Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-57/2024 12.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı cavabdehin mülkiyyətində olan mənzilə qanunsuz müdaxiləsi və hərəkətlərinə son qoyulması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 66-da yerləşən, evə cavabdeh tərəfindən edilən qəsdə son qoyulması və mənzilin təmir edilməsi üçün 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı cavabdehin mülkiyyətində olan mənzilə qanunsuz müdaxiləsi və hərəkətlərinə son qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 69-da yerləşən, evə cavabdeh tərəfindən qanunsuz müdaxiləsi və hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 66da yerləşən, ev İddiaçı məxsusdur. Cavabdeh onun üst qonşusudur. Cavabdeh onun mənzilinə dəfələrlə su axıtmışdır. Dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Dəvət etdiyi usta onun mənzilinin təmiri üçün 3000 manat pul tələb olunduğunu bildirmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 66da yerləşən, evə cavabdeh tərəfindən edilən qəsdə son qoyulması və mənzilin təmin edilməsi üçün 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddianı əsassız hesab edir. Belə ki, İddiaçı mənzilinə cavabdeh tərəfindən su axıdılması ilə bağlı Korporativ Binalar üzrə Xidmət sahəsinə şikayət etmiş, həmin müəssisənin işçiləri tərəfindən hər iki mənzilə baxış keçirilmiş və Cavabdeh məxsus mənzildən İddiaçı məxsus mənzilə su axmadığı müəyyən olunmuş, bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, binanın üst hissəsində başqa qonşuya məxsus su çənin yararsız vəziyyətdə olması səbəbindən həm İddiaçı, həm də Cavabdeh mıxsus mənzilə su axmışdır. İddiaçı isə əsassız olaraq Cavabdeh mıxsus hücum çəkərək onları təhqir edir və evdə yaşamalarına imkan vermir. Cavabdeh isə pis bir hadisənin baş verməməsi üçün evində yaşamır. Odur ki, ilkin iddianın rədd edilməsi və mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 69-da yerləşən, evə cavabdeh tərəfindən qanunsuz müdaxiləsi və hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə1 qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Gəncə Şəhəri, Kəpəz Rayonu, 3-cü mikrorayon, ev 10 mənzil 66 ünvanında yerləşən ümumi sahəsi 53.90 kv.m olan mənzil İddiaçı Rəfayı qızının adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.90 kv.m olan mənzil Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1658 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, o cümlədən tədqiq olunan 66 saylı mənzilin dəhliz, hamam və ayaqyolu tikilisinin konstruktiv elementlərində(tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 58 saylı mənzildən su axıdıldığı və nəticədə 48 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 69 saylı mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, su kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, elecə də, baxış zamanı aparılmış eksperiment nəticəsində 66 saylı mənzilə su sızması davam etmədiyindən, 66 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 66 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə etməsi səbəbindən baş verə bilər. Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli mənzilidə su sizması nəticəsndə yaranan qüsurların aradan qaldırılması üçün yernə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1252.0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7085 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, o cümlədən tədqiq olunan 66 saylı məənzilin dəhliz, hamam və ayaqyolu tikilisinin konstruktiv elementlərində(tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 69 saylı mənzildən su axıdıldığı və nəticədə 66 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 2 ünvanında yerləşən binanın dam örtüyündə Cavabdeh mülkiyyətində olan Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 69 nömrəli mənzilinin üzərində su çəninin yerləşdiyini və eləcə də, 69 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin boyanın qabarması və divar kağızının qopması kimi hallar müşahidə olunduğunu nəzərə alaraq 69 saylı mənizlə dam örtüyündə quraşdırılmış su çənindən axıdılan su nəticəsində ziyanın dəydiyi müəyyən edilmişdir. İddiaçı Rəfayı qızının mülkiyyətində olan Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli və Cavabdeh mülkiyyətində olan Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 69 nömrəli mənzillərdən yuxarıda su çəni yerləşdiyi müəyyən olunmuşdur. Lakin həmin çənin kimə məxsus olmasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 və 69 nömrəli mənzillərində su sızma nəticəsində eyni qüsurları əmələ gəldiyini nəzərə alaraq həmin mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən (hər bir mənzil üzrə) 1252.0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı mübahisəli mənzillərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı Rəfayı qızının mülkiyyətində olan Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli və Cavabdeh mülkiyyətində olan Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 69 nömrəli mənzillərdən yuxarıda su çəni yerləşir. Su sızması isə Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli və 69 saylı mənizllərin hər ikisinə münasibətdə 3-cü şəxsə məxsus su çənindən baş verir. Həmin su çəninin sahibini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Gəncə Şəhəri, Kəpəz Rayonu, 3cü mikrorayon, ev 10 mənzil 66 ünvanında yerləşən ümumi sahəsi 53.90 kv.m olan mənzil İddiaçı Rəfayı qızına, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.90 kv.m olan mənzil Cavabdeh məxsusdur. İlkin iddiaçı cavabdehin onun mənzilinə su axıdaraq ona ziyan vurduğunu, qarşılıqlı iddiaçı isə ilkin iddiaçı tərəfindən ona qarşı qanunsuz müdaxiləsi və hərəkətlər edildiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evinin üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin ünvan 3 ünvanda yerləşən evi iddiaçıya məxsus olduğundan və həmin mənzilə su sızması nəticəsində ziyan dəydiyindən ilkin İddiaçı Rəfayı qızının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olmuşdur. Brlə olan halda ikinci araşdırlmalı məsələ iddiaçıya dəyən zərərin ilkin iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəyib-dəymədiyini müəyyən etməkdir. Məhkəmə baxışı zamanı həm təyin edilmiş ekspert rəyləri, həm də yeli baxışla müəyyən olunmuşdur ki, İddiaçı Rəfayı qızının mülkiyyətində olan Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli və Cavabdeh mülkiyyətində olan Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 69 nömrəli mənzillərdən yuxarıda su çəni yerləşir. Su sızması isə Gəncə Şəhəri, 3-cü mikrorayonda yerləşən 10 saylı evin 66 nömrəli və 69 saylı mənizllərin hər ikisinə münasibətdə 3-cü şəxsə məxsus su çənindən baş verir. Həmin su çəninin sahibini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ilkin İddiaçı Rəfayı qızına dəyən zərər Cavabdeh hərəkətləri(hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 69-da yerləşən, evə cavabdeh tərəfindən qanunsuz müdaxiləsi və hərəkətlərinə son qoyulmasını xahiş etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də, əsassız olduğundan təmin edilməməlidir. Həm ilk iddia, həm də qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları müvafiq olaraq ilkin iddiaçı və qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 66-da yerləşən, evə cavabdeh tərəfindən edilən qəsdə son qoyulması və mənzilin təmir edilməsi üçün 3000 manat pulun alınıb ona verilməsi barədə ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ilkin iddianın rədd edilməsi və mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mkr, ev 10, mən 69-da yerləşən, evə cavabdeh tərəfindən qanunsuz müdaxiləsi və hərəkətlərinə son qoyulması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-57/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-57/2024
12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver