Məhkəmə qərarları › İş №2-2(102)-102/2017

Ali Məhkəmə Qərar — İş №2-2(102)-102/2017

07.03.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-102/2017 07.03.2017 ALİ MƏHKƏMƏ İş 2-2(102)-102/2017 Azərbaycan Respublikası adından QƏRAR 07 mart 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı Əziz oğlu və Cavabdeh-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı Əziz oğlunun (bundan sonra iddiaçı) Cavabdeh-yə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X1 Təchizatı və Satışı İdarəsi və Şəki elektrik şəbəkəsi) “borcun əsassız hesab edilməsi və hesabından silinməsi, borc səbəbli smart-kart tipli elektrik sayğacının quraşd ırılması nəticəsində elektrik enerjisinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-39/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: Abonentin 01.01.2013-01.10.2015-ci ildə ödəniş və sərfiyatı barədə məlumat vərəqində iddiaçının həmin tarixə 2.978,51 manat borcunun olması göstərilmişdir. “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” tərtib edilmiş 09.10.2015-ci il tarixli aktda qeyd edilmişdir ki, Şəki elektrik şəbəkəsi rəhbərliyinin göstərişi ilə iddiaçıya məxsus sahibkarlıq obyektində mövcud olan yarım elektron tipli sayğac yeni smart tipli sayğacla əvəz olunmuş və mö hürlənmişdir. Aktı iddiaçı tərəfdən heç kim imzalamamışdır. X1 Təchizatı və Satışı İdarəsi Şəki elektrik şəbəkəsinin 11.05.2016-cı il tarixli arayışına əsasən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus sahibkarlıq obyektinin elektrik enerjisinə görə 3.043,85 manat ödənilməmiş debitor borcu vardır. X1 Təchizatı və Satışı İdarəsinin 14.06.2016-cı il tarixli məktubuna əsasən iddiaçıya məxsus müəssisənin elektrik hesablaşma sayğacının qidalandığı ******* nömrəli 160 kValıq transformator yarımstansiyası 35/10 kV-luq SAS y/stansiyasından çıxan 10 kV-luq Sənaye hava xəttinin üzərində yerləşməklə istehlakçıya məxsus müəssisənin balansındadır və 1984-cü ildə quraşdırılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-nin X1 Təchizatı və Satışı İdarəsinin ünvan 2 ünvanında yerləşən müəssisənin elektrik sayğacının yenisi ilə dəyişdirilməsi və elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2016-cı il tarixli protokol qərarı ilə X1 Təchizatı və Satışı İdarəsi və Şəki elektrik şəbəkəsi cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçının nümayəndəsi iş üzrə 02.06.2016-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin həcmini artıraraq Cavabdeh-nin X1 Təchizatı və Satışı İdarəsinin Şəki elektrik şəbəkəsinin enerji satış bazasında **********2 kod altında qeydiyyatda olan Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında yerləşən iddiaçıya məxsus sahibkarlıq obyektinin elektrik enerjisinə görə qeydə alınmış 3.043,85 manat borcun əsassız hesab edilməsi və hesabından silinməsi, borc səbəbli smart-kart tipli ********** seriya nömrəli elektrik sayğacının quraşdırılması nəticəsində elektrik enerjisinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda fiziki şəxs kimi Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1-də yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ona 11 saylı Ərazi Vergilər İdarəsində 30.06.2010-cu il tarixli ********** nömrəli sahibkarlıq uçotu haqqında şəhadətnamə verilmişdir. Sahibkarlıq fəaliyyətinin aparılması və davam etməsi elektrik enerjisindən asılıdır, enerjinin olmaması isə fəaliyyətinin tamamilə iflic vəziyyətə düşməsinə səbəb olur. Ona məxsus müəssisədə hər hansı alternativ ehtiyat enerji mənbəyi mövcud deyildir. Bununla əlaqədar müəssisə cavabdeh tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, istehlak edilmiş enerjinin dəyəri isə onun tərəfindən ödənilmişdir. 09.10.2015-ci ildə cavabdeh təşkilatın Şəki elektrik şəbəkəsinin nümayəndələri (V.Lətifov, İ.Məmmədov) şəbəkənin rəisinin göstərişi ilə “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq qanunsuz olaraq birtərəfli qaydada rəsmi xəbərdarlıq etmədən fəaliyyət göstərdiyi müəssisədə istismarda olmuş işıq sayğacını quraşdırmış və enerji təchizatını dayandırmışdır. Müəssisədə sayğacın dəyişdirilməsində istehlakçı kimi onun iştirakı təmin edilməmiş, bununla bağlı, həmçinin enerjinin dayandırılması ilə əlaqədar heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Sahibkarlıq fəaliyyətinin əsas istiqaməti olan pivə istehsalı ilə əlaqədar əla növ olan 8 ton arpa alınmış və istehsal prossesinə yönəldilmişdir. Lakin enerjinin dayanması istehsal prosessini yarımçıq qoymuş, hazırda alınmış xammal xarab olmaqdadır. Enerjinin və ehtiyat enerji mənbəyinin olmaması nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, onun iştirakı olmadan qanunsuz olaraq birtərəfli qaydada rəsmi xəbərdarlıq etmədən özbaşına müəssisənin sayğacı dəyişdirilmiş, enerji təchizatı dayandırılmış və bununla əlaqədar ona heç bir sənəd, akt təqdim edilməmişdir. İddianın maddi hüquqi əsası kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13 və 9.14cü bəndinə istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(84)-298/2016 saylı iş) 17 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X4 və X5, 2-2(107)-39/2016 saylı iş) 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıya elektrik enerjisinin verilməsi və hesablaşmaların iddiaçıya məxsus obyektdəki sayğacın göstəriciləri əsasında aparılması işin mübahisəsiz halını təşkil edir. E lektrik enerjisinin dəyərinin tənzimlənən qiymətlərə aid olması və Tarif Şurası tərəfindən müəyyənləşdirilməsi də hər kəsə məlumdur. Elektrik enerjisinin alqı-satqı müqaviləsinin mühüm şərti kimi satılan elektrik enerjisinin miqdarı və elektrik enerjisinin dəyərinin çıxış etməsi də aşkardır. Sayğacla elektrik enerjisinin miqdarı, Tarif Şurasının müvafiq qərarı ilə elektrik enerjisinin dəyərinin hesablandığı nəzərə alınsa, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını demək olar. Digər tərəfdən, tərəflərdən heç biri yazılı formaya riayət edilməməsi nəticəsində müqavilənin etibarsız hesab edilməli olmasına dair dəlil irəli sürməmişdir. Belə bir dəlil olmadığı müddətcə, məhkəmə öz təşəbbüsü ilə müqavilənin etibarsız olması ilə bağlı nəticəyə gələ bilməz, çünki bu dəlil yalnız müba hisələndirilən əqdlərə aid dəlildir. Məhkəmə isə yalnız tərəflərdən biri belə bir dəlil və tələblə çıxış etdiyi halda buna qiymət verə bilər. Bundan başqa, iddiaçı fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilmişdir. Deməli, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini qismən ödəmiş, lakin 01.01.2013-cü ildən 01.12.2015-d il tarixədək 3.043,85 manat borcu yaranmışdır, Bundan əlavə, təkcə müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasının yeganə əsası deyil. Cavabdehin iddiaçını əvəzsiz elektrik enerjisi ilə təchiz etmək vəzifəsinin olmadığı aşkardır. Deməli, müqavilə olmasa da, əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin mövcud olduğunu demək mümkündür. EEİQ-nin 7.1 və 7.6-cı bən dlərin məzmunundan aydın olur ki, təchiz edilən elektrik enerjisininin miqdarını müəyyənləşdirmək üçün sayğacların quraşdırılması cavabdehin hüququdur. Smart kart tipli sayğaclara keçid də dövlət siyasəti çərçivəsində həyata keçirilir və bu sayğacın dəyişdirilməsində hər hansı pozuntuya yol verilməmişdir. Sayğacı dəyişdirmək cavabdehin hüququdur. Digər tərəfdən, sayğacın dəyişdirilməsini yalnız 7.6-cı bənddəki hallarla məhdudlaşdırmaq özü tam əsassızdır. Çünki 7.6-cı bənddə göstərilmiş hallar yekun və qəti siyahı deyildir; həmin hallar istehlakçının təqsirindən zədələnmiş sayğacların dəyişdirilməsi halını tənzimləyir və hazırkı mübahisə ilə ümumiyyətlə bağlılığı yoxdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikay ətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak edərək çıxışlarda iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. İddia tələbi iddiaçıya hesablanmış 3.043,85 manat borcun əsassız hesab edilməsi, onun silinməsi və iddiaçıya elektrik sayğacının quraşdırıılması ilə bağlı elektrik enerjisinin dayanması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılmasıdır (səh.57). Ape llyasiya instansiyası məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ona görə dəyişdirmədən saxlamışdır ki, tərəflər arasında heç bir öhdəlik münasibətləri mövcud olmadığı halda, cavabdeh təşkilatın iddiaçıya məxsus sahibkarlıq obyektinin elektrik enerjisinə görə 3.043,85 manat ödənilməmiş debitor borcunun olmasını iddia etməsi əsassızdır. Cavabdeh iddiaçıya məxsus sahibkarlıq obyektinin elektrik enerjisinə görə 3.043,85 manat borcunun olmasını göstərsə də, bu borcun yaranmasını təsdiq edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Əsassız hesablanmış borcun iddiaçının hesabında qalması nəticəsində obyektə elektrik enerjisinin verilişi dayandırılır və onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndində qeyd edilir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məc buridir. Qaydaların: 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.4-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sis temlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.5-ci bəndinə görə müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdiril ir və istismar edilir. 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi, qanunverici elektrik enerjisinin verilişinə görə tərəflər arasında təks ə müqavilənin olmasını zəruri bilməmişdir. Yuxarıda bəhs edilən normalara görə elektrik energisinə görə sərfiyat elektrik sayğacının göstəriciləri əsasında hesablanır. Apellyasiya məhkəməsi 09 oktybar 2015-ci il qədər iddiaçının sərf etdiyi enerjinin məbləği barədə sayğacın göstəricilərini nəzərə almamışdır. Məhkəmə qərarında cavabdehin 3.043,85 manat borcun yaranmasını təsdiq edən dəlilləri məhkəməyə təqdim etməməsini bildirsə də, işin 33-cü səhifəsində olan cavabdeh tərəfindən verilən abunə haqqında məlumatları tədqiq etməmiş, 2.978,51 manat borcun hansı dövr üçün yaranmasına, iddiaçının həmin dövrdə etdiyi ödəmələr barədə sübutları olmasına aydınlıq gətirməmişdir. Cavabdeh apellyasiya şikayətində borcun yaranması ilə bağlı iddiaçıya bir neçə dəfə xəbərdarlıq etməsini, lakin enerjinin ve rilişinin dayandırılmamasını bildirmiş, şikayətin bu dəlili apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, hansı dövrdə iddiçıya verilən elektrik enerjisinin dayandırılması, dayandırma baş verdiyi halda onun qanuni olubolmaması müəyyən edilməmişdir. Abunə haqqından görünür ki, transformator itkisi də borc kimi iddiaçı üçün hesablansa da, məhkəmə bununla bağlı qiymətləndirmə aparmamışdır Qaydaların 7.13-cü bəndinin ikinci hissəsinə görə hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri istisna olmaqla, digər istehlakçıların elektrik enerjisindən istifadəyə görə elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müəyyən edilməmişdir. Elekrtik şəbəkələrinin balans mənsubiyyəti sərhədləri Qaydaların 5.1-ci bəndində tənzimlənmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent a rasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə). Məhkəmə tərəflərin istismar məsuliyyəti aktı, habelə texniki şərtin olmasını, həmin sənədlərdə tərəflərin vəzifələrini, hansı məsuliyyəti daşımasını, həmçinin elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsini müəyyən etməmişdir. Tərəflər arasında balans mənsubiyyəti sərhədinin, elektrik qurğularına gərginlik verilməsinə görə elektrik enerjisi itkilərini, texnoloji sərfiyatı müəyyən etmək və sair bu kimi məsələləri araşdırmaq üçün Azə rbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin mütəxəssislərinin rəyinin alınması zəruriliyi məhkəmə tərəfindən müzakirə edilməmişdir. Qeyd edilən halların araşdırılması işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini y alnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə müəyyən normativ aktlara istinad etsə də, işin halları barədə əsaslandığı sübutları, cavabdehin gətirdiyi dəlillərin rədd edilməsi əsaslarını göstərməmiş, qətnaməni məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 14 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Bəhs edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması il ə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkün olmadığından, yeni qərar qəbul edilməsi hissəsində kassasiya şikayəti təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh-nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-39/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassa siya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar