Məhkəmə qərarları › İş №2-2(102)-110/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-110/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-110/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinəqarşı iş üzrə QƏRAR (açar sözlər:məhkəmə tərəfindən ekspertiza üzrə müvafiq rəyin alınmasına nail olunmadan iş üzrə məhkəmə baxışı yekunlaşdırılmış, aylıq sərfiyyatın həcminin 600800 manat arasında dəyişməsi nəticəsinə isə işin nəticəsində bilavasitə maraqlı olan iddiaçı tərəfin izahatına əsasən gəlinmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, M.Əmiras lanovun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh «xxxx» ASC-nə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-791/2019 saylı qətnaməsindən cavabdeh «xxxx» ASC və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh «xxxx» ASC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən 650936852 nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 2.290,77manat borc məbləğinin; ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 2.688.21 manat borc məbləğindən 600 manat çıx ılmaqla 2.088.21 manat borc məbləğinin; ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 2.391,12 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.791.12 manat borc məbləğinin; ********* nömrəli xx.xx.2019-cu və ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqlərinə əsasən hesablanmış 2.792.34 manat və 2.779.92 manat borc məbləğlərindən 600 manat çıxılmaqla 4.972.26 manat borc məbləğinin; ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 2.106,63 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.506.63 manat borc məbləğinin; ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1.658,43 manat borc məbləğindən 658 manat çıxılmaqla 1.000,43 manat borc məbləğinin; ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1.692,90 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.092,90 manat borc məbləğinin; ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1.931,49 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.331,49 manat borc məbləğinin; ümumilikdə hesab ödəniş vərəqlərinə əsasən 16.073,81 manat məbləğinin ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim olunan ödəniş qəbzləri həqiqətə uyğun deyildir. Həmin qəbzlərdə “xxxx” Kommunal Xidmətlər MMC-yə məxsus sayğacın ilk və son göstəriciləri qeyd olunmamış, məbləğin hansı formulaya və hansı əmsala əs asən hesablandığı qeyd olunmamışdır. Həmçinin təqdim edilmiş bütün ödəniş qəbzlərində də yaşayış binasının blokları və qeyri-yaşayış sahələrinin hesabatları da bildirişə əlavə edilmişdir ki, bu da “X2 Qaydaları”na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 nömrəli qərarına ziddir. Həmin qaydaların tələbinə uyğun olaraq hər bir abonentə sərf edilən elektrik enerjisi sərfini hesablamaq üçün ayrı-ayrılıqda hesablaşma elektrik sayğacı quraşdırılır və həmin sayğac göstəricisinə əsasən sərf edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi üçün hesab ödəniş vərəqi də ayrı-ayrılıqda abonentlərə təqdim edilir. Cavabdeh öz balansında olan transformator məntəqəsində quraşdırılmış balans sayğacının göstəricilərini əsas götürür, binadakı mənzillər və qeyri-yaşay ış sahələri üzrə abonentlərin elektrik sayğaclarının göstəriciləri həmin balans sayğacının ümumi göstəricisindən çıxmaqla yerdə qalan bütün sərfiyyatın "xxxx" Kommunal Xidmətlər MMC-yə aid olunmaqla hesabat aparır. Bu isə qanunvericiliyin tələbinə ziddir. "xxxx" Kommunal Xidmətlər MMC istifadə etdiyi elektrik enerjisini isə ümumi məqsədlərə (pilləkən meydançalarının işıqlandırılması, liftlərin, su nasoslarının işləməsinə və binanın həyətyanı sahəsinin işıqlandırılması) sərf edilir. "xxxx" Kommunal Xidmətlər MMC-yə təqdim edilən və ödənilməsi tələb olunan hesab ödəniş vərəqələrində göstərilən məbləğdə elektrik enerjisinin sərf edilməsi həqiqətə uyğun deyildir. “xxxx” Kommunal Xidmətlər MMC hər zaman kommunal borcları vaxtında ödəmişdir. ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab öd əniş vərəqinə əsasən 600 manat; ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 600 manat,661423598 nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 600 manat; 664894219nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 600 manat; ********* nömrəli xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 658 manat; ********* nömrəli xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 600 manat; ********* nömrəli xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 600 manat istehlak edilmiş elektrik enerjisinin dəyəri ödənilmişdir. Əvvəlki qüvvəyə minmiş məhkəmə qərarlarında da öz təsdiqini tapdığı kimi aylıq sərfiyyat 500-600 manat təşkil etmişdir. Bu səbəbdən də ödədilmiş məbləğlər istisna olmaqla cavabdeh təşkilatın tələb etdiyi digər m əbləğlər əsassız və qanunsuz olduğundan, ləğv edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(81)544/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən təqdim edilmiş ********* nömrəli, xx xxxxxx 2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 1490,77 manat borc məbləğinin, ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 1888,21 manat borc məbləğinin, ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1591,12 manat borc məbləğinin, ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1979,92 manat borc məbləğinin, ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1306,63 manat borc məbləğinin, ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 858,43 manat borc məbləğinin, ********* nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 892,90 manat borc məbləğinin; 674598419 nömrəli, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqəsinə əsasən hesablanmış 1131,49 manat borc məbləğinin, ümumilikdə 11.139,47 manat borc məbləğinin ləğv edilməsi cavabdeh “xxxx” ASC-yə həvalə olunmuş, cavabdehdən iddiaçının xeyrinə 30 manat dövlət rüsumu tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir ( hakim – A.Oruczadə). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-791/2019 saylı qətnaməsi İlə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh «xxxx» ASC-nin ap ellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh «xxxx» ASCvə onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş,, iş materiallarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylıq istifadə olunan elektrik enerjisinə görə cəmi 17.539 manat məbləğində borc hesablanmış və ödənişi üçün müvafiq hesab-fakturalar təqdim edilmişdir, məhkəmələr iddianın qismən təmin olunmasına dair nəticəsini onunla əsaslandırmışdır ki, qeyd edilən borc məbləği “X2 Qaydaları”nın tələblərinə zidd olaraq iddiaçının özünə məxsus sayğac üzrə deyil, cavabdehin balans mənsubiyyətindəki TM-də quraşdırılmış balans sayğacının göstəriciləri əsas götürülməklə, binadakı mənzillər və qeyri-yaşayış sahələrinin elektrik sayğaclarının göstəriciləri balans sayğacının ümumi göstəricindən çıxılıb yerdə qalan bütün sərfıyyat iddiaçıya aid olunmaqla hesablanmışdır və bu səbəbdən həmin aylara görə borc məbləğinin yalnız 800 manatı MTK-nın sərfıyyatına aid edilməlidir. Məhkəmə iş üzrə gəldiyi bu səhv nəticəyə əsasən mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın müddəalarını (5.1, 7.6, 7.9, 7.13 və 8.4-cü bəndlər) düzgün tətbiq etməməklə maddi hüquq normalarının pozuntusuna yol vermiş və məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X2 Qaydaları»nın 5.1, 7.6, 7.9, 7.13 və 8.4-cü bəndləri düzgün tətbiq edilməmiş, Qaydaların 8.25-ci, MPM-nin 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin ed ilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olumanmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-791/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh «xxxx» ASC-nin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya onun balans mənsubiyyəti çərçivəsində quraşdırılmış sayğacın göstəricilərinə uyğun xx xxxxxx 2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqələri ilə X2yə görə ümumilikdə 11.139,47 manat məbləğində əlavə sərfiyyat hesablanaraq ödənilməsi iddiaçıdan tələb olunmuş, tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsinin 1-ci bəndinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X2 qaydaları”nı rəhbər tutacaqları, müqavilənin 9-cu bəndində elektrik enerjisinə görə hesablaşmaların yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyə ti sərhəddində quraşdırılmış hesablaşma elektrik sayğacının göstəricisinə əsasən, yalnız istifadə etdiyi elektrik enerjisinə görə aparılacağı nəzərdə tutulmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-162/2018 saylı xx xxxxxx 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin X1 № 2-1(103)-1292 /18 saylı xx xxxx 2018-ci il tarixli qərarlarında, «Qaydalar»ın qeyd olunan tələblərinə müvafiq olaraq «xxxx» MTK-ya məxsus yaşayış binasının bloklarında minus mərtəbələrdə, liftlərin giriş- çıxışlarında yerləşən elektrik lövhələrinə plomblanması, «xxxx» ASC-yə akt əsasında təhvil verilmiş bloklar, yaşayış mənzilləri və ticarət obyektlərinin sayğacların hesabatının «xxxx» MTK-nın sayğacının hesabatından ayrılması, MTK-ya aid sayğacın yaşayış mənzillərinə və ticarət obyektlərinə məxsus sayğaclardan ayrılması və yalnız MTK-ya məxsus sayğac göstəricisinə və sərf edilmiş elektrik enerjisinə görə ödəniş aparılmasının təmin edilməsi öhdəlikləri «xxxx» ASC-yə həvalə edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən ona istinad etmişdir ki, qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən olunmuş hallara görə istehlakçı X2yə görə yalnız onun öz sayğac göstəricilərinə əsasən hesablar təqdim edildiyi təqdirdə, borcunu ödəmək öhdəliyi yarandığı halda, cavabdeh-təbii inhisarçı tərəfindən ona özgə (öz balans mənsubiyyətində quraşdırdığı ümumi balans sayğacının) sayğacın göstəricilərini əsas tutaraq, mübahisəli hesab-ödəniş vərəqələri ilə iddiaçıdan 11.139,47 manat məbləğində borcun ödənilməsini tələb etməsi əsassızdır, qeyd edilən borc məbləği “X2 Qaydaları”nın tələblərinə zidd olaraq iddiaçının özünə məxsus sayğac üzrə deyil, cavabdehin balans mənsubiyyətindəki TM-də quraşdırılmış balans sayğacının göstəriciləri əsas götürülməklə, binadakı mənzillər və qeyri-yaşayış sahələrinin elektrik sayğaclarının göstəriciləri balans sayğacının ümumi göstəricindən çıxılıb yerdə qalan bütün sərfıyyat iddiaçıya aid olunmaqla hesablandığından, həmin aylara görə borc məbləğinin yalnız 800 manatı MTK-nın sərfıyyatına aid edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiya apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozuntusu ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş, cavabdehin işçisi S.Abbasov ifadəsində iddiaçının müraciəti əsasında binaya hesablaşma apardıqları sayğacları hər blokun girişinə yerləşdirdiklərini, həmin sayğacların hər birinin həm sakinlərin ümumi sərfiyyatını, həm də liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatını, bütün itkiləri özündə qeyd etdiyini, birinci olaraq sakinlərin sərfiyyatlarını çıxdıqdan sonra yerdə qalan məbləği MTK-dan tələb etdiklərini, sayğacın blokda istifadə olunan enerjini, qoşulan nasosla rı, liftləri qeydə aldığını bildirmişdir. Beləliklə, şahid ifadəsinə əsasən MTKya məxsus binada hər blokda ayrıca hesablaşma sayğacı quraşdırıldığı və həmin sayğacların həm liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatını, həmçinin bütün itkiləri qeyd etdiyi bildirilmişdir. Bilavasitə bloklarda quraşdırılmış sayğacların liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatını qeydə aldığı, ayr-ayrı sakinlərin və ticarət obyektlərinin özlərinin isə müvafiq sayğacları olduğu halda, texniki cəhətdən nasazlığı mübahisə predmeti olmayan bu sayğacların göstəricilərinə əsasən hesablanmış aylıq sərfiyyatların mötəbərliyi şübhə doğurmayan sübutlara istinad etmədən, yalnız iddiaçının nümayəndəsinin izahatına əsasən, aylıq 800 manat həcmində müəyyən edilməsi qanuni hesab edilə bilməz. İş materiallarınd an göründüyü kimi iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının nə qədər təşkil etməsinin müəyyən olunması üçün məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən əlavə materiallar ekspertiza tədqiqatına təqdim edilmədiyindən və tədqiqat obyektlərinə ekspert tərəfindən baxış keçirilməsi təşkil olunmadığından, ekspertizanın keçirilməsi və rəyin verilməsi mümkün olmamış,ekspertiza üzrə müvafiq rəyin alınmasına nail olunmadan iş üzrə məhkəmə baxışı yekunlaşdırılmış, məhkəmə tərəfindən aylıq sərfiyyatın həcminin 600-800 manat arasında dəyişməsi nəticəsinə isə işin nəticəsində bilavasitə maraqlı o lan iddiaçı tərəfin izahatına əsasən gəlinmişdir. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı, MTK-ya aid sayğacın yaşayış mənzillərinə və ticarət obyektlərinə məxsus sayğaclardan ayrılması və yalnız MTK-ya məxsus sayğac göstəricisinə və sərf edilmiş elektrik enerjisinə görə ödəniş aparılmasının təmin edilməsi öhdəliklərinin “xxxx” ASC-yə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. "X2 Qaydaları"nın 8.25-ci bəndinə görə, yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerj isinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerji təchizatı müəssisəsi ilə hesablaşır. Avropa İnsan Hüquqları Məhkəməsi "OfertaPlus S.R.L. Moldovaya qarşı" xx.xx.2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur; “Van de Hurk Niderlanda qarşı” xx xxxxx 1994-cü il tarixli Qərarında göstərmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır; "X7rşı" x xxxxxx 1994-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əriz əçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəs ində spesifik və aydın cavab tələb edir (X8rşı, x xxxxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Cavabdehin apellyasiya şikayətinin iş üçün mühüm əhəmiyyətli dəlillərinə müfəssəl hüquqi qiymət verməməklə, apellyasiya məhkəməsi qeyd olunan qərarlada vurğulanmış hüquqi mövqeyə riayət etməmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməm əsinin səbəbləri aydın göstərilməlidir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı,iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının nə qədər təşkil etməsinin müəyyən olunması üçün müvafiq ekspert rəyi alınmalı, iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının konkret olaraq nə qədər təşkil etməsi, hesablaşma (liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatı) sayğaclarının dəqiq harada (binaların bloklarında yaxud başqa yerdə) yerləşdiyi, 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının icra edilib edilmədiyimüəyyən olunmalı və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlid ir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 22(103)-791/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh «xxxx» ASC-nin kassasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası M PM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Nəticəvi hissə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-791/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh «xxxx» ASC- kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar