Məhkəmə qərarları › İş №2(125)-5515/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5515/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5515/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində 5000 (beş min) manat məbləğində maddi ziyan, 5000 (beş min) manat məbləğində mənəvi ziyan ümumilikdə 10000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə o, evdə olmadığı zaman Cavabdeh oğurluğa girmişdir. Hadisə zamanı Mehran ona məxsus 300 manat nağd pul, hal-hazırda bazar dəyəri 3000 manat olan “HP” markalı dizüstü komputer, 1 ədəd 85 manat dəyərində kişi çantasını, 1 ədəd 100 manat dəyərində “Samsung J1” markalı mobil telefon, hazırda bazar qiyməti 150 manat olan 1 ədəd “Persol” markalı kişi eynəyi, 4 ədəd ümumi dəyəri 160 manat olan “Omega” markalı kişi qol saatlarını, 1 ədəd 100 manat dəyərində “Rolex” markalı qadın qol saatını, 1 ədəd 150 manat dəyərində “Bvlqari Aqua” markalı 100 ml həcmində kişi ətri, 1 ədəd 25 manat dəyərində “VGR” markalı üzqırxan maşın, 2 ədəd hər birinin dəyəri 300 manat olan ümumilikdə 600 manat dəyərində xrustal meyvə qabı, 2 ədəd hər birinin dəyəri 250 manat olan ümumilikdə 500 manat dəyərində “TOM” xrustal konfet qabı, 1 ədəd 30 manat dəyərində “LG” markalı telefon, 1 ədəd 260 manat dəyərində “Samsung A3” markalı telefon, 1 ədəd 130 manat dəyərində “Karaca Lucca” markalı çəngəl-bışaq dəstini, 1 ədəd 50 manat dəyərində “YNS” markalı qaşıq dəstini, 1 ədəd 90 manat dəyərində içərisində qab-qacaq olan çantanı, 1 ədəd 100 manat dəyərində “Samsung” markalı DVD aparatını oğurlayaraq ona ümumilikdə 5530 (beş min beş yüz otuz) manat dəyərində maddi ziyan vurmuşdur. Daha sonra Cavabdeh polis əməkdaşları tərəfindən tutulmuş və barəsində Gəncə Şəhər Məhkəməsi tərəfindən 1(125)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökm çıxarılmışdır. İstintaq dövründə Cavabdeh oğurladığı 85 manat dəyərində kişi çantasını, 25 manat dəyəri olan “VGR” markalı üzqırxan maşını, 130 manat dəyərində “Karaca Lucca” markalı çəngəl-bıçaq dəstini, 50 manat dəyərində “YNS” markalı qaşıq dəstini, 100 manat dəyərində “Samsung” markalı DVD aparatını qaytarmış, yəni ümumilikdə 5530 manat maddi ziyandan çox cüzi hissə olan 390 manat maddi ziyanı dolayası ilə ödəmiş, lakin əsas əşyaların dəyəri olan 5140 (beş min yüz qırx) manat ödənilməmiş qalmışdır. Bundan əlavə o, ailə başçısını itirmiş və ikinci qrup əlildir. Yaşadığı ev də yarımtikili vəziyyətdədir və həmin evdə tək yaşayır. Həmin oğurluq hadisəsi zamanı həyatı, mülkiyyəti və sağlamlığı üçün qorxu, stress və narahatlıq hissləri yaşamağa məcbur olmuşdur. Gecələri evdə tək qalmağa qorxduğu üçün dəfələrlə qohumlarıgildə qalmağa məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh tərəfindən 2021-ci ildə ona məxsus evdən oğurluq edilmişdir. Cavabdeh gözü ilə nəyi görmüşsə yığıb aparmış, bir sözlə, ona məxsus evdən hər şeyi talayaraq oğurluq etmişdir. Beləliklə Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 1(125)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirli bilinmişdir. Eyni zamanda cavabdeh ona məxsus evdən oğurluq etməklə yanaşı, ona mənəvi zərər də vurmuşdur. Belə ki, oğurluq hadisəsindən təsirlənmiş gecələri evdə tək qala bilməmiş, başqa yerdə qalmağa məcbur olmuş və narahatlıq, qorxu, stress yaşamışdır. Lakin, Cavabdeh oğurluq əməlini törətməsi nəticəsində ona mənəvi zərər dəyməsi ilə bağlı hər hansı sübutu mövcud deyildir. Cavabdeh tərəfindən ona vurulan maddi və mənəvi ziyan ödənilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, qanuni qüvvəyə minmiş məhkəmə qərarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhər Məhkəməsinin 1(125)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli Hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq azad etmənin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli Hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 (altı) ay 05 (beş) gün hissəsi hazırki Hökmlə təyin edilmiş 02 (iki) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi əsasən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 131/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli Hökmü ilə təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Cavabdeh 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh təkrar 06 iyun 2021-ci il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinə güc tətbiq edib açmaqla qanunsuz olaraq otaqda yerləşən paltar rəfinin içərisindən 300 manat pulu, 1200 manat dəyərində “HP” markalı notbuk tipli kompüteri, 1 ədəd 85 manat dəyərində kişi çantasını, 1 ədəd 100 manat dəyərində “Samsung J1” markalı mobil telefonu, 1 ədəd 50 manat dəyərində “Persol” markalı kişi eynəyini, 4 ədəd ümumi dəyəri 160 manat olan “Omega” markalı kişi qol saatlarını, 1 ədəd 100 manat dəyərində “Rolex” markalı qadın qol saatını, 1 ədəd 15 manat dəyərində “Bulqari Aqua” markalı 100 ml həcmində kişi ətrini, 1 ədəd 25 manat dəyərində “VGR” markalı kişi üzqırxan aparatını, birinin dəyəri 300 manat olan 600 manat dəyərində 2 ədəd xrustal meyvə qablarını, birinin dəyəri 250 manat olan 500 manat dəyərində 2 ədəd “TOM” xrustal konfet qabı, 1 ədəd 30 manat dəyərində “LG” markalı mobil telefonu, 1 ədəd 260 manat dəyərində “Samsung A3” markalı mobil telefonu, 1 ədəd 130 manat dəyərində “Karaca Lucca” markalı çəngəl-bıçaq dəstini, 1 ədəd 5 manat dəyərində “YNS” markalı qaşıq dəstini, 1 ədəd 90 manat dəyərində içərisində qab-qacaq olan çantanı, 1 ədəd 100 manat dəyərində “Samsung” markalı DVD aparatını ümumilikdə İddiaçı 3750 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı yazılı ərizəsindən görünür ki, o, iddianı qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh 06 iyun 2021-ci il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinə güc tətbiq edib açmaqla İddiaçı 3750 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Gəncə Şəhər Məhkəməsinin 1(125)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Ona görə də həmin hökmlə müəyyən olunan hallar (hadisənin (münasibətin-faktın) olub-olmaması) hissəsində hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2-ci maddəsinə əsasən Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri deliktlə ilə bağlı mübahisədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh cinayət hadisəsi nəticəsində iddiaçıya qarşı oğurluq etməklə onun pulunu ələ keçirdiyinə görə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Bununla belə məhkəmə iddianın maddi zərər hissəsini 3750 (üç min yeddi yüz əlli) manat məbləğində əsaslı hesab edir. Belə ki, iddiaçı cavabdehin cinayət əməli nəticəsində ona 5000 (beş min) manat məbləğində maddi zərər dəyməsini iddia etsə də, iş materiallarında həmin hal öz təsdiqini tapmamış, əksinə, qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, cavabdehin törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçıya 3750 (üç min yeddi yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Bu səbəbdən məhkəmə iddianın maddi zərər hissəsinin 3750 (üç min yeddi yüz əlli) manat məbləğində təmin edilməsini əsaslı və qanuni hesab edir. Bundan başqa məhkəmə iddianın 5000 (beş min) manat məbləğində mənəvi ziyan hissəsini də araşdıraraq qeyd edir ki, İddiaçı Cavabdeh oğurluq əməlini törətməsi nəticəsində ona mənəvi ziyan dəyməsi barəsində hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 3750 (üç min yeddi yüz əlli) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun 57,5 (əlli yeddi manat əlli qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3750 (üç min yeddi yüz əlli) manat və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 57,5 (əlli yeddi manat əlli qəpik) manatı alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar