Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-117/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsindən irəli gələn borcun silinməsi GİRİŞ HİSSƏ 09.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, cavabdeh X3 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28.567,00 manat əsas borcun, 22.268,53 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 50.855,53 manat məbləğində pulun tutularaq iddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixliqətnaməsi ilə (hakim V.Əzizova; iş No e-2-2(85)-220/2019) iddianın qismən təmin edilməsi, Cavabdeh 28.567 manat əsas borc, 1.000 manat cərimə və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Babayevə, hakimlər N.Nəsibov və Z.Məmmədov; iş № 2-2(105)-101/2019) apellyasiya şikayətinin qismən təmin edilməsi; Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi; iş üzrə yeni qətnamənin qəbul edilməsi; Cavabdeh 15.211 manat əsas borc, 500 manat cərimə, eləcə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı tutularaq İddiaçı ASC-yə ödənilməsi; Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 7 manatının İddiaçı ASC-dən tutularaq Cavabdeh qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilmə si barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir etmişdir. Eyni zamanda həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Həmçinin Cavabdeh kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamı ş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsininləğv edilməsi, iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən Cavabdeh vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı A SC-nin nümayəndəsi gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə oun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kassasiya şikayəti təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iş üzrə tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli lizinq müqaviləsinə görə lizinq verən, yəni iddiaçı ASC lizinq müqaviləsinin obyektini - dəyəri 37.100 manat olan SK-5ME-1 markalı kombaynı ilkin ödəniş 1.700 manat ödənilməklə 6 il müddətinə, qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın, yəni Cavabdeh mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər. Həmin müqaviləyə uyğun olaraq ödəniş qrafiki və xx.xx.2014-cü il tarixli Təhvil Aktı tərtib olunmaqla iddiaçı ASC tərəfindən Cavabdeh lizinq obyekti təhvil verilmişdir. Ödəniş qrafikinə əsasən cavabdeh iddiaçı ASC-yə 28.722 manat ödəməli olduğu halda yalnız 155 manat ödəniş etmişdir. Cavabdehin xx.x x.2019-ci il tarixinə olan gecikdirilmiş borcu 28.567 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cəriməsi 22.268,53 manat təşkil edir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, lizinq müqaviləsi əşyanın müəyyən muzd müqabilində başqasının istifadəsinə verməyi nəzərdə tutan müqavilə olmaqla mahiyyəti odur ki, bu müqaviləyə əsasən lizinq verən öz maliyyə və maddi imkanları hesabına lizinq alana müəyyən əşyaları verməklə onun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş olur və onun fəaliyyət göstərdiyi iqtisadi sahəyə bir növ investisiya yatırmış olur. Bunun nəticəsində lizinq alan sahibkarlıq fəaliyyətini genişləndirir və bunlar iqtisadiy yatın inkişafına xidmət edir. Bu isə ona gətirib çıxarır ki, lizinq müqaviləsinin bağlanmasına nail olmaqla tərəflər qarşılıqlı şəkildə bir-birindən faydalanırlar. Lizinq alan lizinq obyektindən istifadə nəticəsində sahibkarlıq fəaliyyətini genişləndirir, lizinq verən isə lizinq obyektində istifadəyə görə lizinq alandan haqq əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə müvafiq olaraq lizinq müqaviləsinin qü vvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx xxxx 2014-cü tarixli lizinq müqaviləsinin 4-cü bəndinə əsasən, lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Göründüyü kimi qanunverici lizinq ödənişinə lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişləri aid etmiş, eyni məzmun kəsb edən müddəa tərəflər arasında bağlanmış müqavilədə də nəzərdə tutulmuşdur. Elə müqavilənin mahiyyəti də odu r ki, lizinq alan lizinq obyektindən istifadə edir, bu istifadə nəticəsində ondan faydalanır və buna görə də haqq ödəməlidir. İddiaçı ASC-də məhz, bu əsasdan çıxış edərək iddia edir ki, cavabdeh lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini həyata keçirmir. Lakin işin faktiki hallarını aydınlaşdıranda məsələnin məhz bu cür olmadığı aşkara çıxmış olur. Belə ki, iş materiallarına əlavə edilmiş, “xxxx” ASC-nin baş mütəxəssisi və digər 5 nəfər şəxs tərəfindən tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli Akta əsasən, cavabdehin lizinqə götürdüyü SK-5ME-1 markalı taxılyığan kombayn xx xxxxxx 2016-cı il tarixdə saat 16: 00 radələrində Şamaxı rayonundan Quşçu kəndinə gedərkən Qacano adlanan yolda (Şamaxıdan 14 km məsafədə) idarəetməni itirməsi səbəbindən qəzaya uğrayaraq aşmışdır. Hadisə yeriş qayışının qırılması, tormoz sisteminin nasazlığı, yolun mailliyinin çox olması, sürücünün (mexanizatorun) qeyri peşəkar olması səbəbindən baş vermişdir. Hadisə yerinə baxış keçirərkən sürücünün rayonda olmadığını bildirdilər. Kombaynçı Cavabdeh ilə telefonla əlaqə saxlayarkən Bakıda yaxın qohumunun xəstə olduğunu və onun yanında olduğunu bildirdi. Hadisə zamanı kombayn ciddi əzilmiş və aktda qeyd olunan hissələr tamamilə yararsız hala düşmüşdür. Kombaynın gövdəsi deformasiyaya uğramışdır. Eləcə də işin materiallarında olan iddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktuba görə, cavabdehin ASC-yə ünvanladığı, kombaynın qəzaya uğraması barədə xx.xx.2016-cı i tarixli teleqrama əsasən, ASC-nin Texnika və X1 Xidmət şöbəsinin, Şamaxı rayon DTNM-nin, Qobustan RN-nin və onun Şamaxı rayon bölməsinin rəhbərləri və mütəxəssisləri hadisə yerində baxış keçirmiş hadisənin baş vermə səbəbləri araşdırılaraq hadisənin kombaynın yeriş qayışınır qırılması, tormoz sisteminin nasazlığı, yolun mailliyinin çox olması, sürücünün (mexanizatorun) qeyri peşəkar olması səbəbindən baş verməsi müəyyənləşdirilmiş və baxışın nəticələri xx xxxxxx 2016-cı il tarixli aktla rəsmiləşdirilmişdir. Eyni zamanda cavabdehin nəzərinə çatdırılmışdır ki, onun lizinq müqaviləsinin 2.1.2 və 2.2.4-cü bəndlərinin tələblərinə əməl etməməyi səbəbindən texnikanın sığortaya cəlb ounmadığı nəzərə alınaraq, texnikaya dəymiş zərərin ödənilməsi ASC-nin imkanı xaricindədir. Həmçinin işin materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə, saat 16 radələrində SK-5ME-1 markalı, dövlət nömrə nişanı olmayan taxıl biçən Kombaynı Şamaxı-Göylər yolunun 12-ci km-də, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ikinci sürət qutusu ilə Göylər kəndi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq diqqətini daimi dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, yolun enişli olmasını nəzərə alaraq həmin yola uyğun traktorun sürətini lazımı olan həddə qədər azaltmalı, traktorun hərəkət hissəs i ilə təhlükəsiz, dayanıqlı hərəkətini təmin etməli və idarə olunmaz vəziyyətə düşməsinə, yoldan çıxmasına səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunları etməyərək ehtiyatsızlıqdan traktoru yoldan sol tərəfə çıxardaraq aşırmış, nəticədə traktorda olan sərnişin Y.Dəmirov aşağı ətrafların dərin parezi ilə müşayiət olunan İ bel fəqərəsinin onurğa kanalına nüfuz edən qəlpəli fəsadlaşmış kompression sınığı, alın nahiyyəsinin, alt çənə nahiyyəsinin, sağ kürək nahiyyəsinin əzilmiş yaraları, sol bud çanaq oynağı nahiyyəsinin dərialtı hematoması kimi həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Bununla da Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmi şdir. Həmin məhkəmə hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması qərara alınmışdır. Görünür ki, cavabdeh göstərilən müddət ərzində cəzaçəkmə müəssisəsində olduğu üçün lizinq obyektindən istifadəsi də mümkün deyildi. Mübahisənin əhəmiyyətli tərəfi həm də burasındadır ki, cavabdeh qəzadan dərhal sonra bu barədə iddiaçı ASC-yə məlumat vermiş, ASC-nin nümayəndəsinin iştirakı ilə lizinq obyektinə baxış keçirilmiş və baxışın nəticələrin ə dair akt tərtib olunmuşdur. Başqa sözlə, hələ 2016-cı ildə iddiaçı ASC artıq bilirdi ki, lizinq obyekti yararsız hala düşmüşdür və cavabdeh ondan istifadə etmir. Buna baxmayaraq iddiaçı ASC həmin hadisədən 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini mübahisələndirmiş və iddia qaldırılan tarixədək lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini tələb etmişdir. Halbuki, iddiaçı ASC cavabdehdən lizinq obyektindən istifadəyə görə lizinq muzdunu yalnız qəza baş verən anadək, yəni xx xxxxxx 2016-cı il tarixədək tələb edə bilər. Çünki cavabdeh həmin anadək lizinq predmetindən istifadə edərək faydalana bilmişdir. xx xxxxxx 2016-cı il tarixdən sonra isə iddiaçı ASC öhdəliyin lizinq alanın təqsiri üzündən icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki halda isə iddiaçı ASC-nin belə bir tələbi olmamışdır. Beləliklə də, iş üzrə müəyyən olunur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən lizinq verən lizinq obyektini dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verməklə lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə öz növbəsində lizinq obyektindən istifadəyə görə haqq ödəməsi barədə razılığa gəlmişlər. Lizinq verən müqavilə üzrə öz üzərinə düşən öhdəliyi, yəni lizinq obyektini lizinq alanın istifadəsinə vermiş, lizinq alan isə lizinq obyektindən istifadəyə görə ödənişləri həyata keçirməmişdir. Başqa sözlə, iddiaçı ASC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilənin şər tlərinə əməl etməyərək müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyi bsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda m üəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, lizinq alan - hazırki halda cavabdeh lizinq obyektindən istifadə etdiyi müddət ərzində lizinq predmetindən yararlandığı üçün lizinq verənə, yəni iddiaçı ASC-yə həmin müddət üçün (lizinq obyekti istifadəsinə təhvil verildikdən qəza baş verən anadək) haqq ödəməlidir. Qəza baş verən anadək cavabdehdən tutulmalı məbləğə gəldikdə iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, cavabdeh 2014-cü il üzrə 2.010 manat, 2015ci il üzrə 6.678 manat, 2016-cı il üzrə 6.678 manat ödəməli idi. Bu isə cəmi 15.366 man at edir. Hər iki tərəfin mübahisələndirmədiyi hala görə müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən cəmi 155 manat ödəniş edilmişdir. 2014-2016-cı illər üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğdən müqavilə üzrə edilmiş ödənişi çıxdıqda (15.366 - 155) cəmi 15.211 manat cavabdeh tərəfindən lizinq obyektindən istifadəyə görə iddiaçıya ödənilməli məbləğ alınır. Bu səbəbdən əsas borca münasibətdə iddia göstərilən həddə, yəni 15.211 manat məbləğində təmin olunmalıdır. Əsas borca hesablanmış cərimənin tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının tələb etdiyi məbləğ həddən artıq şişirdilmiş olduğundan, hazırda tutulmalı olan məbləğə mütənasib olaraq cərimə 500 manat həddində müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə ə sasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə, əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı ASC cavabdehdən dəbbə pulunu (cərimə ni) zərərin minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Belə ki, həmin maddəyə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəl iyin pozulmasının nəticələrinə uyğun gəlmir. Hazırki halda da əsas borc 15.211 manat müəyyən edildiyi halda, cərimənin 22.268,53 manat məbləğində müəyyən edilməsi öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə iddiaçı ASC-yə dəymiş zərərə münasibətdə qeyri-mütənasibdir. Belə olan halda kollegiya belə nəticəyə gəlir ki, hər iki tərəfə münasibətdə mütənasibliyi gözləyərək, iddiaçı ASC-nin cavabdehdən tələb etdiyi cərimə məbləği 22.268,53 manatdan 500 manatadək azaldılmalıdır. Ona görə də, iddiaçı ASC-nin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı ASC-nin və cavabdehin kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. İddiaçı ASC kassasiya şikayətində əsassız olaraq hesab etmişdir ki, cavabdeh baş verən hadisəyə (kombaynın qəzaya uğramasına) görə təqsirkar olduğundan kombayna vurduğu ziyanı öz vəsaiti hesabına aradan qaldırmalı, həmin texnikadan istifadə edərək onun haqqını ödəməli idi. Lakin iş üzrə müəyyən edimişdir ki, kombayn qəza nəticəsində sıradan çıxmış və ondan hər hansı isğtifadə mümkün olmamışdır. Eyni zamanda cavab deh kassasiya şikayətində, apellyasiya şikayətində olduğu kimi, texnikanın lizinqlə ona verilərkən lizinq müqaviləsi ilə yanaşı, texnikanın “Kasko” sığorta olunması ilə bağlı sığorta şirkəti ilə müqavilə bağladığını, buna görə də baş vermiş hadisə nəticəsində onun yox, həmin sığorta şirkətinin məsuliyyət daşıdığını mübahisələndirsə də, bu dəlilini təsdiq edəcək sübutu, yəni həqiqətən də lizinq obyektinin sığorta olunmasına dair bağlanmış sığorta müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Hər iki kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-117/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-117/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver