Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-989/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 və Üçüncü şəxs “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”) qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZ 2012 ünvan 1 ünvanında Cavabdeh tərəfindən yaşadığı müddət ərzində, su sərfiyyatına görə yığılmış borca görə 1487,88 (bir min dörd yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pulun, MKTİB-ə yaranmış borca görə yığılmış 118,99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pulun müvafiq olaraq cavabdehdən “Gəncə Sukanal” TSC-nin hesabına və “MKTİB” hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında cavabdehlə onun arasında satılmış və 07 may 2022-ci il tarixdə 1 saylı Gəncə Regional “ASAN” xidmət Mərkəzində Notariat Ofisinin Xüsusi X1 tərəfindən həmin AN-1 nömrəli, ******* saylı alğı-satqı müqaviləsi ilə təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixində DƏDRX tərəfindən ona - İddiaçı adına çıxarış verilmişdir. Müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş öhdəliyə əsasən “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Müqavilənin şərtlərinin tələbləri cavabdeh tərəfindən qərəzli surətdə pozulmuşdur. Baxmayaraq ki, hər dəfə borcun ödənilməsi tələb edilir, lakin cavabdeh tərəfindən qəsdən həmin borc ödənilmədiyindən hazırda qalmaqdadır. xx.xx.2022-ci il tarixində "xxxx" ASC Gəncə Sukanal TSC-i tərəfindən çıxarılmış saldo sənədinə əsasən cavabdehə qarşı borc 1487,88 manat məbləğində və MKTİB tərəfindən çıxarılmış saldo sənədinə əsasən cavabdehə qarşı 118,99 manat məbləğində borc tələbi qoyulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 izahatında bildirdi ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yaşadığı müddət ərzində su sərfiyyatına görə 1487,88 manat məbləğində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə borcu yaranmışdır, lakin həmin borc cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı təsdiq edilmiş olan “X7”nın 8.4-cü bəndinə əsasən həmin borc Cavabdeh tutulmalıdır. Odur ki, iddia tələbinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə aid hissəsində tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nin nümayəndəsi X3 izahatında bildirdi ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Belə ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yaşadığı müddət ərzində “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nə 118,99 manat borcu yaranmış və həmin borc hal-hazıra kimi cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, iddia tələbinin “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nə aid hissə də təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1976-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 134 nömrəli bildirişdən görünür ki, ünvan 1 ünvanının abonentinə bildirilmişdir ki, Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi nəzərə çatdırır ki, dekabr 2022-ci il tarixinədək yaşadığı ünvanın mənzil istismar haqqı və məişət tullantılarının daşınıb, zərərsizləşdirilməsi üzrə yaranan borcu, eyni zamanda cari ayın ödənişini MKTİBnin yuxarıda qeyd olunan abonent kodu vasitəsi ilə MİLLİÖN terminalında və ya mobil tətbiq üzərindən ödənişlərini həyata keçirə bilər. Borc və ödənişlə bağlı yarana biləcək suallarını MKTİB-nin yuxarıda qeyd olunan ünvan və ya telefonlarına müraciət edə bilər. Ödəniş müəyyən olunan müddətdə aparılmadığı təqdirdə barəsində mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin 03 dekabr 2022-ci il tarixli, 11/32 nömrəli xəbərdarlığından görünür ki, ünvan 4 ünvanının abonentinə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə "xxxx" ASC-yə 1573,28 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu vardır. Qeyd edilənləri nəzərə alaraq, 3 (üç) iş günü ərzində borcun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması təmin ediləcəkdir. 07 may 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-791 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanını Cavabdeh İddiaçı satmışdır. Real vəziyyət rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********NO33106 olan çıxarışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 59000 manat 00 qəpik (əlli doqquz min manat 0 qəpik) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı İddiaçı satıcı Cavabdeh satdığı tam hissəni (27 kv/m) ondan 59000 manat 00 qəpik (əlli doqquz min manat 0 qəpik) qiymətinə aldı. Alqısatqı müqaviləsinin 10-cu bəndinə əsasən “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. xx.xx.2022-ci il tarixli, **********303-05101-093002 reyestr nömrəli, ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. "xxxx" ASC Gəncə “Sukanal” TSC-i tərəfindən verilmiş abonent kartından çıxarışlardan görünür ki, abonentin sudan istifadəyə görə "xxxx" ASC Gəncə “Sukanal” TSC-yə borcu 1487,88 manat təşkil edir. “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi” tərəfindən verilmiş abonent kartından çıxarışlardan görünür ki, abonentin “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nə borcu 118,99 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 07 may 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-791 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanını Cavabdeh İddiaçı satmışdır. Alğı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcı, yəni hazırki iş üzrə cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh ünvan 1 ünvanında yaşadığı müddət ərzində su sərfiyyatına görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə 1487,88 (bir min dörd yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat və həmin ünvanda yaşadığı müddət ərzində mənzil istismar haqqı və məişət tullantılarının daşınıb, zərərsizləşdirilməsinə görə “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nə 118,99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Lakin cavabdeh həmin öhdəliklərini icra etmədən mənzili iddiaçıya vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələbə dair iddiaya baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmadığı müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanını Cavabdeh satın almışdır. Hazırda həmin evin mülkiyyətçisi iddiaçıdır. Tərəflər arasında mənzil alğısatqısına dair müqavilənin şərtinə əsasən satıcı, yəni cavabdeh “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcı, yəni hazırki iş üzrə cavabdeh öz üzərinə götürmüşdür. Lakin cavabdeh mənzildə yaşadığı dövrdə kommunal xidmətlərə görə vaxtaşırı ödənilməli olan öhdəlikləri icra etmədiyinə görə hazırda iddiaçının mülkiyyətinə keçmiş mənzildə həmin borclar qalmışdır. Bu hal özlüyündə iddiaçının gələcəkdə hazırkı iş üzrə üçüncü şəxslərlə aralarında mübahisələrin yaranmasına və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Bundan başqa məhkəmə tərəflər arasında olan mübahisə ilə bağlı mülki qanunvericiliyin aşağıdakı maddi normalarını qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 58ci maddəsinə görə ödənişlər müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə və icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X7»nın 4.1.3-cü bəndinə görə bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yaşadığı müddət ərzində, su sərfiyyatına görə yığılmış borca görə 1487,88 (bir min dörd yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin və ünvan 1 ünvanında yaşadığı müddət ərzində mənzil istismar haqqı və məişət tullantılarının daşınıb, zərərsizləşdirilməsinə görə 118,99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödəmiş olduğu 36 (otuz altı) manatı cavabdehdən tələb etmədiyi üçün həmin məbləğ ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yaşadığı müddət ərzində su sərfiyyatına görə yaranmış borcun əvəzi qismində 1487,88 (bir min dörd yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh ünvan 1 ünvanında yaşadığı müddət ərzində mənzil istismar haqqı və məişət tullantılarının daşınıb, zərərsizləşdirilməsinə görə yaranmış borcun əvəzi qismində 118,99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulub Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ödənilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-989/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-989/2023
27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver