Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6554/2025 07.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli, İXP7494359 nömrəli inzibati protokol əsasında ona qarşı tətbiq edilmiş 400 (dörd yüz) manat məbləğində cərimənin ləğv edilməsi, protokolun əsassız hesab edilməsi və onun inzibati məsuliyyətdən azad olunması tələblərinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsini göstərib, iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, aşağıdakı məzmunda xahiş etmişdir; “xx.xx.2025-ci il tarixli, İXP7494359 nömrəli inzibati protokol əsasında ona qarşı tətbiq edilmiş 400 (dörd yüz) manat məbləğində cərimənin ləğv edilməsi, protokolun əsassız hesab edilməsi və onun inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilsin.” İddia ərizəsindən belə müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Gəncə-Qazax avtomobil yolunda X5 postunda polis əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi qeyd edilmişdir. İddiaçı hazırki ərizəsində həmin vaxt nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmədiyini iddia edir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə şəxsin inzibati xəta törətməsi ilə bağlı tətbiq edilmiş inzibati cərimənin ləğv edilməsi ilə bağlı olduğundan və bu məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə, QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “xx.xx.2025ci il tarixli, İXP7494359 nömrəli inzibati protokol əsasında ona qarşı tətbiq edilmiş 400 (dörd yüz) manat məbləğində cərimənin ləğv edilməsi, protokolun əsassız hesab edilməsi və onun inzibati məsuliyyətdən azad olunması tələblərinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-6554/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6554/2025
07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver