Məhkəmə qərarları › İş №2(125)-948/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-948/2023

27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-948/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 1 qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 1 qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı Notariat Ofisi tərəfindən verilmiş *5 mart 2*19-cu il tarixli kredit müqaviləsinə aid 24.*5.2*22-ci il tarixli, 8İ-21*** saylı İcra Qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, *5 mart 2*19-cu il tarixdə Cavabdeh1 Gəncə şəhər 5 saylı Notariat Ofisində rəsmiləşdirilməklə ona 56** manat məbləğində borc pul vermiş, hər ay 56* manat qaytarmaqla aralarında razılaşma olmuşdur. O, həmin kredit borcu üzrə tam olaraq borcunu ödəyib qurtarmış və bu borc qaytarılsa da Cavabdeh1 bunu etiraf etmir və onun xəbəri olmadan Notariusa müraciət edərək 24 may 2*22-ci il tarixli icra qeydinin verilməsinə nail olmuşdur. Halbuki, məhkəmədə gətirəcəyi şahidlər və sənədlər əsasında müəyyən olunacaq ki, həmin borcu həqiqətən də qaytarmışdır. Cavabdeh Gəncə şəhər 5 saylı Notariat Ofisinin xüsusi notariusu Aris Ələkbərov qanunvericiliyin tələblərinə əməl etmədən İcra Qeydi vermiş və nəticədə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq etmiş və onun hüquqları cavabdehlər tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur.Cavabdehlər tərəfindən mülki qanunvericiliyin şərtlərinə zidd olaraq mübahisə edilən kredit müqaviləsi üzrə ondan pul tələb edilir. Odur ki, də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, pula ehtiyacı olduğundan özünə məxsus 7* qram çəkidə olan qızıl-zinət əşyasını Cavabdeh1 girov kimi vermiş və cavabdehlə onun arasında *5 mart 2*19-cu il tarixdə Gəncə şəhər 5 saylı Notariat Ofisində kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ona hər ay 56* manat qaytarmaq şərtilə 56** manat məbləğində borc pul vermişdir. O, kredit müqaviləsi üzrə üzərində düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Belə ki, cavabdehə olan borcunu vaxtı-vaxtında ödəmiş və borcunu tam şəkildə bağlayaraq cavabdehə girov qismində qoymuş olduğu 7* qram çəkidə qızılı geri almışdır. Ümumiyyətlə cavabdeh sələmə pul verməklə məşğuldur. Cavabdehin ona verdiyi pul da əslində sələm olmuş və aralarında kredit müqaviləsi bağlanandan sonra o, depozitə qoyulmuş pulu “Muğanbankın” Gəncə filialında çıxarıb, elə oradaca cavabdehə olan faiz borclarını ödəmək məqəsdilə qaytarmışdır. Cavabdeh1 tərəfindən icra qeydinin aparılacağı barədə ona rəsmi qaydada bildiriş göndərməmiş və icra qeydinin aparılmasından onun xəbəri olmamışdır. Hesab edir ki, cavabdehə heç bir borcu yoxdur. Həmin iş üzrə icra qeydinin aparılması qanuna zidd formada aparılmış və hal-hazırda onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, iddia tələbinin təmin edilərək icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, səyyar formada qızıl və müxtəlif formalı geyim paltarları sataraq qazanc əldə edir. Həmçinin başqa şəxslərə də borca pul verir. *5 mart 2*19-cu il tarixdə Gəncə şəhər 5 saylı Notariat Ofisində o, İddiaçı hər ay 56* manat ödəmək şərtilə 56** manat məbləğində borc pul vermiş və bu barədə onlar arasında yazılı kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit borcu üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və borcunu ödəməmişdir. Belə ki, o dəfələrlə iddiaçıya məxsus ünvana gedərək borcunu ödəməsi barədə şifahi formada xəbərdarlıq etsə də, iddiaçı deyilənlərə məhəl qoymamışdır. Bundan sonra o, birbaşa Gəncə şəhərində yerləşən 5 saylı Notariat Kontoruna müraciət etmiş və notarius tərəfindən borcun tutulması barədə 24.*5.2*22-ci il tarixdə, 8İ-21*** saylı icra qeydi aparılmışdır. Notarius tərəfindən icra qeydinin qanunsuz aparılmasını iddiaçı əsas gətirirsə belə həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Odur ki, iddia tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə digər cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı Notariat Ofisində bağlanmış *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəli təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı *5.*1.2*2*-ci il tarixədək hər ay 56* (beş yüz altmış) manat qaytarmaq öhdəliyi ilə 56** (beş min altı yüz) manat məbləğində borc pul vermişdir. Tələbkar Cavabdeh1 ünvan 1 ünvanlandığı ərizədən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəli kredit müqaviləsi olmuş və 16.*3.2*22-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəli 56** (beş min altı yüz) manat kredit müqaviləsi üzrə icra qeydinin aparılmasına dair şifahi olaraq müraciət etmiş, sözügedən kredit müqaviləsi üzrə icra qeydinin aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 may 2*22-ci il tarixli 8İ-21*** reystr nömrəli icra qeydinin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan borclu İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olan tələbkar Cavabdeh1 xeyrinə *5.*3.2*19-cu il tarixli, 3M-68 reyestr nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 56** (beş min altı yüz) manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 5625 manat pul tutulmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı Notariat Ofisində *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəli təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən tələbkar tərəfindən 56** (beş min altı yüz) manat borc pul verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun cavabdeh qarşısında borcu yaranmışdır. Cavabdeh1 isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən 24 may 2*22-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə, iddianın təmin edilməsi ilə bağlı qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28.*9.2*18-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi qeyd edilən qanunun tələbinə görə borc verən, yəni Cavabdeh1 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28.*9.2*18-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh1 notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər 5 saylı Notariat Ofisində tərəflər arasında *5 mart 2*19-cü il tarixli, 3M-68 reyestr nömrəli kredit müqaviləsi üzrə icra qeydi qanuna zidd formada aparılmaqla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa məhkəmə iclasında hazırki iş üzrə İddiaçı mübahisələndirdiyi icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən ondan tutulmalı olan pul məbləğini mübahisələndirərək həmin məbləği tam şəkildə ödədiyini və cavabdehə heç bir borcunun olmadığını bildirmişdir. Buna baxmayaraq, Gəncə şəhər 5 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi Cavabdeh1 tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əməl etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Gəncə şəhər 5 saylı Notariat Ofisi tərəfindən verilmiş *5 mart 2*19-cu il tarixli kredit müqaviləsinə aid 24.*5.2*22-ci il tarixli, 8İ- 21*** saylı icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Gəncə şəhər 5 saylı Notariat Ofisi tərəfindən verilmiş *5 mart 2*19-cu il tarixli kredit müqaviləsi əsasında aparılan 24.*5.2*22-ci il tarixli, 8İ - 21*** nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar