Məhkəmə qərarları › İş №2(125)-589/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-589/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-589/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehin nümayəndəsi Qədimov ilkin Şakir oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində göstərilən Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnamə və qərardadlarını icra etmədiklərinə görə, göstərdikləri hərəkət və hərəkətsizliklərinə görə Gəncə şəhər İcra İdarəsinin 30 (otuz) min manat cərimə olunması və 18 avqust 2008-ci ildən bu günkü tarixədək vurduqları 10 (on) min manat maddi ziyanın və 20 (iyirmi) min manat mənəvi ziyanın Cavabdehndən iddiaçılara alınıb ödənilməsi barədə, vəzifə havalə edilməsi barədə qərar qəbul edəsiniz. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərardadı ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli icra sənədi yenidən icraya yönəldilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi müəyyən edilmişdir. Lakin bugünkü tarixədək nə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli qətnaməsi, nə də ki Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərədadı icra edilməmişdir. Gəncə şəhər İcra İdarəsinin icra məmurları süründürməçilik və səhlənkarlıqla məhkəmənin qərərdad və qətnamələrini icra etmirlər. Bununla kifayətlənməyən Gəncə şəhər İcra İdarəsi eyni zamanda AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2576/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarını icra etmirlər və həmin qərar üzrə icra hərəkətlərini aparmaqdan imtina edirlər. Belə ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli qətnaməsinin icrası zamanı Gəncə şəhər İcra İdarəsi tərəfindən aparılmış icra işinin bütün sənədləri, qovluq şəklində yoxa çıxmış, bu günə kimi tapılmamışdır. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərədadının icrası 21 iyun 2019-cu il tarixdə böyük icra məmuru Amar Cəfərov tərəfindən yerinə yetirilmişdir, 172606/2019-21-30 saylı icra işinin surətindən görünür ki, Gəncə Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərədadının icrası qərəzli şəkildə dayandırılmışdır. Belə ki, 172606/2019-21-30 saylı icra işindən görünür ki, Gəncə şəhəri Bakı küçəsi 70 saylı ev, həmçinin 0,0125 kv.m torpaq sahəsi bütövlüklə X11 məxsusdur. Gəncə şəhər İcra idarəsinin məmuru İlkin Qədimovun tədqimatı əsasında çıxarılmış, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli (iş-2(044)-2740/2019) qiyabi qətnaməyə istinadən verilmiş 8(044)- 24/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadına əsasən X11 məxsus Gəncə şəhəri Nizami rayonu Bakı küçəsindəki 0,0125 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bu qərardadın icrası Cavabdeh tərəfindən qərəzli şəkildə bir il müddətində icra olunmadı. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 121-17203-1220 saylı HK/1282 nömrəli materiala dair qərarın surətindən görünür ki, Gəncə şəhər, Bakı küçəsi, ev 70 məhkəmənin qərarı ilə həbsdə olarkən Quliyeva Sayidənin iştirakı olmadan alqısatqı aparılmışdır. İcra İdarəsinə şikayət etdikdə qiyabi Qətnamənin ləğvi ilə bağlı xx.xx.2020-ci il tarixli, 2(044)-2348/2020-ci il qərardad qəbul edildiyi bilidirilmişdir. Cavabdeh icra məmuru İlkin Qədimovun təqdimatı əsasında xx.xx.2020-ci il tarixli, 8(044)- 08/2020 saylı qərardada əsasən Quliyeva SayidəTahir qızının məcburi gətirilməsi barədə qərardad çıxarılmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2348/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli əyani qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 manat X5ndan alınaraq tələbkarlara verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(044)-2740/2019 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və yeni 2(044)-2348/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnamə çıxarılmışdır. 17 oktyabr 2019-cu il tarixli, 2(044)-2740/2019 nömrəli qiyabi qətnaməyə istinadən verilmiş 12 fevral 2020-ci il tarixli, 8(044)-24/2020 nömrəli qərardadı qüvvəyə minməklə icra olunmalı idi və X11 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsindəki 0,0125 kv.m torpaq sahəsinin üzərinə həbsin qoyulması Gəncə şəhər İcra idarəsinin məmuru tərəfindən icra olunmalı idi. Gəncə şəhər İcra idarəsinin məmuru İlkin Qədimovun növbəti səhlənkarlığı, qanusuzluğu ilə 24 noyabr 2020-ci il tarixli Qərarda bildirilir ki, X12 hazırda ünvan 1 ünvanda kirayənişin kimi yaşadığı əsas gətirilərək icranın yerinə yetirilməsi Bakı şəhəri Suraxanı rayonu İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Gəncə şəhər İcra İdarəsinin məmuru İlkin Qədimov tərəfindən çıxarılmış 24 noyabr 2020-ci il tarixli Qərar qanunsuz qərar olmaqla yanaşı, icranı aidiyyatı olmayan səmtə yönəltməklə öz icra əməlindən bilərəkdən boyun qaçırmışdır. Verilmiş qərarın qanunsuz olduğunu əsas gətirərək məhkəmə tərəfindən ləğv edilmişdir. Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədimovun hərəkət və hərəkətsizliyindən dəfələrlə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Daha sonra Nizami rayon Məhkəməsinin qiyabi qətnaməsindən sonra çıxarılan xx.xx.2020-ci tarixli əyani qətnaməsini də Cavabdeh icra etməkdən qərəzli şəkildə boyun qaçıraraq, icra hərəkətlərini aparmaqdan imtina etmişdir. Belə ki, Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədomov heç bir əsas gətirmədən və araşdırma aparmadan icra sənədinin qanunsuz şəkildə Bakı şəhərinə göndərilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardaddan şikayətimiz əsasında Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı ilə icra məmurunun 24 noyabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilir. Ancaq həmin məhkəmə qərərdadı da Gəncə şəhəri İcra İdarəsi tərəfindən icra edilmir və icra məmuru İlkin Qədimov mənə maddi ziyan vura-vura gedir. Və onları mənəvi əzab çəkməyə məcbur edir. Cavabdeh hərəkətləri tamamilə qanunsuz və əsassızdır və məhkəmə qətnaməsinə və onlara qarşı hərəkətsizlikdir. Azərbaycan Respublikası adından çıxarılan qətnamə və qərərdadın icra edilməməsi İcra İdarəsinin hərəkət və hərəkətsizliyidir. Bu səbəbdən də düşünürlər ki, onlar inzibati orqan kimi hərəkət və hərəkətsizliklərinə görə məhkəmə tərəfindən cərimə olunmalıdırlar. Və 2008-ci ildən bu yana bu hərəkətsizlik nəticəsində vurduqları maddi və mənəvi ziyanı onlara ödəməlidirlər. Bu iddia ilə Gəncə İnzibati Məhkəməsinə iddia qaldırmışdılar. X17 Məhkəməsinin 2-1(114)-1011/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizələrini geri qaytardı və onlara bildirdi ki, bu iddia ümumi məhkəməyə aiddir və bu səbəbdən də ümumi məhkəmədə iddia qaldırmalı oldular. Məhkəmə iclasında iddiaçılar hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2740/2019 saylı, xx.xx.2019cu il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X5ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi xx.xx.2019-cu il tarixdə icra olunması üçün Cavabdeh icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 10 gün müddət ərzində icranın təmin edilməsi üçün borcluların yaşadığı ünvana poçt vasitəsi ilə bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun yaşadığı Gəncə şəhəri, ünvan 2 ünvanında olunmuş, evin giriş qapısının bağlı olduğu tərəflərindən müəyyən edilmişdir. Borclunun qonşuları ilə söhbət zamanı X3 ankoloji xəstə olduğu, müalicə ilə bağlı Bakı şəhərinə getdiyini və yaxın vaxtlarda gələcəyini bildirmişdirlər. Bu barədə tərəflərindən akt tərtib olunmuşdur. X4 məxsus pul vasitələrinin, dəyərli əmlakların müəyyən edilməsi üçün aidiyyatı təşkilatlara sorğular verilmiş və Elektron İcra sistemindən X9 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin qeydiyyatda olması və borclunun ailə başçısını itirməyə görə pensiya aldığı məlum olmuşdur. xx.xx.2019-cu il tarixdə tələbin X3 adına olan torpaq sahəsinə yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş, X9 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə tələbin borclunun pensiyasına yönəldilməsi üçün tələbkarlara bank hesabı gətirmələrinə dair məktubla müraciət olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan Milli Qeydiyyat Sistemində Quliyeva Say idə Tahir qızının adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırılma aparıldığı, bununla bağlı texniki səhvin aradan qaldırıldığı və hal-hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X9 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq təkrarən borclunun yaşadığı Gəncə şəhəri, ünvan 2 ünvanında olunmuş, evin giriş qapısının bağlı olduğu tərəflərindən müəyyən edilmiş, X3 yaxın vaxtlarda evinə gəldiyi, lakin ankoloji xəstəliyi ilə bağlı yenidən müalicə olunması üçün Bakı şəhərinə getdiyin məlum olmuşdur. Bu barədə tərəflərindən akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuşdur. Əlavə olaraq təqdimatın surəti məlumat üçün Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmişdir. (Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2348/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edildiyindən, xx.xx.2020-ci il tarixdə baxılan borclunun məcburi gətirilməsi barədə təqdimat məhkəmədən geri qaytarılmışdır.) Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan X9 Gəncə şəhəri, ünvan 2 ünvanında yaşamadığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmiş və polis idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan X12 barəsində xx.xx.2020-ci il tarixli, 510290 saylı axtarış elan edildiyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə X5 polis əməkdaşları vasitəsi ilə Cavabdehnə gətirilmişdir. X5 xx.xx.2020-ci il tarixdə izahat verərək qiyabi qətnamədən xəbəri olmadığını, uzun müddətdir ki, Bakı şəhərində yaşadığını və həmin qiyabi qətnamədən şikayət verəcəyini bildirmişdir. Həmin tarixdə X11 tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixdə X5 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi qiyabi qətnamənin ləğv edilməsinə dair ərizənin surətini Cavabdehnə təqdim etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2348/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2740/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Qiyabi qətnamə ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə xx.xx.2020-ci il tarxli təqdimatla müraciət olunmuş və Gəncə şəhəri Nizmi Rayon Məhkəməsinin 8(044)-204/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə qeyd edilən əmlak üzərindən həbs götürülmüşdür. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2740/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixli qərarla xitam verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X5ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi xx.xx.2020-ci il tarixdə icra olunması üçün Cavabdeh icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 10 gün müddət ərzində icranın təmin edilməsi üçün borcluların yaşadığı ünvana poçt vasitəsi ilə bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq X3 qeydiyatda olduğu Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 70 ünvanında olunmuş, X3 həmin ünvanda yaşamaması və icra vərəqəsində qeyd edilən 106 adda əşyaların həmin ünvanda olmaması tərəflərindən müəyyən edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubunda X3 hazırda ünvan 4 ünvanında faktiki yaşadığı bildirilmişdir. Həmçinin X4 məxsus ***-***-**-** GSM Bakcell mobil nömrəsi ilə əlaqə saxlanılmış və borclu hazırda ünvan 4 ünvanında yaşadığını bildirmiş və bu barədə xx.xx.2020-ci il tarixli telefonoqramma tərtib edilmişdir. Bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 24-cü maddələrini rəhbər tutaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarla borclunun yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə gedərək icraata başlamaq haqqında qərar və bildirişi qəbul etmiş, həmçinin həmin tarixdə izahat verərək qeyd olunan qətnamədən apellyasiya şikayəti verdiyini bildirmişdir. X5 əvvəllər ünvan 5 ünvanında kirayəçi kimi yaşaması, lakin hazırda həmin ünvanda yaşamaması səbəbindən (qoşma Bülbülə qəsəbəsi inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli arayışı) icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdehnə geri qaytarılmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Cavabdeh icraatına daxil olmuşdur. Əlavə olaraq, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli məktubundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi məlum olmuşdur. Bu səbəbdən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən xx.xx.2021ci il tarixli qərarla Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 2348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası dayandırılmışdır. Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X11 qarşı əmlak tələbinə dair mükli iş üzrə Gəncə Apellyasiya məhkəməsinin mülki Kollegiyasının qətnaməsinin və Azərbaycan Respublikası Ali məhkəməsinin mülki Kollegiyasının qərarının surəti icra hərəkətlərinin davam etdirilməsi üçün Cavabdehnə göndərilmişdir. Qeyd olunan məktub xx.xx.2022-ci il tarixdə Cavabdehnə daxil olmuş və həmin tarixdə X4 xəbərdarlıq yazılmışdır. xx.xx.2022-ci il tarixdə X3 qeydiyatda olduğu Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 70 ünvanında olunmuş, X3 həmin ünvanda yaşamaması tərəflərindən müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə borlcunun axtarılması haqqında qərar qəbul edilərək Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2022-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Əlavə olaraq X3 pensiya aldığı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdən tələb borcunun pensiyasının 50%-nə yönəldilmişdir. Cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərardadı ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli icra sənədi yenidən icraya yönəldilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi müəyyən edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadına əsasən X11 məxsus Gəncə şəhəri Nizami rayonu Bakı küçəsindəki 0,0125 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(044)-08/2020 saylı qərardada əsasən Quliyeva SayidəTahir qızının məcburi gətirilməsi barədə qərardad çıxarılmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2348/2020 saylı, 02 oktyabr 2020ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 manat X5ndan alınaraq tələbkarlara verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2740/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X5ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan Milli Qeydiyyat Sistemində Quliyeva Say idə Tahir qızının adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırılma aparıldığı, bununla bağlı texniki səhvin aradan qaldırıldığı və hal-hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X9 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2348/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 2740/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Gəncə şəhəri Nizmi Rayon Məhkəməsinin 8(044)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, Qiyabi qətnamə ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarıyla icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2740/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X5ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarla borclunun yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 8(044)-24/2020 saylı qərardadına əsasən üzərinə həbsin qoyulması qərara alınmış Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında yerləşən 0,0125 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini X6 şəhəri 3 saylı Dövlət notariat kontorunun 11 iyun 2011-ci il tarixli, 4Ə-2-313 reyestr nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsidə əsasən X2. Həmin müqavilə əsasında X8 mülkiyyət hüququ daşınmaz əmiakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, **********66-10301 reyestr nömrəli çıxarış verilmişdir. Milli Qeydiyyat X1 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırma aparılmış, bununla bağlı texniki səhv aradan qaldırılmışdır. Hal hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasan, X16 emənin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 8(044)-24/2020 saylı qərardadına əsasən üzərinə həbsin qoyulması qərara alınmış Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında yerləşən 0,0125 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini X6 şəhəri 3 saylı Dövlət notariat kontorunun 11 iyun 2011-ci il tarixli, 4Ə-2-313 reyestr nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən X2. Həmin müqavilə əsasında X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011- ci il tarixli, **********66-10301 reyestr nömrəli çıxarış verilmişdir. Milli Qeydiyyat X1 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırma aparılmış, bununla bağlı texniki səhv aradan qaldırılmışdır. Hal hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X9 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(044)-204/2020 nörməli qərardadının icrası tərəflərindən mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı iş üzrə iddiaçı tərəf cavabdehə cərimə tətbiq edilməsi, maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər irəli sürmüşdür. Lakin məhkəmə araşdırması zamanı sübutetmə yükü daşıyan iddiaçı tərəf cavabdeh İdarənin qanunsuz aktlar qəbul etməsini, hərəkət və ya hərəkətsizliyə yol verməsini təsdiqləyə bilməmişdir. Beləliklə, maddi ziyan mötəbər və kifayətedici sübutlarla təsdiq edilmədiyi üçün əvəzinin ödənilməsi hissəsində iddia təmin eidlə bilməz. Mənəvi ziyanla bağlı nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baxılan mübahisə üzrə cavabdehin qanunsuz aktları və ya əməli, dolayısıyla iddiaçı tərəfin mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi zərərə məruz qalması müəyyən olunmadığından belə zərərin əvəzinin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cərimə hər hansı bir hüquq pozuçusuna tətbiq edilən neqativ təsir növüdür. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 25.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsində müəyyən edilmişdir ki, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edilən qanunvericilik normalarına və Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən qeyd edir ki, cərimə qanunvericliklə müəyyən edilmiş əsaslar olduqda tətbiq edilən neqativ təsir növüdür. Hazırkı işə mülki icraat qaydasında baxıldığı zaman cərimə tətbiq edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, əsaslılığı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar