Məhkəmə qərarları › İş №2(125)-995/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-995/2023

09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-995/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat pulun və tərəfindən ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 7170 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 1 (bir)il olar ki ondan 9500 manat borc pul almış, həmin borcdan cəmi 2330 manatını ödəmişdir. O, pulunu dəfələrlə istəsə də ona yalan vədlər vermiş, onu aldatmış və borc aldığı pulun qalan hissəsini geri ödəməmişdir. Pulunu Arzuya verərkən, Arzunun evinin kserekopyasının yanında yazılmış əlyazması var. Cavabdeh pulunu ödəmədiyi üçün, o da məcbur olub məhkəmədə iddia ərizəsi qaldırmışdır. Odur ki, Cavabdeh 7170 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, o, Elmiradan 9000 (doqquz min) manat sələmə pul, hər gün 10 (on) manat ödəməklə 9000 (doqquz min) manat yerində qalmaq şərti ilə götürmüşdür. Beləliklə, o, iddiaçıya cəmi 3700 (üç min yeddi yüz) manat pul ödəmiş, onun ona cəmi 5300 (beş min üç yüz) manat borcu qalmışdır. O, artıq pulu (sələmi) ödəyə bilmədiyinə görə Elmiraya bildirmişdir ki, 5300 (beş min üç yüz) manat ödəyərək borcu bağlamaq istəyir. Əvvəl Elmira onunla razılaşsa da, sonradan ona sələm ilə birlikdə 13000 (on üç min) manat pul verməli olduğunu bildirmiş və onunla razılaşmamışdır. Lakin, onun Elmiraya 5300 (beş min üç yüz) manat borcu qalmışdır və onun 13000 (on üç min) manatı ödəməyə imkanı yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan 9000 manat borc pul götürmüş, həmin borcu qaytarmağı öhdəsinə götürsə də borcdan yalnız 2330 manatını qaytarmışdır. İddiaçı dəfələrlə pulu tələb etsə də, cavabdeh borcunu tam şəkildə qaytarmır. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh 9500 manat borc pul verdiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh iddiaçıdan 9000 manat pul götürdüyünü, həmin puldan 3700 manatını iddiaçıya qaytardığını qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6670 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6670 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar