Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-89/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 Ərəstun oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ərəstun oğluna və Cavabdeh2 qarşı əmlakın natural qaydada bölünməsi, bu mümkün olmadığı təqdirdə əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulun paylara münasib bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Ərəstun oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin natural qaydada bölünməsinə, bu mümkün olmadığı təqdirdə evin açıq hərraca çıxarılması və satılmasına, satılması mümkün olmadığı təqdirdə paya uyğun kompensasiya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlə onların paylı mülkiyyətindədir. Həmin ev vərəsəlik qaydasında onların paylı mülkiyyətinə keçmişdir. Qeyd olunan ünvanda həmçinin, cavabdehlər tərəfindən evin yerləşdiyi torpaq sahəsi paylarına uyğun götürülərək bölünmüş və fərdi yaşayış evi tikdirmişlər. Cavabdehlərə paylarına uyğun bölünməsi ilə bağlı müraciət etsə də, cavabdehlər paylarına uyğun torpaq sahələrində öz paylarını götürdüklərini bildirməklərinə baxmayaraq, ev üzərində olan payın bölünməsini də deməsinə baxmayaraq, rəsmiləşdirmə işlərinin aparılmasından yayınırlar. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər həmin evdə yaşamamışlar və cavabdehlərlə artıq münasibətləri və birgə yaşamaları mümkün deyildir, buna əsasən hazırda cavabdehlə aralarında evə dair paylarının müəyyən edilmiş qaydada bölünməsini istəyir. Bu mümkün olmadığı təqdirdə isə onların paylarına kompensasiya verilməsini, bu mümkün olmadığı təqdirdə evin açıq hərraca çıxarılaraq satılmasını və paylara münasib bölünməsi zəruridir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Ərəstun oğlu iddia tələbini qəbul edərək paylı mülkiyyətlərində olan evin açıq hərracda satılmasına və əldə olunmuş pulun paylarına uğun bölünməsinə razı olduğunu bldirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1 Ərəstun oğlunun, 2/4 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7466 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tərəflər arasında ¼ paylara uyğun olaraq təcrid mənzillər şəklində dörd hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89un, 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq tekniki cəhətdən mümkün deyildir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ əsasında 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1 Ərəstun oğlunun, 2/4 hissədə Cavabdeh2 payları müəyyən edilərək rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlərlə birgə yaşamalarının mümkün olmadığını əsas gətirərək, əmlakın natural qaydada bölünməsini, bu mümkün olmadığı təqdirdə evin açıq hərraca çıxarılması və satılmasını, satılması mümkün olmadığı təqdirdə paya uyğun kompensasiya verilməsini tələb etmişdir. Cavabdehlərdən Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. MM-in 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, payının naturada ayrılmasını tələb edən mülkiyyətçi payın naturada ayrılması mümkün olmadıqda digər mülkiyyətçilərdən öz payının əvəzində kompensasiya ödənilməsini tələb edə bilər. Hazırki işdən isə görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətində olsa da, paylarına uyğun şəkildə naturada ayrılması inşaat norma və qaydalarının tələblərinə uyğun deyildir. Belə olan halda iddiaçı öz payının əvəzində kompensasiya ödənilməsini tələb etmədən paylı mülkiyyətlərində olan əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Halbuki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Ərəstun oğluna və Cavabdeh2 qarşı əmlakın natural qaydada bölünməsi, bu mümkün olmadığı təqdirdə əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulun paylara münasib bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Ərəstun oğluna və Cavabdeh2 qarşı əmlakın natural qaydada bölünməsi, bu mümkün olmadığı təqdirdə əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulun paylara münasib bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-89/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-89/2024
06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver