Məhkəmə qərarları › İş №2(125)-6531/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6531/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6531/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialına qarşı “müqavilənin ləğv edilməsi, faiz dərəcəsinin illik 14,7 faiz müəyyən edilməsi ilə yeni müqavilə bağlanması və qətnamə qanuni qüvvəyə minənədək artıq tutulmuş faiz məbləğinin əsas borcdan silinməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi, faiz dərəcəsinin illik 14,7 faiz müəyyən edilməsi ilə yeni müqavilə bağlanması və qətnamə qanuni qüvvəyə minənədək artıq tutulmuş faiz məbləğinin əsas borcdan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin Kəpəz filialı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK4794754A128 saylı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə faiz dərəcəsinin illik 14,7 faiz müəyyən edilməsi ilə yeni müqavilə bağlanması və qətnamə qanuni qüvvəyə minənədək artıq tutulmuş faiz məbləğinin əsas borcdan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı yazılı vəsatət təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi və bildirdi ki, cavabdehlə razılıq əldə etmək üzrədirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialına qarşı “müqavilənin ləğv edilməsi, faiz dərəcəsinin illik 14,7 faiz müəyyən edilməsi ilə yeni müqavilə bağlanması və qətnamə qanuni qüvvəyə minənədək artıq tutulmuş faiz məbləğinin əsas borcdan silinməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialına qarşı “müqavilənin ləğv edilməsi, faiz dərəcəsinin illik 14,7 faiz müəyyən edilməsi ilə yeni müqavilə bağlanması və qətnamə qanuni qüvvəyə minənədək artıq tutulmuş faiz məbləğinin əsas borcdan silinməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar