb Qarayev tərəfindən araşdırılmadan “Akt” tərtib edilmişdir. Odur ki, Cavabdeh Gəncə X13 İdarəsinin TQQ və SX-i tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 030580 №li akt əsassız və qanunsuz olduğundan ləğv edilməklə və həmin Akt əsasında hesablanmış 4x24x90=cəmi 8640 m3=1036,80 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Gəncə X11 İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, İddiaçı ilə Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə MSK- 29/1710-02523-1 nömrəli aktda keçirilmiş yoxlama zamanı sayğacın elementi qapağı alt hissəsindən gövdəyə yapışqan maddə ilə yapışdırıldığı qeyd olunmuşdur. Bundan sonra sənədləşmə aparılaraq akt əsasında ünvana itirilmiş qazın bərpası üçün dəymiş ziyan müəyyənləşdirilmiş və həmin məbləğ ödənilməmiş qalmışdır. Hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Vəzirov küçəsi ev 79 xx.xx.2016-cı il tarixdə İddiaçı xüsusi mülkiyyətinə verilmiş, bu barədə daşınmaz əmlakın dövət reyestrində 115 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İşdə olan ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, cavabdehin nümayəndələrinin iştirakı ilə istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, element qapağı alt hissəsindən gövdəyə yapışqan maddə ilə yapışdırıldığı aşkar olunmuşdur. İstehlakçı İddiaçı həmin aktda imzası yoxdur. xx.xx.2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən Gəncə şəhəri, Vəzirov küçəsi,79 nömrəli evdə X1 ilə həmin evdə quraşdırılmış sayğacın istifadə müddəti bitdiyindən həmin sayğac çıxarılaraq, əvəzində yeni sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MSK MSK-29/1710-01039-1 saylı aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə RQİİ-nin Dövlət yoxlamasına aparılmış əhalinin diafraqma tipli qaz sayğaclarına xx.xx.2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə aralandığı, hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydə almadığı, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu qeyd edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 2022-ci ilin qalıq və aktlar üzrə 2022-ci ilin sentyabr ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin qanunun 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən normaların tələbləri baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz təchizatı qurğularına ziyan vuran və qurğu sahibindən icazəsiz digər qurğulardan istifadə edən istənilən şəxs qaz təchizatı qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi fiziki şəxs olan abonentin daşıması barədə müddəa yoxdur. Belə ki, İddiaçı evinə quraşdırılmış qaz sayğacına sonuncunun və ya onun ailə üzvlərinin bu və ya digər şəkildə müdaxilə etməsi barədə hallar aşkar olunmamışdır. Qaz saygacına müdaxilənin məhz iddiaçılar tərəfindən edilməsinin sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Buna baxmayaraq, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyindən cavabdehin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İş materialları ilə müəyyən edimişdir ki, 1102A0Q**********2 №-li sayğaca müdaxilə olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh təşkilat tərəfindən iddiaçıya 1036,80 manat borc yazılması qeyd edilsə də, iş materiallarından görünür ki, istehlakçıların ünvanına 2022 ci ilin avqust ayında baxış keçirilmişdir. Sentyabr ayı üçün isə 90 gün müddətinə 1036,80 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Belə olan halda Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış cari borc 90 gün üçün deyil, yalnız 30 gün üçün, yəni 345.6 manat məbləğində müəyyən edilməli və 691.2 manat məbləğdə borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində əsassız borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini qismən əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini borcun silinməsi hissəsində əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun bütünlükdə yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qismən qanunsuz hesablanmış olduğuna görə qismən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə X13 İdarəsinin TQQ və SX-i tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 030580 №li akt üzrə Gəncə şəhəri, Vəzirov küçəsi 79 nömrəli evə hesablanmış 1036,80 manat məbləğində borcun 691.2 manatı silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar