Məhkəmə qərarları › İş №2-2(102)-10/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-10/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-10/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-10/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il (açar sözlər: Cavabdeh ASC-nin apardığı yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış, iddia və tələbetmə müddəti ötmüş borcun silinməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-440/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC və vəkili X2 oğlu, Cavabdeh ASC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, MMC-nin X6 (yeni adla 5 saylı Rabitə Xidmətləri Mərkəzi) hesablanmış 38.837,01 manat əsassız borcun iddia və tələbetmə müddəti keçdiyinə görə silinməsi və Cəmiyyətin X7 (yeni adla 4 saylı Rabitə Xidmətləri Mərkəzi) barədə tərtib edilmiş xx.xx.2016-cı il tarixli 5207 nömrəli və xx.xx.2016-cı il tarixli 5218 nömrəli (aktlara münasibətdə) aktları etibarsız hesab etməklə, onların ə sasında tələb edilən 6309,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin tabeliyində olan, hüquqi şəxs statusuna malik olmayan qurumlardan biri olan X8 1997-ci ildə yaradılmış və 2017-ci ilin sonunadək ayrıca struktur vahidi kimi fəaliyyət göstərmiş, vergi uçotu qeydiyyatına malik olduğuna görə X8 bir sıra xidmətləri, o cümlədən içməli su və çirkab suların axıdılması xidmətlərinin müstəqil abunəçisi kimi çıxış etmişdir. Qovşaq istifadə etdiyi içməli su təchizatı və çirkab suların axıdılması xidmətlərinin dəyərini vaxtlı vaxtında ödəmişdir. 2018-ci ilin avqust ayının sonlarında cavabdeh təşkilatın yerli sukanal idarəsi tərəfindən X6 birtərəfli üzləşmə aktı təqdim edilmiş və onun imzalanması təklif edilmişdi r. Lakin həmin üzləşmə aktı və daha sonra cavabdeh təşkilatın özündə tərtib edilən “abonentin hesablama açıqlaması” adlandırdıqları” sənəd öyrənilərkən məlum olmuşdur ki, üzləşmə aktına daxil edilən rəqəmlər heç bir əsası olmayan, əvvəlki illərdə birtərəfli qaydada, reallığa əsaslanmayan hesablamalardan doğmuşdur. Belə ki, 2004-cü ildə X8 abonent kimi qeydə alınarkən dərhal 29.608 manat borcu da “yaranmışdır.” Sonrakı illərdə isə bu “borc” daha da “böyümüş”, 2010-cu ilin sonuna qovşağa əsassız olaraq 33 573 manat, xx.xx.2015-ci ildə isə 38.837,01 manat borc yazılmışdır. Həmin borc məbləğinin 29 806 manat hissəsi 2004-cü ildə bəlli olmayan əsaslarla X5 hesabına yazılmışdır. Cavabdeh tərəfindən X6 su təchizatı iki müəssisə arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidm ətlərinə dair müqavilələr əsasında həyata keçirilmişdir. Tərəflər arasında yaranmış öhdəliklər xaraktercə vaxtaşırı icra edilməli öhdəliklər kateqoriyasına aiddir. Cavabdeh tərəfindən tələb edilən borcun 38837,01 manat hissəsi xx.xx.2015-ci il tarixinədək “formalaşdırılmaqla” yaranma əsası kimi məlum deyildir. Həmin borc iddia və tələbetmə müddəti keçdiyi üçün “xxxx” MMC-nin X5 abonent hesabından silinməlidir. Göstərilənlərdən əlavə, cavabdeh təşkilat eyni qaydada “xxxx” MMC-nin tebeliyində olan hüquqi şəxs olmayan qurumu X1 5338,17 manat borc tələb etməkdədir. Bu “borcun” yaranma səbəblərini araşdırarkən isə məlum olmuşdur ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2016-cı il tarixdə və xx xxxxxx 2016-cı il tarixdə X3 ərazisində yoxlama (cavabdeh təşkilatın təqdimatı ilə “ba xış”) keçirərək guya sayğacdankənar su xətləri aşkar edilmiş və xx.xx.2016-cı il tarixli, 5207 nömrəli və xx.xx.2016-cı il tarixli, 5218 nömrəli aktlar tərtib edilmişdir. Bu aktların tərtib edilməsi barədə qovşaqda hər hansı məlumat olmamışdır. Ümumiyyətlə, qeyd edilən aktlarda göstərilən, sudan qeyri-qanuni istifadə faktları mövcud olmamışdır. Bu aktlar cavabdeh təşkilatın nümayəndələri tərəfindən yalnız özlərinə məlum olan şəraitdə və yerdə tərtib edilmişdir. Digər tərəfdən aktlar ümumiyyətlə reallığı əks etdirmir. Belə ki, X7 tərəfindən sudan sayğacdankənar qaydada hər hansı istifadəyə yol verilməmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən birtərəfli tərtib edilmiş akt isə sadəcə olaraq onların verilən planlarını doldurmaq təlaşından doğan qərəzli yanaşmaların məhsulu olmuşdu r. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)414/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ASC tərəfindən xxxx” MMC-nin X6 (yeni adla 5 saylı Rabitə Xidmətləri Mərkəzi) hesablanmış 33.914 manat 30 qəpik borcun abunə hesabından silinməsi, Cavabdeh ASC tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş MXD-5207 nömrəli akt əsasən hesablanmış 3.476 manat 07 qəpik və xx.xx.2016-cı il tarixdə tərtib edilmiş MXD-5218 nömrəli akta əsasən hesablanmış 1.862 manat 10 qəpik, cəmi 5.338 manat 17 qəpik məbləğində borcun abunə hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – S.V.Nuriyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-440/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçı “xxxx” MMC-nin və Cavabdeh ASC-nin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC və vəkili X2 oğlu kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmin qətnamədən Cavabdeh ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barə də yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı “xxxx” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh tərəfindən tələb edilən borcun 38837,01 manat hissəsi 2014-cü ilin sonunadək “formalaşdırılmaqla” yaranma əsası məlum deyildir, həmin borc iddia və tələbetmə müddəti keçdiyi üçün “xxxx” MMC-nin X5 abonent hesabından silinməlidir, digər tərəfdən, Cavabdeh ASC eyni qaydada “xxxx” MMC-nin tabeliyində olan hüquqi şəxs olmayan X1 6309,70 manat borc tələb etməkdədir, bu “borcun” yaranma səbəblərini araşdırarkən isə məlum olmuşdur ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2016-cı il tarixdə və xx xxxxxx 2016-cı il tarixdə X3 ərazisində guya yoxlama (cavabdeh təşkilatın təqdimatı ilə “baxış”) keçirərək guya sayğacdankənar su xəttləri aşkar edilmiş və xx.xx.2016-cı tarixli, 5207 nömrəli və xx.xx.2016-cı il tarixli, 5218 nömrəli aktlar tərtib edilmiş, bu aktların tərtib edilməsi barədə qovşaqda hər-hansı məlumat olmamış, ümumiyyətlə qeyd edilən aktlarda göstərilən, sudan qeyri-qanuni istifadə faktları mövcud olmamış, bu aktlar cavabdeh təşkilatın nümayəndələri tərəfindən, yalnız o zaman məlum olan şəraitdə və yerdə tərtib edilmişdir və birtərəfli aktlardır, buna görə də həmin aktlar əsasında hesablanmış “ziyan” tamamilə silinməli idi. Cavabdeh ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosess ual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı Cavabdeh” ASC ilə bağlanmış müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən, suyun axma surətindən və abonentin iş rejimindən asılı olaraq Cavabdeh ASC-yə ödəyir, Cavabdeh ASC su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun və tullantı sularının axıdılması xidmətlərinin dəyərindən formalaşır, müvafiq olaraq, cəmiyyətin bal ansında olan şəbəkə və qurğulardan suyun sayğacdankanar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankanar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır, iddiaçı mütəmadi olaraq əvvəlki illərdə yaranmış borclardan ödənişlər etməklə həmin borcların olduğunu etiraf etmiş, bununla da iddia müddətinin axımını kəsmiş olmuş, bununla da iddiaçı tərəfindən əvvəlki il lərdən yaranmış öhdəliklərinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 553.1.1-ci maddəsində qeyd olunan qaydada öhdəliyin xitamı üçün müddət axımı kəsilmiş, cavabdeh müqavilələrdən irəli gələn öhdəliklərinin icrasından imtina etməmiş, həmin öhdəliklərin bu və ya digər səbəblərdən icra edə bilmədiyi hissəsinin icrası üçün illər üzrə qismən də olsa ödənişlər etməklə üzləşmə aktında qeyd edilən borc məbləğini müəyyən miqdarda azaltmış, iddiaçının məhkəməyə müraciət etməsinə digər səbəb, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus X4 məxsus EATSlərin su təchizatına və su sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni sudan istifadə etdiyi müəyyən edilmiş, bu özündə sudan qeyri-qanuni istifadə halını aşkar edir, sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği tərtib edilmiş aktlara əsasən cəmi 5338.17 manat müəyyən edilmiş və ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. Tərəflərin izahatları İddiaçı “xxxx” MMC və Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı “xxxx” MMC-nin və Cavabdeh ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına is tinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-440/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC-nin X8 ilə Cavabdeh ASC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair xx.xx.2002-ci tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir, abonent haqqında məlumata əsasən fevral 2019-cu il tarixə abonentin 39035,01 manat borcu vardır, abonent haqqın da məlumatda iddiaçının xx.xx.2014-cü il tarixə qalıq borcunun içməli suya görə 2169,80 manat, çirkab suya görə 31744,50 manat olduğu qeyd edilmiş, iddiaçı tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq su sərfiyyatına görə həyata keçirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının Cavabdeh ASC-yə olan 33914,0 manat borcu xx.xx.2014-cü il tarixədək yarandığından, bu borc üzrə son tələb etmə müddəti bitdiyi üçün 33.914,30 manat borc silinməlidir, cavabdeh apellyasiya şikayətində iddiaçının mütəmadi olaraq əvvəlki illərdə yaranmış borclardan ödənişlər etməklə həmin borcların olduğunu etiraf etdiyini göstərsə də, tərəflər arasında müqavilə münasibətləri hazırkı dövrədək davam etməkdədir, bütün b u müddət ərzində iddiaçı Cavabdeh ASC-nin su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməklə xidmət haqqını ödəmiş, məhkəmə araşdırılmaları zamanı iddiaçı tərəfindən edilmiş ödənişlərin xx.xx.2014-cü il tarixə kimi olan qalıq borca görə deyil, istifadə edilmiş cari xidmətlərə görə ödənildiyi müəyyən edilmiş, həmin ödənişlər tələbetmə müddəti keçmiş qalıq borcunun etirafedici hərəkətləri kimi qəbul edilə bilməz və iddiaçının xx.xx.2014-cü ilə tarixə kimi olan 33.914,30 manat borcu üzrə öhdəliyinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq xitam verilməlidir, su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olan Cavabdeh ASC-nin xx xxxxxx 2016-ci il tarixdə və xx xxxxxx 2016-cı il tarixdə apardığı yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır, həmçinin məhkəmə baxışı zamanı cavabdeh təşkilatın nümayəndəsi iddiaçı tərəfindən qeyri-qanuni su xəttindən istifadə edildiyinə dair sübutları (qanunsuz su xəttinin fotoşəkli, həmin xəttin ləğv edildiyi barədə akt və s.) təqdim etməmiş, qanunvericilik sahibkarlıq sahəsində aparılan bütün yoxlamaların dairəsini müəyyənləşdirmiş və bu sferada aparılan yoxlamalar zamanı qanunsuzluqların qarşısını almaq və sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə yoxlamaların reyestrdə qeydiyyata alınmasının mütləqliliyini təsbit etmiş, bu yoxlamalar siyahısına inhisarçı mövqe tutan hüquqi şəxslər tərəfindən aparılan yoxlamalar da daxil edilmiş, Cavabdeh ASC-nin maddənin məzmununda sadalanan yoxlayıcılar siyahısına aid olması nəzərə alınarsa, həmin maddənin tələbi cavabdeh üçün də məcburidir, həmçinin iddiaçı 38.837,01 manat əsassız borcun iddia və tələbetmə müddəti keçdiyinə görə silinməsini tələb etsə də, məhkəmə araşdırılmaları zamanı xx xxxxxx 2014cü il tarixə kimi hesablanmış və tələbetmə müddəti keçmiş borcun 33.914,30 manat olması müəyyən edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, k apital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibk arlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 1.7-ci bəndinə əsasən reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Qanunun tələbindən göründüyü kimi, müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər arasında müqavilə münasibətlərinin hazırkı dövrə davam etməkdə olduğunu, bütün bu müddət ərzi ndə iddiaçının Cavabdeh ASC-nin su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etdiyini və xidmət haqqını ödədiyini, məhkəmə araşdırılmaları zamanı iddiaçı tərəfindən edilmiş ödənişlərin xx.xx.2014-cü il tarixə kimi olan qalıq borca deyil, istifadə edilmiş cari xidmətlərə görə həyata keçirildiyi müəyyən edildiyinə görə həmin ödənişlərin tələbetmə müddəti keçmiş qalıq borcunun etirafedici hərəkətləri kimi qəbul edilmədiyini və iddiaçının xx.xx.2014-cü ilə tarixə kimi olan 33.914,30 manat borcu üzrə öhdəliyinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq xitam verilməli olduğunu, həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunvericiliyin yoxlamaların vahid məlumat reyestrində qeydiyyatının zəruriliyini nəzərdə tutduğunu, su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olan Cavabdeh ASC-nin xx xxxxxx 2016-ci il tarixdə və xx xxxxxx 2016-cı il tarixdə apardığı yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını, cavabdehin iddiaçı tərəfindən qeyri-qanuni su xəttindən istifadə edildiyinə dair sübutları (qanunsuz su xəttinin fotoşəkli, həmin xəttin ləğv edildiyi barədə akt və s.) təqdim etmədiyini, həmçinin iddiaçı 38.837,01 manat əsassız borcun iddia və tələbetmə müddəti keçdiyinə görə silinməsini tələb etsə də, xx xxxxxx 2014-cü il tarixə kimi hesablanmış və tələbetmə müddəti keçmiş borcun 33.914,30 manat olduğunu nəzərə alaraq kassasiya şikayətlərinin dəlillərini əsassız hesab ed ir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-440/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-440/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar