Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5676/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və İddiaçı1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Cavabdeh4 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İxtisalaşmış Əmtəə Birjası Əmlak Hərracı Mərkəzi və Cavabdeh2 qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İxtisalaşmış Əmtəə Birjası Əmlak Hərracı Mərkəzi və Cavabdeh2 qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia qaldıraraq, 14 iyun 2*22-ci il tarixli 84/22 saylı hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1, Azərbaycan Respublikası İxtisalaşmış Əmtəə Birjası Əmlak Hərracı Mərkəzi və Cavabdeh2 cavabdeh kimi göstərsə, Cavabdeh1nə qarşı hər hansı tələb yönəltməmişdir. Bununla bağlı məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçının nümayəndəsi İddiaçı1 qeyd edilən nöqsanı aradan qaldırmaq məhkəmə tərəfindən təklif olunmuş, lakin iddiaçı qeyd olunan nöqsanı aradan qaldırmamış və Cavabdeh1nə yönəldilmiş tələbin nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 15*.1.2-ci və ya 15*.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) Cavabdeh4 izahatında iş üzrə iddiaçının ərazi aidiyyət qaydalarını pozuduğunu, iddiaya Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığını bildirmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İxtisalaşmış Əmtəə Birjası Əmlak Hərracı Mərkəzi və Cavabdeh2 qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-5676/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5676/2025
08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver