Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-2(1-8)-321/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun mәruzәsi ilә, Qarayev Sәnan Mәmmәd oğlu vә Şamayev Elşad Yaquboviçdәn ibarәt tәrkibdә, Iddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin cavabdeh Cavabdeh Istehsalat Birliyinә qarşı “borcun silinmәsi vә s.” tәlәbinә dair kommersiya mübahisәsi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)- ***/**** nömrәli qәtnamәsindәn iddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn verilmiş kassasiya şikayәtinә yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı MMC ilә Cavabdeh IB arasında qaz paylacısı ilә sәnaye qaz qurğusu istifadәçisi arasında tәbii qazın alqı-satqısı barәdә 2013-cü il ## ###### tarixli müqavilә bağlanmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Idiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Istehsalat Birliyinә (bundan sonra – “cavabdeh”) qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh tәrәfindәn tәrtib olunmuş akt әsasında iddiaçının adına әsassız şәkildә hesablanmış 41062 m3 qaz sәrfiyyatına görә 11.702,67 manat mәblәğindә borc tәlәbinin vә qazın verilişinin әsaslandırılmadan dayandırılmasının qanunsuz hesab edilmәsi vә ödәnilmiş dövlәt rüsumunun cavabdehdәn tutularaq iddiaçıya ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
3. Iddia onunla әsaslandırılmışdır ki, iddiaçı öz istehsalat ehtiyaclarını ödәmәk mәqsәdilә qaz tәchizatına qoşulmuş, sayğac vasitәsilә istehlak olunan qaz miqdarını ölçmüş vә hәr ay tәqdim olunmuş fakturalara uyğun olaraq qazın dәyәrini ödәyәrәk öhdәliklәrini yerinә yetirmişdir. Iddiaçı tәrәfindәn qazın istifadә edilmәsi dövründә, istәr sayğacın yerlәşdiyi mәkanda, istәrsә dә qaz xәttindә hәr hansı nasazlıq vә ya pozuntu müşahidә edilmәmiş, cavabdeh tәrәfindәn dә bu barәdә hәr hansı xәbәrdarlıq vә ya inzibati tәdbir tәtbiq olunmamışdır. Müәssisәnin istehlakı planlı, real vә sәnәdlәrlә tәsdiqlәnәn qaydada aparılmış, heç bir texniki vә ya hüquqi nöqsan qeydә alınmamışdır. Lakin 2025-ci ildә cavabdehin әmәkdaşları müәssisәnin qaz sayğacını sökәrәk “xxxx” mәqsәdi ilә öz laboratoriyalarına tәqdim etmiş, daha sonra müәssisәyә № ******* saylı “Tәbii X1nın pozulması haqqında” akt tәqdim olunmuşdur. Aktda bildirilmişdir ki, sayğacın korrektor hissәsinin sönmәsi nәticәsindә müәyyәn bir dövr üzrә sәrf olunmuş qazın qeydiyyatı aparılmamış, bu isә 41062 m3 hәcmindә "itki" kimi qeydә alınmışdır. Aktda göstәrilәn mәlumatlara istinad edilәrәk sayğacda guya pozuntu baş verdiyi әsaslandırılmadan müәssisәyә әlavә borc tәqdim olunmuş vә qazın verilişi dәrhal dayandırılmışdır. Sayğacın ekspertizasını hәyata keçirәn “xxxx” MMC isә “xxxx” publik hüquqi şәxsin tabeliyindә fәaliyyәt göstәrdiyindәn bu ekspertiza da dövlәt orqanı tәrәfindәn birbaşa vә obyektiv yoxlama deyil, eyni struktur daxilindәki digәr qurumun qeyri-müstәqil rәyinә әsaslanır.
4. Cavabdeh iddiaya etiraz etmiş vә bildirmişdir ki, ünvan 1 0070, ünvanında yerlәşәn iddiaçıya 2025-ci ilin fevral ayında G-650 EK-230 markalı, 93047655 nömrәli qaz sayğacı quraşdırılmış vә qazın hesabatı qeyd olunan sayğac vasitәsilә aparılmışdır. Iddiaçının әrizәdә göstәrdiyi mәblәğ, 11.702,67 (0.28.5 qәpiklә hesablanıb) manat yanlışdır vә sәhv hesablamadır. Cavabdehin әmәkdaşları 2025-ci il ## ##### tarixdә Sahibkarlıq sahәsindә aparılan yoxlamanın vahid mәlumat reystrindәn (KY 252302420) çıxarışla iddiaçıda qanuni әsaslarla yoxlama aparmış vә aşkar olunan nöqsanlar barәsindә akt tәrtib etmişdirlәr. Göstәrilәn 41062 m3 qaz istifadә olunmuş vә sayğacdan keçәn qaz borcudur. 2025-ci il ## ##### tarixdә tәrtib olunmuş ******* saylı aktdan göründüyü kimi sayğacın korrektoru sönmüş nәticәdә arxivlәr pozulmuş mexaniki hissәdәn kecәn qazı (41062 m3) elektron qeydә almamışdır. Iddiaçının mütәxәssilәrinin tәrtib etdiyi aktda dәyәri ödәnilmәyәn 41062 m3 qazın açıqlaması әtraflı vә şәffaf şәkildә verilsә dә abonent әsassız olaraq razılaşmır. Abonent iddiaçı bilmәlidir ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci il ## ### tarixli ** saylı Qәrarının 4.8-ci bәndinin tәlәblәrinә görә hüquqi şәxslәrin qaz sayğaclarının işlәk vәziyyәtdә saxlanılmasına görә cavabdehliyi özlәri daşıyırlar. Iddiaçının ikinci sayğacı da mövcuddur, onun da hesabatı mübahisәlәndirilәn qaz sәrfinә görә göstәrilәn G-650 EK-230 tipli 83047655 tipli sayğacla aparılır. Abonent Azәrbaycan Respublikasında digәr istixana kimi fәaliyyәt göstәrәn qeyriyaşayış sahәlәri ilә bәrabәr qazın dayandırılması yalnız mövsümi xarakter daşımışdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ** saylı Qәrarının 6.1.4-cü bәndinә әsasәn, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müәyyәnlәşdirilәn hesabı istehlakçıya qaz paylayıcısı tәrәfindәn tәqdim edildikdәn (göndәrildikdәn) sonra bir ay müddәtindә tam ödәnilmәdikdә qazın verilmәsi dayandırılır. 9033,64 manat borc mәblәği sayğacdan kecәn qazdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci il ## ### tarixli ** saylı qәrarı ilә tәsdiq edilmiş “Qazdan Istifadә Qaydaları”-nın 5.4-cü bәndinә әsasәn qaz sayğacları qaz paylayıcısı tәrәfindәn bu Qaydaların 4.9-cu bәndindә nәzәrdә tutulmuş hallarda çıxarıldıqda (götürüldükdә), qaz sayğacının olmadığı müddәt әrzindә qazın verilmәsi dayandırılmır vә istifadә edilmiş qazın dәyәri üzrә hesablaşmalar sayğac çıxarıldığı gündәn әvvәlki ayın orta gündәlik sәrfinә uyğun aparılır. Iddiaçıya mәxsus müәssisәdә yoxlama tam qanuni әsaslarla keçirilmişdir. Cavabdehin nümayәndәlәri tәrәfindәn sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә daxil olmadan, yalnız “Qazdan Istifadә Qaydaları”nın 4.1-ci bәndinә uyğun olaraq balans mәnsubiyyәti sәrhәddindә quraşdırılmış qaz sayğaclarına baxış keçirilir.
5. Bakı Kommersiya Mәhkәmәsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-****/**** nömrәli qәtnamәsi ilә iddia rәdd edilmişdir (hakim – K.Hüseynov).
6. Mәhkәmә qeyd etmişdir ki, iIşә әlavә olunmuş Tәbii X1nın pozulması haqqında ******* saylı akta әsasәn qaz sayğacının yoxlanılması haqqında Y**** saylı protokola әsasәn sayğacın korrektorunun sönmәsi nәticәsindә arxivlәrin pozulduğu, mexaniki hissәdәn keçәn qaz sәrfinin qeydә alınmadığı qeyd olunmuşdur. Uçotu aparılmayan tәbii qazın hәcminin hesablanmasına dair aprel 2025-ci il tarixli tәlәbnamәyә әsasәn uçotu aparılmayan qazın hәcmi 41062 m miqdarında hesablanmışdır. Hesablanmış olan borc mәblәği mәhz mexaniki göstәricilәrә әsasәn arvix mәlumatlarının göstәricilәri әsasında hesablanmış borc mәblәğidir.
7. Mәhkәmә hesab etmişdir ki, sayğacın mexaniki göstәricilәrinә (arvix mәlumatlarına) әsasәn borcun hesablanması zamanı hәr hansı bir pozuntuya yol verilmәmişdir. Mәhkәmә iclasında iştirak edәn cavabdehin nümayәndәsi iddiaçıya iddia tәlәbindә göstәrilәn 11.702,67 manat mәblәğindә deyil 9.033,64 manat olduğunu, abonentin saldosuna isә 9.019,24 manat mәblәğindә borc kimi daxil edildiyini bildirmişdir.
8. Qeyd edilәnlәrә әsasәn mәhkәmә hesab etmişdir ki, cavabdeh tәrәfindәn hesablanmış vә iddiaçı tәrәfindәn hazırda mübahisәlәndirilәn borc mәblәği qanunvericiliyin tәlәblәrinә әsasәn hesablanmışdır. Belә ki, iddiaçının qeyd etmiş olduğu borcun bir hissәsi (9.019,24 manat) sayğacın elektron hissәsinin korrektorunun işlәmәmәsi sәbәbindәn, mәhz mexaniki hissәsinin qeydә aldığı göstәricilәrә uyğun hesablanmışdır. Iddiaçının iddiasında qeyd etmiş olduğu mәblәğin digәr hissәsi üzrә isә ümumiyyәtlә akt tәrtib edilmәmişdir. Belәliklә iddianın әsaslı olmasına dair iddiaçı tәrәfindәn hәr hansı bir sübut tәqdim edilmәdiyindәn, iddianın tәmin edilmәsi üçün әsas yoxdur.
9. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci il ## ### tarixli ** saylı qәrarı ilә tәsdiq edilmiş “X1”nın 5.2, 5.5-ci bәndlәrinә, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddәlәrinә istinadla әsaslandırmışdır.
10. Iddiaçı apellyasiya şikayәti verәrәk birinci instansiya mәhkәmәsinin qәtnamәnin lәğv edilmәsini vә iddianın tәmin edilmәsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrәli qәtnamәsi ilә apellyasiya şikayәti tәmin edilmәmiş vә birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır (sәdrlik edәnmәruzәçi hakim Z.Şirinov, hakimlәr T.Mahmudova vә E.Ismayılova).
12. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin eyni struktur daxilindәki digәr qurum tәrәfindәn verilimiş rәyin mötәbәr olmaması dәlilinә münasibәtdә qeyd etmişdir ki, "xxxx" publik hüquqi şәxsinin nizamnamәsindәn görünür ki, “Standartlaşdırma, metrologiya, akkreditasiya vә patent hüququ obyektlәrinin mühafizәsi sahәlәrindә idarәetmәnin tәkmillәşdirilmәsi ilә bağlı әlavә tәdbirlәr haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrәli Fәrmanına әsasәn yaradılmış, Azәrbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrәli Fәrmanının 10-cu hissәsinә әsasәn Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar vә Istehlak Bazarına Nәzarәt Dövlәt Xidmәtinin (bundan sonra – Xidmәt) strukturuna daxil olmayan tabeliyindәki qurumdur. Institut publik hüquqi şәxsdir vә Azәrbaycan Respublikasının metrologiya qurumu olaraq bu Nizamnamә ilә müәyyәn edilmiş istiqamәtlәrdә fәaliyyәt göstәrir.
13. Kollegiya qeyd etmişdir ki, iddiaçının göstәrdiyi hallar, xüsusilә qaz sayğacına hәr hansı müdaxilәnin edilmәmәsi vә ya cavabdeh tәrәfindәn әvvәlcәdәn xәbәrdarlıq olunmaması faktı, aşkar edilmiş pozuntunun hüquqi nәticәlәrini aradan qaldırmır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci il ## ### tarixli ** saylı Qәrarı ilә tәsdiq edilmiş “X1”nın 5.2-ci vә 5.5-ci bәndlәrinә әsasәn, istehlakçı istifadә etdiyi qazın düzgün uçotunun tәmin edilmәsinә, sayğacın texniki cәhәtdәn saz vәziyyәtdә saxlanmasına vә ölçmә vasitәlәrinin normal işlәmәsinә görә mәsuliyyәt daşıyır. Bu baxımdan sayğacın korrektor hissәsinin işlәmәmәsi nәticәsindә qaz sәrfiyyatının tam uçota alınmaması faktı istehlakçının mәsuliyyәtini istisna etmir. Istismar prosesindә sayğacın texniki vәziyyәtinә nәzarәt etmәk vә hәr hansı nasazlıq әlamәtlәri müşahidә edildikdә bu barәdә dәrhal qaz tәchizatçısına mәlumat vermәk istehlakçının vәzifәlәrindәn biridir. Iddiaçı tәrәfindәn belә mәlumatlandırmanın hәyata keçirilmәmәsi onun üzәrinә düşәn öhdәliyin yerinә yetirilmәdiyini göstәrir. Eyni zamanda, istehlakçı2025-ci il ## ##### tarixli aktın tәrtib edilmәsindә iştirak etmiş, lakin imza etmәkdәn imtina etmişdir.
14. Mәhkәmә kollegiyası hesab etmişdir ki, apellyasiya şikayәtinin qazın tәzyiq göstәricilәri ilә bağlı dәlillәri subyektiv xarakter daşıyır vә heç bir texniki sәnәd vә ya rәsmi ölçmә nәticәlәri ilә tәsdiqlәnmir. Cavabdeh tәrәfindәn hesablamalar qüvvәdә olan metodiki göstәrişlәrә uyğun aparılmış vә bu zaman standartlaşdırılmış göstәricilәr әsas götürülmüşdür.
15. Mәhkәmә kollegiyası iddiaçının “qazın verilişinin әsaslandırılmadan dayandırılmasının qanunsuz hesab edilmәsi” ilә bağlı irәli sürdüyü tәlәblә bağlı qeyd etmişdir ki, iddiaçının nümayәndәsi (vәkili) qeyd edilәn tәlәbin hazırki borc mәblәğ ilә bağlı olduğunu bildirmişdir. Lakin bu hal, yәni qazın verilişinin dayandırılması iş materialları vә normativ hüquqi aktlarla tәsdiq olunmur. Eyni zamanda, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci il ## ### tarixli ** saylı Qәrarı ilә tәsdiq edilmiş “X1”na әsasәn, qaz tәchizatçısı aşkar olunmuş nasazlıq, uçotun düzgün aparılmaması vә ya tәhlükәsizlik baxımından risk yaradan hallar mövcud olduqda qazın verilişini mәhdudlaşdırmaq vә ya dayandırmaq hüququna malikdir. Bu norma imperativ xarakter daşıyır vә istehlakçının razılığından asılı deyil.
16. Mәhkәmә kollegiyası gәldiyi nәticәni Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci 12 may il tarixli ** saylı qәrarı ilә tәsdiq edilmiş “X1”nın 5.2, 5.5-ci bәndlәrinә, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 581.1, 581.4-cü, MPM-in 376.2-ci maddәlәrinә istinadla әsaslandırmışdır.
17. Iddiaçı kassasiya şikayәti verәrәk, apellyasiya instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә iddia tәlәbinin tәmin edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci il ## ### tarixli ** saylı qәrarı ilә tәsdiq edilmiş “X1”nın 5.2-ci bәndi üzrә - hәmin normanın ikinci mühüm elementi ondan ibarәtdir ki, istehlakçı tәrәfindәn tәqdim edilmiş hesablar üzrә ödәnişlәr tam hәyata keçirildikdәn sonra, qaz paylayıcısı öz sәhvlәrinә görә әlavә ödәniş tәlәb edә bilmәz. Iddiaçı uzun illәr әrzindә bütün hesab-fakturaları vaxtında vә tam şәkildә ödәmiş, müqavilә öhdәliklәrini vicdanla yerinә yetirmişdir. Sayğacın texniki nasazlığı isә tamamilә cavabdehin nәzarәt sferasında olan texniki vasitә ilә bağlı olmuşdur vә bu nasazlıq gizli xarakter daşıdığından iddiaçı tәrәfindәn aşkar edilә bilmәzdi. Apellyasiya instansiyası mәhkәmәsi bu mühüm hüquqi faktı nәzәrә almamış vә nәticәdә cavabdehin öz texniki çatışmazlığının nәticәlәrini iddiaçının üzәrinә qoymuşdur. Bu isә hüququn ümumi prinsiplәrinә, xüsusilә dә “riskin onu yaradan tәrәf tәrәfindәn daşınması” prinsipinә ziddir. Mәhkәmә tәtbiq edilmәli olan imperativ hüquq normalarını ya ümumiyyәtlә tәtbiq etmәmiş, ya da onların mәzmununu tәhrif edәrәk yanlış hüquqi nәticәyә gәlmişdir. Bu isә iddiaçının mülki hüquqlarının, xüsusilә әmlak hüququnun vә müqavilә münasibәtlәrindәn irәli gәlәn qanuni mәnafelәrinin pozulmasına sәbәb olmuşdur. “X1”nın 5.2-ci bәndi açıq vә birmәnalı şәkildә müәyyәn edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dәyәrini yalnız qaz sayğacının göstәricilәrinә әsasәn hesablamalıdır. Lakin iş materiallarından açıq-aşkar görünür ki, cavabdeh tәrәfindәn hesablanmış 41.062 m³ qaz sәrfiyyatı sayğac göstәricilәrinә deyil, ehtimal xarakterli, dolayı vә texniki fәrziyyәlәrә әsaslanmışdır. Sayğacın korrektor hissәsinin nasaz olması sәbәbindәn elektron uçot mәlumatlarının mövcud olmaması şәraitindә real istehlakın müәyyәn edilmәsi obyektiv olaraq mümkün olmadığı halda, cavabdeh tәrәfindәn mexaniki göstәricilәr әsasında әlavә әmsallar tәtbiq edilmәklә süni şәkildә “itirilmiş qaz” hәcmi formalaşdırılmışdır. Bu isә faktiki olaraq normativ tәlәbin – yalnız real vә qeydә alınmış göstәricilәr әsasında hesablamanın aparılması prinsipinin pozulması demәkdir.
19. “Enerji resurslarından istifadә haqqında” Qanunun 26-cı maddәsi üzrә - hazırkı işdә sayğac rәsmi şәkildә istismara yararsız hesab edilmişdir. Ölçmә vasitәsinin qeyridәqiq olduğu tәsdiqlәnmişdir. Buna baxmayaraq, hәmin nasaz cihazın mәlumatlarına әsaslanan hesablamalar aparılmışdır. Bu isә hüquqi baxımdan yolverilmәzdir. Çünki qeyri-dәqiq ölçmә vasitәsinә әsaslanan hәr hansı hesablamanın hüquqi qüvvәsi ola bilmәz.
20. MM-in 21.1 vә 21.2-ci maddәlәri üzrә - zәrәrin ödәnilmәsi üçün aşağıdakı elementlәr sübut olunmalıdır: zәrәrin mövcudluğu; zәrәrin real mәblәği; hüquqazidd davranış; sәbәbli әlaqә. Hazırkı işdә isә bu elementlәrin heç biri lazımi qaydada sübut olunmamışdır. Xüsusilә “itirilmiş qaz” anlayışı yalnız ehtimal xarakterlidir vә konkret dövr üzrә müәyyәn edilmәmişdir; sәrf olunmuş qazın faktiki hәcmi obyektiv ölçmә vasitәlәri ilә tәsdiq edilmәmişdir; hesablamalar fәrziyyә vә texniki modellәşdirmә әsasında aparılmışdır. Buna baxmayaraq, apellyasiya mәhkәmәsi sübutetmә yükünü faktiki olaraq iddiaçının üzәrinә qoymuş, cavabdehin tәqdim etdiyi qeyri-dәqiq vә natamam mәlumatları kifayәt qәdәr sübut kimi qәbul etmişdir. Bu isә mülki hüququn fundamental prinsiplәrindәn olan “iddia edәn sübut etmәlidir” qaydasının pozulması ilә yanaşı, әsassız tәlәbin tәmin edilmәsinә şәrait yaratmışdır.
21. MM-in 581.1 vә 581.4-cü maddәlәri üzrә - sayğacın vә onun korrektorunun texniki nasaz vәziyyәtdә olması göstәrir ki, tәqdim edilәn xidmәt keyfiyyәt baxımından normativ tәlәblәrә cavab vermәmişdir. Bu isә cavabdehin müqavilә öhdәliklәrini lazımi qaydada yerinә yetirmәdiyini sübut edir. Apellyasiya mәhkәmәsi bu halı tamamilә nәzәrә almamış vә әksinә, nasazlığın nәticәlәrini istehlakçının üzәrinә qoymuşdur. Bu tәrәflәr arasında hüquqi balansın pozulması, elәcә dә müqavilә әdalәtliliyinin pozulması demәkdir.
22. MPM-in 14-cü maddәsi üzrә - apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qәbul edilmiş qәtnamә yalnız maddi hüquq normalarının deyil, eyni zamanda prosessual hüquq normalarının da sistemli vә kobud şәkildә pozulması ilә çıxarılmışdır. Bu pozuntular formal xarakter daşımayıb, әksinә işin mahiyyәtinә birbaşa tәsir göstәrmiş, sübutların obyektiv araşdırılmasını istisna etmiş, iddiaçının müdafiә hüququnu mәhdudlaşdırmış vә nәticә etibarilә әdalәtsiz mәhkәmә aktının qәbuluna sәbәb olmuşdur. Qeyd olunan prosessual pozuntular ayrı-ayrılıqda deyil, qarşılıqlı әlaqәdә qiymәtlәndirildikdә aydın olur ki, apellyasiya instansiyası mәhkәmәsi faktiki olaraq işә formal yanaşmış, qanunun tәlәb etdiyi “hәrtәrәfli, tam vә obyektiv araşdırma” prinsipindәn kәnara çıxmışdır. MPM-in 14-cü maddәsi mülki mәhkәmә icraatının әsas sütunlarından biri olmaqla, tәrәflәrin bәrabәrliyi vә çәkişmә prinsipini tәmin edir. Bu prinsipә görә, mәhkәmә tәrәflәr arasında neytral qalmalı, hәr iki tәrәfә bәrabәr sübut tәqdim etmәk vә öz mövqeyini müdafiә etmәk imkanı yaratmalıdır. Hazırkı işdә isә bu prinsip formal olaraq tanınsa da, mahiyyәt etibarilә pozulmuşdur. Belә ki iddiaçının müstәqil ekspertiza tәyin edilmәsi barәdә vәsatәti әsassız olaraq rәdd edilmiş vә bununla iddiaçının әsas sübutetmә vasitәsindәn istifadә etmәk hüququ mәhdudlaşdırılmışdır. Cavabdehin tәqdim etdiyi texniki sәnәdlәr vә hesablamalar tәnqidi yanaşma olmadan, avtomatik olaraq doğru kimi qәbul edilmişdir. Iddiaçının irәli sürdüyü әsaslı hüquqi vә texniki arqumentlәrә isә sәthi vә formal münasibәt bildirilmişdir. Nәticәdә tәrәflәr arasında prosessual balans pozulmuş, iddiaçının bәrabәr müdafiә hüququ tәmin edilmәmişdir.
23. MPM-in 77-ci maddәsi üzrә - mәhkәmә bu prinsipi pozaraq sübutetmә yükünü faktiki olaraq cavabdehdәn iddiaçının üzәrinә keçirmişdir. Belә ki, cavabdeh tәrәfindәn irәli sürülәn “uçotu aparılmayan qaz” iddiasının konkret dövrü, sәbәbi vә hәcmi sübuta yetirilmәmişdir. Hesablamaların hansı metodika әsasında aparıldığı, tәtbiq edilәn әmsalların hüquqi vә texniki әsasları göstәrilmәmişdir. Qazın real sәrfiyyatı heç bir obyektiv ölçmә vә ya müstәqil ekspertiza ilә tәsdiq olunmamışdır. Buna baxmayaraq, mәhkәmә bu sübut çatışmazlıqlarını nәzәrә almamış vә әksinә, iddiaçıdan bu halların әksini sübut etmәyi gözlәmişdir. Bu isә sübutetmә yükünün qanunsuz şәkildә dәyişdirilmәsi vә prosessual әdalәtin pozulması demәkdir.
24. MPM-in 217-ci maddәsi üzrә - qәtnamәdә işin әsas mübahisә predmeti qazın faktiki sәrfiyyatı vә hesablamanın düzgünlüyü dәrindәn araşdırılmamışdır; iddiaçının әsas arqumentlәri üzrә konkret hüquqi mövqe ifadә olunmamışdır. Nәticә ilә әsaslandırma arasında mәntiqi әlaqә tәmin edilmәmişdir. Bu sәbәbdәn qәtnamә formal xarakter daşıyır vә qanunun tәlәb etdiyi “әsaslılıq” meyarına cavab vermir.
25. MPM-in 372 vә 376-cı maddәlәri üzrә - apellyasiya instansiyası birinci instansiya mәhkәmәsinin mövqeyini tәkrar etmiş, müstәqil hüquqi tәhlil aparmamış, apellyasiya şikayәtindә göstәrilәn konkret pozuntulara cavab vermәmişdir. Bu isә apellyasiya instansiyasının funksiyasının formal icrası vә faktiki olaraq işә yenidәn baxılmaması demәkdir. Belә yanaşma kassasiya instansiyası tәrәfindәn dәfәlәrlә qәbuledilmәz hesab edilmişdir.
26. MPM-in 385 vә 387-ci maddәlәri üzrә - iddiaçının әsas arqumentlәri ümumi vә şablon ifadәlәrlә rәdd edilmiş, konkret hüquqi vә texniki әsaslandırma verilmәmiş, mübahisәnin hәllindә hәlledici olan mәqamlar üzrә dәrin tәhlil aparılmamışdır. Bu isә әsaslandırılmış mәhkәmә aktı tәlәbinin pozulmasıdır vә belә qәtnamә kassasiya yoxlamasına davamlı hesab edilә bilmәz.
27. MPM-in 88-ci maddәsi üzrә - apellyasiya instansiyası mәhkәmәsi sayğacın rәsmi olaraq istismara yararsız hesab edilmәsi faktına lazımi hüquqi qiymәt vermәmişdir. Ekspert rәyinin müstәqil olmaması, yәni eyni inzibati sistem daxilindә hazırlanması faktı araşdırılmamışdır. Iddiaçının tәqdim etdiyi arqumentlәr sistemli şәkildә qiymәtlәndirilmәmişdir. Əksinә, cavabdehin tәqdim etdiyi sübutlar heç bir әlavә yoxlama aparılmadan qәbul edilmişdir ki, bu da sübutların seçmә vә birtәrәfli qiymәtlәndirilmәsi demәkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayәtinә qarşı etiraz tәqdim edilmәmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çәrçivәsindә apellyasiya mәhkәmәsinin qәtnamәsi bütövlükdә mübahisәlәndirildiyi üçün onun qanuniliyi vә әsaslılığı MPM-in 416.1-ci maddәsinә uyğun olaraq kassasiya şikayәtindә ifadә olunmuş dәlillәr üzrә tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
30. 2026-cı il # #### tarixinә qәdәr qüvvәdә olmuş Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2011-ci 12 may il tarixli ** saylı qәrarı ilә tәsdiq edilmiş “X1”nın müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:
“Bәnd 4. Qaz sayğaclarının quraşdırılması vә istismarı
4.8. Fiziki şәxs olan istehlakçıların qaz sayğaclarının işlәk vәziyyәtdә saxlanılmasına görә cavabdehliyi qaz paylayıcısı, hüquqi şәxslәrin qaz sayğaclarının işlәk vәziyyәtdә saxlanılmasına görә cavabdehliyi isә özlәri daşıyırlar.”
“Bәnd 5. Qazın dәyәrinin ödәmә şәrtlәri
5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci vә 6.5-3-cü bәndlәrindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dәyәrini qaz sayğacının göstәricilәrinә әsasәn hәr ay üzrә hesablamalı vә növbәti ayın 10dәk istehlakçıya bu barәdә mәlumat (hesab) tәqdim etmәlidir (göndәrmәlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadә etdiyi qazın dәyәri haqqında hesabın qaz paylayıcısı tәrәfindәn tәqdim edilmәsi (göndәrilmәsi) tәlәb olunmur. Istehlakçının istehlak etdiyi qazın dәyәri tam ödәnildikdәn sonra qaz paylayıcısı tәrәfindәn yol verilmiş sәhvә görә düzgün hesablanmamış qazın dәyәrinin istehlakçı tәrәfindәn ödәnilmәsi tәlәb edilә bilmәz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müәyyәnlәşdirilәn hesabı istehlakçıya paylayıcı tәrәfindәn tәqdim edildikdәn (göndәrildikdәn) sonra bir ay müddәtindә tam ödәnilmәlidir.”
31. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:
“Maddә 21. Zәrәrin әvәzinin ödәnilmәsi
21.1. Zәrәrin әvәzinin ödәnilmәsini tәlәb etmәk hüququna malik olan şәxs ona vurulmuş zәrәrin әvәzinin tam ödәnilmәsini tәlәb edә bilәr, bu şәrtlә ki, qanunda vә ya müqavilәdә zәrәrin әvәzinin daha az miqdarda ödәnilmәsi nәzәrdә tutulmasın. 21.2. Zәrәr dedikdә, hüququ pozulmuş şәxsin pozulmuş hüququnu bәrpa etmәk üçün çәkdiyi vә ya çәkmәli olduğu xәrclәr, әmlakından mәhrum olması vә ya әmlakının zәdәlәnmәsi (real zәrәr), habelә hüququ pozulmasaydı, hәmin şәxsin adi mülki dövriyyә şәraitindә әldә edәcәyi gәlirlәr (әldәn çıxmış fayda) başa düşülür.”
32. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:
“Maddә 14. Iş üzrә mәhkәmә baxışının prinsiplәri 14.1. Mәhkәmә hәqiqәtә nail olmaq üçün işin hәrtәrәfli, tam vә obyektiv tәdqiqinә lazımi şәrait yaradır. Bunun üçün mәhkәmә: işdә iştirak edәn şәxslәrә onların prosessual hüquq vә vәzifәlәrini izah edir, görülәcәk, yaxud görülmәyәcәk hәrәkәtlәrin nәticәlәri barәdә onları xәbәrdar edir, onların prosessual hüquqlarının hәyata keçmәsinә kömәk göstәrir.”
“Maddә 217. Qәtnamәnin qanuniliyi vә әsaslılığı
217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır.”
“Maddә 218. Qәtnamә çıxarıldıqda hәll edilәn mәsәlәlәr
218.1. Qәtnamә çıxarıldıqda hakim sübutları qiymәtlәndirir, iş üçün әhәmiyyәtli olan nә kimi halların müәyyәn edildiyini, nә kimi halların müәyyәn edilmәdiyini, tәrәflәrin hansı hüquqi münasibәtdә olmalarını, hәmin iş üzrә hansı qanunun tәtbiq edilmәli olduğunu vә iddianın tәmin olunub-olunmadığını müәyyәn edir.”
“Maddә 392. Apellyasiya instansiyası mәhkәmәsi qәtnamәsinin mәzmunu
392.2. Apellyasiya şikayәti tәmin edilmәdikdә vә ya mәhkәmәnin qәtnamәsi dәyişdirildikdә, apellyasiya instansiyası mәhkәmәsi hansı dәlillәrә әsasәn şikayәtin tәmin edilmәdiyini vә yaxud qәtnamәnin dәyişdirildiyini göstәrmәyә borcludur.”
“Maddә 407. Kassasiya şikayәtinin forması, mәzmunu vә әlavә edilәn sәnәdlәr
407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir.”
“Maddә 416. Kassasiya instansiyasında işә baxmanın hәdlәri
416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. 416.2. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4-cü maddәsindә nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21.Mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәtinin tәmin edilmәsi üçün әsaslar mövcud deyildir. 22.Belә ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn MPM-in 418.4-cü maddәsindә göstәrilәn prosessual hüquq normalarının kobud şәkildә pozulmasına yol verilmәmişdir. 23.Kassasiya şikayәtindә qeyd edilәn dәlillәr isә әsaslı hesab edilә bilmәz. 24.Belә ki, mәhkәmә kollegiyası kassasiya şikayәtinin dәlillәrini apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin lәğvi üçün әsas hesab etmir vә bildirir ki, apellyasiya instansiyası mәhkәmәsinin müәyyәn etdiyi hallar üzrә hüquqi dәyәrlәndirmәsi şikayәtin dәlillәrindә göstәrilәn hüquqi mәsәlәlәrә tam cavab verir. Kollegiya hәmin hüquqi dәyәrlәndirmә ilә razılaşır vә tәkrarlanmasına zәrurәt görmür. 25.Əlavә olaraq kassasiya şikayәtindә qeyd edilәn qaz sayğacının texniki vәziyyәtinә görә cavabdehin mәsuliyyәt daşıması barәdә dәlillәrә dair kollegiya qeyd edir ki, “X1”nın 4.8ci bәndinә tәlәblәrinә görә qaz sayğacının işlәk vәziyyәtdә saxlanılması vәzifәsi iddiaçıya aiddir. Belә ki, hәmin normana görә, fiziki şәxs olan istehlakçıların qaz sayğaclarının işlәk vәziyyәtdә saxlanılmasına görә cavabdehliyi qaz paylayıcısı, hüquqi şәxslәrin qaz sayğaclarının işlәk vәziyyәtdә saxlanılmasına görә cavabdehliyi isә özlәri daşıyırlar. 26.Kassasiya şikayәtindә qeyd edilәn maddi vә prosessual hüquq normalarının pozulmasının işdә olan sübutların vә işin hallarının düzgün qiymәtlәndirilmәmәsi ilә әlaqәlәndirimәsi isә әsassızdır. 27.Belә ki, MPM-in 407.2 vә 416.1-ci maddәlәrinin birgә tәfsirinә görә kassasiya şikayәtindә işin hallarının sübut olunmaması, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmaması vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmaması ilә bağlı dәlillәrә istinad edilә, kassasiya instansiyası mәhkәmәsi isә belә dәlillәri yoxlaya bilmәz. 28.Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 420-ci maddәsinin şәrh edilmәsinә dair” 2012ci il ## ###### tarixli Qәrarında da qeyd edilmişdir ki, ...kassasiya mәhkәmәsi sübut vә faktlara yenidәn qiymәt vermәdәn işin hallarını müәyyәn olunmuş kimi qәbul edәrәk, apellyasiya mәhkәmәsinin qәrarının mahiyyәti üzrә düzgün olub-olmamasını yoxlamır, onu yalnız mәhkәmә tәrәfindәn qanunun tәlәblәrinә riayәt olunub-olunmaması maraqlandırır, çünki hәmin mәhkәmәnin fәaliyyәtinin fundamental prinsipinә görә, “kassasiya mәhkәmәsi işi deyil, qәrarı mühakimә edir”. Mәhkәmә aktı o zaman qanuni hesab olunur ki, mübahisәyә prosessual qanunla müәyyәn olunmuş qaydalara uyğun olaraq baxılmış vә qәrar qәbul olunmuş, mübahisәlәndirilәn münasibәtlәr isә onlara dair maddi hüquq normaları ilә müәyyәn edilmiş qaydalarla tәnzimlәnmişdir. Konstitusiya Mәhkәmәsi Plenumunun müxtәlif qәrarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya mәhkәmәsi apellyasiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Kassasiya mәhkәmәsinin vәzifәsinin mәhz bundan ibarәt olması MPMin 407.1.4, 408.1.5 vә 416-cı maddәlәrindәn aydın görünür. Hәmin Mәcәllәnin 407.2-ci maddәsinә görә kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir. Bu hal kassasiya icraatını faktların müәyyәn edilmәsi mәsәlәsinә, o cümlәdәn işin mahiyyәtinә toxunmadan yalnız mәsәlәnin hüquqi tәrәfi ilә, yәni şikayәt edilәn qәtnamәdә qanun pozuntularının mövcudluğu vә ya onun olmamasına dair şikayәtdә qoyulmuş mәsәlәlәrә cavab verilmәsi ilә mәhdudlaşır (Konstitusiya Mәhkәmәsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayәti üzrә 2004-cü il ## ##### tarixli Qәrarı). 29.Mәhkәmә kollegiyası qeyd edir ki, işin faktiki hallarının vә sübutların qiymәtlәndirilmәsi ilә bağlı mәsәlә işә mahiyyәti üzrә baxan birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrinin sәlahiyyәtinә aiddir. Kassasiya instansiyası mәhkәmәsi isә işin faktiki hallarının, habelә sübutların düzgün vә sәhv qiymәtlәndirilmәsini deyil, sübutların prosessual qanunvericiliyә uyğun qaydada tәqdim edilmәsi vә toplanması, onların tәdqiq edilmәsi, tәqdim edilmiş sübutlara qiymәt verilib-verilmәmәsi vә s. bununla bağlı prosessual qaydalara riayәt edilib-edilmәmәsini yoxlayır. 30.Apellyasiya instansiyası mәhkәmәsi dә öz sәlahiyyәtlәri daxilindә sübutları vә işin hallarını qiymәtlәndirmiş vә müәyyәn etdiyi hallara әsasәn kassasiya şikayәtindә qeyd edilәn maddi vә prosessual hüquq normalarının pozulmasına yol vermәmişdir. 31.Kassasiya şikayәtindә qeyd olunan prosessual hüquq normalarının pozulması barәdә dәlillәr o vaxt әsaslı hesab edilә bilәrdi ki, apellyasiya mәhkәmәsi tәrәfindәn MPM-in 14.1, 217.3, 218.1-ci maddәlәrinin tәlәblәri pozularaq işin hәrtәrәfli, tam vә obyektiv tәdqiqinә lazımi şәrait yaradılmasın, iddiaçının istinad etdiyi dәlillәrә vә tәqdim edilmiş sübutlara qiymәt verilmәsin, habelә mәhkәmә qәtnamәsi әsaslandırılmasın. Lakin hazırkı işdә hәmin pozuntulara yol verilmәmiş, habelә MPM-in 392.2-ci maddәsinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi hansı dәlillәrә әsasәn şikayәtin tәmin edilmәdiyini qәtnamәdә göstәrmişdir. 32.Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması halları müәyyәn edilmir. Ona görә dә, iş üzrә qәbul edilmiş qәtnamә dәyişdirilmәdәn saxlanılmalı, kassasiya şikayәti isә tәmin edilmәmәlidir. 33.Göstәrilәnlәrә әsasәn vә MPM-in 417-419-cu maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.