Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5825/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X40 Şakir oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi Bölməsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi Bölməsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi Bölməsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzilin mülkiyyətçisi X2 arasında alqı-satqı müqaviləsinin xx.xx.1993-cü il tarixdə bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X15 məxsus Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanda yerləşən 11 saylı mənzili ərizəçi İddiaçı ilə 2000 (iki min) ABŞ dollarına almağa razılığa gəlmişlər və bu barədə xx.xx.1993-cü il tarixdə sadə yazılı müqavilə bağlamışlar. Razılaşmadan sonra Monin Valeriy evi boşaldaraq Mahizər Məhəmməd qızına evi təhvil vermiş və pulu aldıqdan sonra qohumugildə qalmağa başlamışdır. Valeriy Moninin səhhətində problemlər olduğundan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat ofisinə gedə bilmirdi. Beləliklə, X20 üzün çəkən xəstəliyə görə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırdı və o, 1994-cü ilin dekabr ayında uzun çəkən xəstəlik səbəbindən vəfat etmişdir. Beləliklə, ərizəçi Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanda yerləşən 11 saylı mənzilin alqı-satqı müqaviləsinin başqa cürə rəsmiləşdirə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırkı iş üzrə ərizəçi mübahisəli evə dair 1993-cü ildə imzalanmış alqı-satqı müqavilənin bağlanmış hesab edilməsini xahiş etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, Bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı (sadə və ya notarial) forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alıcı dövlət təşkilatı və ya bu Məcəllənin 88-1-ci maddəsində göstərilən təşkilat olduqda, onun əmlakı əməli surətdə idarə etmək hüququ əmələ gəlir. Həmin Məcəllənin 229-cu maddəsinə əsasən, vətəndaşın və ya birlikdə yaşayan ər-arvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının xüsusi mülkiyyətində olan yaşayış evi (və ya onun bir hissəsi) bu Məcəllənin 101 və 102-ci maddələrinin qaydalarına riayət etmək, habelə bu Məcəllənin 104-cü maddəsində nəzərdə tutulan haldan başqa yaşayış evini satanın, onun ərinin (arvadının) və onların yetkinlik yaşına çatmayan uşaqlarının adından 3 il müddətində bir evdən və ya evin bir hissəsindən artıq satmamaq şərtilə, alqı-satqı müqaviləsinin predmeti ola bilər. Həmin Məcəllənin 230cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Beləliklə, onun Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanda yerləşən 11 saylı mənzili aldığını təsdiq edən sübutlar: onunla evin mülkiyyətçi arasında bağlanmış sadə yazılı müqavilə ilə, mənzilə dair sənədlərin əslinin onda olması, ərizəçinin 1993-cü ildən həmin mənzildə ailə üzvləri ilə yaşaması, mənzilə dair kommunal xərclərin onun tərəfindən ödənilməsi ilə təsdiq olunur. Həmçinin, məhkəməyə dəvət edəcəkləri şahidlər: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi, ev 32-də yaşayan X18 və Gəncə şəhəri, Qızıl Hacılı küçəsi, ev 94-də yaşayan X11 qeyd olunanları təsdiq edə bilərlər. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı X20 ilə arasında xx.xx.1993-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzili almışdır. Lakin alqı-satqı müqaviləsi sadə yazılı olmuş, yəni notarial qaydada təsdiq olunmamışdır. Ona görə də İddiaçı mülkiyyət hüququ qeydə alınmamışdır. 30 ildən çoxdur ki, iddiaçı X37 şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzildə yaşamaqla, ora sahiblik edir və kommunal xərclərini də özü ödəyir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə pasport qeydiyyatındadır. Monin Valeriy dünyasını dəyişməklə onun heç bir vərəsəsi yoxdur, nə də həmin evə dair bu günə qədər mübahisə açılmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi Bölməsinin nümayəndəsi X25 İddiaçı ilə X20 arasında xx.xx.1993-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, İddiaçı onun bacısı qızıdır. İddiaçı, 1993-cü ildə X16 məxsus Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzili almaq üçün ondan borc pul almış və həmin evi almışdır. Sonradan X20 vəfat etmişdir. Monin Valerinin heç bir vərəsəsi olmamış və evə dair mübahisə açmamışdır. 30 ildən artıqdır ki, Mahizər Əliyevə həmin evdə yaşamaqla evə sahiblik edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, İddiaçı onun bacısı qızıdır. İddiaçı mübahisəli ünvan olan ünvan 13-cü il tarixdə X6 almışdır. Evin sahibi X20 yanaraq vəfat etmişdir. İddiaçı 30 ildən çoxdur ki, həmin ünvanda yaşayır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 13 sentyabr 2023-cü il tarixli, 3-21-3-33/2-8398/2023 nömrəli məktubunda Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun Vəkili Vəkil bildirilmişdir ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.1992-ci il tarixli, 1/1151 reyestr nömrə ilə təsdiq edilmiş mənzil özəlləşdirmə müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmışdır. Gəncə şəhəri 5 saylı Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 2-1-20 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X22 tərəfindən X8 bağışlanmış, ona xx.xx.1993-cü il tarixli, 9793 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 2-2-416 reyestr nömrəli müqaviləsinə əsasən mənzil X23 xx.xx.1993-cü il tarixli, 9793 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzil ümumi sahəsi 29,1 kvadratmetr, yaşayış sahəsi 16,4 kvadratmetr olan bir yaşayış otağından ibarətdir. 20 iyun 1993-cü il tarixli İddiaçı ilə X20 arasında bağlanmış sadə yazılı alqı-satqı müqaviləsindən görünür ki, X20 Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzili 2000 dollara İddiaçı satmışdır. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 436 nömrəli, 25 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Gəncə şəhəri, Üzeyir Hacıbəyov, bina 81, mənzil 11-də ailə üzvləri ilə yaşayır. Mənzilin bütün kommunal xərclərini ödəyir. 25 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərtelekom MMC Gəncə Telekommunikasiyalar İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3-də yaşayan İddiaçı həqiqətən hal-hazırda istifadəsində ******* saylı telefon işləyir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı, xx.xx.1994-cü il təvəllüdlü X14 və xx.xx.1991-ci il təvəllüdlü X4 şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 81, mənzil 11 ünvanında qeydiyyatdadırlar. İİ-JQ seriyalı, 459665 nömrəli, 26 dekabr 1994-cü il tarixli, Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 21 dekabr 1994-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 dekabr 1994-cü il tarixdə 963 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsinin 27 avqust 2024-cü il tarixli, 3-16-5/8-13-1800/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1995-ci il tarixdə anadan olmuş və xx.xx.1994-cü ildə vəfat etmiş X20 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində məlumat aşkar edilmişdir: Ana - X34 1926, arvad – X9 xx.xx.1952-xx.xx.1992-ci ildə vəfat etmişdir. XV-JQ seriyalı, 312703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 11 fevral 1991-ci il tarixdə doğulmuşdur. Atası: X30, anası: X3r. AZ-İİİ seriyalı, 292806 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19 oktyabr 1994-cü il tarixdə doğulmuşdur. Atası: X30, anası: İddiaçıdır. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 27 yanvar 2020-ci il tarixli, 05/70-173 nömrəli, arayışdan görünür ki, X19 ilə X1 nikahı haqqında 19 sentyabr 1980-ci il tarixli 1186 nömrəli akt qeydi tərtib olnumuşdur. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əlizadə” soyadı verilmişdir. Vİ-İK seriyalı, 762297 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 23 noyabr 2016-cı il tarixdə ölmüşdür. Bu barədə 24 noyabr 2016-cı il tarixdə 1674 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzilə dair İddiaçı ilə X20 arasında bağlanmış 20 iyun 1993cü il tarixli sadə yazılı alqı-satqı müqaviləsinə, əsasən, X20 Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzili 2000 dollara İddiaçı satmışdır. Lakin, tərəflər evin alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və evə sahiblik etmişlər. Başqa sözlə, tərəflər alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı evin mülkiyyətçisi kimi həmin evə dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti 20 iyun 1993-cü il tarixdə yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanına əsasən aşağıdakılar qərara alınmışdır:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkar etdikdə, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin.
6. Yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etsinlər. Qeyd edilən Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı aşağıdakılardan ibarətdir:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı və X20 arasında xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktı müəyyən edilməli, hazırki qətnamə, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən həmin məbləğ İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. İddiaçı və X20 arasında xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktı müəyyən edilsin. Hazırki qətnamə, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 81 ünvanında yerləşən 11 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov