Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-390/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Goranboy rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə reyestrdə qeydiyyata alınmışdır.
2. cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış ## ###### 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən cavabdeh1 Goranboy rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan torpaq sahəsini İddiaçı QSC-yə icarəyə vermiş, 2023-cü il # ##### tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən isə həmin icarə müqaviləsi ləğv edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “cavabdeh2” və “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ağac tinglərinin gətirilməsi üçün “xxxx” Türkiyə Şirkətinə ödənilmiş 111.979,68 manat və suvarma sisteminin alınması üçün “xxxx” MMC-yə ödənilmiş 139.400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6.800 manat nəqliyyat xərci və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın, ümumilikdə 258.835,08 manatın və məhkəməyə ödənilmiş 548,84 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının müxtəlif rayonlarında aqrar sahəsində fəaliyyət göstərməkdədir. Şirkətin təsisçisi və 100 faiz payçısı X8 cavabdeh1la tanışlığı olmuşdur. cavabdeh1 tanışlıqdan istifadə edərək mülkiyyət hüququ ilə ona məxsus olan Goranboy rayonu, Azad kəndi ərazisində 26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində intensiv bağ sahəsinin salınması ağac tinglərinin, suvarma sistemi və onun avadanlıqlarının alınmasına köməklik göstərməsini bildirmişdir. Həmin avadanlıqların cavabdeh1 adına alınması mümkün olmamışdır. Səbəb isə o olmuşdur ki, cavabdeh1 polis əməkdaşı olmaqla dövlət qulluqçusudur. Dövlət qulluqçusunun isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qanunvericilik yol vermir. Həmçinin, ağac tikinti və suvarma sistemləri avadanlığı satan şirkətlər həmin ting və suvarma sistemləri quraşdırılacaq ərazinin peykdən kordinatlarını tələb edir. Koordinatları tələb olunan torpaq sahəsinin alıcı qismində şirkət çıxış edən iddiaçının ya mülkiyyətində, ya da icarəçi kimi istifadəsində olması zəruridir. Yuxarıda qeyd olunan səbəblərə görə formal olaraq 26 hektar torpaq sahəsini cavabdeh1 icarə müqaviləsi əsasında iddiaçıya verir. Iddiaçı ağac tingləri və suvarma sistemləri avadanlıqlarını alır. Çəkilmiş vəsaitin qaytarılmasının əsası kimi isə arvadı cavabdeh2 adına bankdan kredit götürəcəyini, bunun üçün sahibkar kimi vergi orqanında qeydiyyata alınacağını bildirmiş, dediklərinin təsdiqi olaraq sənədləri onlara təqdim etmişdir. 2022-ci il ## ###### tarixində cavabdeh1 ilə iddiaçı arasında Goranboy rayonu, Azad kəndində yerləşən 26 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh1 ağac tinglərinin gətirilməsi üçün iddiaçının vasitəçiliyi və vəsaiti ilə Türkiyə Respublikasının “xxxx” şirkəti ilə 2022-ci il ## ###### tarixli, ****** saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında 2023-cü il # ###### tarixində dəyəri 111.979,68 manat olmaqla ağac tingləri (ağac şitilləri) alınmasını təmin etmişlər. Bundan əlavə, ağac tinglərinin əkilməsi ilə birlikdə ağacların suvarılması üçün “xxxx” MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən alınaraq və gətirilərək 26 hektar torpaq sahəsinə 139.400 manat dəyərində suvarma sistemi alınması və əlavə olaraq suvarma sisteminin bağa çatdırılması üçün 6.800 manat nəqliyyat xərci ödənilmişdir. Ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün 655,40 manat əlavə gömrük ödənişi olmuşdur. cavabdeh1 bildirmişdir ki, yoldaşına sahibkarlıq krediti vermirlər. Gərək icarə müqaviləsi ləğv edilsin. 2023-cü 7 aprel tarixində hər iki tərəfin iştirakı ilə Goranboy rayonu, Azad kəndində yerləşən 26 ha torpaq sahəsinə dair icarə müqaviləsi ləğv edilmişdir. Bu günədək cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir.
5. cavabdeh1 iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı tərəfin iddia etdiyi meyvə ağacı tingləri və suvarma sisteminin alınmasına dair təqdim etdiyi “xxxx” MMC ilə bağlanmış sifariş müqaviləsi 2022-ci il ## ###### tarixində imzalanmışdır. Həmçinin sifariş verilən əmlakların müqavilədə 25 ha torpaq sahəsində istifadə ediləcəyi bildirilmişdir. Iddiaçının iddia etdiyi, cavabdeh1 mülkiyyətində olan 26 hektar torpaq sahəsinin iddiaçı ilə bağlanmış icarə müqaviləsi isə 2022-ci il ## ###### tarixində bağlanmışdır. Iddiaçının iddia etdiyi kimi, yəni meyvə tingləri və suvarma sisteminin cavabdeh1 öz istifadəsi üçün, iddiaçının sifarişi ilə gətiriləcəyi, məhz cavabdeh1 tərəfindən xərclər ödəniləcəyi barədə əvvəlcədən razılaşma olmuşdursa, belə olan halda icarə müqaviləsi də sifariş verilən tarixdən əvvəl və ya eyni tarixli olmalı idi. Ancaq göründüyü kimi icarə müqaviləsi 10 ay sonra, ## ###### 2022-ci ildə bağlanmışdır. Icarə müqaviləsi icarəyə götürən tərəfindən təklif edilmiş və sonradan onun təşəbbüsü ilə də həmin müqavilə ləğv edilmişdir. Icarə müqaviləsinin bağlanmasında məqsəd yalnız torpaq sahəsinin icarəyə verilməsi olmuşdur. Iddia ərizəsinə əlavə edilmiş “M GMAIL” internet səhifəsindən çıxarışdan görünür ki, iddiaçı ilə “25 HA SÖZLƏŞMƏ SON HALI” başlıqlı yazı vardır. Həmin yazı iddiaçı ilə “elektron ünvan 1. arasında olan yazışmadır. Elektron məktubun məzmunundan görünür ki, iddiaçının rəhbəri Qalib Hümmətov ilə iddiaçı ilə “25 HA SÖZLƏŞMƏ SON HALI” mövzusunda tarix düzəlişi barədə mövzu vardır. Yazışmada qeyd edilmişdir ki, “Galib bey selam, X1 25 ha. (Faiq bey) sözləşmenin son halini gonderiyorum. Sözləşmə rekamı və nakliyle Cüneyt bey və Qalib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tövsiyeniz üzerin xxxx tutarını yazmadım. Imza və möhür yapıb gönderseniz məmnun olurum.” Təqdim edilmiş 2ci yazışma da eyni tarixli olmaqla həmin məktubda da iddiaçı 25 ha. erik (qayısı) sözleşme (Faiq Hümmədov bağı) başlıqlı yazışma olması müəyyən olunur. Maraqlıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt vasitəsilə yazışmalarda “Tema (mövzu)” adlı hissədə olan başlıqlarda iddiaçı ilə 25 HA SÖZLƏŞMƏ SON HALI”, iddiaçı 25 ha. erik (qayısı) sözleşme (Faiq Hümmədov bağlı) kimi ifadələrdən istifadə edilmişdir. Yazışmalarda “Faiq” və ya “Faiq Hümmətov” (Hümmətov iddiaçı xxxxnun rəhbərinin soyadıdır) “Faiq” adının və “Hümmətov” soyadının qeyd edilməsində kimin nəzərdə tutulması, əslində “Hümmətov Xanlar və ya Qalib” və ya cavabdeh1 nəzərdə tutulması qeyrimüəyyəndir. Digər cavabdeh cavabdeh2 münasibətdə onun şəxsiyyət vəsiqəsinin surəti və heç bir imzası, o cümlədən elektron və ya əllə imzalanması olmayan “Investisiya layihəsi” yerləşdirilmişdr. Həmin “layihə” heç kim tərəfindən imzalanmamış olması, layihənin tarixinin bəlli olmaması bu “sənəd”in heç bir hüquqi qüvvəsi olan sənəd olmamasını deməyə əsas verir. Həmin layihənin harada kim tərəfindən icra edilməsi ilə bağlı heç bir məlumat yoxdur. “Layihə”də tinglər barədə qeyd edilmişdir. Həmin tinglərin ümumi sayı “layihə”də 16.500 olması göstərilir. Iddiaçı isə qaimə əsasında 17.550 ədəd ting alması müəyyən olunur. “xxxx” MMC bu iş üzrə məhkəməyə, elektron məhkəmə sistemi vasitəsilə yerləşdirilmiş məktubda qeyd etmişdir ki, guya cavabdeh1 lazım olan tinglər və suvarma qurğusu razılaşma əsasında iddiaçının maliyyəsi hesabına gətirilib və “xxxx” MMC-nin işçisi Cemil Cankara tərəfindən suvarma sistemləri quraşdırılmışdır. Ancaq məktubda adı çəkilən Cemil Cankara adlı şəxsin “xxxx” MMC-nin işçisi olması barədə heç bir sübut, sənəd məktuba əlavə edilməmiş, qeyd edilən suvarma avadanlığının quraşdırılması üçün ödəniş edilməsi barədə sənəd təqdim edilməmişdir. Məhkəmə iclasına sədrlik edən hakimin təşəbbüsü ilə “xxxx” MMC-nin məktubunda adı çəkilən Cemil Çankara məhkəmənin iclasına dəvət edilərək şahid qismində dindirilmişdir. Izahat verən Cemil Çankara izahatında “xxxx” MMC-nin işçisi yox, təsisçisi olmasını bildirdi. Ancaq nə işçi olaraq əmək müqaviləsinin surəti, nə də təsisçi olaraq Nizamnamənin surəti məhkəməyə təqdim edilməmişdir. Izahat verən zaman cavabdehin nümayəndəsi tərəfindən Suvarma avadanlığının quraşdırılması üçün cavabdeh1 tərəfindən “xxxx” MMC-yə ödəniş edilib-edilməməsi soruşulmuşdur. X5 bildirmişdir ki, avadanlığın quraşdırılması üçün iddiaçı tərəfindən ödəniş edilmişdir. Ancaq təqdim edilmiş sənədlərdən, o cümlədən avadanlığın ölkəyə gətirilməsi haqqında müqavilədə avadanlığın quraşdırılması üçün pul vəsaiti ödənilməsi öz əksini tapmamışdır. X6 təkbaşına suvarma sistemini quraşdırması isə mümkün deyildir. Quraşdırma işlərində iştirak etmiş digər şəxslər barədə izahatda heç bir məlumat verilməmişdir. Iddia ərizəsinə əlavə edilmiş foto-şəkillərin hansı tarixdə, hansı şəraitdə çəkilməklə kimə məxsus torpaq sahəsində çəkilməsi də müəyyən deyildir. Həmin fotoşəkillərin hətta cavabdehə aid torpaq sahəsndə çəkilməsi həmin qurğunun kim tərəfindən alınması, kimin vəsaiti hesabına yerləşdirilməsini sübut edəcək hal deyildir. Çünki həmin fotoşəkli istənilən şəxsə məxsus sahədə çəkmək mümkündür. Əgər iddiaçının bildirdiyi kimi iddiaçı tərəfindən ting və suvarma qurğusunun ölkəyə gətirilməsində məqsəd həmin ting və avadanlıqların ona veriləcəyi nəzərdə tutulmuşdursa, belə olan halda üçtərəfli də müqüvilə bağlana bilər və cavabdehlərdən biri və ya hər ikisi də tərəf olaraq müqaviləni imzalamağı mümkün olardı. O səbəbdən ki, iddia edilən məbləğ az məbləğ deyil. Bu qədər məbləğdə pul vəsaiti təşkil edən ting və qurğuların heç bir sənədləşmə aparmadan kiməsə verilməsi ağlabatan deyildir. Bəlkə də iddiaçının rəhbərliyi cavabdeh1 məxsus 26 ha torpaq sahəsini gələcəkdə icarəyə götürməsini planlayaraq bu məqsədlə həmin qurğu və tingləri ölkəyə gətirmişdir. Ancaq icarə müqaviləsini bağlamaq və pozmaq təşəbbüsü də iddiaçı tərəfindən gəlmişdir. cavabdeh1 kiməsə öz mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək təklifi ilə bu müqaviləni bağlaması mümkün deyil. Bu kimi müqavilələrdə ilk maraqlı şəxs torpaq sahəsini icarəyə götürmək istəyən tərəfin bu təşəbbüslə çıxış etməsindən başlayır. Məhkəmədə sual yarada bilər ki, iddiaçı mövcud olmadığı halda hansı səbəbdən cavabdeh1 və cavabdeh2 qarşı hansı səbəbdən belə bir iddia tələbi irəli sürmək qərarına gəlmişdir. Məsələnin mahiyyəti odur ki, iddiaçı cavabdeh1 Göygöl rayonunda yerləşən 20 ha torpaq sahəsini zəbt etmiş və bu barədə Göygöl rayon Polis Şöbəsində cavabdeh1 ərizəsi əsasında araşdırma aparılır. Yaranmış mübahisə ilə əlaqəli Qalib Hümmətov cavabdeh1 20 ha. torpaq sahəsini ona satmağa məcbur etmək məqsədilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsinə ərizə ilə müraciət edərək, cavabdeh1 tərəfindən onun qətlə yetirilməsi üçün muzdlu qatil sifariş edilmişdir. cavabdeh1 2025-ci il ## ##### tarixində araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Cinayətkarlığa qarşı Mübarizə Baş Idarəsinə dəvət edilərək məsələ araşdırılmış və Qalib Məmmədovun hüquq mühafizə orqanlarına cinayətin hazırlanması barədə bilə-bilə yalan məlumat verməsi müəyyən edilmişdir. Bundan başqa cavabdeh1 2024-cü ildə tanımadığı iki nəfər şəxs tərəfindən heç bir səbəb olmadan xuliqanlıq hərəkətlərinə məruz qalmış, naməlum şəxslər ona küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçmışlar. Hazırda hadisəni törətmiş hər iki şəxs müəyyən edilmiş və istintaqa cəlb edilmişlər. Göstərilən hərəkətlərin fonunda belə bir iddianın qaldırılması da təsadüfü deyil, vahid planın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Iddiaçının nümayəndəsi məhkəmədə vəsatətlə çıxış edərək cavabdeh1 barəsində xüsusi qərar çıxarılaraq onun əməlində dələduzluq cinayətinin olmasını araşdırmaq barədə qərar çıxarılmasını xahiş etmişdir. Ancaq məlum olduğu kimi cavabdeh1 barəsində belə bir araşdırmanın aparılmasında iddiaçı və onun rəhbərləri birbaşa hüquq mühafizə orqanlarına müracət edə bilsələr də, bu müraciəti etməkdə maraqlı deyil. Məsələnin məhz məhkəmədə qaldırılması məhkəmənin çıxaracağı yekun qərarın bir qədər sığortalanmasına yönəlmişdir. Yəni məhkəmə cavabdeh1 hazırkı iş üzrə idda tələbinin predmetinə dair guya “Əsassız varlanma”, “Dələduzluq əlamətləri” xüsusatını müəyyən edir. Bu barədə polis orqanlarına əvvəlcədən məlumat verilmiş olsa və nəticəsindən qəbul edilmiş qərardan asılı olaraq məhkəmədə “əsassız varlanma” halının olmasına istinad etmək mümkün olmayacaqdı. O səbəbdən ki, belə bir hal mövcud olmadığı üçün məhkəməyə təqdim ediləcək bir sübut, arqument və hətta ehtimal da itirilmiş olacaqdı. O səbəbdən peşəkar hüquqşünas vəkillə təmsil olan iddiaçı məhkəmədən xahiş etmişdir ki, “Dələduzluq” xüsusatının araşdırılması barədə ayrıca qərar çıxarılsın. Bndan əlavə, “xxxx” MMC ilə bağlanan müqavilədə qeyd edilmişdir ki, avadanlıqlarla bağlı sınaq və akt tərtib edilməli olduğu halda elə akt tərtib edilməyib. Iddiaçının sənədləri mötəbər olmadığı üçün onlar təqsirsizliklərini sübuta yetirmək istəmirlər.
6. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın cavabdeh cavabdeh1 münasibətdə qismən təmin edilməsi, cavabdeh1 139.400 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Ə.Məmmədli).
7. Məhkəmə iddianın ilkin olaraq ağac tinglərinin gətirilməsi üçün “xxxx” Türkiyə Şirkətinə ödənilmiş 111.979,68 manat və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ilə “xxxx” şirkəti arasında bağlanmış 2022-ci il ## ###### tarixli Fidan satış sözləşməsindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 65.870,40 ABŞ doları məbləğində ağac tingləri alınmışdır. 2023-cü il # ###### tarixli gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən gətrilən tinglərə görə, ümumilikdə, 65.870,40 ABŞ doları və 655,40 manat gömrük ödənişi edilmişdir.
8. Hazırda iddiaçı həmin müqaviləyə istinad edərək, “xxxx” şirkətindən həmin ağac tinglərini məhz cavabdeh1 torpaq sahəsindən əkmək üçün satın aldığını və ödənişini etdiyini bildirərək, həmin pulun cavabdehlərdən geri alınmasını xahiş etsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulamışdır ki, iddiaçı ilə “xxxx” şirkəti arasında bağlanmış 2022-ci il ## ###### tarixli müqavilədə və gömrük bəyannaməsində ağac tinglərinin alıcısı kimi məhz iddiaçı göstərilmiş və həmin tinglərin hansı səbəbdən alınması və yaxud cavabdeh cavabdeh1 məxsus torpaq sahəsinə əkilməsi üçün gətirilməsi ilə bağlı hər hansı bir müddəa və ya qeyd göstərilməmişdir.
9. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddiaçının suvarma sisteminin alınması üçün “xxxx” MMC-yə ödənilmiş 139.400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6.800 manat nəqliyyat xərcinin də cavabdehlərdən tutulması tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 2022-ci il ## ###### tarixli 2022.02.** nömrəli alğı-satqı müqaviləsindən görünür ki, spesifikasiya və fakturaya müvafiq olaraq Goranboy Rayonu, Azad Kəndi 25 ha Erik (kayısı) bağı üçün 1 dest damcı suvarma materialları və suvarma qurğularını satıcı satmağı, alıcı isə almağı öhdəsinə götürmüşdür (1.1). Müqavilənin ümumi məbləği 82.000 USD, 139.400 manat təşkil etmişdir və bu müqavilənin ayrı-ayrı Razılaşmalarının ümumi məbləğlərindən ibarətdir. Müqavilə imzalandığı gündən qüvvəyə minmişdir. Alıcı müqavilə üzrə avans ödənişini hesab-faktura təqdim olunduğu gündən 5 iş günü ərzində ödəməlidir. Həmçinin, suvarma materialları və suvarma qurğularının satın alınması ilə bağlı 2022-ci il ## ###### tarixli 2022.02.** nömrəli müqaviləyə * nömrəli əlavədən görünür ki, müqavilənin ümumi məbləği 139.400 manat təşkil etmişdir. Iş materiallarına əlavə olunan elektron qaimədən görünür ki, “xxxx” MMC tərəfindən iddiaçıya qaimə üzrə 139.400 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür. Eyni zamanda, tərəflər arasında olan yazışma məktubundan, yəni “xxxx” MMC-nin adından Ahmet Arslan tərəfindən iddiaçının nümayəndəsi Qalib bəyə ünvanlanmış 2022-ci il ## ###### tarixli gmail məktubunun “Şirin Agro QSC 25 ha sözleşme son hali” başlıqlı mətnindən görünür ki, X2 25 ha (Faig bey) sözleşmenin son halini gönderiyorum. Sözleşme rakamı və xxxx Cüneyt bey ve Galib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tavsiyeniz üzerine xxxx tutarını yazmadım. Sözleşme değeri 82.000 USD, xxxx 4.800 USD.
10. Göründüyü kimi 2022-ci il ## ###### tarixli 2022.02.** nömrəli alğı-satqı müqaviləsi iddiaçı ilə “xxxx” MMC arasında bağlansa da, müqavilənin predmetində suvarma sistemlərinin məhz Goranboy Rayonu, Azad kəndi 25 ha Erik (kayısı) bağı üçün alındığı qeyd olunmuş, həmçinin müqavilə tərəfləri arasında olan yazışmada da müqavilənin başlıq mətnində Faiq bəyin adı qeyd olunmuşdur. Bundan əlavə, “xxxx” MMC-nin direktoru Cüneyt Terkuran tərəfindən məhkəməyə ünvanlanmış 2025-ci il ## ###### tarixli məktubundan görünür ki, direktoru olduğu "xxxx" MMC ilə iddiaçı arasında, Goranboy rayonu, Azad kəndi ərazisində 25 ha ərik bağı üçün bir dəst damcı suvarma materialları və suvarma qurğularının satışı ilə bağlı 2022-ci il ## ###### tarixində 2022.02.** №-li müqavilə imzalanmışdır. Müqavilə imzalanmamışdan əvvəl iddiaçının təsisçisi X8, Gəncə şəhər sakini cavabdeh1 və o görüşmüşlər. Görüş zamanı Gəncə şəhər sakini cavabdeh1 yuxarıda qeyd olunan (25 ha bağ üçün) bir dəst damcı suvarma materialları və suvarma qurğularının onun ünvan 1 ərazisində salınacaq bağı üçün lazım olduğunu bildirmiş və həmin torpağın çıxarışını, torpaq sahəsinin planı və ölçüsünü təqdim etmişdir. Həmçinin, hazırda bağda əkmək üçün ağac tingi alışına və onların suvarılması üçün suvarma qurğuları almağa maddi imkanı yoxdur, bu məqsədlə onun tanışı olan, iddiaçının təsisçisi X8 ona bu işlərin görülməsi üçün maddi dəstək göstərməsini xahiş edib. Həmçinin bildirmişdir ki, Qalib Hümmətovdan və ya onun təsisçisi olduğu iddiaçı tərəfindən ödəniş edilib onun bağı üçün ağac tingləri və suvarma sistemləri alınacağı halda, həmin vəsaiti qısa müddətdə özünün və ya ailə üzvlərinin adına bankdan götürəcəyi kredit hesabına qaytaracaq. Yuxarıda gösətrilən müaqavilə üzrə ödənişlər şirkətə iddiaçı tərəfindən ödənilib, cavabdeh1 tərəfindən onlara hər hansı köçürmə və ya nağd olaraq ödəniş edilməyib. Müqavilə üzrə bütün öhdəliklər onlar tərəfdən yerinə yetirilib. Belə ki, şirkətin əməkdaşı Cemil Cankaranın iştirakı ilə suvarma qurğularının ünvan 1 ərazisində yerləşən, Gəncə şəhər sakini cavabdeh1 məxsus torpaq sahəsində quraşdırılması təmin edilib. Həmin məktuba əsasən məhkəmə iclasına şahid qismində dəvət olunan və ifadə verən “xxxx” MMC-nin qanuni təmsilçisi (Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında iş materiallarına əlavə edilib) Cemil Cankaran ifadəsində özünün təsisçi kimi şirkətin ortaqlarından biri olduğunu, 2022-ci ildə Faiq müəllimin 25 hektar ərazisində suvarma sisteminin qurlaşdırılmasında birbaşa iştirak etdiyini bildirmişdir.
11. Məhkəmə hesab etmişdir ki, Goranboy rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi cavabdeh1 mülkiyyətində olduğundan və həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi ilə bağlı əvvəllər tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, iş materiallarında olan sübutlar və şahidin ifadəsi həmin suvarma sistemlərinin məhz cavabdeh1 məxsus Goranboy rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi üçün alınmış olduğu qənaətinə gəlməyə əsas verir.
12. Suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6.800 manat nəqliyyat xərci ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, qeyd olunan sübutun məhkəməyə təqdim edilməsi ilə bağlı tərəfə məhkəmə iclasında təklif edilsə də, tərəf həmin sübutu məhkəməyə təqdim etməmiş və müqavilənin mətnində də onunla bağlı hər hansı bir razılaşma olmamışdır. Nəqliyyat xərci ilə bağlı yalnız müqavilə tərəfləri arasında olan gmail yazışmasında “xxxx”, yəni daşıma xərcinin 4.800 USD olduğu qeyd olunsa da, həmin yazışma mətni təkbaşına sübutetmə vasitəsi olmadığından və digər sübutlarla öz təsdiqini tapmadığından məhkəmə hesab etmişdir ki, həmin pulun cavabdehlərdən tutulması barədə tələb əsassızdır.
13. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh1 əməlində dələduzluq cinayətinin əlamətlərinin olması halı təsdiq olunmadığından, məhkəmə hesab etmişdir ki, xüsusi qərardad çıxarılmamalıdır.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445 və 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4 və 218.3 maddələrinə istinadla əsaslandırmışdır.
15. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh cavabdeh1 da apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinin qismən, yəni “iddianın qalan hissədə rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh1 43.889,21 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Isgəndərova, hakimlər – R.Mamedov və A.Bayramov).
18. Məhkəmə suvarma sisteminin alınması üçün “xxxx” MMC-yə ödənilmiş məbləğ (139.400 manat) hissəsində iddia tələbinin təmin, bağa çatdırılması üçün ödənilmiş nəqliyyat xərci (6.800 manat) və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş məbləğ (655,40 manat) hissələrində isə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gədiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən sözügedən suvarma sisteminin təyinatı dəyişdirilmədən (ziyan vurulmadan) torpaq sahəsindən çıxarılmasının mümkünlüyü araşdırılmış, nəticədə suvarma sisteminə ziyan vurulmadan sökülərək torpaq sahəsindən çıxarılmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında mütəxəssis qismində dinlənilmiş X10 izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsində bir hissəsi yerin altında, digər hissəsi isə yerin üstündə yerləşən vahid damcı suvarma sistemi vardır. Belə ki, borular yerin altından gedir və onların torpağın altına daxil olması gözlə görünür. Həmin boruların çıxarılması sual altındadır. Çünki onların torpağın altında hansı vəziyyətdə olmaları məlum deyil, həmçinin başqa yerdə quraşdırıldıqdan sonra işləyib-işləməməsi barədə də dəqiq məlumat verilməsi mümkün deyildir.
19. Məhkəmə hesab etmişdir ki, Goranboy rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi cavabdeh1 mülkiyyətində olduğundan və həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi ilə bağlı əvvəllər tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, iş materiallarında olan sübutlar və şahidin ifadəsi həmin suvarma sistemlərinin məhz cavabdeh1 məxsus Goranboy Rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi üçün alınmış olduğu qənaətinə gəlməyə əsas verdiyindən birinci instansiya məhkəməsi iş üzrə tələbin qeyd olunan hissəsində düzgün nəticəyə gəlmişdir.
20. Apellyasiya şikayətində cavabdeh suvarma sistemlərinin iddiaçının özünə məxsus fərdi yaşayış evinə daşındığını qeyd etmiş və məhkəmə iclasında foto şəkillər təqdim etmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin foto şəkillərin hansı ərazi olması və fərdi yaşayış evinin kimə məxsus olması müəyyən edilmir, bununla yanaşı cavabdehə dəfələrlə təklif olunmasına baxmayaraq ona məxsus torpaq sahəsində quraşdırılan suvarma sisteminin alınmasına dair sübutu təqdim etməmiş, həmin əşyaları bazardan aldığını bildirmişdir.
21. Belə olan halda kollegiya hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti formal xarakter daşımaqla qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas deyildir.
22. Bununla yanaşı məhkəmə iddia tələbinin ağac tinglərinin gətirilməsi üçün “xxxx” Türkiyə Şirkətinə ödənilmiş məbləğ (111.979,68 manat) hissəsində rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı ilə “xxxx” şirkəti arasında bağlanmış 2022-ci il ## ###### tarixli müqavilədə və gömrük bəyannaməsində ağac tinglərinin alıcısı kimi məhz iddiaçı göstərilmiş, həmin tarixdən sonra cavabdehin torpaq sahəsi müqavilə üzrə iddiaçının icarəsində (##.##.2022 – ##.##.2023-cü illər) olmuşdur. Bundan başqa iş materiallarında olan Gömrük bəyənnaməsində (İ cild. iş.v 20) Göndərən: X3 X4 Ziraat Tar.Su.Hayvan.Gida Tur.Inş.San və Tic.LTD.ŞTI, Malı qəbul edən: iddiaçı, malın boşaldılma yeri Goranboy rayon Azad kəndi qeyd olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Idxal olunan əkin-səpin materiallarına və digər qruplara aid olan fitosanitar məhsullara verilən ID********** nömrəli X12 də idxalçının adı iddiaçı, göndərən müəssisənin adı X3 X4 X7 X11 Inşaat Sanayı ve Ticarət Limited Şirkəti, yükün son təyinat ünvanı ünvan 1 qeyd edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində ağacların əkilməsi işin mübahisəsiz halıdır və bu nümayəndəsi tərəfindən verilmiş izahatda da öz təsdiqini tapır. Məhkəmə tərəfindən torpaq sahəsində olan ağac növlərinin müəyyən edilməsi və həmin ağacların çıxarılmasının mümkünlüyü ilə bağlı müvafiq ekspertiza rəyi alınmış, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 26,0 ha torpaq sahəsinin 16,57 ha hissəsində 6.446 ədəd Xurma 2-3 illik (Roio Brıllıante sortu) və 1.556 ədəd Ərik 3-4 illik (Şekerpare sortu) olması müəyyən edilmişdir. Ağacların köçürülmə prosesi düzgün yerinə yetirilərsə, əkilmiş ağacların ziyan vurulmadan mübahisəli ərazidən çıxarılaraq yerinin dəyişdirilməsi mümkündür. Lakin ağacların köçürüləcəyi ərazi təqdim edilmədiyindən qərardadda qoyulmuş “Mümkün olduğu təqdirdə həmin ağacların başqa torpaq sahəsinə köçürülməsi onların məhsuldarlığına və inkişafına təsir edə bilərmi?” sualı üzrə tədqiqat işləri aparılmamışdır. Göründüyü kimi işdə olan sənədlərlə 2022-ci il ## ###### tarixli müqavilə ilə iddiaçı tərəfindən “xxxx” Türkiyə Şirkətindən alınmış ağac növlərinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2022-ci il ## ### tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə ************ saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış Goranboy rayonu, Azad kəndi ərazisinə gətirilməsi və həmin ağac tinglərinin növləri ilə eynilik təşkil etməsi təsdiq olunmuşdur. Bununla yanaşı ekspert rəyində ağacların növü və sayı dəqiq qeyd olunsa da, başqa əraziyə köçürüləcəyi təqdirdə onların məhsuldarlığına və inkişafına təsir etməsi halı dəqiq müəyyən edilməmişdir.
24. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Ekspert tədqiqat apararkən ağacların morfoloji əlamətlərinə, üzərlərində olan və gövdə ətrafına səpələnmiş meyvələrin xüsusiyyətlərini əsas götürmüşdür. Iş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, məhkəmə-bioloji ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində hazırda mövcüd olan ağac tinglərinin alınmasını təsdiq edən (müqavilə, qaimə və s) sənəd də məhkəməyə təqdim edilməmişdir.
25. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi haqlıdır və işdə olan sübutlara əsasən qismən təmin edilməlidir. Belə ki, qeyd olunan rəyin nəticə hissəsinə əsasən tədqiqata təqdim edilmiş 26,0 ha torpaq sahəsinin 16,57 ha hissəsində 6.446 ədəd Xurma 2-3 illik (Roio Brıllıante sortu) və 1.556 ədəd Ərik 3-4 illik (Şekerpare sortu) olması müəyyən edilmişdir. Iş materiallarında olan 2022ci il ## ###### tarixli, ****** nömrəli “Fidan satış sözleşmesi”-dən görünür ki, “Kayısı fidanı/Şekerpare” sortunun birinin dəyəri (birim fiyat) 4,164 USD, “Trabzon hurması fidanı/Rojo Brıllıante” sortunun birinin dəyəri (birim fiyat) isə 3 USD olaraq qeyd edilmişdir. Belə olan halda birinin dəyəri 4,164 USD olan 1.556 ədəd Ərik (Şekerpare sortu) və birinin dəyəri 3 USD olan 6.446 ədəd Xurmanın (Roio Brıllıante sortu) ümumi dəyəri 25.817,18 USD – 43.889,21 manat (6.446 x 3 = 19.338; 1.556 x 4,164 = 6.479,18; 19.338 + 6.479,18 = 25.817,18 USD => 43.889,21 AZN) təşkil edir ki, həmin məbləğ cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə iddia tələbinin “ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manat” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə tələb qeyri-müəyyən olduğundan, belə ki, iddiaçı tərəf həmin məbləğin nə ilə müəyyən olunmasına və necə hesablanmasına dair sübut təqdim etmədiyindən əsassızdır.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 157.4, 157.5, 385.1, 386.1, 442 və 448.1-ci maddələrinə, MPM-in 14.2, 76.1, 77.1, 81, 88, 217.1, 217.3, 217.4, 372.1, 372.6 və 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 157.2, 157.4 və 157.5-ci maddələri üzrə - məhkəmə bu maddələrin tələblərini düzgün tətbiq etməmişdir. Çünki iddiaçı iddia edilən əmlakların ona aid olmasını sübut edə bilməmişdir. Suvarma qurğusu üzərində heç bir nömrə, heç bir qeydiyyat növündə yazı yoxdur. Həmçinin tinglərlə bağlı ekspert rəyində göstərilmişdir ki, mübahisəli sahəyə əkilməsi üçün gətirildiyi iddia edilən tinglərin nümunələri olmadığı üçün eyniləşdirmə aparılması mümkün deyildir.
30. MM-in 385.1 və 386.1-ci maddələri üzrə - məhkəmə MM-in 385 və 386-cı maddələrin 1-ci bəndələrinə istinad etsə də, maddəni düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddələrinə tələblərinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. Işin faktiki hallarından görünür ki, tərəflər arasında müqavilə olmamışdır. Su qurğusu və tinglərin ölkəyə gətirilməsi üçün icarə müqaviləsinin olmasına zərurət olduğundan iddiaçı ilə icrarə müqaviləsi bağlanmış və sonradan ləvğ edilmişdir. Iş üzrə keçirilmiş ekspertiza ilə də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia edildiyi kimi 25 ha torpaq sahəsində deyil, 16 ha torpaq sahəsində bağ sahəsi salınmışdır. Su qurğusu isə ölkə daxili bazardan alınmış və quraşdırma işləri də cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Qurğunun quraşdırılması zəmanətinə dair əlyazışmanın əsli də məhkəməyə təqdim edilmişdir. Ancaq məhkəmə kollegiyası tərəfindən əsassız varlanma, ziyan vurma və ya öhdəlik müqaviləsi olmadan cavabdehin üzərinə pul öhdəliyi qoyulması tam olaraq əsassızdır.
31. MPM-in 77.1, 81, 88, 217-ci maddələri üzrə - iddiaçı iddianı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübutlar birtərəfli qaydada iddiaçının öz elektron yazışmalarını təqdim edilməsindən ibarətdir. Məhkəmə isə pul öhdəliyinin yaranması üçün bu yazışmaları yetərli hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçının rəhbəri Qalib Hümmətov tərəfindən cavabdeh1 qarşı qərəzli olaraq 300.000 manat pulun mənimsənilməsinə dair şikayəti olmuş, cavabdeh1 hətta bu tələblərlə bağlı Goranboy rayon Polis Şöbəsində şübhəli şəxs qismində saxlanılmış, ancaq təqsiri olmadığından 48 saatdan sonra sərbəst buraxılmışdır. Bu isə onu deməyə əsas verir ki, Qalib Hümmətov cavabdeh1 qarşı qərəzlidir. Işdə olan sübutlar iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Məhkəmə sübutları dolayısı yolla öz mülahizəsinə əsasən müəyyən edir, birini digərinə ehtimalla əlaqələndirməklə hüquqi nəticəyə gəlir. Iş materiallarında iddia tələbinin təmin edilməsi üçün, yəni cavabdehin üzərinə pul öhdəliyinin qoyulması üçün sübutlar yetərli olmadığı halda, iddia tələbini təmin etməklə qeyri-obyektiv, qərəzli və əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
33. Kassasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən kassasiya şikayətinin verilmədiyini nəzərə alınaraq kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qismən, yəni iddianın qismən təmin edilmiş hissəsində və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
38. Kassasiya şikayətində qeyd edilən MM-in MM-in 157.2, 157.4, 157.5, 385.1 və 386.1-ci maddələrinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
39. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir. Eyni zamanda, bu dəlillər mahiyyət etibarilə iş üzrə mövcud sübutların məzmununa, onların bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsinə və həmin sübutlardan çıxarılan faktiki nəticələrə yenidən qiymət verilməsini tələb edir. Belə ki, cavabdeh sübutlara istinad etməklə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki halların fərqli qiymətləndirilməli olduğunu bildirir.
40. Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması da sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının səhv müəyyən edilməsi əsaslandırılmışdır.
41. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
42. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
43. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
44. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən cavabdehin şikayətinin təmin edilmədiyini və iddiaçının şikayətinin qismən təmin edildiyini qətnamədə göstərmişdir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.