Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-87/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Mehdiyeva (Fırtına) Kifayət Xəlil qızının Cavabdeh1 Firudin oğluna, X2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh6, Serçe Durdane (Mehdiyeva) Firuddin qızına, Tosun Züleyha (Məmmədova) Firuddin qızına qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin evdən məcburi qaydada çıxarılması» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mehdiyeva (Fırtına) Kifayət Xəlil qızı Cavabdeh1, X2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh6, Serçe Durdane (Mehdiyeva) Firuddin qızına, Tosun Züleyha (Məmmədova) Firuddin qızına qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən 80 nömrəli evdən istifadə hüquqlarının itirilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçı Mehdiyeva (Fırtına) Kifayət Xəlil qızının Cavabdeh1 Firudin oğluna 1.500 manat məbləğində kompensasiya ödəmək şərtilə Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən 80 nömrəli evdən istifadə hüququna xitam verilməklə evdən əşyaları ilə birgə məcburi qaydada çıxarılması, cavabdeh X1 isə Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən 80 nömrəli evdən məcburi qaydada çıxarılması və digər cavabdehlər, Cavabdeh5, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh6, Serçe Durdane (Mehdiyeva) Firuddin qızının, Tosun Züleyha (Məmmədova) Firuddin qızının iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən 80 nömrəli evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizəsini məhkəməyə təqdim edərək iddianın baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdidi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına etirazı olmadığını bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalı, iddiaçının vəsatəti əsasında iddia ərizəsi geri qaytarıldığına görə iş üzrə İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mehdiyeva (Fırtına) Kifayət Xəlil qızının cavabdehlər Cavabdeh1 Firudin oğluna, X2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh6, Serçe Durdane (Mehdiyeva) Firuddin qızına, Tosun Züleyha (Məmmədova) Firuddin qızına qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin evdən məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-87/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-87/2025
08.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver