Məhkəmə qərarları › İş №2(125)-5902/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5902/2024

18.11.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5902/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (maraqlı şəxs Cavabdeh) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi (maraqlı şəxs Cavabdeh) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət dövlət büdcəsinə olan ümumilikdə 4490,26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 10667,91 manat, işsizlikdən sığorta fonduna olan 2,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 390,98 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanını rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix – 07 aprel 1986-cı il, Doğulduğu yer – Ermənistan, Vardenis rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 23UJ6AD, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE AA0708533) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası, Gəncə Şəhəri, Hacıkənd Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə 4490,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 3368,97 manat, faizlər üzrə 1081,29 manat, maliyyə sanksiyası üzrə 40 manat), İşsizlikdən sığorta fonduna 2,35 manat, İcbari Tibbi Sığorta Fonduna 390,98 manat, Dövlət Sosial Müdafiə Fonduna 10667,91 manat olmaqla, ümumilikdə 15551,5 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********618800, xx.xx.2024-cü il tarixli **********514400, xx.xx.2024-cü il tarixli **********851800, xx.xx.2024-cü il tarixli **********010500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çoxluğu nəzərə alınaraq işə ərizəçinin iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, Cavabdeh 25165,43 manat borcun 15 gün müddətində ödənilməsinin tələb edildiyi, borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********4 nömrəli, 16 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin (VÖEN:**********) 16 iyul 2024-cü il tarixə 291,57 manat, o cümlədən: işsizlikdən sığorta haqqı üzrə 211,49 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 80,08 manat, inzibati cərimələr üzrə 0,00 manat, digər üzrə 0,00 manat borcu vardır. İcbari tibbi sığorta haqlar üzrə borcun ödənilməsinə dair **********5 nömrəli,16 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin (VÖEN:**********) 16 iyul 2024-cü il tarixə ümumilikdə 439,62 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 373,73 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 65,89 manat, inzibati cərimələr üzrə 0,00 manat, digər üzrə 0,00 manat borcu vardır. Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********13 nömrəli, 16 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin (VÖEN:**********) ümumilikdə 10784,71 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 8267,82 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 2516,89 manat, inzibati cərimələr üzrə 0,00 manat, digər üzrə 0,00 manat borcu vardır. Vergi borcunun ödənilməsinə dair 23 iyul 2024-cü il tarixli, **********8 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin (VÖEN:**********) 23 iyul 2024-cü il tarixinə dövlət büdcəsinə 4792,14 manat, o cümlədən: vergilər üzrə 3670,85 manat, maliyyə sanksiyaları üzrə 40,00 manat, faizlər üzrə 1081,29 manat və məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat borcu vardır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsi vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatdan keçmişdir, rəhbəri Cavabdehdur. 03 iyun 2024-cü il tarixli Gəncə şəhəri Hacıkənd bələdiyyəsi iclasının 6 nömrəli protokolundan görünür ki, Cavabdeh Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin (VÖEN:**********) şəxsi hesab vərəqələrindən görünür ki, vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş borcu və müvafiq vergi borcu mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 17.1.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, hazırda Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsi hüquqi şəxsin icra orqanının rəhbəri vəzifə səlahiyyətlərinə əsasən Dövlət Büdcəsinə, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu və İcbari Tibbi Sığorta Fonduna olan borcların ödənilməsini təmin etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsi hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh ölkədən getməsi ilə vergi borcunun ödənilməsinə maneələr yarana bilər, bu isə öz növbəsində vergi borcunun ödənilməsinin mümkünsüz olması və ya uzun müddət ödənilməmiş qalması ilə nəticələnə bilər. Odur ki, ərizə təmin edilməli, Dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini, Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsini, İşsizlikdən Sığorta Fonduna olan borcun ödənilməsini və İcbari Tibbi Sığorta Fonduna olan borcun ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin icra orqanının rəhbəri kimi vergi ödəyicisi olan, 07 aprel 1986-cı il tarixdə Ermənistan Respublikasının, Vardenis (Basarkeçər) rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (FİN kod: 23UJ6AD) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-7.4-ci maddəsinə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini, Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsini, İşsizlikdən Sığorta Fonduna olan borcun ödənilməsini və İcbari Tibbi Sığorta Fonduna olan borcun ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikası Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin icra orqanının rəhbəri kimi vergi ödəyicisi olan, 07 aprel 1986-cı il tarixdə Ermənistan Respublikasının, Vardenis (Basarkeçər) rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN kod: 23UJ6AD) Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə ödənməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar