Məhkəmə qərarları › İş №2(125)-6466/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6466/2025

26.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6466/2025 26.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh6 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlunun qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh1 və Cavabdeh6 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh5 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlunun qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh1 və Cavabdeh6 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur və DƏDRX-dən həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2015-ci il tarixli çıxarış da alınmışdır. Cavabdehlərdən Cavabdeh1 oğludur, Cavabdeh2 gəlini, Esma və İsa isə nəvələridir. Onlar 2013-cü il tarixdə könüllü olaraq onlarla bigə yaşamaq istəmədiklərini bildirərək, ona məxsus fərdi yaşayış evindən çıxaraq oğlu Cavabdeh5 məxsus Göygöl rayonu Mərkəzi Xəstəxanasının yanında yerləşən fərdi yaşayış evinə köçmüşdürlər. Bundan başqa digər cavabdehlərdən Cavabdeh5 oğludur, Cavabdeh6 isə nəvəsidir. Övladı Cavabdeh5 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə başqa evə istifadə hüququ tanınmışdır. Hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair heç bir hüquqları yoxdur. Göründüyü kimi cavabdehlərdən Cavabdeh2 mübahisəli evin mülkiyyətçisi kimi onun gəlini, Esma, İsa və Rəhman isə nəvəsi olmaqla Mənzil Məcəlləsinin 30.1-ci maddəsində birbaşa nəzərdə tutulmuş ailə üzvlərindən heç biri deyildir. Həmçinin digər cavabdehlərdən oğlu Cavabdeh1 isə yetkinlik yaşına çatmış, ağır xəstəliyi və şikəstliyi olmamaqla əmək qabiliyyətli olmaqla bankda inkasator vəzifəsində işləyir və onun adına Göygöl rayonunda fərdi yaşyış yeri vardır. Digər cavabdeh olan övladı Cavabdeh5 isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə nümayəndəsi olan həyat yoldaşı Nümayəndə məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ müəyyən edilmişdir. Belə olan təqdirdə hesab edir ki, onun mülkiyyətində olan mənzilə dair heç bir istifadə hüququ yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları nəticəsində əlavə kommunal xərclər ödəmək məcburiyyətində qaldığını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh5 iddianı qəbul etməyib, 2022-ci ildən bəri ailəsi ilə birlikdə başqa ünvanda kirayədə yaşadığını və qeydiyyata düşmək üçün başqa yeri olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlunun qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh1, Cavabdeh6, və Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, Bülbül küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 29,6 kv.m yaşayış, 60,4 kv.m köməkçi sahədən ibarət 64 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-11690/2025 nömrəli məktubdan görünür ki, Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-1644 reyestr nömrə ilə təsdiq edilmiş müqaviləsinə əsasən ünvan 2 ünvanında 0,03 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 bağışlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 609/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh5 Gəncə şəhəri, Kəpəz rayonu, Elçin Kərimov küçəsi, 22 nömrəli bağ evinə istifadə hüququ tanınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Mənzil Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları Cavabdeh3 və Cavabdeh4 oğlu ilə birlikdə, həmçinin Cavabdeh5 azyaşlı övladı Cavabdeh6 ilə birlikdə özlərinə başqa yaşayış yeri seçməklə iddiaçıya məxsus fərdi yaşayış evindən çıxaraq başqa yaşayış sahəsinə köçmüşdür. Cavabdehlərin azyaşlı övladları ilə birlikdə mübahisəli evdə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh3 və Cavabdeh4 oğlunun, Cavabdeh5 və onun yetkinlik yaşına çatmamış uşağı Cavabdeh6 iddiaçıya məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 19 ünvanında yerləşən 21 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh3 və Cavabdeh4 oğlunun, Cavabdeh5 və onun yetkinlik yaşına çatmamış uşağı Cavabdeh6 iddiaçıya məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 19 ünvanında yerləşən 21 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar