Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-99/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh məxsus su çəninin onun mənzilinin üzərindən götürülməsi, ona vurulmuş maddi zərərin əvəzi olaraq 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur və binanın 9-cu mərtəbəsində yerləşir. Cavabdeh məxsus 49 saylı mənzildə, həmin binanın 7-ci mərtəbəsində yaşayır. Əvvəllər də, suya olan ehtiyaclarını ödəmək məqsədi ilə binanın damında su çənləri quraşdıran bina sakinləri daim suya nəzarət edərək yuxarı mərtəbədə yaşayan mənzil sahiblərinə maddi ziyan vurulmasının qarşısını almışlar. Təəssüf ki, cavabdeh öz ailəsi ilə yaşadığı ünvana köçdükdən sonra mənzilinə tavandan su axmağa başlamış, tavanın suvağı və divar kağızları hər üç otaqda yararsız hala düşmüşdür. Bu barədə Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinə və Polis bölməsinə müraciət edərək su çənlərinin onun mənzilinin üstündən götürülməsini xahiş etmişdir. Hər iki qurumdan ona işin mülki xarakterli olmasını nəzərə alaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əvvəlcə cavabdehə edilən xəbərdarlıqdan nəticə çıxardaraq dəymiş ziyanın ödənilməsini hər hansı şəkildə təmin edəcəyini düşünsə və dəfələrlə mənzilinin yararsız hala düşdüyünü, yaşamaq mümkün olmadığını bildirərək dəymiş zərərin əvəzini ödəməyi tələb etsə də, faydası olmamışdır. Cavabdeh mülki qanunvericiliyə müvafiq olaraq vurduğu zərəri ödəməlidir. İkinci dərəcəli əlilliklə əlaqədar təqaüdçüdür. Həmin məbləğ təxminən bir illik pensiya təminatına bərabərdir. Sosial həssas qrupa aid vətəndaşdır. Mənzilinin yararsız hala düşməsinə səbəb olmuş cavabdeh isə mənzilinin təmir-bərpa işlərini icra etməkdən imtina edir. Həmçinin ona vurduğu zərərin əvəzini ödəməkdən boyun qaçırmaqdadır. Həm adət-ənənələrə görə, həm də qanunvericiliyə görə cavabdeh ona vurduğu 3000 (üç min) manat məbləğində zərərin əvəzini ödəməlidir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, iddiaçının evinə axan su onun çənindən axmamışdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 47, mənzil 53 sahəsi 38,8 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan xx.xx.2023-cü il tarixli 10/4565 saylı ekspert rəyindən görünür ki, 1-ci və 2ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 53 saylı mənzilin iki yaşayış otağı və dəhliz konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın damında quraşdırılmış su çənlərindən su axıdıldığı və nəticədə 53 saylı mənzilin iki ədəd yaşayış otağı və dəhliz tikililərinə ziyan vrulduğu müəyyən edilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2257.0 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 47, mənzil 53 sahəsi 38,8 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. xx.xx.2023-cü il tarixli 10/4565 saylı ekspert rəyinə əsasən 53 saylı mənzilin iki yaşayış otağı və dəhliz konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın damında quraşdırılmış su çənlərindən su axıdıldığı və nəticədə 53 saylı mənzilin iki ədəd yaşayış otağı və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2257.0 manat məbləğində müəyyən olunur. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər su çəninin götürülməsi və vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki və mənzil qanunvericiliyinin maddi ziyanla və çoxmənzilli binada birgəyaşayış qaydaları ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən normaları baxımından iddia tələbi ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 10/4565 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 53 saylı mənzilin iki yaşayış otağı və dəhliz konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın damında quraşdırılmış su çənlərindən su axıdıldığı və nəticədə 53 saylı mənzilin iki ədəd yaşayış otağı və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2257.0 manat məbləğində müəyyən olunur. Eyni zamanda cavabdeh binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı ona 3000 manat ziyan dəydiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan hissəsində 2257.0 manatdan artıq hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh ekspertiza xərci olan 50 manat alınaraq dövlət büdcəsinə və iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində Cavabdeh tərəfindən vurulmuş ziyana görə 2257.0 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin və həmin mənzilin üzərində Cavabdeh tərəfindən quraşdırılmış su çəni götürülsün. Cavabdeh ekspertiza xərci olan 50 manat alınaraq dövlət büdcəsinə və 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-99/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-99/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver