Məhkəmə qərarları › İş №2-2(1-8)-128/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-128/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-128/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Babayev Zəki Baba oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı mərhum əri X2 ilə Cavabdeh Istehsalat Birliyi arasında bağlanmış 2019cu il ## ####### tarixli AMX-772 */** saylı təbii qazın alqı-satqısına dair müqavilənin şərtlərinə uyğun olaraq, Cavabdeh Istehsalat Birliyi müqavilə istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. X2 2022-ci il # ### tarixdə ölmüş, Cavabdeh X4 Zəminə Islam qızını abonent qismində öz məlumat bazasında qeyd etsə də onunla qazın alqı-satqısına dair müqavilə bağlamamışdır.

3. Qeyri-əhali sayğacının yoxlanması haqqında **/****-*****-** nömrəli 2022-ci il ## ####### tarixli akta əsasən, “G-400” markalı ********** nömrəli sayğac Cavabdeh IBnin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, mexaniki hissəsinin işlək olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir.

4. 2022-ci il ## ####### tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ********** nömrəli sayğaca baxış keçirilməsi, sayğacın mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığının aşkar olunması qeyd edilmişdir.

5. 2022-ci il ## ####### tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə 15593 m3 , əmsal 2,35 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması (15593x2,35=36644 m3) qeyd edilmişdir.

6. 2023-cü il ## #### tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında **** nömrəli aktda ********** nömrəli qaz sayğacının elektron korrektorunun sönməsi, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 53465 m3 (13.366,25 manat) müəyyən olunması qeyd edilmişdir.

7. 2023-cü il ## ##### tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında **** nömrəli aktda ********** nömrəli qaz sayğacının elektron korrektorunun sönməsi, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 30199 m3 (7.549,75 manat) müəyyən olunması qeyd edilmişdir.

8. 2023-cü il ## ### tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında **** nömrəli aktda ********** nömrəli qaz sayğacının elektron korrektorunun sönməsi, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 10624 m3 (2.337,28 manat) müəyyən olunması qeyd edilmişdir.

9. 2023-cü il # #### tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında **** nömrəli aktda ********** nömrəli qaz sayğacının elektron korrektorunun sönməsi, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 148 m3 (32,67 manat) müəyyən olunması qeyd edilmişdir.

10. 2023-cü il ## ###### tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda korrektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 103007 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığının aşkar olunması qeyd edilmişdir.

11. 2023-cü il ## ###### tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə 103007 m3 , əmsal 2,21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması (103007 x 2,21= 227645 m3 227645 m3 - 94768 (mex.)-94436 (əms. Fərq) = 38441 m3) qeyd edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

12. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Istehsalat Birliyinə (bundan sonra – “cavabdeh”) qarşı borcun silinməsi tələbinə dair iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, 2022-ci il ## ####### tarixli ******* nömrəli akt əsasında hesablanmış 8.061,68 manat, 2023-cü il ## #### tarixli **** nömrəli akt əsasında hesablanmış 11.762,30 manat, 2023-cü il ## ##### tarixli **** nömrəli akt əsasında hesablanmış 6.643,78 manat, 2023-cü il ## ### tarixli **** nömrəli akt əsasında hesablanmış 2.337,28 manat, 2023-cü il # #### tarixli **** nömrəli akt əsasında hesablanmış 32,56 manat və 2023-cü il ## ###### tarixli ******* nömrəli akt əsasında hesablanmış 8.457,02 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddia onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda özünə məxsus torpaq sahəsində 3 hektar istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. Istixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022 və 2023-cü il tarixlərdə ayrı-ayrı vaxtlarda cavabdehin əməkdaşları heç bir əsas olmadan ona əsassız borc yazmışlar. Həmin borclardan məlumatı olmamışdır. Sonuncu dəfə qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və 2023-cü ilin sonlarında hesabına 8.457,02 manat borc daxil edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci il ## ####### tarixli ******* nömrəli akt əsasında 8.061,68 manat hesabıma borc yazılmışdır. Bundan başqa, aktlara əsasən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsəllərinin X12 Filialına müraciət edilmişdir. Agentlik tərəfindən araşdırılma aparılmış və cavabdehin hesabına yazdığı borcun əsassız olması göstərilmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. 2022-ci ilin oktyabr ayında və 2023-cü ilin ilk yarısında yazılmış borclar barədə məlumatı agentlikdə araşdırılma aparılarkən olmuşdur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Hər ay istifadə etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci il ## ####### tarixli ******* nömrəli, 2023-cü il ## #### tarixli **** nömrəli, 2023-cü il ## ##### tarixli **** nömrəli, 2023-cü il ## ### tarixli **** nömrəli və 2023-cü il # #### tarixli **** nömrəli aktlarda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Onun heç bir qanunazidd hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətləri məsuliyyətin yaranması ilə nəticələnməməlidir.

14. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli e-2-2(115)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Qələndərzadə).

15. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi X10 Agentliyinin Tovuz filialının 2024-cü il ## ###### tarixli mütəxəssis rəyinə əsasən, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən və "Azəriqaz” X7 X1 idarəsinin informasiya məlumat bazasında fiziki şəxs İddiaçı adına *************** saylı abonent kodu ilə qeydiyyatda olan istixananın qaz təchizatı mənbəyində “Şəmkir” X5 xəttinin üzərində quraşdırılmış G400 markalı ********** nömrəli qaz sayğacı ##.##.2020-ci il tarixdə yaranmış qüsur səbəbindən istismardan çıxarılmışdır (Forma-2 N *******). Istismardan çıxarılmış qaz sayğacı 2020-ci il ## ######## tarixində “Azəriqaz" IB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 120783 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilərək SS № **/****-01458-1 nömrəli 2020-ci il ## ####### tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda batareyanın istismar müddətinin minimum 36 ay olduğu qeyd olunmuşdur. Bundan sonra, 2022-ci il ## ######## tarixində Cavabdeh IB-nin Şəmkir RQII-nin Şəmkir XS tərəfindən G-400 markalı ********** nömrəli qaz sayğacının batareyasında (SS Ns **/****-*****-* nömrəli 2020-ci il ## ####### tarixli aktda qeyd olunmuş istismar müddətinin minimum 36 ay olduğuna baxmayaraq) yaranmış qüsur səbəbindən təkrar istismardan çıxarılmış (Forma-2 NQ 9031165) və 2022-ci il ## ####### tarixində “Azəriqaz" IB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı barədə SS N **/1640- *****-** nömrəli 2022-ci il ## ####### tarixli akt tərtib edilmişdir. Şəmkir RQIInin Şəmkir Xidmət Sahəsi tərəfindən 2022-ci il ## ####### tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh IB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən uçotu aparılmayan qaz həcminin hesablanması məqsədilə ******* nömrəli akt əsas götürülməklə mexaniki hissədən keçən 15593 m3 qaz həcmi qəbul edilmiş 2,35 əmsala vurulmaqla 36644 m3 həcmində qaz sərfiyyatının hesabatı aparılaraq istixananın abonent haqqında saldosuna daxil edilmişdir. Eyni zamanda, Şəmkir XS tərəfindən sonrakı hesablaşma dövrlərində mexaniki hissədən keçən qaz həcmi qəbul edilmiş 1,9965 əmsala vurulmaqla 2023-cü il ## #### tarixli **** nömrəli akta əsasən 53465 m3 , 2023-cü il ## ##### tarixli **** nömrəli akta əsasən 30199 m3 , 2023-cü il tarixli ## ### **** nömrəli akta əsasən 10624 m3 və 2023-cü il # #### tarixli **** nömrəli akta əsasən isə 148 m3 qaz sərfıyyatı istixananın abonent haqqında saldosuna daxil edilmişdir. Göründüyü kimi, aparılmış hesabat növü müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərində öz əksini tapmamış və sayğaca müdaxilənin istehlakçı tərəfindən edilməsi qanunvericiliyin tələblərinə uyğun (alət və ya bilavasitə obyekt olmuş predmetlərin fotoşəkilləri və ya videoyazısı, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübut olaraq materiallara əlavə edilməmişdir) sübuta yetirilməmişdir. Bütün bunlara baxmayaraq, "Azəriqaz” IB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən istixananın qaz xətti üzərində quraşdırılmış G- 400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun Işləmədiyi dövr ərzində uçotu aparılmayan qaz həcminin hesablanması məqsədilə tərtib olunmuş 2022-ci il ## #######, 2023-cü il ## ####, 2023-cü il ## #####, 2023-cü il ## ### və 2023-cü il # #### tarixli aktlarda qeyd olunan qaz sərfiyyatı qanunvericiliyin tələblərinə zidd olaraq sözügedən istixananın abonent saldosuna daxil edilmiş və həmin qaz sərfıyyatlarının dəyəri istehlakçı tərəfindən tam ödənilmişdir. Qeyd olunanlara əsasən, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində Cavabdeh IB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən 2022-ci il ## #######, 2023-cü il ## ####, 2023-cü il ## #####, 2023-cü il ## ### və 2023-cü il # #### tarixlərində əlavə qaz sərfiyyatının hesablanması barədə tərtib edilmiş aktlar müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.

16. Məhkəmə bildirmişdir ki, qanunvericilikdə fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısının üzərinə qoyulmuşdur. Cavabdeh sayğacın işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik daşıdığı halda, sayğacın işlək vəziyyətdə saxlanılmasını təmin etməmişdir. Belə ki, abonent saldosuna əsasən, 2023-cü ilin fevral ayından sonra sayğacın elektron göstəricisi sərfiyyatı qeydə alınmamışdır. Cavabdehin nümayəndələri qaz sayğacının elektron korrektorunun söndüyünü aşkar etmiş, lakin elektron göstəricinin işlək vəziyyətə gətirilməsi üçün heç bir tədbir görməmişdir. Eyni zamanda, cavabdehin nümayəndələri 2023-cü il ## ####, 2023-cü il ## #####, 2023-cü il ## ### və 2023-cü il # #### tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması barədə aktlar tərtib edərək qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatını korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq borc hesablamışdır. Qanunvericiliyin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə, yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləğləri daxil edilmişdir.

17. Həmçinin məhkəmə 2022-ci il ## ####### tarixli akt əsasında hesablanmış 8.061,68 manat və 2023-cü il ## ###### tarixli akt əsasında isə hesablanmış 8.457,02 manat borcla bağlı qeyd etmişdir ki, həmin aktlar üzrə borcun hesablanması sayğacın korrektorunun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmaması ilə bağlı olmuşdur. 2022-ci il ## ####### tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə korreksiya əmsalı 2,35, 2023-cü il ## ###### tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə isə korreksiya əmsalı 2,21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.

18. Halbuki, nə Qaydalarda, nə də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz sərfinin məbləğinin müvafiq hesablanması nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi isə qeyd olunan hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir.

19. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, aktlar əsasında hesablanmış borc əsassızdır.

20. Məhkəmə belə qənaətə gəlmişdir ki, fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın elektron hissəsinin işləməməsi bilavasitə istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanılmış 2019-cu il ## ###### tarixli, AMX-772 */** saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın elektron hissəsinin işləməməsinin iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bunda sonra – “Qaydalar”) 4.8, 4.9, 5.1, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

23. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

24. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçıya məxsus istixanaya xidmət edən sayğac cavabdehin nəzarətində olan X6 ərizəsində yerləşir ki, iddiaçının sayğaca müdaxilə etmək imkanı mövcud deyildir. Cavabdeh özünün məsuliyyət dairəsinə aid olan məsələlərin məsuliyyətini iddiaçının üzərinə qoymağa calışmışdır. Iddiaçının aşkar olunan pozuntularda təqsirini müəyyən edən sübut mövcud deyildir və sayğacın yerləşmə vəziyyətinə görə iddiaçının təqsiri bu halların yaranmasında yoxdur. Iddiaçı istehlak edilmiş təbii qazın dəyərini sayğac göstəricisinə əsasən ödəmək vəzifəsi daşıyır ki, sonradan səhv aparılmış hesabatın nəticəsində hesablanmış borc qanunvericiliyin tələbinə əsasən cavabdehdən tələb edilə bilməz. Cavabdehin apardığı hesabatın növü və metodikasının müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmaması və aparılmış hesabatın qanunsuzluğu bir daha yuxarıda göstərilən mütəxəssis rəyində əksini tapmışdır.

25. Sonda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlə iddiaçının ölmüş əri arasında 2019-cu ilin oktyabr ayında qazın alğı-satqısına dair müqavilə bağlansa da onun 2022-ci ildə ölümündən sonra hazırkı iddiaçı ilə müqavilə bağlanmamış və qazın verilişi davam etdirilmişdir ki, bu halda tərəflər arasında qazın alğı-satqısına dair müqavilə münasibətləri formalaşmamışdır. Bu isə cavabdehin öz vəzifə səlahiyyətlərinə və vəzifələrinin icrasına etinasız yanaşmasının təzahürüdür.

26. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla eynilik təşkil etmişdir.

27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

28. Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ######## tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – V.Baxışova və B.Qəribov).

29. Məhkəmə bildirmişdir ki, hazırkı iddia tələbi cavabdehin qanunsuz aktlar əsasında hesablanmış borcun silinməsi barədədir. Deməli, faktiki hallar üzrə işə baxan məhkəmələrin ilkin olaraq müəyyən etməli olduqları məsələ məhz silinməsi tələb edilən borcun mövcud olub-olmaması idi. Belə ki, mövcud olmayan borcun silinməsi, yəni hazırkı iddianın təmin edilməsi, təbii ki, mümkünsüzdür. Lakin iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələyə ümumiyyətlə qiymət verilməmiş, borcun məbləği (mövcud olduğu təqdirdə) göstərilməmişdir. Halbuki iddia ilə silinməsi tələb edilən borc cəmi 28.837,6 manat təşkil etsə də, hazırkı işə baxan birinci instansiya məhkəməsinə təqdim edilmiş özündə 2024-cü ilin iyun ayına olan məlumatları əks etdirən abonent saldosundan (İ cild, i/v 28) iddiaçının borcunun cəmi 8.453,84 manat təşkil etdiyi məlum olmuşdur.

30. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından mövcud borcun, silinməsi tələb olunan borcdan dəfələrlə az olduğu görünür. Işə faktlar əsasında baxan məhkəmələr isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusata ümumiyyətlə diqqət yetirməmişlər. Həmçinin, kassasiya şikayətində olduğu kimi, aşağı məhkəmə instansiyalarında, habelə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində cavabdehin istinad etdiyi dəlillərdən biri məhz ondan ibarət olmuşdur ki, iddiaçı hesablanmış borcu tam ödəmişdir. Yəni həmin dəlillərdən belə çıxır ki, silinməsi tələb olunan aktlarla hesablanmış borc hazırda mövcud deyildir.

31. Eyni zamanda, məhkəmə qətnamələrində mötəbər sübut kimi istinad olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyi X10 Agentliyi Tovuz filialının 2024-cü il ## ###### tarixli mütəxəssis rəyində də aktlarda qeyd olunan qaz sərfiyyatının, istixananın abonent saldosuna daxil edildiyi və həmin qaz sərfiyyatlarının dəyərinin istehlakçı tərəfindən tam ödənildiyi bildirilmişdir. Lakin sözügedən dəlil və xüsusatlar da apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.

32. Bundan başqa, cavabdehin digər dəlillərindən biri də ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi sənədləşmələrdə mexaniki sayğac göstəricisi, eləcə də onun əsasında aparılmış hesabat iddiaçı, eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmışdır. Buna baxmayaraq sözügedən dəlil də qiymətləndirmə predmeti olmamış, apellyasiya instansiyası məhkəməsi iddiaçının könüllü surətdə razılaşdığı (belə razılığın mövcud olduğu təqdirdə) hesabatın (borcun) qanuniliyi, iddiaçı üçün öhdəliklər yaradıb-yaratmaması üzrə heç bir dəyərləndirmə aparmamışdır.

33. Belə olan halda isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini təmin etmədiyi halda, MPM-in 392.2-ci maddəsinin tələblərinə uyğun olaraq, istinad etdiyi dəlilləri konkret şəkildə əsaslandırmalı, bunun üçün isə ilk növbədə apellyatorun özünün dəlillərini əsaslandırılmış şəkildə rədd etməli idi. Lakin baxılan işdə, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə aparmamaqla qanunun həmin tələblərini pozmuşdur.

34. Bundan başqa, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya şikayətinin dəlilinə məhkəmə tərəfindən qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəməsi Plenumunun, eləcə də Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir (sədrlik edən – T.Əli, hakimlər – G.Cavadova və R.Mamedov).

36. Məhkəmə bildirmişdir ki, cavabdehin apellyasiya şikayətinə görə, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə, yəni konkret olaraq 2022-ci ilin oktyabr ayı üçün 8.061,68, 2023-cü ilin mart ayı üçün 11.762,30, aprel ayı üçün 6.643,78, may ayı üçün 2.337,28, iyun ayı üçün 32,56, noyabr ayı üçün isə 8.457,02, manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmiş, həmin məbləğlər sərfiyyat olaraq sayğacın mexaniki göstərici hissəsində qeydə alınsa da təzyiqlər fərqinə görə korreksiya olunmamış və elektron tabloda əks olunmamışdır. Hazırkı aparılmış hesabat isə sayğacın müddət ərzində faktiki qeydə aldığı mexaniki göstəricinin əvvəlki müvafiq dövrdə olmuş təzyiqlər fərqinə uyğunlaşdırılması nəticəsində istehlak olunmuş qaz sərfidir ki, onun da dəyəri 37.294,62 manatdır. Edilmiş xəbərdarlıqların və müvafiq izahat işlərinin nəticəsi həm də abonent tərəfindən etirafedici hərəkətlilik olaraq mübahisənin məhkəmədən kənar həlli prinsipinə əməl edilməklə ödəniş təmin olunduğundan hüquq müstəvisində mübahisələndirilməmişdir.

37. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirmişdir ki, iddiaçı yuxarıda qeyd edilən aktların qanunsuz tərtib edildiyini bildirsə də, bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarından, eləcə də tərəflərin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan müəyyən olunmuşdur ki, iddia ərizəsində sözügedən aktlarda qeyd olunan qaz sərfiyyatının qanunvericiliyin tələblərinə zidd olaraq istixananın abonent saldosuna daxil edildiyi bildirilsə də, həmin qaz sərfiyyatlarının dəyəri istehlakçı tərəfindən tam ödənilmişdir. Yəni, iddiaçının silinməsini tələb etdiyi borc hazırda mövcud deyildir. Belə olan halda mövcud olmayan borcun silinməsi mümkünsüz olduğundan kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır.

38. Bundan başqa, apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi sənədləşmələrdə mexaniki sayğac göstəricisi, eləcə də onun əsasında aparılmış hesabat iddiaçı, eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmışdır. Iş materiallarına görə, istehlakçının nümayəndəsi aktlarla tanış olmuş, aktda qeyd edilənlərlə bağlı etirazını bildirməmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Kollegiya qeyd edilənləri, eləcə də iddiaçının həmin aktlar əsasında hesablanmış borcu ödəməsini etirafedici hərəkətlər kimi qiymətləndirmiş və apellyasiya şikayətinin həmin dəlilini də əsaslı hesab etmişdir.

39. Beləliklə, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində cavabdehin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən 2026-cı il ## ##### tarixində əlavə qaz sərfiyyatının hesablanması barədə aktlar tərtib edilmiş, Azərbaycan Respublikası Energetika Nazirliyi X10 Agentliyi Tovuz filialının 2026-cı il ## ##### tarixli mütəxəssis rəyi ilə həmin aktların müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı qeyd edilsə də, tərtib edilmiş aktlar istehlakçı tərəfindən imzalanmış və həmin borc məbləğini təbii qazdan istifadə etməsi nəticəsində sərfiyyata görə yaranmış borc məbləği ilə birgə hissə-hissə ödəniş həyata keçirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, aktlar əsasında hesablanmış borc məbləği iddiaçı tərəfindən tam olaraq ödənildiyindən hazırda mövcud olmayan borcun silinməsi barədə iddia təmin oluna bilməz.

40. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

41. Azərbaycan Respublikası KonstitusiyasınıN **, 43, 60 və 129-cu maddələri, Insan hüquqlarının və Əsas azadlıqdarının müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 6-cı maddəsi üzrə - 2022-ci və 2023-cü illərdə müxtəlif vaxtlarda cavabdehin əməkdaşları tərəfindən əsassız borclar hesablanmış, bu borclar barədə əvvəlcədən məlumat verilməmişdir. 2023-cü ilin sonunda sayğac yoxlamasından sonra hesabına 8.457,02 manat borc daxil edilmiş, həmçinin 2026-cı il ## ##### tarixli ******* nömrəli aktla 8.061,68 manat, 2026-cı il ## ##### tarixli **** nömrəli aktla 11.762,30 manat, 2026-cı il ## ##### tarixli **** nömrəli aktla 6.643,78 manat, 2026-cı il ## ##### tarixli **** nömrəli aktla 2.337,28 manat və 2026-cı il ## ##### tarixli **** nömrəli aktla 32,56 manat borc hesablanmışdır. Həmin borclarla bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında X10 Agentliyinin Tovuz filialına müraciət etmiş, aparılmış araşdırma nəticəsində borcun əsassız olduğu göstərilmiş və məhkəməyə müraciət tövsiyə edilmişdir. Iddiaçı sayğaca müdaxilə etməmiş, istifadə etdiyi qazın dəyərini mütəmadi ödəmiş, qeyd olunan aktlarda göstərilən pozuntulara aidiyyəti olmamışdır. Həmçinin, 2026-cı il ## ##### tarixli 1201, 1207, 1215 və **** nömrəli aktlar tərtib edilərkən istixanada olan şəxslərə imzaladılmış, lakin bu barədə ona məlumat verilməmiş, aktlarla bağlı heç bir bildiriş təqdim olunmamışdır. Bundan əlavə, 2026-cı il ## ##### tarixli 0349287 və ******* nömrəli aktlar qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, yoxlamaların sahibkarlıq sahəsində aparılmasına dair normativ aktların tələblərinə əməl olunmamışdır.

42. Oxşar hal üzrə əvvəllər hesablanmış 43.532,60 manat borc Gəncə Apellyasiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli qətnaməsi ilə silinmiş və bu mövqe Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılmışdır. Hazırkı işdə isə məhkəmə, iddia qaldırılan vaxt 8.453,84 manat borcun mövcud olmasına baxmayaraq, bu halı nəzərə almamışdır. Əvvəlki aktlar üzrə borclar iddiaçının məlumatı olmadan ödənilmiş, lakin qanunvericiliyə uyğun olaraq ödənilmiş borcun sonradan silinməsi ilə bağlı məhkəmə təcrübəsi mövcuddur. Bununla yanaşı, apellyasiya məhkəməsinin qərarında 8.457,02 manat məbləğində qalan borcla bağlı ümumiyyətlə münasibət bildirilməmişdir.

43. MPM-in 88, 106.4, 217.1 və 418.1-ci maddələri üzrə - sübutlar düzgün qiymətləndirilməmişdir. 2023-cü il ## #### tarixli **** nömrəli akt, 2023-cü il ## ##### tarixli **** nömrəli akt, 2023-cü il ## ### tarixli **** nömrəli akt, 2023-cü il # #### tarixli **** nömrəli akt və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci il ## ####### tarixli ******* nömrəli aktda cavabdeh tərəfindən imza etdirərkən işin həqiqi halları gizlədilmişdir. Məhkəmə qətnamə çıxararkən sadəcə iddiaçının verdiyi sübutlarla kifayətlənmiş, heç bir əlavə araşdırma aparmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

45. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Bənd 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; Bənd 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

47. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

48. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən aktlar üzrə hesablanmış məbləğləri ödəməsini, istehlakçının nümayəndəsinin həmin aktlarla tanış olmasını, aktlarda qeyd edilən hallara etiraz etməməsini və bunu öz imzası ilə təsdiq etməsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən borc məbləğləri iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin borclar abonent hesabında artıq mövcud olmadığından onların silinməsi barədə iddia təmin edilə bilməz.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə işin müəyyən edilmiş halları üzrə tətbiq edilməli maddi hüquq normalarına uyğun deyildir.

53. Belə ki, işin mübahisəsiz hallarına görə mübahisələndirilən borc məbləğləri cavabdeh tərəfindən sayğac göstəricilərinin adi qaydada oxunması nəticəsində deyil, sahibkarlıq fəaliyyəti həyata keçirilən obyekt üzrə qaz sayğacında aşkar edilmiş nasazlıq və uçot pozuntusu ilə əlaqədar keçirilmiş yoxlama və tərtib edilmiş aktlar əsasında hesablanmışdır.

54. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2022 və 2023-cü illərdə qaz sayğacının korrektoru və elektron hissəsi ilə bağlı nasazlıqlar aşkar edilmiş, həmin hallara dair aktlar tərtib olunmuş və məhz həmin aktlar əsasında əlavə qaz sərfiyyatı hesablanaraq abonent hesabına daxil edilmişdir.

55. Belə olan halda, mübahisə predmeti olan münasibətlər yalnız “Qazdan istifadə Qaydaları” ilə deyil, həm də sahibkarlıq fəaliyyəti subyektləri barəsində yoxlamaların aparılması qaydasını tənzimləyən xüsusi normativ aktların tələbləri baxımından qiymətləndirilməlidir.

56. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.11-1-ci bəndlərinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və qaz paylayıcısının müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

57. Həmin Qanunun 2.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ araşdırma, müayinə, monitorinq, baxış, nəzarət və digər bu kimi tədbirlər yoxlama hesab edilir. Qanunun 2.3-cü maddəsində isə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin, o cümlədən qaz paylayıcısının sahibkarlıq subyektlərinə münasibətdə həyata keçirdiyi fəaliyyətə həmin Qanunun müəyyən müddəalarının şamil edildiyi nəzərdə tutulmuşdur.

58. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdehin əməkdaşları tərəfindən istixanaya xidmət edən qaz sayğacına baxış keçirilmiş, sayğac laborator müayinəsinə göndərilmiş, nasazlıq və uçotdan kənar qalan qaz sərfiyyatı müəyyən edilərək müvafiq aktlar tərtib olunmuş, sonradan isə həmin aktlar əsasında iddiaçının abonent hesabına əlavə borc daxil edilmişdir. Bu baxımdan həmin tədbirlər adi sayğac göstəricisinin oxunması kimi qiymətləndirilə bilməz və öz hüquqi mahiyyətinə görə sahibkarlıq fəaliyyəti obyektində aparılmış yoxlama tədbiri hesab olunur. Belə tədbirlər isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin dispozisiyası baxımından yoxlama hesab edilir və həmin tədbirlərin Reyestrdə qeydiyyata alınması məcburidir.

59. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti obyektlərində keçirdikləri bütün növ araşdırma, müayinə, monitorinq, baxış, nəzarət və digər tədbirlərin Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən isə Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

60. Kollegiya qeyd edir ki, bu norma imperativ xarakter daşıyır və belə yoxlamalar əsasında sahibkara münasibətdə hər hansı maliyyə öhdəliyinin və ya məsuliyyət tədbirinin tətbiqini istisna edir. Cavabdeh isə qeyd edilən yoxlamaların Reyestrdə qeydiyyata alındığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

61. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, həmin Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılması həmin yoxlamaların hüquqi nəticəsini aradan qaldırır və belə yoxlamalar əsasında sahibkara münasibətdə hər hansı məsuliyyət tədbiri tətbiq edilə bilməz. Eyni hüquqi yanaşma Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərində də təsbit olunmuşdur.

62. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar və həmin aktlar əsasında aparılmış əlavə hesablamalar qanunvericiliyin imperativ tələblərinə uyğun həyata keçirilmədiyindən onların əsasında iddiaçı üçün yeni öhdəlik yaradıla bilməzdi.

63. Apellyasiya instansiyası məhkəməsi isə həmin imperativ normalara ümumiyyətlə istinad etməmiş, yoxlamaların hüquqi rejimini müəyyən etməmiş və hansı maddi hüquq normasına əsasən cavabdehin əlavə hesablamalar aparmaq hüququnun yarandığını əsaslandırmamışdır. Halbuki MPM-in 217.1 və 217.3-cü maddələrinin mənasına görə məhkəmə qətnaməsi yalnız nəticə etibarilə deyil, hüquqi əsaslandırma baxımından da qanuni və əsaslı olmalıdır.

64. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin istehlakçının nümayəndəsinin aktlarla tanış olması, etiraz bildirməməsi və aktları imzalaması ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, imperativ hüquq normalarının pozulması ilə həyata keçirilmiş yoxlama tədbiri və həmin tədbir əsasında tərtib olunmuş aktlar sonradan şəxsin imzası və ya etiraz etməməsi ilə qanuniləşdirilə bilməz. Bu baxımdan istehlakçının nümayəndəsinin aktlarla tanış olması, aktlarda göstərilən hallara etiraz etməməsi və bunu imzası ilə təsdiq etməsi cavabdehin qanunvericiliklə müəyyən edilmiş yoxlama proseduruna əməl etmək vəzifəsini aradan qaldırmır.

65. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc məbləği tam ödənilmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin halın mübahisələndirilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz.

67. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

69. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

70. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi seçilmiş müdafiə üsulu baxımından təmin edilə bilməz. Belə ki, artıq ödənilmiş və mövcud olmayan borcun silinməsi barədə iddianın təmin edilməsi mümkün deyildir.

71. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə iddia tələbinin rədd edilməsi iddiaçının mübahisələndirilən məbləğlərlə bağlı digər müdafiə vasitələrindən istifadə etmək hüququnu istisna etmir. Belə ki, kollegiyanın yuxarıda göstərilən hüquqi mövqeyinə əsasən iddiaçının mübahisələndirdiyi borc məbləğləri qanunvericiliyin imperativ tələbləri posulmaqla hesablanmışdır. Buna görə də, iddiaçı həmin əsassız hesablanmış borc məbləğlərinə görə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

72. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və MPM-in 417.1.4, 417.2-ci maddələrinə əsasən iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir.

73. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin və iddia təmin edilməsin. Iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar