Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-667/2026 16.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının cavabdeh Cavabdeh qarşı və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı “əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDI:
1. İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdeh (bundan sonra – “Cavabdeh”) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 138 500 manat borc, 8 310 manat dəbbə pulu və 531,6 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2025-ci il # ### tarixində İddiaçı qarşı “əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - cavabdehdən 1 ədəd aqromer (quruducu 1000-lik), 1 ədəd aqromer quruducu (800lük), 1 ədəd aqromer quruducu (700-lük), 1 ədəd qranul makinası-soyutma vannası, çəkici, doğrayıcı (extruder 120-lik), 1 ədəd boru istehsalı makinası (90-lıq) - Almaniya istehsalı (vakum vannası, çəkici, toplayıcı- karusel, cizgi makinası, elektrik şit qutusu), 1 ədəd boru istehsal makinası (90-lıq)- (vakum vannası, çəkici, toplayıcı-karusel, cizgi makinası, elektrik şit qutusu), 1 ədəd boru istehsal makinası (90-lıq)-(vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 ədəd boru istehsal makinası (65- lik)-(vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 ədəd boru istehsal makinası (60-lıq), 1 ədəd qırma makinası (1200- lük), 1 ədəd press aparatı, 1 ədəd boru başlığı üçün avadanlıq, 1 ədəd kabel istehsal makinası (65-lik), 1 ədəd cizgi makinası, 1 ədəd yazı makinası, (videojet), 1 ədəd soyutma vannası, 1 ədəd çəkici, 1 ədəd toplayıcı, 3 ədəd sərpayı (böyük), 1 ədəd paketləmə makinası (böyük), 1 ədəd metraj makinası, 23 ədəd baraban (600-lük), 6 ədəd baraban 1000lik, 1 ədəd transpalet, 1 ədəd transpalet (tərəzili), 1 ədəd pudra aparatı, 2 ədəd sərpayı (kiçik), 1 ədəd əl daşıyıcı (transpalet 2 tonluq), 30 (otuz) ədəd qəliblər, 7 ədəd metraj başlığı, 1 ədəd büküm avadanlığı-ümumi qiymətləndirmə dəyəri 380.500 manat; - 16-lıq damlama boru-60 top-(topu 50 manat)- 3000 manat, 20-lik damlama boru-100 top-(topu-60 manat)-6000 manat, 50-lik boru damlama-3000 metr- (1 metri 1 manat)- 3000 manat, 63-lük boru-5000 metr (1 metri-1.50 manat)-7500 manat, 75-lik boru 15000 metr (1 metri 1.75 manat)-26250 manat, 90-lıq boru-6000 metr (2.5 manat)-15000 manat, 110-luq boru-3000 metr (5.5 manat)-16500 manat, 300 ədəd 160-lıq artezian turbası (60 manat)- 18000 manat, damlama boruların kaplinləri-dəyəri 50000 manat, 6 ədəd kamera -televizor monitor-1300 manat, 2 ədəd soyuducu-500 manat, 2 ədəd televizor-500 manat, 1 ədəd üzəri mərmər stol, 6 ədəd stul-1000 manat, kabel barabanları-120 ədəd (45 manat)-5400 manat, 2 ədəd böyük dolab-800 manat, 1 ədəd uzun iclas stolu-2000 manat, STP firmasının polkaları və korzin arabalar-6000 manat dəyərində, 3 ədəd personal kompüter-2100 manat, 1 ədəd STO firmasının barkod stolu - 2000 manat, 2 ədəd çadır-1500 manat əmlakların və onların dəyərinin, həmçinin ödənilmiş 840 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə Cavabdeh tərəfindən İddiaçı qarşı verilmiş “əşyaların geri qaytarılması və onun dəyərinin ödənilməsi” tələbi barədə e-*-*(***)-***/**** nömrəli kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə olan e-*-*(***)-***/**** nömrəli kommersiya işinə birləşdirilməsi qərara alınmışdır.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-2-2(119)- ***/**** nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh iddia tələbləri təmin edilməmiş, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmiş, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1000 manat pulun 500 manat olan hissəsinin İddiaçı, 500 manat olan digər hissəsinin Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim - Fərman Həmidli).
5. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin onun iddia tələbinə aid hissəsində tam ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin onun iddia tələbinə aid hissəsində tam ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı iddiasının təmin edilməmiş hissəsində ləğv olunaraq, Cavabdeh 138.500 manat və ödənilmiş dövlət rüsumlarına görə 642,75 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia digər hissədə təmin olunmamış, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatlarının dəyəri olaraq 1000 manat pulun xxxx MMC-nin hesabına Cavabdeh alınaraq ödənilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh iddia ərizəsinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim - Dəmirov Ilqar, hakimlər – Məmmədov Zahid və Xəlilov Ramin).
8. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv edilərək, onun iddia tələbinin təmin olunması, İddiaçı iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
9. Qeyd edilməlidir ki, ilk olaraq kassasiya şikayətinin mümkünlüyü məsələsi həll edilməli, o cümlədən kassasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual tələblərə uyğun verilib-verilməməsi, həmçinin dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilibödənilməməsi yoxlanılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinə dair tələbləri müəyyən edən 407.4-cü maddəsinə əsasən, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir.
11. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti .. apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır.
12. Göründüyü kimi, dövlət rüsumunun ödənilməsi ilə bağlı tələblər prosessual xarakter daşıdığından, həmin tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkünlüyünə təsir edən hallardan biridir.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə Qanunun müvafiq olaraq .... 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq dövlət rüsumunun hesablanması üçün əsas olan iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda tələb olunan məbləğə əsasən hesablanır.
15. Hazırkı iş üzrə müəyyən edilir ki, kassasiya şikayəti verən Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini həm özünün iddia tələbinə, həm də İddiaçı iddia tələbinə aid hissələrdə olmaqla, tam mübahisələndirir. Lakin kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu ödənilərkən bu hal nəzərə alınmamışdır.
16. Belə ki, İddiaçı iddia tələbinin qiyməti 146.810 manat olmaqla, həmin tələb üzrə ödənilməli dövlət rüsumu 218,41 manat, Cavabdeh iddia tələbinin qiyməti isə 548.850 manat olmaqla, həmin tələb üzrə ödənilməli dövlət rüsumu 419,42 manat təşkil etmişdir. Beləliklə, iş üzrə hər iki iddia tələbinin məbləği nəzərə alınmaqla ödənilməli dövlət rüsumunun ümumi məbləği 637,83 manat təşkil etdiyi halda, kassasiya şikayətini verən Cavabdeh tərəfindən yalnız 419 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla da kassasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş ödənilməli dövlət rüsumunun 218,83 manat məbləğində hissəsi kəsir ödənilmişdir
17. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Mülki Prosessual Məcəllənin 404-1.2, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq
Qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.