Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5512/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Gəncə filialına qarşı borclu kimi elektron sistemə otuzdurulmasının qanunsuz hesab edilməsi və sistemdən azad olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində borclu kimi elektron sistemə otuzdurulmasının qanunsuz hesab edilməsi və sistemdən azad olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin onun tərəfindən 50 manat pulun kredit götürülməsi faktı cavabdeh tərəfindən sübuta yetirilməsə ödədiyi 87 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu olduğundan hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi hüquqi şəxsin hüquqi ünvanının olduğu yerə görə verilməli olduğu halda ərazi aidiyyəti pozulmaqla Gəncə Şəhər Məhkəməsinə verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.2ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Gəncə filialına qarşı borclu kimi elektron sistemə otuzdurulmasının qanunsuz hesab edilməsi və sistemdən azad olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Gəncə filialına qarşı borclu kimi elektron sistemə otuzdurulmasının qanunsuz hesab edilməsi və sistemdən azad olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5512/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5512/2023
26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver