Məhkəmə qərarları › İş №2(125)-937/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-937/2023

27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-937/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı anası X3 miras qalmış Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evinə vərəsə tanınmaqla, həmin miras mülkə payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, anası X3 miras qalmış Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşyış evinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, onun X13, anası isə X6r. X13 08 may 1995-ci il tarixdə, X12 isə 04 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Onların birgə nikahından 4 övladları olmuşdur. Həmin övladlar o, Cavabdeh, X22 və X14r. X4 təxminən 30 ilə yaxın müddətdir ki, ailə həyatı quraraq, Rusiya Federasiyasına köçmüşdür və hazırda da orada yaşayır. X2 isə 30 dekabr 1993-cü il tarixdə X17 ilə rəsmi nikaha daxil olmuşdur, onların X24 adlı övladları var. Əli Niyazov artıq 10 ildən çox müddətdir ki, Rusiya Federasiyasında yaşayır. X27 18 avqust 2008-ci il tarixdə, onun arvadı Lətafət Cəfərova isə 07 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Valideynləri öldükdən sonra o və Cavabdeh evlərində həm atalarının, həm də analarının yas mərasini keçirmişlər və analarından qalan miras əmlakı qəbul edərək idarə etmişlər. Analarından qalan miras əmlakla bağlı notariat kontoruna müraciət edilərək, vərəsəlik şəhadətnaməsi verilməsi xahiş olunsa da, Gəncə şəhər 6 saylı notariat ofisinin 27 noyabr 2022-ci il tarixli məktubu ilə ərizənin icrası mümkün olmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, İddiaçı onun bacısıdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun anası X5 mülkiyyətində olmuşdur. Onun anası X12 04 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o iddiaçı ilə birlikdə həmin evdə yas mərasimi keçirmişlər. Onunla yanaşı İddiaçı, X22 və X23 da X5 övladlarıdır. Lakin onun X2 18 avqust 2008-ci il tarixdə vəfat etdiyinə, X4 isə uzun illərdir Rusiya Federasiyanda yaşadığına görə, X3 qalan miras bacısı İddiaçı ilə onun tərəfindən qəbul edilmişdir. Buna görə də, o hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Sonda Cavabdeh iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, R.Qasımov küçəsi, 21 nömrəli evdə, mərhum X5 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda yaşayır. Onların yaşadıqları evlərin küçələri fərqli olsa da təxminən bir-birindən təxminən bir neçə metr kənar məsafədə yerləşir. Buna görə də o, mərhum X7 yaxından tanımışdır. X5 1 oğlu 4 qızı olmuşdur. M.A.Niyazova xəstə olarkən, İddiaçı ona baxmış və qayğısına qalmışdır. M.A.Niyazova vəfat etdikdən sonra dəfn mərasiminin təşkili ilə İddiaçı məşğul olmuşdur. İddiaçı hazırda da ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayır. O, İddiaçı ilə orta məktəbdə birlikdə təhsil almış, həmin qonşuluqda yaşamış və onların arasında yaxşı münasibətlər olmuşdur. Buna görə də, ona məlum olmuşdur ki, İddiaçı anası M.A.Niyazovadan miras qalan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qəbul və idarə etmişdir. Hazırda da İddiaçı həmin ünvanda yaşamaqda davam edir. Mülki işdə işdə olan MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ü.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyat alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 fevral 2023-cü il tarixli daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 5 yanvar 2006-cı il tarixli, 2V-1-27 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinə əsasən, X12, X8 və X1 Hilal Cəfər oğlunun vərəsələri tanınmışdırlar. ünvan 5 yanvar 2006-cı il tarixli 3M-01-C9 reyestr nömrəli bölgü müqaviləsinə əsasən mülk üç hissəyə bölünmüş, X9 çatacaq hissəyə ünvan 6 ünvanı verilməklə 20 iyul 2006-cı il tarixli, **********91-10301 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 618192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 noyabr 2013-cü il tarixdə Gəncə şəhərində ağ ciyər ödəmi xəstəliyindən vəfat etmişdir. İşdə olan Gəncə şəhər qeydiyyat şöbəsinin 21 noyabr 2022-ci il tarixli, 05/Q- 2923/70 nömrəli arayışının surətindən görünür ki, X33 08 may 1995-ci il tarixdə Gəncə şəhərində kəskin beyin qan dövranı pozulması xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsinin 22 noyabr 2022-ci il tarixli, 05/Q-2941/70 nömrəli arayışının surətindən görünür ki, X33 ilə X12 arasında 02 mart 1963-cü il tarixdə nikah bağlanmışdır. İşdə olan olan Gəncə şəhər qeydiyyat şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 05/Q- 2837/70 nömrəli arayışının surətindən görünür ki, X23 ilə X17 arasında 30 dekabr 1993-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsinin 21 noyabr 2022-ci il tarixli, 05/Q-2924/70 nömrəli arayışının surətindən görünür ki, X23 18 avqust 2008-ci il tarixdə Gəncə şəhərində qan dövranı çatmamazlığı xəstəliyindən vəfat etmişdir. İşdə olan Gəncə şəhər qeydiyyat şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 05/Q- 2836/70 nömrəli arayışının surətindən görünür ki, X20 06 oktyabr 2015-ci il tarixdə Gəncə şəhərində qidalanma çatmamazlığı xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan AZ-T seriyalı 033898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx xxxx 1963-cü il tarixdə anadan olmuşdur. Onun X13, anası isə X6r. İşdə olan Vİİ-ЖГ seriyalı 446909 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxx 1966-cı il tarixdə anadan olmuşdur. Onun X13, anası isə X6r. İş materiallarında olan Gəncə şəhər 6 saylı notariat ofisinin İddiaçı və Cavabdeh ünvanladığı 27 noyabr 2022-ci il tarixli, 891 nömrəli məktubundan görünür ki, onlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddətini keçirmişlər. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəsinin 14 fevral 2023-cü il tarixli, 429 nömrəli arayışından görünür ki, U.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri-yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi İddiaçı anası X5 adınadır. X12 isə 04 noyabr 2013-cü ildə vəfat etmişdir. Mərhumənin əri X33 08 may 1995-ci ildə vəfat etmişdir. X12 04 noyabr 2013-cü ildə vəfat etdikdən sonra yuxarıda qeyd edilən ünvanda M.Niyazovanın qızları xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı və xx xxx 1966-cı il təvəllüdlü Cavabdeh qızları yaşamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 14 fevral 2023-cü il tarixli, 3-21-3-33/2- 1291/2023 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 8 tarixli, 2V-1-27 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və xx.xx.2006-cı il tarixli, 3M-1-09 reyestr nömrəli evin bölgü müqaviləsinə əsasən bir mərtəbəli, iki otaqlı, 59.4 kv.m yaşayış sahəsi, 17.4 kv.m qeyriyaşayış sahəsi, 42.4 kv.m köməkçi sahədən ibarət evə dair ünvan 2 ünvanı ilə X10 20 iyul 2006-cı il tarixli, **********91-10301 reyestr nömrəli (150601101 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, iddiaçı anası X5 ölümündən sonra miras qalmış evi faktik qəbul edərək həmin evi öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. İddiaçı miras qoyanın vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı anası X5 mülkiyyətində olmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı anası X5 mülkiyyətində olmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar