Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-11/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh İB-ə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Murad Mahmudovun katibliyi ilə, İddiaçı Cavabdeh İB-ə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli 2-2(103)-475/2021 saylı qərardadından cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 102.222,40 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-402/2021 saylı 2021-ci il 3 fevral tarixli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 102222 manat 40 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qət ed ilmişdir. 3. 2021-ci il 18 fevral tarixində cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-475/21 saylı 2021-ci il 3 iyun tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim-C.Yusifov, hakimlərR.Qurbanov və V.Baxışova). 5. 2021-ci il 14 iyun tarixində apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
6. Cavabdeh 2021-ci il 15 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli 22(103)-475/2021 saylı qərardadı ilə həmin kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim C.Yusifov, hakimlər-R.Qurbanov və V.Baxışova).
8. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, məhkəmənin e-2-2(103)-475/21 saylı 2021-ci il 3 iyun tarixli qətnaməsi 2021-ci il 14 iyun tarixində (14:13) cavabdehin nümayəndəsinin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. MPM-nin 135.5 və 135.8-ci maddələrinin mənası baxımından məhkəmə aktları işdə iştirak edən şəxsin elektron kabinetinə yerləşdirildikdə, ona rəsmi qaydada verilmiş sayılır. Bu baxımdan məhkəmə qətnaməsi cavabdehin (nümayəndəsinin) elektron kabinetinə yerləşdirildiyi 2021-ci il 14 iyun tarixindən ona çatmış hesab edilir. Lakin kassasiya şikayəti 2021-ci il 15 sentyabr tarixində, yəni qanunvericilikdə nəzərdə tutulmuş 2 ay müddətində deyil, 1 ay ötürməklə verilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 135, 400, 402, 405.0.1, 408-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Cavabdeh 2021-ci il 13 oktyabr tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edərək, kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya ş ikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 135.8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmənin 2021-ci il 3 iyun tarixli 2-2(103)-475/2021 nömrəli qətnaməsi Cavabdeh İB-nə rəsmi qaydada təqdim olunmamışdır. Məhkəmə qərardadda iş üzrə qətnamənin 2021-ci il 14 iyun tarixdə Cavabdeh İB-nin nümayəndəsinin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsini qeyd etmiş, qərardadını Azərbaycan Respublikası MPM-nin 10-1.3,135.5, 135.8-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradı lmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Bakı Apelyasiya Məhkəməsinin 03.06.2021-ciil tarixli 2- 2(103)-402/2021 nömrəli qətnaməsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”də yerləşdirilməsi ilə bağlı elektron poçt, sms və s. vasitələrlə Cavabdeh İB-nə və ya işdə iştirak edən Nümayəndə heç bir məlumat verilməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM -in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
15. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur (2021-ci ilin 01 oktyabr tarixinədək olan redaksiyası): “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərm əli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir..... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” Maddə
407. K assasiya şikayətinin məzmunu 407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayət i müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.
17. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak e dən şəxslərin məhkəmə sənədləri o halda rəsmi qaydada verilmiş hesab edilir ki, qanunda nəzərdə tutulan iki tələbə əməl edilmiş olsun; 1-ci tələb məhkəmə sənədi işdə iştirak edən şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməlidir; 2-ci tələb belə yerləşdirilmə barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır (MPM-nin 135.5 və 135.8-ci maddələri).
18. Nəzərə alınmalıdır ki, hazırda “Elektron məhkəmə” informasiya sistemində məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsinə dair məlumatların SMS xəbərdarlıq vasitəsilə, ünvan sahibinə çatdırılması imkanları mövcud deyildir. Elektron poçtla bağlı isə qeyd edilməlidir ki, elektron kabinet yaradılarkən, kabinet sahibi tərəfin dən təsdiq edilmiş elektron ünvan (e-mail) göstərildiyi təqdirdə, həmin informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumatı müvafiq elektron ünvana göndərmək funksionallığına malikdir.
19. Baxılan işin materiallarından görünür ki (i.v 111), cavabdehin elektron kabinetinə məhkəmə aktı yerləşdirilsə də, təsdiq edilmiş elektron ünvan mövcud olmamışdır. Başqa sözlə, məhkəmə aktının elektron kabinetdə yerləşdirilməsinə dair məlumat ünvan sahibinə çatdırılmamışdır.
20. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki işdə 2021-ci il 03 iyun tarixli məhkəmə qətnaməsinin 2021-ci il 14 iyun tarixində cavabdehə rəsmi təqdim edilmiş hesab edilməsi və həmin tarixdən hesablanmaqla kassasiya şikayətinin verilməsi üçün prosessual qanunla müə yyən edilmiş 2 aylıq müddətin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi MPM-nin 135.8-ci və 405.0.1-ci maddələrinin tələblərinə uyğun olmamışdır (bax yuxarıda §15).
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin cavabdehə rəsmi təqdim edilməsinə dair işin materiallarına başqa sübutun əlavə edilməməsini nəzərə alır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin prosesual müddətin ötürülməsi səbəbindən qaytarılması üçün MPM-nin 408.1.4-cü maddəsi ilə müəyyən edilmiş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılmasına dair qərardadı ləğv edilməli, cavabdeh tərəfindən həmin məhkəmənin 2021-ci il 03 iyun tarixli, 2-2(103)475/2021 saylı qətnaməsindən veri lmiş kassasiya şikayəti MPM-nin 407-ci maddəsi ilə müəyyən edilmiş tələblərə (bax yuxarıda §15) cavab verdiyindən, həmin şikayət üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-475/2021 saylı qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 iyun tarixli, 2-2(103)-475/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov