Məhkəmə qərarları › İş №2(125)-559/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-559/2023

22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-559/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçının vəkili X6 və İddiaçı Faxrəddin qızının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Faxrəddin qızının Cavabdeh və 3-cü şəxslər X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinə qarşı qərarın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payın tanınması tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Faxrəddin qızının Cavabdeh və 3-cü şəxslər X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinə qarşı qərarın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payın tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizamı rayon X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarın etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində mərhum atasına məxsus pay üzərində iddiaçının, cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə paylarının tanınması tələbinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı Faxrəddin qızı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək onun miras əmlaka hüququnun inkar olunmaz olduğu halda və bu məsələni Cavabdeh məhkəməsiz həll etmək istəmədiyinə və qəsdən sənədlərdə saxtakarlıq etdiyinə görə, cavabdehdən işə əlavə olunmuş dövlət rüsumunu, işdə iştirak edən vəkilin haqqını cavabdehin üzərinə qoyub, onun xeyrinə tutulmasına dair qətnamə qət edilməsini, həmçinin mübahisəli ünvanda olan ev əşyalarını, onlar hamısı atası tərəfindən alınıb, 1/3 hissəsində onun payını müəyyən edib, onun xeyrinə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı Faxrəddin qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mübahisəli kooperativ mənzili X5 ilə cavabdehin ümumi birgə mülkiyyəti hesab edib həmin əmlakda payların müəyyən edilib atasının adına olan payda qanun üzrə vərəsə kimi onun hüququnun tanınmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayonu X32 prospekti Heydər Əliyev küçəsi ilə Miçurin (indiki Adilxan Zəlimxanov) küçəsinin kəsişməsində yerləşən “Lyuks”yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişin 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 95.37 kv.m olan 264 nömrəli, 3 otaqlı mənzilə dair mənzil tikinti kooperativi ilə payçılıq müqaviləsi iddiaçının mərhum atası ilə kooperativ arasında bağlanılmış, atası kooperativə mənzilin dəyərini tam ödəmişdir. Kooperativə mənzilin pulunun iddiaçının atası tərəfindən ödənilməsini iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-dən “X33” törəmə səhmdar cəmiyyəti, ”Azəri Qaz”dan aldığı arayışlardan məlum olur ki, mənzillə bağlı sayğaclar mərhum atası ilə bağlanmışdır. Atası rəhmətə getdikdən sonra "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokolundan çıxarışına əsasən mənzilin cavabdehin mülkiyyətinə verilməsi qərara alınmışdır. Bununla atasına məxsus pay üzərində atasının qanun üzrə vərəsəsi kimi onun hüququ kobud şəkildə pozulmuşdur. Atası mənzilin dəyərini tam ödəmişdir. Buna görə də, atasının adına mənzillə bağlı sayğacların qoyulmasına icazə verilmişdir. Qeyd edir ki, mübahisəli mənzilin dəyəri atası tərəfindən tam ödənildiyi üçün artıq mənzil üzərində atasının mülkiyyət hüququ tanınmışdır. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Mənzil Tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, atasının dəyərini ödəyib mülkiyyət hüququ əldə etdiyi mənzilin cavabdehin mülkiyyətinə verilməsi onun vərəsə kimi hüququnu pozur. Ona görə də, atası tərəfindən tam ödənilmiş mənzilin cavabdehin adına verilməsinə dair mənzil tikinti kooperativinin xx.xx.2026-ci il tarixli 12 nömrəli protokolundan çıxarış etibarsız hesab edilməli, mənzilə dair cavabdehin adına verilmiş çıxarış ləğv edilməli, mənzil əvvəlki vəziyyətinə qaytarılmalı və atasıın qanun üzrə vərəsəsi kimi mənzildə olan atasının adına olan pay üzərində onun, cavabdehin və 3-cü şəxsin 1/3 hissə ilə pay haqqı tanınmalıdır. xx.xx.2022-ci il tarixli Gəncə şəhər Baş Polis idarəsinin qərarında da, qeyd edilib ki, Cavabdeh öz izahatında bildirmişdir ki, həmin ev xx.xx.2008-ci ildə əri X10 vaxtında alınmışdır. Yəni bu, ümümi mülkiyyətdir və onu Cavabdeh mülkiyyətinə vermək qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən Bu Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası MM-nin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsiniun bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası MM-nin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir. Azərbaycan Respublikası MM-nin 337.4-ciü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizamı rayon X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarın etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində mərhum atasına məxsus pay üzərində iddiaçının, cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə paylarının tanınması tələbinə dair qətnamə çıxarılması xahiş olunmuşur. Məhkəmə iclasında İddiaçı Faxrəddin qızının nümayəndəsi X7 izahatında göstərmişdir ki, Gəncə şəhəri Nizami rayonu X32 prospekti Heydər Əliyev küçəsi ilə Miçurin (indiki Adilxan Zəlimxanov) küçəsinin kəsişməsində yerləşən "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95.37 kv.m olan 264 nömrəli, 3 otaqlı mənzilə dair mənzil tikinti kooperativi ilə payçılıq müqaviləsi İddiaçı atası mərhum X14 ilə kooperativ arasında bağlanılmış, X2 mənzilin dəyərini tam ödəmişdir. Kooperativə mənzilin pulunun X14 tərəfindən ödənilməsini iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-dən "X33" törəmə səhmdar cəmiyyətinə, "Azəri Qaz"dan aldığı arayışlardan məlum olur ki, mənzillə bağlı sayğaclar mərhum X14 ilə bağlanmışdır. Atası rəhmətə getdikdən sonra "xxxx" Mənzil Tikinti Kopperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokolundan çıxarışına əsasən mənzilin cavabdehin mülkiyyətinə verilməsi qərara alınmışdır. Bununla iddiaçının atasına məxsus pay üzərində atasının qanun üzrə vərəsəsi kimi iddiaçının hüququ kobud şəkildə pozulmuşdur. İddiaçının atası mənzilin dəyərini tam ödəmişdir. Buna görə də, atasının adına mənzillə bağlı sayğacların qoyulmasına icazə verilmişdir. Mübahisəli mənzilin dəyəri atası tərəfindən tam ödənildiyi üçün artıq mənzil üzərində onun atasının mülkiyyət hüququ tanınmışdır. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Mənzil Tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, iddiaçının atasının dəyərini ödəyib mülkiyyət hüququ əldə etdiyi mənzilin cavabdehin mülkiyyətinə verilməsi iddiaçının vərəsə kimi hüququnu pozur. Ona görə də, iddiaçının atası tərəfindən tam ödənilmiş mənzilin cavabdehin adına verilməsinə dair mənzil tikinti kooperativinin xx.xx.2020-ci il tarixli 12 nömrəli protokolundan çıxarış etibarsız hesab edilməli, mənzilə dair cavabdehin adına verilmiş çıxarış ləğv edilməli, mənzil əvvəlki vəziyyətinə qaytarılmalı və iddiaçının atasının qanun üzrə vərəsəsi kimi mənzildə olan atasının adına olan pay üzərində iddiaçının, cavabdehin və 3-cü şəxsin 1/3 hissə ilə pay haqqı tanınmalıdır. xx.xx.2022-ci il tarixli Gəncə şəhər Baş Polis idarəsinin qərarında da qeyd edilib ki, Cavabdeh öz izahatında bildirmişdir ki, həmin ev 2007- 2008ci ildə X10 vaxtında alınıb. Yəni bu ümumi mülkiyyətdir və onu Cavabdeh mülkiyyətinə vermək qanunsuzdur. "xxxx" Mənzil Tikinti Kooperativinin Gəncə nümayəndəliyinin Gəncə şəhəri, Nizami rayon X32 prospektinin Heydər Əliyev prospekti ilə A.Ziyadxanov küçəsinin (keçmiş Miçurin küç.) kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi "xxxx" MTK-ya məxsus olduğu və bu binanın 5-ci mərtəbə ümumi sahəsi 95.37 kv.m olan 264 saylı mənzil-pay haqqı yaşayış sahəsinin payçısı Cavabdeh tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı saxtadır və həmin arayışın verilməsinə görə təqsirkar şəxslərin barəsində cinayət işi başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası MM-nin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası MMnin 337.3-ciü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir. Azərbaycan Respublikası MM-nin 337.4-ciü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, İDF-Mənzil Servis" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayon X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarın etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində iddiaçının atasına məxsus pay üzərində iddiaçının, cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə payının tanınması, mübahisəli kooperativ mənzili iddiaçının X5 ilə cavabdehin ümumi birgə mülkiyyəti hesab edib, həmin əmlakda payların müəyyən edilib atasının adına payda qanun üzrə vərəsə kimi iddiaçının hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X12 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və 3-cü şəxslər X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh, 3-cü şəxslər X8, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsi və "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhəri, Mahrasa bağı ev 14, mənzil 8-də yaşayan İddiaçı Faxrəddin qızının müraciətində göstərilən xüsusatla bağlı cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmiş və İddiaçı Faxrəddin qızına mülki qaydada məhkəməyə müraciət edib iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İşdə olan Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma zamanı alınmış izahatının surətindən görünür ki, o, izahatında göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhəri 44 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. İddiaçı müraciəti ilə tanış olmuşdur. Məltəm mərhum əri Fəxrəddinin birinci nigahdan olan övladıdır. Onunla əvvəllər hər hansı bir düşmənçiliyi, yaxud da, ədavəti olmamışdır. Məltəm hələ mərhum ərinin, yəni onun atasının sağlığında da, atasından pul tələbi ilə bağlı müxtəlif yerlərə şikayət etmiş, lakin onun tələbi təmin edilməmişdir. Mərhum əri Fəxrəddin Məltəmin anasından boşanandan sonra ona aliment də, ödəmişdir. Mərhum əri Fəxrəddin Məltəmin anası olan Gülnarədən 1991-ci il tarixdə boşanmış, 1993-cü il tarixdə isə o, Fəxrəddinlə rəsmi nigaha daxil olmuşdur. Mərhum əri Fəxrəddinin vaxtında 2007-2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv olan mənzil öz adına almışdır. Həmin mənzilin pulunun hamısını o özü vermişdir. Həmin mənzilin onun mülkiyyətində olması ilə bağlı çıxarışı da vardır. Mərhum əri Fəxrəddin xx.xx.2020-ci il tarixdə öldükdən sonra onun birinci nigahdan olan qızı Məltəm ona məxsus olan evdən miras almağa başlamışdır. Məltəm bununla bağlı müxtəlif yerlərə şikayətlər etmişdir. Hətta, bu ilin may ayında da, Gəncə şəhər məhkəməsinə müraciət etmişdir. Hal-hazırda bu faktla bağlı Gəncə şəhər məhkəməsində proses gedir və növbəti məhkəmələri xx.xx.2022-ci il tarixdə keçiriləcəkdir. Məltəmin onun barəsində yazdıqlarının hamısı şər və böhtandır. Həmin mənzilin onun mülkiyyətində olması ilə bağlı Daşınmaz Əmlakın dövlət reyestri xidmətindən də, cavab məktubu alınmışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.m olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinin maliyyə arayışından görünür ki, Gəncə şəhəri, Nizami rayon X32 prospektinin Heydər Əliyev prospekti ilə A.Ziyadxanov küçəsinin (keçmiş Miçurin küç.) kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi "xxxx" MTK-ya məxsusdur.Bu binanın 5-ci mərtəbə ümumi sahəsi 95.37 kv.m olan 264 saylı mənzil-pay haqqı yaşayış sahəsinin payçısı Cavabdeh tərəfindən tam ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur. Maliyyə arayışı Əmlak Məsləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir. İşdə olan "xxxx" Mənzil tikinti X18 İlqar oğlunun sədrliyi, Abbasova Arzu Məhəmmədəli qızının katibliyi ilə keçən ümumi iclasının xx.xx.2020-ci il tarixli 12 nömrəli protokolundan çıxarışdan görünür ki, həmin iclasda Gəncə şəhəri ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-ci yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,37 kv.m. olan, 264 N-li, 3 otaqlı mənzilin kooperativin üzvü Cavabdeh mülkiyyətinə verilməsi qərara alınmışdır. İşdə olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 16-5/8-70-A-1131/2023 saylı nikah haqqında arayışdan görünür ki, X13 ilə X14 xx.xx.1993-cü ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Qarayeva soyadı verilmişdir. İşdə olan Gəncə şəhər “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında 2V-86 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 3 ünvanında, qeydiyyatda olan qızı İddiaçı Faxrəddin qızı miras əmlakdan 1/3 hissədə irs almışdır. Miras əmlak ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 40.90 kv/m olan mənzildən ibarətdir. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında 2V-87 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 3 ünvanında, qeydiyyatda olan qızı İddiaçı Faxrəddin qızı miras əmlakdan 1/3 hissədə irs almışdır. Miras əmlak ban nömrəsi XTH310290R02263578, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı 20BP666 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan X22 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli XİV-JQ 300450 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. X5, anası Cavabdeh Şakir qızıdır. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 110615 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 23 mart 2020-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. İşdə olan X22 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli İ-JQ 464521 saylı boşanma haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 ilə X7 xx.xx.1991-ci ildə boşanmışlar. Boşandıqdan sonra Fəxrəddin Teymur oğluna Qarayev, Gülnara Şakir qızına Allahverdiyeva soyadı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” Məhdud Məhsuliyyətli Cəmiyyəti “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin məktubundan görünür ki, Gəncə şəhəri H.Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264-də (Gəncə "Sukanal" TSC-nin "MİS" proqram bazasında H.Əliyev prospekti 6/264 "İlin dörd fəsli") xx.xx.2013-cü ildən abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır.(abonent kodu **********640). İşdə olan X30 Təchizatı və Satışı İdarəsinin məktubundan görünür ki, Gəncə şəhəri H. Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264-də ("xxxx" ASC-nin STAR proqram bazasında Ş.İ.Xətai 6/264 "İlin dörd fəsli") abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır. Mənzilə quraşdırılmış ********** zavod N-li sayğac 2011-ci ilin aprel ayından qeydiyyatdadır. Qeydiyyatda olan tarixdən 2022-ci ilin aprel ayı daxil olmaqla sayğaca 391,20 manat məbləğində vəsait yüklənmişdir. İşdə olan X20 istismarı idarəsinin məktubundan görünür ki, İlin 4 fəsli MMC, H.Əliyev 6/264 ünvanı X11 adına olmaqla, X31 İstismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu: **********02640) bazasında xx.xx.2016-cı il tarixdən bu günədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda sonradan ödənişli sayğacdan istifadə edilməkdədir, xx.xx.2022-ci il tarixə təbii qazdan istifadəyə görə qalıq debitor borcu yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X15 ilə X3 birgə nikahından xx.xx.1989-cu il tarixdə İddiaçı anadan olmuşdur. xx.xx.1991-ci ildə X15 ilə X7 boşanmışlar. X14 ilə X13 xx.xx.1993-cü ildə nikaha daxil olmuşlar. X14 23 mart 2020-ci il tarixdə ölmüşdür. Gəncə şəhər “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-86və 2V-87 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 3 ünvanında, qeydiyyatda olan qızı Qarayeva X19 şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, ev 14, mənzil 8 ünvanda yerləşən ümumi sahəsi 40.90 kv/m olan mənzildən və ban nömrəsi XTH310290R02263578, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı 20BP666 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan 1/3 hissədə irs almışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil tikinti Kooperativinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı əsasında Cavabdeh verilmiş və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gəncə şəhəri ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-ci yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,37 kv.m. olan, 264 N-li, 3 otaqlı mənzilin Cavabdeh ilə mərhum X10 birgə nikah dövründə əldə etdiklərini və X10 payına münasibətdə mirasın qəbul edilməsi ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi birgə nikah dövründə əldə edilmiş miras qoyanın payına münasibətdə miras qəbul edilməsi ilə bağlı olduğundan və X14 23 mart 2020-ci il tarixdə öldüyündən həmin münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikası Ailə və Mülki Məcəlləsinin birgə nikah dövründə əldə edilmiş əmlakla və mirasın qəbulu ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il Qərarında qeyd edilir ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Mənzil tikinti Kooperativinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı əsasında Cavabdeh verilmiş və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gəncə şəhəri ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-ci yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,37 kv.m. olan, 264 N-li, 3 otaqlı mənzilin Cavabdeh ilə mərhum X10 birgə nikah dövründə əldə edildiyini və bu səbəbdən də, həmin əmlakının yarısına münasibətdə X9 miras qalmış əmlak kimi vərəsəliyin müəyyən edilməsini xahiş etmişdir. İddiasını əsaslandırmaq üçün iddiaçı Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma zamanı alınmış izahatında 1993-cü il tarixdə, Fəxrəddinlə rəsmi nigaha daxil olduğunu, mərhum əri Fəxrəddinin vaxtında 2007-2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252 girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv olan mənzili öz adına aldığını göstərməsinə istinad etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin atası mərhum X14 ilə kooperativ arasında bağlanıldığını, X1 mənzilin dəyərini tam ödədiyini, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinin Gəncə şəhəri, Nizami rayon X32 prospektinin Heydər Əliyev prospekti ilə A.Ziyadxanov küçəsinin (keçmiş Miçurin küç.) kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi "xxxx" MTK-ya məxsus olduğu və bu binanın 5-ci mərtəbə ümumi sahəsi 95.37 kv.m olan 264 saylı mənzil-pay haqqı yaşayış sahəsinin payçısı Cavabdeh tərəfindən tam ödənilməsi barədə maliyyə arayışının saxta oduğunu qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli evin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsini təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin əmlak miras kütləsinə daxil olan əmlak kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli kooperativ mənzili iddiaçının X5 ilə cavabdehin ümumi birgə mülkiyyəti hesab edib, həmin əmlakda payların müəyyən edilib atasının adına payda qanun üzrə vərəsə kimi iddiaçının hüququnun tanınmasına dair hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mübahisəli mənzil miras kütləsinə daxil olmadığından və iddiaçının mübahisəli kooperativ mənzili iddiaçının X5 ilə cavabdehin ümumi birgə mülkiyyəti hesab edib, həmin əmlakda payların müəyyən edilib atasının adına payda qanun üzrə vərəsə kimi iddiaçının hüququnun tanınması dair hissəsində iddia tələbi təmin edilmədiyindən, bu səbədən də, iddiaçı iddia tələbinin digər hissəsində, yəni İDF-Mənzil Servis" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayon X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarın etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində iddiaçının atasına məxsus pay üzərində iddiaçının, cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə payının tanınmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığından və həmin hissədə də, tələb əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Faxrəddin qızının Cavabdeh və 3-cü şəxslər X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinə qarşı "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarının etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində mərhum atasına məxsus pay üzərində onun cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə paylarının tanınması, mübahisəli kooperativ mənzili X5 ilə Cavabdeh ümumi birgə mülkiyyəti hesab edib həmin əmlakda payların müəyyən edilib atasının adına olan payda qanun üzrə vərəsə kimi onun hüquqlarının tanınmasına dair tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar