Məhkəmə qərarları › İş №2(125)-5642/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5642/2023

07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5642/2023 07.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs X2 qarşı “texniki pasportun qeydiyyatının ləğv edilməsi və özəlləşmənin ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyənetdim: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs X2 qarşı “texniki pasportun qeydiyyatının ləğv edilməsi və özəlləşmənin ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, N.Gəncəvi prospekti, 37 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan 6 saylı YDM-nə aid torpaq sahəsində yerləşən kimi qələmə verilən faktiki mövcud olmayan 6a saylı YDM-nin özəlləşdirilməsinin ləğv edilməsinə, X1 adına tərtib edilmiş, 28 iyul 2000ci il tarixli, 000793 nömrəli YDM adlı nömrəsiz texniki pasportun hazırlanması hərəkətlərinin qanunsuz hesab edilməsi və 28 iyul 2000-ci il tarixli, 000793 nömrəli YDM adlı texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki tələb qiymətləndirilməyən iddia olduğu üçün iddia ərizəsinin məhkəmə verilməsi üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində hökumət ödəniş portalına dövlət rüsumu ödənməli idi. Lakin, iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçı dövlət rüsumunu ödəməmiş, yaxud da dövlət rüsumunun ödənilməsi barədə qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin qoşma hissəsində göstərilən sənədlərin əksər hissəsinin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti deyil, adi kserosurətləri əlavə edilmişdir. Bu isə öz növbəsində işə baxılan zaman mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilməməsi ilə nəticələnə bilər. Daha sonra qeyd olunmalıdır ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, N.Gəncəvi prospekti, 37 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan 6 saylı YDM-nə aid torpaq sahəsində yerləşən kimi qələmə verilən faktiki mövcud olmayan 6a saylı YDM-nin özəlləşdirilməsinin ləğv edilməsini xahiş etməklə, tələbinin həmin hissəsini dəqiq müəyyən etməmiş, bununla da qeyri müəyyənliyə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə hesab edirəm ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs X2 qarşı “texniki pasportun qeydiyyatının ləğv edilməsi və özəlləşmənin ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs X2 qarşı “texniki pasportun qeydiyyatının ləğv edilməsi və özəlləşmənin ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar