Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7237/2025 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 5000 (beş min) manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülki cavabdeh X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci ittiham irəli sürülərək 1(125)-163/2025 nömrəli cinayət işi üzrə məhkəmə məsuliyyətinə verilmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində yəni, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəssiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 5000 manat pulu vahid niyyətlə törədilən qəsdlə mülki iddiaçıya zərər vurmuşdur. Belə ki, təqsirləndirilən şəxs X5 etibardan sui istifadə etməklə zərərçəkmiş şəxs İddiaçı Gəncə şəhəri Sadıllı ərazisində 4 E məhəlləsində ki, 400.0 kv.m sahəsi olan 16 nömrəli torpaq sahəsinə dair 50 il müddətinə hüquqi qüvvəyə malik olaraq verdiyi, sonradan isə sonuncuya məlum olmayan səbəblərdən ləğv edilmiş baş etibarnaməni guya yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2024-cü il yarixdə Gəncə şəhəri, X9 prospekti, 106 ünvanında yerləşən “Kəpəz Stationu”-nun girişinin qarşısında 3000 manat pulunu, bundan sonra eyni məqsədlə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Gəncə şəhəri “X8 Cəmiyyəti”-nin girişinin yanında 2000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməməklə etibardan sui istifadə və aldatma yolu ilə ümumilikdə zərərçəkmiş şəxsə 5000 manat vahid niyyətlə törədilən qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. İddia ərizəsində göstərildiyi kimi cavabdehin hərəkətləri nəticəsində o öz həyat yoldaşımı itirmişdir. Bu zaman o da narahatlıq, məyusluq və stress yaşamışdı. Bu səbəbdən cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X5 məhkəməyə gəlməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış, cavabdeh məhkəmə barədə məlumatlı oduğunu bildirmişdir. Məhkəmə işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan,qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(125)-163/2025 saylı hökmündən müəyyən edilir ki, X5 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 12 sentyabr 2017-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat kontorunda X1 zərərçəkmiş şəxs İddiaçı Gəncə şəhəri, Sadıllı ərazisinin 4E məhəlləsindəki 400 kvadratmetr sahəsi olan 16 nömrəli torpaq sahəsinə dair 50 il müddətində hüquqi qüvvəyə malik olaraq verdiyi, sonradan isə sonuncuya məlum olmayan səbəblərdən ləğv edilmiş baş etibarnaməni guya yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 03 aprel 2024-cü il tarixdə İddiaçı Gəncə şəhəri, X9 prospekti 106 ünvanında yerləşən “Kəpəz” stadionunun əsas girişinin qarşısında 3000 manat pulunu, bundan sonra eyni məqsədlə 25 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti”-nin girişinin yanında 2000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməməklə etibardan sui istifadə və aldatma yolu ilə ümumilikdə zərərçəkmiş şəxsə 5000 manat vahid niyyətlə törədilən qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Həmin hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı ona dəymiş maddi ziyan ödənilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, cavabdehlərin iddiaçıya 5000 manat məbləğində maddi ziyan vurması qanuni qüvvədə olan məhkəmə hökmü ilə təsdiq olunur. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, cavabdehlərin iddiaçıya 5000 manat məbləğində maddi ziyan vurması işin mübahisəsiz faktiki halı kimi təsdiq olunur və irəli sürülən iddianın təmin olunması üçün qanuni əsaslar vardır. Ona görə də iddia 5000 (beş min) manat məbləğində pul tələbi hissədə əsaslı sayılmalı və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia mənəvi zərərin əvəzinin ödənilməsi tələbi hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı ərizəsində baş vermiş hadisə nəticəsində ona 5000 manat mənəvi ziyan dəydiyini qeyd etsə də, məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi hallar iddiaçıya mənəvi zərər vurulmasını təsdiq etmir və bu baxımdan iddia mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi hissədə əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Odur ki, iddia qismən təmin edilməli, cavabdeh X2 5000 (beş min) manat pul alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 5000 (beş min) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia mənəvi zərərin əvəzinin ödənilməsi tələbi hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-7237/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7237/2025
23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver