Məhkəmə qərarları › İş №2(125)-717/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-717/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-717/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 3-cü şəxslər Balakən rayon Polis idarəsinə və Balakən rayon Prokurorluğuna qarşı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 3-cü şəxslər Balakən rayon Polis idarəsinə və Balakən rayon Prokurorluğuna qarşı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 3-cü şəxslər tərəfindən ona vurulmuş maddi və mənəvi ziyana görə 75*** manatın tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 3-cü şəxslərin ona vurduğu maddi ziyana görə 75*** manatın və mənəvi ziyana görə 75*** manatın tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 31 yanvar 2*2*-ci il tarixdə saat 15 radələrində saxlanılmışdır. Polis tərəfindən ona 234.2-ci maddəsi ilə ittiham verilmiş, Prokurorluğun təqdimatı ilə Balakən rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. 26 avqust 2*2*-ci il tarixdə Balakən rayon Məhkəməsi onun barəsində bəraət hökmü çıxarmışdır. Nəticədə o, 7 ay ərzində əsassız olaraq cəza çəkməyə məcbur olmuşdur. Ona bu müddət ərzində həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, o, 7 ay ərzində işləməmişdir. Lakin o, əsassız tutulmamışdan qabaq sahibkarlıqla məşğul olmuş və hər ay 1*** manata kimi pul əldə etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 3-cü şəxslərin ona vurduğu maddi ziyana görə 75*** manatın tutulub ona ödənilməlidir. Bundan başqa o, 7 ay azadlıqdan məhrum olmuşdur. Bu müddət ərzində o, ağır mənəvi sarsıntılar keçirmiş, hər gün əsassız həbs edilməsini fikirləşmişdir. Bu müddət ərzində valideynləri həm maddi, həm də mənəvi çətinliklərlə üzləşmişlər. O, cəmiyyətdə mövqeyini itirmişdir. Belə vəziyyətdə o, ona dəymiş mənəvi ziyanı 75.*** manat məbləğində qiymətləndirir. Bu məbləğlər yəni maddi ziyana görə 75*** manat və mənəvi ziyana görə 75*** manat Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub ona ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 3-cü şəxslər Balakən rayon Polis Şöbəsinə və Balakən rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə itirilmiş gəlirə görə 75*** manat və 75*** manat mənəvi zərərə məruz qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan Balakən rayon Məhkəməsinin 26.*8.2*2*-ci il tarixli 1(*19)-29/2*2* saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı cinayət hadisəsinin olmamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi hökm olunmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.*2.2*21-ci il tarixli 1(1*7)-6/2*21 saylı qərarından görünür ki, Dövlət ittihamçısı, ədliyyə müşaviri X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 26 avqust 2*2*-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qüvvədə olan 2*.1*.2*21-ci il tarixli 1(1*2)-1334/2*21 nömrəli qərarından görünür ki, Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı *1.*2.2*2*-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Balakən rayon Məhkəməsinin 26.*8.2*2*-ci il tarixli 1(*19)-29/2*2* saylı hökmünə əsasən təqsirləndirilən şəxs İddiaçı cinayət hadisəsinin olmamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5ci maddəsinə əsasən İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi hökm olunmuş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.*2.2*21-ci il tarixli 1(1*7)-6/2*21 saylı qərarına əsasən dövlət ittihamçısı, ədliyyə müşaviri X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 26 avqust 2*2*-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qüvvədə olan 2*.1*.2*21-ci il tarixli 1(1*2)-1334/2*21 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Bununla da iddiaçı qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi, ümumilikdə 6 ay 28 gün müddətə cinayət təqibinə məruz qalması nəticəsində həm maddi, həm də mənəvi ziyana məruz qalmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə Balakən rayon Məhkəməsinin 26.*8.2*2*-ci il tarixli 1(*19)-29/2*2* saylı bəraət hökmünün tədqiqi nəticəsinə əsaslanaraq qənaətə gəlir ki, iddiaçının qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi və məhkum edilməsi ilə birlikdə ümumilikdə 6 ay 28 gün müddətə cinayət təqibinə məruz qalması nəticəsində iddiaçıya dəyən ziyan ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub–olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56–cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 61.1–ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2–ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Məhkəmə, iddiaçının hüquqlarının pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ qüvvədə olan bəraət hökmündə tanındığından, həmin halı işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir, lakin iddiaçıya dəymiş maddi və mənəvi ziyanın məbləği ilə bağlı qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı qanunsuz həbsdə qaldığı müddət ərzində məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının həbsə alınmamışdan əvvəl qazancının və gəlirlərinin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1–ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2–ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 63–cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11*1.1–ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 6–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5–ci maddəsinin 1–ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 –ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1*96.1–ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1*96.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində baş verməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub– olmaması və ya bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Ona görə də məhkəmə hesab edir ki, iddianın maddi ziyan hissəsi ilə bağlı sübutlar təqdim edilmədiyindən, maddi ziyan hissəsi təsdiqini tapmadığından və bu baxımdan cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 75*** manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq 6 ay 28 gün müddətə cinayət təqibinə məruz qalması və məhkum edilməsi nəticəsində ona mənəvi ziyan vurulmuşdur. Həmin halın aradan qaldırılması, yəni iddiaçının pozulmuş hüququnun bərpa olunması, vurulmuş mənəvi ziyana görə pul kompensasiyası ödənilməsi yolu ilə mümkündür. Belə olan halda məhkəmə iddianın mənəvi zərərə görə 75*** manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının səhhətində problem yaranmış, o, cərrahi əməliyyata məruz qalmış, ona görə də fiziki ağrı və iztirab keçirmiş, həmçinin barəsində mənfi fikrin formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş, onun haqqında mənfi fikir formalaşmış, yəni onu tanıyan şəxslərin hamısı ondan qaçmış və onu narkotik vasitə satıcısı kimi qınamışdır. Bununla da iddiaçıya mənəvi ziyan dəymişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7–ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui–istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsinin 1–ci, 2– ci və 4–cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2**2–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *3 noyabr 2**8–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 1*–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddianın mənəvi zərərə görə 75.*** manat məbləğində pul tələbinə dair hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində iddiaçının qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi onun qanunsuz və əsassız olaraq 6 ay 28 gün həbsdə saxlanılması, şübhəsiz ki, iddiaçının şəxsi keyfiyyətləri, yaşayış yerində onun tanıyan şəxslər arasında təşəkkül tapmış şəxsi keyfiyyətləri ilə bir araya sığmadığına görə onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı uzun müddət qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qaldığı və həbsdə saxlanıldığı üçün yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmış və ictimaiyyət tərəfindən qınanmışdır. Ona görə də iddiaçı mənəvi zərərə məruz qalmışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 75. *** manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı və fiizki iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçı tələb etdiyi məbləğdə mənəvi zərərə məruz qalmasına dair əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın hüquqa zidd hərəkətlərinin təhlükəlilik dərəcəsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərər vuran şəxsin həmin hərəkətləri törətməkdə təqsirli olması, habelə iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, onun qanunla qorunan hüquqlarının pozulması ilə müşayiət olunsa da, iddiaçı tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının hərəkətlərinə hüquqi qiymət verilmiş və onun barəsində bəraət hökmü çıxarılmışdır. Bu hal isə iddiaçının təqsirsiz olmasını, onun qanunsuz olaraq cinayət təqibinə məruz qalmasını göstərir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində onu tanıyan şəxslər arasında nüfuzdan düşməsi, sonradan onun barəsində bəraət hökmünün çıxarılması və ona kompensasiya verilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunması mümkündür. İddiaçının fiziki əzab çəkməsi ilə əlaqədar olaraq məruz qaldığı mənəvi zərər isə cavabdehin 69** manat məbləğində təzminat ödəməsi yolu ilə aradan qaldırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi mənəvi zərərin 75.*** manat məbləği onun keçirdiyi iztirab və sarsıntının xarakterinə adekvat deyildir. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, tərəflərin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 69** manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 75.*** manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və iddiaçıya vurulmuş mənəvi zərərə görə 69** manat məbləğində kompensasiya ödənilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 4-cü hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Odur ki, məhkəmə məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Bəraət almış İddiaçı Azərbaycan Respublikasının Maliyyə nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərə görə 69** (altı min doqquz yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–22*, 233 və 36*–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bəraət almış İddiaçı Azərbaycan Respublikasının Maliyyə nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərə görə 69** (altı min doqquz yüz) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar