Məhkəmə qərarları › İş №2(125)-882/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-882/2023

21.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-882/2023 21.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) “payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun ½ hissədə ümumi paylı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanda 0.039 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113.7 kv.m olan bağ evindən onun ½ hissədə olan payını real vəziyyətdə naturada ayrılaraq ayrıca giriş-çıxış yolu müəyyən edilməklə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq əridi. Cavabdeh ilə 16 dekabr 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X3 adında 2 uşağı olmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 390/2019 saylı Qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış 16 dekabr 2008-ci il tarixli nikah akt qeydi pozulmuş və iki az yaşlı uşağa görə cavabdehdən onun xeyrinə hər ay sabiq pul məbləğində 240 manat aliment qət edilmişdir. Mübahisəli Gəncə şəhəri, X6 Qurbanov adma BYB sahə 46 ünvanda yerləşən bağ evini Cavabdeh Famü oğlu ilə birgə nikah dövründə 3 saylı notariat ofisinin 13 avqust 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışlar. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)3176/2021 saylı və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1092/2022 saylı Qətnamələri ilə Gəncə şəhəri Kəpəz rayonu Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adma BYB ünvanda yerləşən bu mübahisəli bağ evinin 1/2 hissəsinə mənim, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarımız tanınmaqla 1/2 hissədə hər birimizin mülkiyyətinə verilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin və Gəncə Apelyasiya Məhkəməsinin yuxarıda göstərilən Qətnamələri qanuni qüvvəyə minməklə icraya yönəldilmiş və Gəncə şəhəri Kəpəz rayonu Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanda 0.039 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113.7 kv.m olan bağ evinin 1/2 hissədə mənim, 1/2 isə Cavabdeh mülkiyyəti kimi **********29-11301 reyest nömrəsi ilə xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən “Çıxarış” verilmişdir. Hazırda yuxarıda göstərilən mübahisəli bağ evi hər birinə ½ hissədə cavabdehlə onun paylı mülkiyyətidir. Ancaq, onun ½ hissə payı paylı mülkiyyətdə olduğuna görə, habelə öz payının ayrıca giriş-çıxışı olmadığına görə, payından sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarımı həyata keçirə bilmir. Məhkəmə iclasında iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46, Ş.Qurbanov adına BYB ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsiylə ½ hissədə İddiaçı; xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsiylə ½ hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 390/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 16 dekabr 2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon WADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; tərəflərin bigə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılsınvə uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 3176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013- cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu ıl tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin İddiaçı aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 saylı qətnaməsi «Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafıkinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin İddiaçı aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh ödənilməsi» hissəsində ləğv olunması; həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik İddiaçı və Cavabdeh ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğunluğu müəyyən edilmiş; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 1101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh və İddiaçı 38400 manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 205 manat pul müştərək qaydada almaraq, iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2710 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanında yerləşən evin tikililərinin planlı yerləşməsini, həmin evdə bir mətbəxin, bir dəhlizin, bir hamam və bir ayaqyolu tikililərinin olduğunu, eləcə də, yaşayış otaqlarının sahəsinin tərəflərin paylarına uyun olmadığını nəzərə alaraq həmin evin təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01,89-un 1.1,2.1,2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanında yerləşən bağ evinin tərəflərin paylarına uyğun olaraq bölgüsü mümkün olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bu halda Mülki Məcəllənin 220.6-cı maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçının hüquqi vardır ki, paylı mülkiyyətlərində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Lakin, hazırki iş üzrə iddiaçı bu barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıdan tutalaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar