Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-861/2024 13.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş inzibati xətalar nəticəsində ona dəymiş ziyanın ödənilməsi, yəni maddi zərərə görə 1010 (bir min on) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 101 (bir yüz bir) manat, cəmi 1648 (bir min altı yüz qırx səkkiz) manat məbləğində pulun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil “iddia tələbinin həcminin artırılması” barədə AZEMİS vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh tərəfindən törədilmiş inzibati xətalar nəticəsində maddi ziyan kimi dəymiş 1050 (bir min əlli) manatın, mənəvi ziyan kimi dəymiş 500 (beş yüz) manatın, məhkəmədə iddia qaldırılmasına görə dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manatın və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 101 (bir yüz bir) manatın, cəmi 1688 (bir min altı yüz səksən səkkiz) manatın Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat cərimə tənbehi tətbiq edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Göygöl rayonu, Üçtəpə kəndində ona məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən zərər yetirərək 1010 (min on) manat maddi ziyan vurmuşdur. Bundan başqa, Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərara əsasən Məmmədov X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Cavabdeh 01 dekabr 2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində onu döymüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin onu vurması nəticəsində bir tərəfdən həm fiziki, həm mənəvi iztirab, həm də sarsıntı keçirmiş, digər tərəfdən isə və avtomobilinə ziyan vurması nəticəsində əmlak itkisi ilə üzləşmiş və aydın məsələdir ki, belə olan halda nəticədə ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Məhkəmə qərarından aydın olur ki, avtomobilinə cavabdeh tərəfindən 1010 (bir min on) manat ziyan vurulmuşdur. Bundan başqa, cavabdehin ona vurduğu mənəvi zərər əvəzolunmaz olsa da, ondan mənəvi zərərə görə 500 (beş yüz) manat pul alınıb ona verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədinin icrası zamanı Göygöl Rayon İcra Şöbəsinin icra məmurlarının iştirakı ilə 01 dekabr 2022-ci il tarixdə Göygöl rayon Üçtəpə kəndində tələbkar kimi icra prosesində iştirak etmişdir. Bu zaman evin boşaldılması həyata keçirilən zaman borclunun qardaşı olan Cavabdeh ora gələrək icranın həyata keçirilməsinə mane olmuş və həmin vaxt ona məxsus olan “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən zərər yetirmişdir. Ona görə də cavabdeh barəsində inzibati xəta haqqında material toplanaraq məhkəməyə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin qərarına əsasən cavabdeh onun avtomaşınına zərər yetirdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə olunmuşdur. Həmçinin cavabdeh onu döydüyünə görə 11 oktyabr 2023-cü il tarixdə Göygöl Rayon Polis Şöbəsinin qərarına əsasən 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hesab edir ki, cavabdeh öz hərəkətləri ilə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Odur ki, iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə və iddiaçının göstərdiklərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində Göygöl rayon İcra və Probasiya şöbəsinin icraçıları ilə birlikdə İddiaçı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evdən bacısını çıxartdıqlarını görmüşdür. İddiaçı mane olmağa başlamış və ona müqavimət göstərmişdir. Lakin, İddiaçı məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı formada zərər vurmamışdır. Bundan əlavə iş üzrə ekspertizanın rəyi ilə də razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Göygöl Rayon Məhkəməsinin 3(066)-430/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbehi tətbiq edilməsi, həbs etmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən, saat 19:07-dən hesablanması qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4, sonuncunun oğlu Xəyal İsayevin və qohumu Cavabdeh əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. “İnzibati tənbeh vermə haqqında” 11 oktyabr 2023-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində Göygöl rayonu, Üçtəpə kəndində aralarında yaranmış mübahisələr zamanı İddiaçı döymüşdür. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur. MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus **-DJ-*** nömrəli avtomaşına zərər yetirərək, sonuncuya 1000 (bir min) manat maddi ziyan vurmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1000 (bir min) manat məbləğdə cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-17/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi əsası ilə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” istehsalat birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən verilmiş 13/02 nömrəli, 19 fevral 2024-cü il tarixli qüsur aktı-rəydən görünür ki, “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, “Qara Pikap” rəngli, 2011-ci il buraxılışlı, BAN № MNTCCUD40Z0013 avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla, qəzaya uğramış avtomobilə 1050 (bir min əlli) manat maddi zərər toxunulmuşdur. AD seriyalı, 182762 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Nissan Navara” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1833 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı, “Nissan Navara” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1050,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Göygöl Rayon Polis şöbəsində Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində müəyyən edilmiş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ilə, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1000 (bir min) manat məbləğdə cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan Cavabdeh tərəfindən şikayət verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-17/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə, şikayət qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi əsası ilə xitam verilməsi qərara alınmışdır. Hal-hazırda İddiaçı Cavabdeh tərəfindən onun avtomobilinə vurulmuş maddi ziyan, həmçinin, mənəvi ziyan tələbinə dair iddia qaldıraraq, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Mübahisənin düzgün və hərtərəfli araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1833 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası ilə, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı, “Nissan Navara” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1050,00 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavbabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə ilk növbədə iddiaçının cavabdeh tərəfindən onun avtomobilinə maddi ziyan vurulması hissəsinə qiymət verərək qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin iddiaçıya məxsus avtomaşına ziyan vurulması faktı öz təsdiqini tapmışdır. Belə ki, həmin icraat zaman məhkəmə iclasında şahid Göygöl Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 ifadəsində Cavabdeh tərəfindən İddiaçı məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili daşla vurduğunu bildirmişdir. Bundan başqa Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilsə də, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-17/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə, şikayət qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi əsası ilə xitam verilməsi qərara alınmışdır. Yəni, Göygöl Rayon Məhkəməsinin sözügedən qərarı Cavabdeh təqsirinin olmaması əsasına görə deyil, müddətin keçməsinə görə xitam verilməsi qərara alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus avtomobilə maddi ziyan vurulduğundan iddiaçının hazırki tələbi maddi ziyana aid hissədə haqlıdır. Həmçinin, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərin məbləğinin 1050 (bir min əlli) manat olmasını qeyd etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1833 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyində də vurulan ziyanın məbləği 1050 (bir min əlli) manat həddində olduğu müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddiaçının digər bir iddia tələbi olan mənəvi zərərin vurulması hissəsinə qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh onu döyməsi nəticəsində mənəvi sarsıntı keçirməsi və buna görə 500 manat mənəvi zərərə uğramasını qeyd etsə də, buna dair hər hansı mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərə aid hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 1050 (bir min əlli) manat alınıb İddiaçı verilməli, iddia tələbi mənəvi zərərin tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun 30 (otuz) manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş 11799 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkilə göstərdiyi hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 100 (bir yüz) manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin və iddiaçının xahişi nəzərə alınmaqla, İddiaçı tərəfindən vəkilə hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1050 (bir min əlli) manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı və vəkilə hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat olmaqla, cəmi 1180 (bir min yüz səksən) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-861/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-861/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver