Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6158/2025 09.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC) qarşı Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Gəncə şəhər 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən yaşadığı evə Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 50-yə tutulma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Ona görə də, məhkəmədə həmin icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmışdır. İcra qeydi işinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olundu ki, icra qeydinin verilməsinin hüquqi əsası ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd və icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənədlərə əsasən icra qeydi verilməsi kobud pozuntudur. Notarius icra qeydi verərkən tərəflər arasında mübahisə olmaması qənaətinə gəlmişdir. İcra qeydi işində bununla bağlı olaraq hər hansı sənəd yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin "xxxx" KB ASC-nin nümayəndəsi Orxan Babayev elektron kabinet vasitəsilə məhkəməyə yazılı izahat ünvanlayaraq izahatında göstərmişdir ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2023-cü il tarixli 1753micKPZ/23-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə, xx.xx.2028-ci il tarixədək illik 20% ödəmək şərtilə, 46837(qırx altı minsəkkiz yüz otuz yeddi) AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 1753micİKPZ/23 saylı, 3M-620 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 5 ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********80-05101-093002 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 44865,50 AZN, faiz borcu üzrə 2213,94 AZN, cərimə borcu üzrə 66,77 AZN, cəmi 47146,21 AZN təşkil edir. Odur ki, xx.xx.2025-ci il tarixində ipoteka qoyanın və borclunun ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər göndərilmiş və imzalanaraq qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Sonda iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinin notariusu Nurçin Novruzova məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əsas kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, "xxxx" KB ASC tərərfindən İddiaçı 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1753micİKPZ/23 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" KB ASC ilə X6 arasında Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 1753micİKPZ/23 saylı, 3M-620 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 5 "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2023-cü il tarixdə başlanmış əsas kredit və bank hesabı müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış Əlavə kredit müqavilələrinin təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2023cü il tarixli 1753micKPZ/23-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə, xx.xx.2028-ci il tarixədək illik 20% ödəmək şərtilə, 46837(qırx altı min səkkiz yüz otuz yeddi) AZN məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X4 xx.xx.2024-cü il tarixli 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsi üzrə İddiaçı "xxxx" KB ASC qarşısında öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti İddiaçı ilə bərabər olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC-nin 31 iyul 2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsi üzrə İddiaçı həmin tarixə vaxtında ödənilməmiş 44865 50 manat əsas borc, 2213 94 manat faiz borcu və 66.77 manat dəbbə pulu olmaqla, cəmi borc 47146.21 manat məbləğini təşkil edir. İşdə olan "xxxx" KB ASC tərəfindən İddiaçı, X4 və X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsi üzrə hesablanmış cəmi 47146.21 manat borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surəti X6 tərəfindən imzalanaraq qəbul edilmişdir İş materiallarında olan "xxxx" KB ASC tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, borcun tutulmasının X3 mülkiyyətində olan ünvan 5nə yönəldilməsi haqqında bildirişin qeydə alınması DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən xahiş olunmuşdur. İş materiallarından müəyyən olunur ki, "xxxx" KB ASC-nin həmin bildirişi DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4083 nömrəli icra qeydinin surətindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- "X7" Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan- ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı, ünvan 3 ünvanında qeydiyyatda olan X2, ünvan 4 ünvanında qeydiyyatda olan X1 məxsus ipoteka predmeti olan X3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi təklif edilmişdir.(Öhdəliyi müəyyən edən 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 44865 50 AZN əsas borc, 2213 94 AZN faiz borcu, 66.77 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 47146.21 AZN təşkil edir). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar "xxxx" KB ASC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2023-cü il tarixli 1753micKPZ/23-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli 1037micKPZ/24 saylı əlavə kredit müqaviləsi üzrə borcun-47146.21 manatın mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, "xxxx" KB ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gün, yəni xx.xx.2025-ci il tarixdə İddiaçı, X4 və X5 tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. X6 tərəfindən bildiriş imzalanaraq qəbul edilmişdir. Göründüyü kimi Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-6158/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6158/2025
09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver