Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-904/2024 27.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və əmlaklar satıldıqdan sonra əldə edilmiş satış pulunun birgə iştirakçılar arasında onların payına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak dövlət reyestrində paylı mülkiyyətlə onun və Cavabdeh adına qeyd edilmişdir. Həmin mənzildə 7/8 pay onun, 1/8 pay isə cavabdehin mülkiyyətindədir. Cavabdehin 1 payına 7,3 kv.m düşür. Cavabdeh paylı mülkiyyətdə olan əmlakın saxlanmasında və müxtəlif vergilərin ödənilməsində iştirak etmir. (bu halı 3 saylı MİS-nin arayışı təsdiq edir). O, daimi olaraq Tovuz rayonu, Cırdaxan kəndində yaşayır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1048/2022 nömrəli qətnaməsi ilə Cavabdeh qarşı payların naturada ayrılması və kompensasiyasının ödənilməsi tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il 2(104)-2609/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(125)- 1048/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmişdir, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanda yerləşən mənzildə cavabdehin 112/896 payına xitam verilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-1405/223 saylı iş üzrə 03 may 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmim edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2609/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Ali Məhkəmənin baxılan işdə ifadə etmiş olduğu hüquqi mövqeni önə çəkib, qeyd etmişdir ki, işin təkrar Apellyasiya baxışı zamanı da cavabdeh onun tərəfindən ona təklif edilən kompensasiyanın məbləği ilə razılaşmamış, əlil olduğuna görə digər yaşayış sahəsindən istifadə etməkdə çətinlik çəkdiyini, mübahisəli mənzilin onun rahat yaşaması üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, cavabdehin mübahisəli mənzildəki payı cüzi pay kimi qiymətləndirilə bilməz və belə olan halda hazırki mübahisənin həlli üçün Mülki Məcəlləsinin 220.4-cü maddəsinin "Mülkiyyətçinin payı cuzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə onun kompensasiya ödənilməsi vəzifəsini qoya bilər hissəsinin tətbiqi yolverilməzdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il 2[104)-1735/2023 saylı qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1048/2022 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkə dair payların naturada ayrılması məhkəmə qaydasında mümkün olmamışdır. Eyni zamanda paylara kompensasiya ödənilməsi də mümkün olmağından, əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Bununla bağlı, ünvan 1 yerləşən mənzilə 784/896 payı, yəni 7/8 payını 43750 (qırx üç min yeddi yüz əlli) manata satmaq istəməsi, payının üçüncü şəxsə satılması və ya əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin paylarına mütənasib surətdə bölünməsi barədə məhkəmədə iddia qaldırması, eyni qaydada ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehin 112/896 payı, yəni 1/8 payını ona 6250 (altı min iki yüz əlli) manata satması barədə bildiriş göndərmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək¸ iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi ünvanlayaraq etirazında göstərmişdir ki, bütün insani hüquqlarının əlindən alındığı və ona maddi, mənəvi zərər dəydiyi üçün bir qazi olaraq İddiaçı iddiasının ləğv olunmasını və evin hərraca çıxarılaraq satılmasının mümkün olmadığı haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarında olan:- xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78-05101-093030 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 54 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 112/896 hissədə Cavabdeh, 784/896 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı “payların naturada ayrılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2609/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən İddiaçı Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı Natiq oğlu tərəfindən Cavabdeh 5000 manat məbləğində pul kompensasiyası ödənilməklə ümumi paylı mülkiyyətdə olan ünvan 4 ünvanda yerləşən mənzildə cavabdehin 112/896 payına xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)_1405/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2609/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2609/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1735/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən İddiaçı Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Nümayəndə Gəncə şəhəri, M.Bağı, ev 5 ünvanda yerləşən 54 saylı mənzilə köçürülməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələri rəhbər tutulmaqla xitam verilməsi qərara alınmışdır. Görülmüş icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Nümayəndə artıq 2021-ci ilin noyabr ayından bu günədək ünvan 6 ünvanda yaşayır. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 3 nömrəli Xidmət Sahəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, 81 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 3 nömrəli Xidmət Sahəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, 21 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh həyat yoldaşı Nümayəndə ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/4314 nömrəli rəyin surətindən görünür ki, Gəncə şəhəri, Məhrəsə bağı, 5 saylı evin 54 saylı mənzilin tərəflər arasında 112/896 və 783/896 pay nisbətində natura qaydasında təcrid mənzil şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq tekniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 54 saylı mənzil üzərində paylı mülkiyyət hüququ əsasında 112/896 hissədə Cavabdeh¸784/896 hissədə isə İddiaçı payları müəyyən edilərək rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə paylı mülkiyyətində olan paylarının naturada ayrılmasının və paya münasibətdə kompensasiya ödənilməsinin mümkün olmadığını əsas gətirərək, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmişdir. Cavabdeh isə iddiaya qarşı etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. MM-in 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi, hazırki işdə payın real surətdə ayrılması mümkün olmasa da, iddiaçı öz payının dəyərini digər mülkiyyətçidən tələb etməmiş, digər mülkiyyətçinin payına kompensasiya verilməsini təklif etmişdir. Halbuki, qeyd olunan qanunvericilikdən və Konstitusiya Məhkəməsinin qərarından görünür ki, yalnız ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşin mübahisə olunmayan hallarından isə görünür ki, hazırki işdə yuxarıda sadalanan şərtlərdən –payın real surətdə ayrıla bilməməsi, cavabdehin payının cüzi olması- mövcud olsa da qalan şərtlər, yəni cavabdehin öz payını ayırmaq və əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması mövcud deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-904/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-904/2024
27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver