Məhkəmə qərarları › İş №2(125)-887/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-887/2023

16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-887/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X29 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 77,2 kv.m olan fərdi yaşayış evinin, X8 miras qalmış, sahəsi 19,5 kv.m ev və 0,0704 ha torpaq sahəsinin 1/2 hissəsindən ibarət miras hissəsinin vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin mirasa mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 noyabr 2005-ci il tarixli qərardadı ilə ünvan 2 ünvanda yerləşən baba mülkləri olan ümumi sahəsi 77,2 kv.m fərdi yaşayış evinin, 19,5 kv.m olan 1otağı və həyətyanı torpaq sahəsinin 1/2 hissəsi mərhum X4nun mülkiyyətinə verilmiş, mülkün qalan hissəsi dayıları X16 mülkiyyətində saxlanılmışdır.Bununla bağlı xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X4 2014cü ildə cəza çəkdiyi müəssisədən Penitensiar Xidməti X2nə köçürülmüş, orada olarkən ona xx.xx.2014-cü il tarixli 17/36-32 nömrəli vəsiyyətnamə vermişdir. Qardaşı vəsiyyətnamə ilə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi, 24 nömrə ünvanda yerləşən, ümumi sahəsi 77,2 kv.m fərdi yaşayış evinin qardaşının mülkiyyətində olan 19,5 kv.m hissəsini və torpaq sahəsinin ½ hissəsini vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. X4 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 17/36-32 nömrəli vəsiyyətnamə hal-hazırda qüvvədədir. X4 10 iyul 2014-cü ildə vəfat etmiş, onun ölümü ilə həmin mülkə miras açılmışdır. Qardaşının vəfatı ilə əlaqədar hüzr yeri onun evində olmuş, yas mərasimi xərcləri onun vəsaiti hesabına həyata keçirilmişdir. Bundan sonra həmin evin idarəçiliyini həyata keçirmiş, evin açarı və sahibliyi onda olmuşdur. Belə ki, qardaşı X3 Firuzə Hüseyn qızı ilə nikahda olmuş, onların nikahları xx.xx.1987-ci il tarixdə qeydə alınmışdır. Qardşının arvadı X12 qardaşından əvvəl, yəni xx.xx.2006-cı ildə vəfat etmişdir. Qardaşı ilə Gözəlova Firuzənin birgə nikahından xx.xx.1989-cu ildə Fərid adlı uşaqları doğulmuş, onların başqa övladı olmamışdır. Fərid anası Firuzənin 2006-cı il vəfatından əvvəl və sonra ana tərəfdən baba və nənəsinin yaşadıqları Gəncə şəhəri Atatürk prospekti 237, 2A nömrəli binada onlarla birlikdə yaşamışdır. Bu səbəbdən də, qardaşı Hidayətlə oğlu Fəridin arasında heç bir valideyin övlad münasibəti olmamışdır. Qardaşı Hidayət vəfat etdikdən sonra da, oğlu Fərid əvvəldən yaşadığı, ana tərəfdən baba və nənəsinin evində yaşamaqda davam etmişdir. 2014-cü ildə qardaşının vəfatından sonra Fərid ata mirasından ona çatası məcburi payla bağlı heç bir hərəkət etməmişdir. Yəni o, qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməmiş, yaxud mirası faktiki qəbul etməmişdir. Nəticədə o, mirasa məcburi pay hüququnu itirmiş və 21 avqust 2017-ci ildə vəfat etmişdir. X10 17 mart 1970-ci ildə, anası X18 30 sentyabr 2002-ci ildə vəfat etmişlər. Belə ki, vəsiyyətnamə üzrə mirası qəbul edən şəxs o olmuşdur. Qardaşının vəfatından sonra miras mülklə bağlı mübahisə olmadığına görə, mirası faktiki qəbul etdiyi üçün notariusa müaciət etməmişdir. Hazırda çıxarış almaq məqsədi ilə notariusa müraciət edərkən ona bildirilmişdir ki, vəsiyyətnamədən xeyli vaxt keçdiyinə görə, mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Ona görə də, vəsiyyətnamə üzrə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və qəbul edilmiş mirasa mülkiyyət hüququnun tanınmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə qarşı etirazı olmadığını bildirərək izahatında göstərdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla 19,5 kv.m hissəsi və torpaq sahəsinin ½ hissəsi mərhum X11 mülkiyyətində olmuşdur. X17 öz payını bacısı Mətanətə vəsiyyət etmişdir. X17 öləndən sonra Mətanət həmin evin açarını əldə edərək daimi evə gəlib getmiş təmizlik işləri apararaq evi idarə etmişdir. Evin bir sayğacı olduğu üçün qaz pulunu və suyun pulunu növbə ilə ödəmişlər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0704 ha torpaq sahəsinin 1/2 hissəsi və 77,2 kv.m olan fərdi yaşayış evinin 19,5 kv.m hissəsi X13, 0,0704 ha torpaq sahəsinin 1/2 hissəsi və 77,2 kv.m olan fərdi yaşayış evinin 57,7 kv.m hissəsi X20 məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X2 tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 17/36-32 nömrəli vəsiyyətnamədən görünür ki, X5 şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 24 ünvanında yerləşən əmlakın 1/2 hissədə olan payını bacısı İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X1 xx.xx.2022-ci il tarixli, 17/34-929 nömrəli məktubdan görünür ki, X17 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 17/36-32 nömrəli vəsiyyətnamə qüvvədədir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2303 saylı məktubdan görünür ki, mirasın qəbul edilməsi müddəti keçdiyindən mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 ailə tərkibi arvadı X12, bacısı İddiaçı və oğlu X6 ibarətdir. xx.xx.2022-ci il tarixli, 05/Q-300/70 seriyalı arayışdan görünür ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş X11 ata qrafasında X23, ana qrafasında isə X19 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, 05/Q-349/70 seriyalı arayışdan görünür ki, X23 xx.xx.1970-ci ildə ölmüşdür. xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Gözəlova (Abbasova) Zivər Abbas qızı xx.xx.2002-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli, 05/Q-348/70 seriyalı arayışdan görünür ki, X17 ilə Gözəlova (Qasımova) Firuzə Hüseyn qızı arasında olan nikah xx.xx.1987-ci il tarixdə 718 nömrə ilə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli, 05/70-160 seriyalı arayışdan görünür ki, X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli, 05/530 seriyalı arayışdan görünür ki, X17 ilə X7 xx.xx.1989-cu il tarixdə X15 adlı uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixli, 05/529 seriyalı arayışdan görünür ki, X15 xx.xx.2017-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli, 05/2-115 seriyalı arayışdan görünür ki, X9 xx.xx.2017-ci ilədək nikahı haqqında akt qeydi aşkar edilməmişdir. AZ-İ 676340 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən 0,0704 ha torpaq sahəsinin 1/2 hissəsi və 77,2 kv.m olan fərdi yaşayış evinin 19,5 kv.m hissəsi iddiaçının mərhum X4ndan miras qalmışdır. İddiaçının X4 xx.xx.2014-cü il tarixdə öləndən sonra vəsiyyət üzrə vərəsəsi olan bacısı İddiaçı miras əmlakı faktiki olaraq qəbul edərək həmin mirası idarə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddia tələbinə hüquq normaları baxəməndan qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mərhum qardaşından miras qalmış əmlaka sahiblik və ondan istifadə etməklə mrası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, İddiaçı mərhum X8 miras qalmış ünvan 2 fərdi yaşayış evinin 0,0704 ha torpaq sahəsinin 1/2 hissəsini və 77,2 kv.m olan fərdi yaşayış evinin 19,5 kv.m hissəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. İddia tələbinin mülkiyyət hüququnun tanınmasına gəldikdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığı üçün iddia həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,2 kv.m fərdi yaşayış evinin X8 miras qalmış 19,5 kv.m hissəsinin və 0,0704 ha torpaq sahəsinin 1/2 hissəsinin İddiaçı tərəfindən vəsiyyət üzrə vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X30

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar