Məhkəmə qərarları › İş №2(125)-731/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-731/2023

02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-731/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişinin təsdiq edilərək, aşağıdakı şərtlərlə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Tərəflər-İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 razılığa gəlmişər ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvana olan hər birinə münasibətdə ayrı-ayrılıqda 1/15 pay olmaqla, ümumilikdə 3/15 payına görə 16 min manat pul ödəməyi öhdəsinə götürür, iş üzrə cavabdehlər 15 gün ərzində 16 min manat pulu aldıqdan sonra özlərinə məxsus ünvan 1 ünvana olan ayrı-ayrılıqda 1/15 pay olmaqla, ümumilikdə 3/15 hissə paylarının iddiaçının adına özgəninkiləşdirilməsi öhdəliyini öz üzərlərinə götürürlər, payın özgəninkiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsini iddiaçı öz üzərinə götürür. Qeyd edilən şərt əsasında iddiaçı iddiadan imtina edir. Tərəflər məhkəmə iclası zamanı barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir və hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdən sonra iş üzrə icraata xitam verməlidir. Barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iddiaçı X1 cavabdeh X3 qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 268, 269-cu maddlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvana olan hər birinə münasibətdə ayrı-ayrılıqda 1/15 pay olmaqla, ümumilikdə 3/15 paya görə 16 min manat pul ödəməyi öhdəsinə götürür. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 15 gün ərzində 16 min manat pulu aldıqdan sonra özlərinə məxsus ünvan 1 ünvana olan hər birinə münasibətdə ayrı-ayrılıqda 1/15 pay olmaqla, ümumilikdə 3/15 hissə paylarının iddiaçının adına özgəninkiləşdirilməsi öhdəliyini öz üzərlərinə götürürlər. Payın özgəninkiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsini İddiaçı öz üzərinə götürür. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar