Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-84/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən onlara qarşı etdikləri süni məhkəmə icraatı süründürməçiliyinə, əsassız qaldırdıqları iddialara görə vəkilə, nümayəndəyə, yol pulu xərcinə görə 3*** manat, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya işləri ilə bağlı getdiyinə görə 5** manat məbləğdə yol pulu xərci, Gəncə Apellyasiya Məhkəməsinə bütün işlərə dair getdiyinə görə 3** manat yol pulu xərci, birinci instansiya məhkəməsinə Kəpəz rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə dəfələrlə məhkəmə iclaslarına getdiyinə görə 3** manat yol pulu xərci, həmçinin notariat kontorunda sənədlərin təsdiq olunması və etibarnamələrə görə 25* manat rüsum pulu, həmçinin məhkəmələrdə onlara qarşı qaldırdığı iddialara görə ödədiyi 15* manat dövlət rüsumu, məhkəmə instansiyalarına şikayət, iddia və vəsatət göndərməsi ilə bağlı poçt xidmətinə görə ödədiyi 2** manat xərc və eyni zamanda 4 il ərzində cavabdehlərin ona qarşı süründürməçilik, özbaşınalıq və əsassız iddialarına və məhkəmə mübahisələrinə görə çəkdiyi mənəvi əzab və iztirabı 2*.*** manat qiymətləndirdiyindən 2*.*** manat mənəvi ziyanın və hazırki tələb üzrə ödədiyi dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 27.*3.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadı ilə iddia tələbinə “cavabdehlər tərəfindən onlara qarşı etdikləri süni məhkəmə icraatı süründürməçiliyinə, əsassız qaldırdıqları iddialara görə vəkilə, nümayəndəyə, yol pulu xərcinə görə 3*** manat, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya işləri ilə bağlı getdiyinə görə 5** manat məbləğdə yol pulu xərci, Gəncə Apellyasiya Məhkəməsinə bütün işlərə dair getdiyinə görə 3** manat yol pulu xərci, birinci instansiya məhkəməsinə Kəpəz Rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə dəfələrlə məhkəmə iclaslarına getdiyinə görə 3** manat yol pulu xərci, həmçinin notariat kontorunda sənədlərin təsdiq olunması və etibarnamələrə görə 25* manat rüsum pulu, həmçinin məhkəmələrdə onlara qarşı qaldırdığı iddialara görə ödədiyi 15* manat dövlət rüsumu, məhkəmə instansiyalarına şikayət, iddia və vəsatət göndərməyi ilə bağlı poçt xidmətinə görə ödədiyi 2** manat xərcin tutulması” hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin mənəvi ziyanin ödənilməsi hissəsində iddia tələbini müdafiə edib izahahatında göstərdi ki, iddiaçı məhkəmə prosesləri gedən ərəfədə ürəyindən xəstələnmiş, cərrahi əməliyyat olunmuş, ciddi müalicələr almış və xəstəliyi ilə əlaqədar olaraq, kifayət qədər həm mənəvi ziyan çəkmiş, həm də maddi ziyan çəkmiş və nəticə etibarı ilə onların bu süründürməçilikləri və uzun-uzadı məhkəmə prosesləri nəticəsində iddiaçı mənəvi iztirab çəkmişdir və mənəvi iztirab çəkməyi də xəstəliyinə dair sənədlərlə sübuta yetirilir və hesab edir ki, cavabdehlər iddiaçıya mənəvi ziyana görə 2*.*** manat mənəvi ziyan ödəməlidirlər. İddiaçının tələb etdiyi məbləğlər kifayət qədər əsaslı pul məbləğləridir və əsaslandırılmış mənəvi ziyana dair məbləğlərdir və həmçinin ağlabatan iddia tələbidir. Göstərdiyi dəlillər, arqumentlər və hallar təsdiq edir ki, iddiasında haqlıdır və məhkəmə tərəfindən təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Baş vermiş bütün proseslər şəxsin sağlamlığının itirilməsinə səbəb olan hallardır ki, həmin hallar təqdim edilən sübutlar vasitəsilə sübuta yetirilir. İddiaçı keçirdiyi mənəvi sarsıntıları 2**** manat məbləğində qiymətləndirmişdir. Çünki istinad olunacaq konkret bir meyar yoxdur, vətəndaşın hansı dərəcədə qiymətləndirməsindən asılıdır. Qarşı tərəfin əsassız iddiaları məhkəmə qətnamələri ilə təsdiq olunmuşdur. Məhz əsassız iddialar nəticəsində də iddiaçıya mənəvi zərər dəymişdir. İddialarında haqlı olduqlarını və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədilə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Konstkaşıiyasının 6*-cı maddəsinə əsasən hər bir kəsin məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçının hazırki iddia tələbi isə cavabdeh"xxxx" ASC-nin məhkəmə müdafiəsi hüququndan istifadə etməsinin qarşısını almağa yönəlmişdir. Məhkəmə müdafiəsi hüququ isə konstitusion hüquq olmaqla, məhdudlaşdırıla bilməz. Əgər buna görə cavabdeh hüquqi şəxs təqsirli bilinib cəzalanacaqdırsa, bu qanun pozuntusu olmaqla, hüquqi dövlət prinsiplərinə ziddir. Mənəvi zərərin kompensasiyası ancaq maddi cəhətdən təmin oluna bilər. Tərəfin mənəvi sarsıntı keçirməsinə gəldikdə isə bunun elmi və məntiqi əsası olmalıdır. Məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olmuşdur. Tərəf ürək əməliyyatı keçirmiş, stend qoyulmuşdur. Bu fizioloji bir prosesdir, təsadüf nəticəsində məhkəmə prosesləri keçirildiyi vaxt baş vermişdir, məhkəmə ilə əlaqələndirilməsi əsassızdır. İddia tələbi formal mülahizələr üzərində qurulmuşdur. Şəxsin keçrdiyi əzab və iztirabların cavabdeh "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. Sübut olaraq ən azından müvafiq tarixlərdə psixoloji təzyiqlərlə bağlı baş verməsini göstərən ekspert rəyi təqdim edilməlidir. İddia tələbinin əsassız olduğunu qeyd edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı ÜİX: Gərginlik stenokardiyası İİİ f.s.Sakitlik stenokardiyası.İ.25.1 İnfarktdan (2**5-2*14-cü il) sonrakı kardio-skleroz. Aorta, tac və beyin damarların aterosklerozu. Beyin qan dövranı pozulması (2*11-ci il) sonrakı vəziyyət, Yanaşı İ.11.,Hipertoniya xəstəliyi İİİ mər. Krizli gediş. Krizlər İİ tip..Hipertonik ensefalopatiya. E.1* Şəkərli diabet İİ tip. Diabetik anqio və nefropatiya. Sağ böyrəyin kistası. Qara ciyərin piyli hepatozu. Dislipidemiya. Hər iki aşağı ətrafın varikoz vena genişlənməsi.Xr.venoz çatmazlığı İİİ-İV dər. Boyun və döş fəqərələrinin asteoxondrozu diaqnozu qoyulmuşdur. 16.*3.2*21-23.*3.2*21-ci il tarixli *319486 saylı Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, müalicə həkimi A.Məmmədova tərəfindən İddiaçı ÜİX: Gərginlik stenokardiyası İİİ f.s.Sakitlik stenokardiyası.İ.25.1 İnfarktdan (2**5-2*14-cü il) sonrakı kardio-skleroz. Aorta, tac və beyin damarların aterosklerozu. Beyin qan dövranı pozulması (2*11-ci il) sonrakı vəziyyət, Yanaşı İ.11.,Hipertoniya xəstəliyi İİİ mər. Krizli gediş. Krizlər İİ tip..Hipertonik ensefalopatiya. E.1* Şəkərli diabet İİ tip. Diabetik anqio və nefropatiya. Sağ böyrəyin kistası. Qara ciyərin piyli hepatozu. Dislipidemiya. Hər iki aşağı ətrafın varikoz vena genişlənməsi.Xr.venoz çatmazlığı İİİ-İV dər. Boyun və döş fəqərələrinin asteoxondrozu diaqnozu qoyulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında əmlak tələbi ilə bağlı məhkəmə çəkişmələri olmuş, məhkəmə qətnamələri qəbul edilmişdir. İddiaçı iddia etmşdir ki, cavabdehlər əsassız olaraq iddia qaldırmaqla məhkəmə çəkişməsi zamanı sarsıntı keçirərək əməliyyat olunmuş, ona mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1*97-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.*5.2**2-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Qeyd olunan qanunvericilikdən görünür ki, mənəvi zərər o halda baş verir ki, şəxsin şəxsi qeyri-əmlak hüquqları pozulmuş olsun. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdehlərin məhkəmə müdafiəsindən istifadə etməsi hüquqların pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 216, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-84/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-84/2024
10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver