Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-123/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik enerjisindən istifadə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı “X1 Şirkəti” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “X1 Şirkəti” MMC ilə “xxxx” ASC arasında 2022-ci il ## ###### tarixli ****** nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 300000 kVts, dəyəri 25.000 manat, istifadəsinə icazə verilmiş (qoşulmuş) transformatorların gücü isə 1000 kVA təşkil etmişdir.
2. “X1 Şirkəti” MMC 2024-cü il # #### tarixli ** nömrəli məktubla “xxxx” ASC-yə müraciət edərək, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən ona məxsus olan ticarət mərkəzində əlavə tələb olunan 200 kVt güc artımı ilə əlaqədar mövcud 891,84 kVt tələbat gücünün 10.891,84 kVt-a qədər artırılması və istismarda olan 1000/6 kvA transformatorun 1600/6 kVa ilə əvəz olunması üçün yeni texniki şərtin verilməsini xahiş etmişdir. “xxxx” ASC tərəfindən tərtib edilmiş 2024-cü il ## ### tarixli arayışa əsasən, iddiaçıya məxsus ticarət mərkəzinin elektrik təchizatına dair verilmiş 2024-cü il ## ##### tarixli **-**/*-*/**-***/**** nömrəli texniki şərtin tələbləri yerinə yetirildiyi üçün obyektin şəbəkəyə qoşulmasına etiraz edilməmişdir.
3. “xxxx”xxxx“X1 Şirkəti” MMC-yə məxsus elektrik təchizatı avadanlıqlarının quraşdırıldığı yerə gələrək, texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan transformatoru çıxarılaraq ləğv olunmuş, 200/5A-cərəyan transformatoru quraşdırılmış və bu barədə “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 2024-cü il ## ### tarixli ****** nömrəli akt tərtib edilmişdir. Akt yalnız cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır.
4. Həmin akt tərtib edildiyi tarixdən 2025-ci il ## ###### tarixinə qədər olan dövr ərzində “X1 Şirkəti” MMC-yə təqdim edilən hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalı 1800 olaraq qeyd edilmiş və həmin MMC təqdim edilən hesab ödəniş vərəqlərində göstərilən elektrik sərfiyyatına görə borcunu tam ödəmişdir.
5. 2025-ci il ilin fevral ayında “xxxx” ASC tərəfindən borcun hesablanma əmsalı olaraq 2400 deyil, 1800 yazıldığının fərqinə varılmış, bundan sonra 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayına qədər olan dövr ərzində əmsal fərqi (2400-1800 = 600) üzrə hesablanmış cəmi 74.593,2 manat məbləğində pul vəsaitinin ödənilməsi 2025-ci ilin fevral ayından etibarən “X1 Şirkəti” MMC-dən tələb edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. Iddiaçı “X1 Şirkəti” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 63.214,58 manat elektrik enerjisinin dəyəri və 11.378,62 manat ƏDV olmaqla, cəmi 74.593,2 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən 2025-ci il ## #### tarixində iddiaçıya ********* nömrəli hesab ödəniş vərəqi təqdim olunaraq 2025ci il # #### tarixindən 2025-ci il ## #### tarixinə qədər istifadə olunan elektrik enerjisi üçün 63.214,58 manat əsas və 11.378,62 manat ƏDV olmaqla, cəmi 74.593,2 manat sərfiyyata görə pul vəsaitini ödəməli olduğu, həmçinin məbləğ qısa müddət ərzində ödənilmədiyi təqdirdə elektrik enerjisinin verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Eyni zamanda 2025-ci il ## #### tarixində “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” ****** nömrəli əsassız yazılmış akt təqdim edilmişdir. Həmin akta nəzər yetirdikdə texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyanın çıxarılaraq ləğv olunması, 200/5A-cərəyanın quraşdırılması, sayğacın yoxlanılması və yuva qapısı, sayğac qutusunun möhürləndiyi və bütün bu hərəkətlərin ## ### 2025-ci il tarixində edildiyi, aktın 2 nüsxədən ibarət olmaqla müştəri nümayəndəsinin iştirakı ilə tərtib edildiyi göstərilir. Lakin sözügedən ****** saylı akta nəzər yetirdikdə, ümumilikdə həmin sənədin hansı tarixdə və şəraitdə real olaraq tərtib olunduğu müəyyən edilmir, aktı imzalayan yeganə şəxs cavabeh təşkilatın nümayəndəsidir və akt hər hansı möhürlə təsdiq edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” ****** nömrəli akt və sərfiyyata görə 2025-ci il ## #### tarixli hesab ödəniş vərəqəsi əsassız olaraq tərtib edilmiş və nəticədə iddiaçını 74.593,2 manat borcla yüklü edilmişdir. Həmçinin iddiaçı bu günədək hər zaman elektrik enerjisindən istifadəyə görə yaranmış borcu vaxtlı-vaxtında ödəmişdir. Bundan əlavə, ********* nömrəli hesab ödəniş vərəqinə nəzər yetirdikdə nə sərfiyyatın, nə də fərqin nə qədər təşkil etdiyi göstərilməmiş, yaranmış borcun 2025-ci il # #### tarixindən 2025-ci il ## #### tarixinədək əhatə olunduğu göstərilmiş, sayğacın göstəricisi isə, ümumilikdə əks olunmamışdır. Belə olan halda, əsassız yazılmış elektrik enerjisinə görə borc məbləği silinməlidir.
8. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı 2001-ci il # #### tarixində abonent qeydiyyatına alınmışdır. 2012-ci il # ### tarixində iddiaçı təşkilata elektrik hesabat sayğacı quraşdırılmışdır. Həmin tarixdən 2025-ci il ## ### tarixinədək elektrik hesabat sayğacı əsasında 2709245,82 manat hesablanmışdır. Abonent həmin dövrdə 2635957,59 manat ödəniş etmiş və hal-hazırda sayğaca görə 73.288,23 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan görünür ki, 2024-cü il ## ### tarixli ****** saylı akta əsasən texniki şərtin güc artımı və RMA-xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan çıxarılaraq ləğv olunmuş və 200/5 A cərəyanı quraşdırılmışdır. 2024-cü il ## ### tarixdən 2025-ci il ## ###### tarixinədək iddiaçıya məxsus sayğacın əmsalı 2400 olmalı olduğu halda, hesablaşma köhnə əmsalla, yəni 1800-lə aparılmışdır. Iddiaçı faktiki olaraq sayğacın əmsalına görə 74.593,2 manat məbləğində elektrik enerjisindən istifadə etsə də, istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmişdir. Iddiaçının iddia tələbini nə ilə əsaslandırdığı məlum deyildir. Həmçinin iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə cavabdehlə faktiki olaraq elektrik enerjisinin alqısatqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun istifadə etməli idi. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Iddiaçının akta əsasən hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlməyə əsas verir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – F.Həmidli).
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 2024-cü il # #### tarixli ** nömrəli məktubla cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən ona məxsus olan ticarət mərkəzində əlavə tələb olunan 200 kVt güc artımı ilə əlaqədar mövcud 891,84 kVt tələbat gücünün 10891,84 kVt-a qədər artırılması və istismarda olan 1000/6 kvA tranformatorun 1600/6 kVa ilə əvəz olunması üçün yeni texniki şərtin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən tərtib edilmiş 2024-cü il ## ### tarixli arayışın məzmununa əsasən, iddiaçıya məxsus ticarət mərkəzinin elektrik təchizatına dair verilmiş 2024-cü il ## ##### tarixli **-**/*-*/**-***/**** nömrəli texniki şərtin tələbləri yerinə yetirildiyi üçün obyektin şəbəkəyə qoşulmasına etiraz edilməmişdir. Bundan sonra, cavabdehin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşı Şahid iddiaçıya məxsus elektrik təchizatı avadanlıqlarının quraşdırıldığı yerə gəlmiş, texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan transformatoru çıxarılaraq ləğv olunmuş, 200/5A-cərəyan transformatoru quraşdırılmış və bu barədə “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 2024-cü il ## ### tarixli ****** nömrəli akt tərtib edilmişdir. Prosesdə iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır.
11. Həmin akt tərtib edildiyi tarixdən 2025-ci il ## ###### tarixinə qədər olan dövr ərzində iddiaçıya təqdim edilən hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalı 1800 olaraq qeyd edilmiş və iddiaçı təqdim edilən hesab ödəniş vərəqlərində göstərilən elektrik sərfiyyatına görə borcunu tam ödəmişdir. Bundan sonra, iddiaçıya təqdim edilən 2025-ci il ## ###### tarixli, 2025-ci il # #### tarixli, 2025-ci il ## ##### tarixli və 2025-ci il ## ### tarixli hesab ödəniş vərəqlərində isə borcun hesablanma əmsalı 2400 olaraq qeyd edilmişdir. Başqa sözlə, iddiaçının güc artımı ilə əlaqədar müraciəti əsasında “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 2024-cü il ## ### tarixli aktın tərtibindən, yəni 150/5A cərəyan transformatorun əvəzinə 200/5A-cərəyan transformatoru quraşdırıldıqdan sonra elektrik sərfiyyatına görə borc 2400 əmsalla hesablanmalı olmasına baxmayaraq cavabdehin təqsiri ucbatından 1800 əmsalla hesablanmağa davam etmiş, yalnız cari ilin fevral ayında bu halın fərqinə varılmış, məhz bundan sonra 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayına qədər olan dövr ərzində əmsal fərqi (2400-1800 = 600) üzrə hesablanmış 74.593,2 manat məbləğində pul vəsaitinin ödənilməsi 2025-ci ilin fevral ayından etibarən iddiaçıdan tələb edilmişdir. Hətta bununla əlaqədar cavabdeh sənədlərin tərtibində də ziddiyyətə yol vermiş, 74.593,2 manat məbləğində borcun qeyd edildiyi 2025-ci il ## #### tarixli ********* nömrəli hesab ödəniş vərəqində sənədin tərtib edilmə əsası “2025-ci il # #### tarixindən- 2025-ci il ## #### tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün (30900108956)”, həmin məbləğdə borcun qeyd edildiyi eynitarixli ********* nömrəli hesab ödəniş vərəqində isə sənədin tərtib edilmə əsası “286817 sayğacın əmsalına görə tipli akta əsasən (30900108956)” kimi göstərilmişdir.
12. Məhkəmə 74.593,2 manat məbləğində borcun iddiaçıdan tələb edilməsinin qanuni olmadığı və həmin borcun silinməli olması qənaətinə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərini, o cümlədən tərəflər arasında həmin Qaydaların * nömrəli Əlavəsinə uyğun bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin müvafiq şərtlərini rəhbər tutmuş və qeyd etmişdir ki, işin faktiki hallarına görə, 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayına qədər dövr ərzində iddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəmişdir (bu hal məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir). Enerji təchizatı müəssisəsi qismində çıxış edən cavabdehin hazırda iddiaçıdan tələb etdiyi borc özü tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış borcdur, belə ki, əgər həqiqətən yeni transformatorun quraşdırılması ilə əlaqədar əmsalın artması baş vermişdisə, bu vaxtında qeydə alınmalı, elektrik sərfiyyatına görə borc hesablanarkən vaxtında nəzərə alınmalı və hesablaşma dövrü üzrə iddiaçıya aylıq olaraq təqdim edilən hesab ödəniş vərəqlərində öz əksini tapmalıydı. Lakin hazırkı halda, istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi qismində çıxış edən cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyəri iddiaçıdan tələb edə bilməz. Digər tərəfdən, tərəflər arasında “Elektrik enerjisindən istifadə Qaydaları”xxxx“Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”si bağlanılmışdır. Həmin müqavilənin 16-cı bəndinə görə, abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə 10 gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edilir.
13. Məhkəmə, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin *********** nömrəli abonent koduna hesablanmış 74.593,2 borcun silinməsi barədə iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, iş üzrə iddiaçı enerji göstəricilərinin artırılması məqsədilə enerjitəchizatı müəssisəsinə, yəni cavabdehə müraciət etmiş, cavabdeh müraciətə müsbət yanaşaraq təmin edilməsi istiqamətində müvafiq işlər görmüş və iş materiallarındakı Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 2024-cü il ## ### tarixli ****** nömrəli akta əsasən, enerji göstəriciləri dəyişdirilmişdir. Lakin bağlanmış müqavilənin 16-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi abonentin enerji göstəricilərinin artırılması barədə müraciətinə razılıq verməsinə baxmayaraq elektrik enerjisinin alqı-satqı müqaviləsinə uyğun dəyişikliklər etməmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə 2024-cü il ## ### tarixli ****** nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi təqdim edilsə də, həmin müqavilənin enerji göstəricilərini nəzərdə tutan müvafiq qrafaları doldurulmamış, iddiaçı tərəfindən imzalanmamış, möhürlənməmişdir (məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin müqavilədən xəbərsiz olduqlarını bildirmişdir). Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə aralarında “Elektrik enerjisindən istifadə Qaydaları”nın * nömrəli Əlavəsinə uyğun bağlanmış müqavilənin şərtlərinə də riayət etməmişdir.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 389.1 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3 və 8.2-ci bəndələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və R.Xəlilov).
17. Məhkəmə qeyd etmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə görə, istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Iddiaçının müraciəti əsasında cavabdeh tərəf transformator quraşdırsa da, müqavilənin tələblərinə əsasən yeni transformatorun quraşdırılması ilə əlaqədar elektrik sərfiyyatına görə borcun yeni əmsalla hesablanması nəzərə alınmalı və hesablaşma dövrü üzrə iddiaçıya aylıq olaraq təqdim edilən hesab ödəniş vərəqlərində öz əksini tapmalıydı. Lakin elektrik enerjisinin satışı ilə məşğul olan ixtisaslaşmış qurum kimi cavabdeh bu tələblərə əməl etməmiş və özü tərəfindən yol verilmiş səhvə görə iddiaçıdan pul tələb edilmişdir. Cavabdehin nümayəndəsi ödəniş bildirişlərində borcun düzgün göstərilməməsini həmin bildirişləri təqdim edən şəxslərin “elektrik” üzrə mütəxəssis olmaması ilə izah etmişdir.
19. Məhkəmə tərəflər arasında yeni müqavilənin bağlanmamasının səbəblərindən biri kimi iddiaçının sabiq icraçı direktorunun 2016-cı ildə dünyasını dəyişməsinə dair apellyasiya şikayətinin dəlilini formal mülahizə kimi qiymətləndirərək əsassız hesab etmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 389.1 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3 və 8.2ci bəndlərinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndi üzrə - apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, həmin bənddə qeyd edilir ki, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Istehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Iş materiallarına görə, iddiaçı sayğacın əmsalı 2400 olması qeyd edilmiş “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 2024-cü il ## ### tarixli ****** nömrəli akt tərtib edildikdən sonra cavabdeh ilə hesablaşmanı 1800 əmsalla həyata keçirmiş və bunun nəticəsində faktiki olaraq 74.593,20 manat elektrik enerjisindən istifadəyə görə borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya təqdim edilən ödəniş sənədində sərfiyyatın 2400 əmsalla hesablanmadığını aşkar şəkildə bildiyi halda (əvvəlki 1800 əmsalla hesablamadan fərqli olaraq sərfiyyatın 2400 əmsalla hesablandıqda nəzərə çarpacaq şəkildə artıq olması ödəniş sənədində öz əksini tapmalı idi) iddiaçı bu barədə cavabdehə məlumat verməmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi Qaydaların 8.2-ci bəndi hazırki iş üzrə o halda tətbiq edilə bilərdi ki, iddiaçı tərəfindən ödəniş sənədində səhvin, yəni 2400 əmsalla hesablanacağı təqdirdə sərfiyyat dəyərində aşkar artımın olmaması iddiaçı tərəfindən cavabdehə bildirildikdən sonra, cavabdeh iddiaçı ilə hesablaşmanı bu cür davam etdirib sonradan artıq sərfiyyata görə yaranmış borcu tələb edərdi. Lakin iddiaçı ödəniş sənədindəki səhv barədə bilərəkdən cavabdehə hər hansı yazılı məlumat verməmişdir.
23. MPM-in 88, 217.4 və 218.1-ci maddələri üzrə - məhkəmə tərəfindən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Iddiaçı kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Istehlakçı tərəfindən elektrik enerjisinin dəyəri tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Iddiaçı tərəfindən 2024-cü il # #### tarixində güc artımı ilə bağlı cavabdehə ərizə ünvanlanmış, nəticədə iddiaçı təşkilat əvvəl 150 kvt-lıq transformatordan istifadə etdiyi halda müraciət əsasında 200 kvt-lıq transformatordan istifadəyə keçmişdir. Bu zaman tarifdə deyil, əmsalda dəyişiklik baş vermiş, yəni 150 kvt-lıq enerjidən istifadə zamanı sərfiyyat 1800 əmsalla hesablandığı halda, 200 kvt-lıq enerjidən istifadə zamanı sərfiyyat 2400 əmsalla hesablanmışdır. Gücün artırılması 2024-cü il ## ### tarixindən həyata keçirilsə də, 2400 əmsal üzrə hesablanma 2025-ci il ## ###### tarixindən başlanılmışdır. Çünki əmsalın 1800 deyil, 2400 olaraq hesablanmalı olduğu 2025-ci il ## ###### tarixində müəyyən edilmiş və sistemə həmin tarixdə daxil edilmişdir. Bununla əlaqədar cavabdeh sənədlərin tərtibində ziddiyyətə yol vermiş, 74.593,2 manat məbləğində borcun qeyd edildiyi 2025-ci il ## #### tarixli ********* nömrəli hesab ödəniş vərəqində sənədin tərtib edilmə əsası “2025-ci il # #### tarixindən 2025-ci il ## #### tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün (30900108956)”, eyni məbləğdə borcun qeyd edildiyi həmin tarixli ********* nömrəli hesab ödəniş vərəqində isə “286817 sayğacın əmsalına görə tipli akta əsasən (30900108956)” kimi göstərilmişdir. Bu sənədlərlə cavabdeh öz səhvinə görə yaranmış borcu müxtəlif yollarla tələb etmişdir. Hesablanmanın düzgün aparılmaması birbaşa cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində baş vermiş, onun təqsiri ucbatından iddiaçının sonradan əlavə borcla yüklənilməsi əsassız olmuşdur. Iddiaçı bu dövr ərzində ona təqdim olunmuş bütün hesab ödəniş vərəqələrini tam həcmdə ödəmiş və növbəti aya borc keçirməmişdir. Eyni zamanda 2025-ci il ## #### tarixində “sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsinə üzrə” ****** nömrəli akt verilmişdir. Lakin həmin aktın hansı tarixdə və şəraitdə real olaraq tərtib olunduğu müəyyən edilmir, cavabdeh müəssisədə işləyən şahidin ifadəsinə görə isə akt təkbaşına, heç kəsin iştirakı olmadan tərtib edilmişdir ki, bu da onun etibarlılığını şübhə altına alır. Bundan əlavə, cavabdeh müqavilə üzrə öhdəliklərini düzgün icra etməmiş, yeni müqavilə tərtib olunmamış, tərtib olunmuşsa belə mərhum iddiaçının rəhbərinin adına tərtib edilmiş, müqavilə üzrə xanalar doldurulmamış və müqavilə vaxtında təqdim olunmamışdır. Halbuki cavabdeh müəssisə ölkə üzrə elektrik enerjisinin satışı ilə məşğul olan ixtisaslaşmış qurumdur.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar
8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə, habelə sabit tarifə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Istehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir.”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 29.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 30.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 31.Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinin məzmunundan görünür ki, enerji təchizatı müəssisəsi istehlakçıya verilmiş elektrik enerjisinin dəyərini düzgün hesablamaq və hər ay istehlakçıya təqdim etmək öhdəliyini daşıyır. Həmin normada həmçinin imperativ şəkildə müəyyən edilmişdir ki, istehlakçı tərəfindən təqdim olunmuş hesab tam ödənildikdən sonra enerji təchizatı müəssisəsinin öz səhvi nəticəsində düzgün hesablanmamış məbləğin sonradan istehlakçıdan tələb edilməsinə yol verilmir. 32.Qaydaların 8.15-ci bəndi isə istehlakçı tərəfindən ödəmə sənədində səhvin və ya sayğac göstəricilərində anlaşılmazlığın aşkar edildiyi hallarda enerji təchizatı müəssisəsinə məlumat verilməsi qaydasını müəyyən edir. Həmin norma enerji təchizatı müəssisəsinin 8.2-ci bənddən irəli gələn düzgün hesablaşma aparmaq vəzifəsini aradan qaldırmır, habelə istehlakçı tərəfindən hesab tam ödənildikdən sonra müəssisənin öz səhvi nəticəsində yaranmış əlavə hesablamaları tələb etmək hüququ yaratmır. 33.Eyni zamanda, cavabdehin kassaiya şikayətində Qaydaların 8.15-ci bəndinə istinad edilməsi hüquqdan sui-istifadə anlamına gəlir. Belə ki, MM-in 560.3 və 560.3.2-ci maddələrinə görə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir. 34.Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki hallar əsasında Qaydaların 8.2-ci bəndini tətbiq etməsi və enerji təchizatı müəssisəsinin öz səhvi nəticəsində düzgün hesablanmamış məbləğin sonradan iddiaçıdan tələb edilməsinin yolverilməz olması barədə gəldiyi nəticə maddi hüquq normalarının düzgün tətbiqi kimi qiymətləndirilir. 35.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır. Belə ki, həmin dəlillər işdə olan sübutların düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır. 36.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 37.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 38.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 39.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.