Məhkəmə qərarları › İş №2-2(1-8)-66/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-66/2026

29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-66/2026 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı1 Cavabdeh (üçüncü şəxslər X2 və X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı1 Cavabdeh qarşı (üçüncü şəxslər X2 və X3) “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Ağsu Rayon Məhkəməsindəki icraat

1. İddiaçı1 (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) (üçüncü şəxslər X2 və X3) qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 2023-cü il 17 oktyabr tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3.135 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Ağsu rayonu, Hacısəmədli kəndində yerləşən, **********50 reyestr nömrəli, 2020-ci il 19 mart qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 və onun ailə üzvləri olan Cavabdeh, X1 ümumi birgə mülkiyyətində olan 2,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin payının ayrılaraq naturada müəyyən edilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ağsu Rayon Məhkəməsinin 2025-ci il 3 noyabr tarixli 2(016)-9/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim A.Əsgərov).

3. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumata əsasən cavabdeh (VÖEN: **********) vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır.

4. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğundan, mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2 4.1, 24.2, 25.2, 26.1, 31.1, 44.2.2-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 3, 12-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat

6. Şəki Kommersiya Məhkəməsinin 2026-cı il 21 yanvar tarixli 2-2(4-15)-47/2026 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – M.Hüseynov).

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, eyni zamanda iddiaç ı sahibkarlıq münasibətinə daxil olan dövlət orqanı olsa da, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir.

8. Məhkəmə müəyyən etmişdir ki, dövlət orqanı olan iddiaçının cavabdehə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olan mülki xarakterli əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3-cü bölməsi “Əmlak və əşya hüququ” olmaqla paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması və digər bununla bağlı məsələlərlə bağlı tələblər əşya hüquq münasibətlərindən yaranmış tələbdir. Bu səbəbdən tərəflər arasında yaranan hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamış, bu səbəbdən də bu xa rakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələrə tərəfindən baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur.

10. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1, 26.2, 31.1, 32.3, 32.7-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 12, 14, 25-ci bəndlərinə istinadla əsasl andırmışdır. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələ rinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiy yətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər. Ali Məhkəmənin mövqeyi

13. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilməlidir.

14. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

15. Hazırkı iş üzrə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.

16. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblə r Azərbaycan Respublikası Mülki Məcəlləsinin əmlak və əşya hüquqlarını tənzimləyən müddəalarından irəli gəlməklə, ümumi birgə əmlakdan payın naturada ayrılmasından ibarətdir.

17. Bu tələblər heç bir müqavilə öhdəliyi, sahibkarlıq fəaliyyəti, iqtisadi fəaliyyətdən irəli gəlməyib və əşya hüquqi münasibətlərinə aiddir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarınının 25-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi m əhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

19. Göründüyü kimi hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əşya hüquqi münasibətlərdən irəli gəlməklə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir və mübahisənin aidiyyəti ümumi məhkəməyə aiddir.

20. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsində baxılmalıdır.

21. Şərh olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh qarşı (üçüncü şəxslər X2 və X3) ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar