Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5575/2025 12.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «pul və maddi-mənəvi təzminat» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı «pul və maddi-mənəvi təzminat» tələbinə dair ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək,
1. Cavabdeh 2018-2019-cu illərdə aldığı 20000 ABŞ dollarından ödədiyi təxmini 35000 AZN borcunun silinməsi;
2. Cavabdeh ona təzyiqlə qeyri-qanuni şəkildə imzalatdırdığı əlyazma aktının ləğv edilməsi, daha öncə baş tutan məhkəmə qətnaməsinin əsassız sayılaraq ləğv edilməsi;
3. şərəf və ləyaqətini ləkələdiyi üçün, şəxsiyyətini alçaltdığı, psixoloji təzyiq etdiyi üçün cavabdehdən 20000 AZN məbləğində təzminat ödənilməsi;
4. “Bank of Baku”-dan 2018-2019-cu illərdə cavabdehə xaricə pul köçürmə yolu ilə bağlı göndərdiyi vəsaitin bank tarixçəsinin çıxarılmasının tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə iddiaçının İ və İİİ bəndlərdəki tələblərinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehdən 2018-2019-cu illərdə aldığı 20000 ABŞ dollarından ödədiyi təxmini 35000 AZN borcunun silinməsi ilə bağlı, eyni zamanda isə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ayrca məhkəməyə müraciət edərək hər bir müstəqil iddia tələbinə uyğun qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmək əvəzinə tələblərini bir icraatda birləşdirmişdir. Məhkəmə iddiaçının həm də diqqətinə çatdırır ki, borcla bağlı ona qarşı hər hansı bir məhkəmədə olduğu həmin iddiaya belə bir etirazla çıxış edə bilər. Digər tərəfdən isə qanuni qüvvədə olan məhkəmə qətnaməsindən qanunvericilik şikayət nəzərdə tutmamışdır. Qanuni qüvvəyə minməmiş qətnamədən apellyasiya şikayəti isə müvafiq qərarı qəbul etmiş məhkəmənin aid olduğu yurisdiksiya üzrə apellyasiya məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir cavabdehə qarşı bir icraatda birləşdirməklə yanaşı tələbinin mahiyyətinin nədən ibarət olduğunu dəqiq qeyd edə bilməmişdir. Halbuki, iddiaçı yuxarıda qeyd olunanlar nəzərə alınmaqla cavabdehə qarşı hər biri ayrılıqda olmaqla müstəqil tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa iddiaçının İİ və İV bəndlərindəki xahişinə qiymət verərək qeyd edir ki, iddiaçı İİ bənddə daha öncə baş tutan məhkəmə qətnaməsinin əsassız sayılaraq ləğv edilməsini bildirsə də, hansı məhkəmə tərəfindən, hansı tarixli və hansı nömrə ilə qəbul edilmiş qətnamə olduğunu qeyd etməmiş, İV bənd üzrə isə “Bank of Baku”-dan 2018- 2019-cu illərdə cavabdehə xaricə pul köçürmə yolu ilə bağlı göndərdiyi vəsaitin bank tarixçəsinin çıxarılmasını istəməklə isə anlaşılmayan və qeyri-müəyyən müraciət ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı «pul və maddi-mənəvi təzminat» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldım: İddiaçı Cavabdeh qarşı «pul və maddi-mənəvi təzminat» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov