Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6996/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 və təsisçi (mülkiyyətçi) İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Göygöl rayon İcra və Probasiya Şöbəsi) “məhkəmə qərardadlarının torpaq sahəsinə dair hissəsinin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 və təsisçi (mülkiyyətçi) İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Göygöl rayon İcra və Probasiya Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 may 2012-ci il tarixli, 8(043)-97/2012 nömrəli və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 8(043)-296/2014 nömrəli qərardadları müxtəlif illərdə qəbul edildiyindən 1,70 ha torpaq sahəsinə dair hissənin qismən ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən, eləcə də “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 1stitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhərinin inzibati ərazisi olduğundan, hazırki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə ərazi aidiyyəti qaydalarına əsasən Gəncə Şəhər Məhkəməsi tərəfindən qiymət verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 və təsisçi (mülkiyyətçi) İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Göygöl rayon İcra və Probasiya Şöbəsi) “məhkəmə qərardadlarının torpaq sahəsinə dair hissəsinin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6996/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6996/2024
04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver