Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-896/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı və vəkili X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh2 və 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin *7.*7.2*22-ci il tarixli 4Ə-112* saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin bağışlama müqaviləsi əsasında mənzilə dair Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində bağlanmış *7.*7.2*22-ci il tarixli 4Ə-112* saylı bağışlama müqaviləsinin ləğv edilməsinə və həmin bağışlama müqaviləsi əsasında mənzilə dair Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun qardaşıdır. O, ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilini 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin *7.*7.2*22-ci il tarixli 4Ə- 112* saylı bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamışdır. Onunla cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman qardaşı ilə belə razılığa gəlmişlər ki, o, mənzilini bağışlasa da, ölənədək mənzildə yaşayacaq, həmçinin bunun qarşılığında cavabdeh ölənə kimi ona baxacaqdır. Notariat kontorunda notarius ondan niyə evini qardaşına bağışladığını soruşanda, qardaşının əvəzində ona baxacağını bildirmişdir. Lakin, əksinə bundan sonra cavabdeh onunla kobud rəftar etmiş, əvvəlki yaşayış yerində yaşamağa davam edərək, onunla yaşayıb ona qulluq etməkdən imtina etmişdir. O, xəstə, yaşlı adamdır, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İstəmişdir ki, evini elə adama versin ki, ona ölənəcən qulluq edib, baxsın. Cavabdeh evini ələ keçirmək üçün onu aldadaraq, söz vermişdir ki, ona hər cəhətdən köməklik edəcəkdir. Bundan başqa eşitmişdir ki, cavabdeh onu evdən çıxarıb evi satmaq istəyir. Cavabdeh özünü və arvadını mənzilə qeydiyyata saldırmışdır. Onun yaşamaq üçün başqa yeri yoxdur. O ehtiyat edir ki, onlar onu zəhər verib öldürərlər, ya da aparıb qocalar evinə qoyarlar. Cavabdehin özü ona baxmadığı bəs deyilmiş kimi, ona işlərində kömək edən yaxını Mahmudov Seyfəddinin də evə gəlməyinə imkan vermir. Seyfəddin ona baxan yeganə şəxsdir. Göründüyü kimi, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri onun barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməmişdir. Bağışlama müqaviləsi bağlandıqdan nə əvvəl, nə də sonra cavabdeh mübahisəli mənzildə yaşamamışdır. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2*15-ci il tarixli qərarının Azərbaycan Respüblikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 7 mart 2*16-cı il tarixli Qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bundan başqa həmin ərəfədə o ağır xəstələnmişdir. Demək olar ki, yüksək qızdırmadan özündə olmamışdır. Cavabdeh ona demişdir ki, o, bu vəziyyətdə tək qala bilməz, evdə ölər və heç kim xəbər də tutmaz. Ona mütləq kömək lazımdır, evi cavabdehin adına keçirsə, gəlib onun yanında yaşayacaqlar. Beləliklə, cavabdeh onun köməksiz və xəstə vəziyyətə düşməyindən istifadə edərək onu aldatmış, mənzili vicdansızcasına öz adına keçirtdirmişdir. Odur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin *7.*7.2*22-ci il tarixli 4Ə-112* saylı bağışlama müqaviləsinin ləğv edilməsinə və həmin bağışlama müqaviləsi əsasında mənzilə dair Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun bacısıdır. O, Gədəbəy rayonunda yaşayır və orada onun özünə məxsus evi vardır. 2*22-ci ildə bacısı onu çağıraraq evi ona bağışlamaq istədiyini və ona baxmasını xahiş etmişdir. Bacısnın heç kimi olmadığı üçün razılaşmışdır. Həmin vaxt bacısı evi başqa şəxsə satmış, sonra qaytarmaq istəsə də, satdığı adam ondan pulunu istəmişdir. Bacısının imkanı olmadığı üçün bacısına 8*** manat pul vermişdir. Bacısı evi qaytardıqdan sonra ona bağışlamışdır. Bir müddət bacısının yanında qalmış və ona qulluq etmişdir. Hətta bacısı həmin vaxt onun hazırda ailəli olduğu qadınla ailə qurmasına kömək etmişdir. Sonra onlar birlikdə Gədəbəy rayonuna, ona məxsus evə köçmüşlər. Lakin bacısı bir az qaldıqdan sonra yenidən qayıdıb Gəncə şəhərinə gəlmişdir. Bacısının evi ona lazım deyil. Lakin bacısına verdiyi 8*** manatı qaytararsa evi qaytara bilər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 14 oktyabr 2*22-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X1* Materialları ASC-nin 22.*6.2**8-ci il tarixli 58-k saylı arxiv arayışında Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilin şəxsi hesab vərəqəsi 14.*4.1993-cü il tarixli 314 saylı əmrə əsasən İddiaçı adına olduğu və 57-2 saylı məktubunda həmin mənzilin İddiaçı adına özəlləşdirildiyi bildirilmiş, 15.*8.2**8-ci il tarixli 35 k/1 saylı arayışında bu mənzildə yalnız İddiaçı qeydiyyatda olduğu göstərilmişdir. Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzil (87.* kv.m üç yaşayış otaqları, 59.8 kv.m köməkçi sahə) İddiaçı adına qeydiyyata alınmış və ona 19.*9.2**8-ci il tarixli 15*8**9995 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun 26.11.2*11-ci tarixli 4Ə-3-432 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X2. Alıcıya *5.*1.2*12-ci tarixli 1511*16228 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 23.12.2*13-cü il tarixli 3M-1-26* saylı müqavilənin ləğv olunması haqqında sazişə əsasən 26.11.2*11-ci tarixli 4Ə-3-432 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş və bu əmlak yenidən İddiaçı mülkiyyətinə qaytarılmışdır. İddiaçı 14.*1.2*14-cü tarixli 15113*21114 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisnin 22.*7.2*21-ci tarixli 4Ə-132 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X1. Alıcıya *5.*8.2*21-ci tarixli 1521*2*516 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 11.1*.2*21-ci il tarixli 3M-288 saylı müqavilənin ləğv olunması haqqında sazişə əsasən 22.*7.2*21-ci tarixli 4Ə-132 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş və bu əmlak yenidən İddiaçı mülkiyyətinə qaytarılmışdır. İddiaçı *1.11.2*21-ci tarixli 1521*27552 qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin notariat ofisinin *1.*7.2*22-ci il tarixli 4Ə-112* saylı daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-112* saylı *1.*7.2*22-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı *1.11.2*21-ci il tarixdə 2*2*11**1*43-*93**1 reyestr nömrəli, 1521*27552 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsus sahəsi 146.8 kv.m olan Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzili qardaşı olan hədiyyə alan Cavabdeh2 bağışlanmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə məktub ünvanlayaraq öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldıracağını bilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı *1.11.2*21-ci il tarixdə 2*2*11**1*43-*93**1 reyestr nömrəli, 1521*27552 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsus sahəsi 146.8 kv.m olan Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzili qardaşı olan hədiyyə alan Cavabdeh2 bağışlamış və Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzili qardaşı olan hədiyyə alan Cavabdeh2 bağışlayarkən qardaşının onu saxlayacağına dair öhdəlik götürdüyünü, lakin həmin öhdəliyi yerinə yetirmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 14*-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə verən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda bağışlamaqdan imtina edə bilər. İş materialları, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı *1.11.2*21-ci il tarixdə 2*2*11**1*43-*93**1 reyestr nömrəli, 1521*27552 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasənda ona məxsus sahəsi 146.8 kv.m olan Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzili qardaşı olan hədiyyə alan Cavabdeh2 bağışlayarkən ona baxacaq başqa şəxsin olmaması səbəbindən Cavabdeh2 baxmasını xahiş etmişdir. Bu hal cavabdehin özünün izahatında da, təsdiqini tapmışdır. Lakin cavabdeh sonradan İddiaçı Gədəbəy rayonunda yerləşən evdən özünün çıxıb getdiyini və bu səbəbdən onun saxlanması ilə bağlı öhdəliyi yerinə yetirə bilmədiyini qeyd etmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, hədiyyə alan Cavabdeh2 bacısı hədiyyə verən İddiaçı münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifəni, yəni onu saxlamaq vəzifəsini hədiyyə verənin barəsində kobudcasına pozduğundan İddiaçı bağışlamaqdan imtina etmək hüququ yaranmışdır, hansı ki, o məhkəməyə müraciət etməklə bu hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 67*.1, 67*.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2*12-ci il tarixli Qərarında qeyd edilir ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 67*.3-cü maddəsi ilənəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunmasıb MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə dair verilmiş 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan, Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə dair verilmiş 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində də, təmin edilməlidir. Məhkəmə Cavabdeh2 izahatında bacısı hədiyyə verən İddiaçı evi ona bağışlayarkən ondan 8*** manat pul aldığını bildirməsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 İddiaçı pul verməsi bağışlama müqaviləsi ilə şərtləndirilmədiyindən onun həmin pul tələbi ilə ayrıca iddia qaldırmaq hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində *7.*7.2*22-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-112* saylı bağışlama müqaviləsi ləğv edilməli və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə dair verilmiş 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Ödənilmiş 1** manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233 və 36*-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində *7.*7.2*22-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-112* saylı bağışlama müqaviləsi ləğv edilsin və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə dair verilmiş 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Ödənilmiş 1** manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-896/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-896/2023
09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver