Məhkəmə qərarları › İş №2-2(102)-117/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-117/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-117/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(104)-1 97/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 28 aprel tarixli 05 nömrəli müqavilədən görünür ki, Cavabdeh İstehsalat Ticarət Firmasının sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC-yə həvalə edilir. Müqaviləyə əsasən alınacaq avadanlıq və materialların ümumi dəyəri ƏDV daxil olmaqla 253.159,21 manat təşkil edir.

2. Həmin müqa viləyə əlavə edilmiş 2021-ci il 28 aprel tarixli 01 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümümi dəyəri 214.541,70 manat (38.617,51 manat 18% ƏDV daxil olmaqla cəmi 253.159,21 manat) təşkil edir.

3. Həmin müqaviləyə əlavə olunmuş 02/05 nömrəli spesifikasiyaya əsasən 441 mənzilin mətbəx mebelinin artırılması üçün 15.999,48 manat (2.879,91 manat 18% ƏDV daxil olmaqla cəmi 18.879,39 manat) məbləğ barədə razılıq əldə edilmişdir. 4. 2021-ci il 20 may tarixli 07 nömrəli müqavilədən görünür ki, Cavabdeh İstehsalat Ticarət Firmasınin sifarişinə əsasən “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinə” bu müqaviləyə əlavə olunmuş və müqav ilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC tərəfindən yerinə yetirilməlidir.

5. Qeyd olunan müqaviləyə əlavə edilmiş 01/07 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümumi dəyəri 8.725 manat (1.570,5 manat 18 % ƏDV daxil olmaqla cəmi 10.295,50 manat) təşkil edir.

6. Tərəflər arasında bağlanılmış 2021-ci il 28 aprel tarixli 05 nömrəli müqavilənin və 2021-ci il 20 may tarixli 07 nömrəli müqavilələrin 1.2-ci bəndlərinə əsasən hər iki müqavilə bir il müddətinə bağlanmışdır.

7. Elektron qaimələrdən görünür ki, 17.616,46 manat, 20.063,19 manat, 7.345,5 manat, 59.001,06 manat, 3.425,42 manat, 59.210,87 manat, 23.488,61 manat, 35.232,91 manat olmaqla, ümumilikdə 191.003,4 manat ƏDV xaric, 225.384,02 manat ƏDV daxil məbləğində işlər görülmüşdür.

8. İşdə olan: - 2023-cü il 8 mart tarixli elektron qaiməyə əsasən 35.146,65 manat (malların qiyməti 29.785,3 manat və ödənilməli olan ƏDV məbləği 5.361,35 manat) - 2023-cü il 9 mart tarixli elektron qaiməyə əsasən 18.879,39 manat (15.999,48 + 2.879,91 manat), - 2023-cü il 31 mart tarixli elektron qaiməyə əsasən 2.950 manat (2.500 + 450 manat) məbləğində (ümumilikdə 48.284,78 manat ƏDV xaric, 56.976,04 manat ƏDV ilə) mal təhvil verilmiş və işlər görülmüşdür.

9. Ödəniş cədvəllərindən görünür ki, Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən 2021-ci il 18 may tarixində 20.000 manat, 20 may – 30.000 manat, 12 iyul- 10.000 və 6.225 manat, 12 avqust – 25.000 manat, 16 sentyabr – 35.085,20 manat, 13 oktyabr – 17.002,70 manat, 26 oktyabr – 2.902,90 manat, 29 dekabr – 29.858,40 manat, 2022-ci il 25 yanvar – 14.929.20 manat; cəmi 191.003,4 manat "xxxx" MMC-nin bank hesabına ödəniş edilmişdir.

10. Əl yazısı ilə tərtib edilmiş 2021-ci il 4 iyun tarixli qəbzdən görünür ki, "xxxx" MMCnin direktoru X4 2021-ci il 20 may tarixli 07 nömrəli müqavilə üzrə 8.725 manat məbləğdən 2.500 manatı aldığını, qalıq borcun 6.225 manat olduğunu qeyd etmişdir.

11. Əl yazısı ilə tərtib edilmiş 2021-ci il 14 aprel tarixli qəbzdən görünür ki, "xxxx" MMCnin direktoru X4 2021-ci il 14 aprel tarixində 20.000 manat aldığını qeyd etmişdir. 12. 2020-ci il 20 may tarixli 03 nömrəli müqavilədən görünür ki, sifarişçi "xxxx" MMC-nin sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsin in 576 mənzilin mətbəx mebelinin qaz peçi və aspirator ilə quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebel və digər avadanlıqların, inzibati binasının mebellərinin yığılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən avadanlıqların istehsal olunaraq təchiz edilməsi Cavabdeh İstehsalat Ticarət Firmasına həvalə edilmişdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə müqavilə üzrə qəbul edilmiş öhdəliklər “İcraçı” tərəfindən üçüncü tərəfə tapşırılırsa, müqavilənin yerinə yetirilməsi üçün məsuliyyət “İcraçı”nın üzərinə düşür.

13. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1 sorğusuna əsasən "xxxx" MMCnin direktoru Musa Musayevin 2023-cü il 14 mart tarixli 109/23 saylı məktubunda göstərilmişdir ki, tərəflər ar asında §12-də qeyd olunan müqavilə bağlanmış və həmin müqavilə üzrə öhdəliklər Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən tam icra olunaraq mal və avadanlıqlar tələb edilən keyfiyyətdə və qüsursuz şəkildə təchiz edilərək quraşdırılmış və müqavilə üzrə dəyəri "xxxx" MMC tərəfindən tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 14. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 7 fevral tarixində Cavabdeh İstehsalat Ticarət Firmasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48.262,78 manat pulun və ödənilmiş 235 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb, quraşdırılması, 100 nəfərlik bağçanın mebellərinin quraşdırılması, inzibati binanın mebellərinin quraşdırılması, bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi üçün 2021-ci il 28 aprel tarixli müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi olan 2021-ci il 28 aprel tarixli spesifikasiya № 01 və 02/05-ə uyğun olaraq siyahıda göstərilən bütün avadanlıqlar vaxtlıvaxtında keyfiyyətli şəkildə quraşdırlmışdır. İşlər görüldüyü zaman mətbəx mebellərinin rəflərinin artırılması barədə sifarişçi tərəfindən yenidən sifariş verilmiş və spesifikasiya 02/05 əlavə edilərək ümumi məbl əğdən əlavə olaraq 15.999,48 mana tda ödəməli olduğuna dair razılaşmışdırlar. Lakin sifarişçi tərəfindən ödənilməli olan məbləğ tam olaraq ödənilməmiş və hazırda borcu qalmışdır. Belə ki, 2021-ci il 18 may tarixində 20.000 manat, 20 may - 30.000 manat, 12 iyul - 10.000 manat, 12 avqust - 25.000 manat, 16 sentyabr - 35.085,20 manat, 13 oktyabr - 17.002,70 manat, 26 oktyabr - 2.902,90 manat, 29 dekabr - 29.858,40 manat və 2022-ci il 25 yanvar tarixində - 14.929,20 manat ödənilmişdir. Qurşadırılan və yerləşdirilən mebellərin ümumi dəyəri 214.541,70 manat, əlavə rəflərin quraşdırlmasına (spesifikasiya 02/05) 15.999,48 manat, ümumilikdə 230.541,18 manat təşkil etdiyi halda, bu günə kimi cəmi 184.778,40 manat ödəniş edilmiş, qalıq qalan 45.762,78 manat məbləği isə bu günə kimi ödənilməmişdir. Hə r dəfə müxtəlif bəhanələrlə, guya malları verdiyi şirkətdən, pulları tam olaraq ala bilmədiyi səbəbindən ona olan borcunu ödəyə bilmir, aldığı zaman isə tezliklə qalıq qalan məbləği ödəyəcəyinə yalandan vəd versə də, heç bir ödəniş edilməmişdir. Bundan başqa tərəflər arasında 2021-ci il 20 may tarixində “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkibi olan cədvəldə (spefisifikasiya № 01/07) adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvanda vaxtlı-vaxtında keyfiyyətli şəkildə yerləşdirilərək quraşdırılmışdır. Quraşdırı lmış mebellərin ümumi dəyərinin 8.725 manat məbləğinə razılaşdırılmasına baxmayaraq ona 2021-ci il 12 iyul tarixində 6.225 manat məbləğində ödəniş etmiş, qalıq qalan 2.500 manat məbləği isə yaxın günlərdə ödəyəcəyinə vəd versə də, bu günə kimi ödəniş olunmamış, cavabdehin ümumilikdə iddiaçıya 48.262,78 manat borcu qalmışdır.

16. Cavabdehin nümayəndəsi M.Məmmədov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızsdır. Belə ki, görülən işlərin pulu, yəni 225.384 manat ƏDV daxil olmaqla ödənilmişdir. İddiaçı işlərini tam başa çatdırmamışdır. Əgər tam olaraq təhvil vermişdirsə təhvil vermə barədə sənəd təqdim etməli idi. O, bəzi avadanlıqları başqa şirkətdən alaraq işi "xxxx" MMC-yə tam təhvil vermişdir. İddiaçı işləri tam təhvil vermədiyini bildiyindən məhkəmədə iddia qa ldırdıqdan sonra 2023-cü ilin mart ayında əlavə elektron qaimələr yükləmişdir.

17. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 24 may tarixli e-2-2(115)-348/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – K.Vəliyev).

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Müqavilələrin məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı müqavilə üzrə icraçı (podratçı), cavabdeh isə sifarişçi olmuşdur.

19. Məhkəmə qeyd etmişdir ki, mübahisənin vəziyyətindən məlum olunduğu kimi, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam icra etdiyini, cavabdeh isə bunun əksinə olaraq iddiaçı tərəfindən icranın qismən yerinə yetirildiyini, görülən iş həddində pul ödədiyini bildi rir. Belə olan vəziyyətdə iddiaçı müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsi barədə sübut təqdim etməlidir. İddiaçı sübut etməlidir ki, onun görmüş olduğu işlərin dəyəri cavabdehin ödəmiş olduğu puldan artıqdır.

20. Qanunvericilikdə və tərəflər arasında olan müqavilələrdə müəyyən edilmiş qaydalara görə icraçı (iddiaçı) sifariş olunmuş materialların, avadanlıqların vaxtında obyektə çatdırılmasını və təhvil verilməsini təmin etməli və yaxud təhvil almaq üçün sifarişçiyə müddət təklif etməlidir. Həmin müddət ərzində sifarişçi işləri qəbul etmədikdə icraçı işi təhvil vermiş sayılır. Sifarişçi qəbul edilən və ya podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilmədiyinə görə qəbul edilmiş sayılan işlərə görə muzd ödənilməlidir. İşlərin sifarişçi tərəfindən qəbul edilməsini və ya hazır olmu ş işin qəbul edilməsi barədə icraçının müddət müəyyən edən təklifinin sifarişçiyə çatdırılmasını, həmçinin işlərin podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

21. İddiaçının sübut kimi təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubundan göründüyü kimi (bax §13), müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən söz və ya ifadə mövcud deyildir.

22. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir.

23. Həmçinin, məhkəmə bildirmişdir ki, üç sayda elektron qaimə 2023-cü ilin fevral-mart aylarında tərtib edilərək göndərilmişdir ki, həmin elektron qaimə fakturalarda göstərilən borc məbləği iddia tələbində göstərilən borcu əhatə edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının tələbindən göründüyü kimi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaiməfakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir. Mövcud qaydalara əsasən icraçı (iddiaçı) işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli, işlər qəbul edildyi və pul ödənilmədiyi halda onu borcludan tələb etməli, pretenziya və mediasiya mərhələlərində mübahisə həll edilmədiyi vəziyyətdə son olaraq məhkəmədə iddia qaldırmalı olduğu halda, iddiaçı bu ardıcıllığın əksinə olaraq işlərin tam başa çatdırdığını bildirərək 48.262,78 manat borcla bağlı cavabdehə yazılı müraciət göndərmiş, sonra mediasiya təşkilatına müraciət etmiş, 2022-ci il 25 oktyabr tarixində mediasiya keçirilmişdir. İddiaçı 2023-cü il 8 fevral tarixdə məhkəmədə iddia qaldırdıqdan sonra işlərin görülməsi barədə elektron qaimələri tərtib edərək cavabdehə göndərmiş və bu qaimələri sübut kimi məhkəməyə təqdim etmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, elektron qaimələr müqavilə üzrə işlərin təhvil verilməsini təsdiq edən sübut kimi qiymətləndirilmir.

26. Məhkəmə bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bunda n sonra – “MM”) 385.1, 386.1, 389.1, 442, 425.1, 448.2, 752.1, 770-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1-ci, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 88, 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırm ışdır.

27. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(104)-197/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, idda qismən təmin olunmuş, cavabdehdən 45.762,78 manat məbləğində pul və ödənilmiş 228,50 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – R.Muradov və A.Hüseynzadə).

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında podrat münasibətləri yaranmış, iddiaçı ilə cavabdeh ar asında 2021-ci il 28 aprel tarixində müqavilə bağlanmış, icraçı (iddiaçı) cavabdehin sifarişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilli binaların 441 mənzilinin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılmasını öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqaviləyə əlavə edilmiş eyni tarixli 01 nömrəli və 02/05 nömrəli spesifikasiyalara əsasən avadanlıqların ümumi dəyəri 230.541,18 manat müəyyən edilmişdir. İşdə olan elektron qaimələrdən də göründüyü kimi iddiaçı tərəfindən spesifikasiyalarda qeyd olunan adları, miqdarları və dəyərləri göstərilən avadanlıqlar sonuncu tərəfindən müqavilədə nəzərdə tutulan qaydada quraşdırılmış, öhdəliyi tam şəkildə icra edilmiş dir. Ödəniş cədvəllərinə əsasən cavabdeh isə 230.541,18 manat ödəməli olduğu halda cəmi olaraq 184.778,40 manat ödəniş etmiş, ödənilməmiş 45.762,78 manat borcu qalmışdır.

30. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı MMC-nin direktoruna nağd şəkildə 20.000 manat ödənilməsi barədə əl yazısı ilə tərtib edilmiş 2021-ci il 14 aprel tarixli qəbzdən göründüyü kimi həmin ödəniş hazırkı müqavilə bağlanmazdan əvvəl verilmiş və həmin ödənişin bu müqaviləyə aidiyyəti olmamışdır.

31. Cavabdehin direktoru Mirdamət Məmmədov həqiqətən də iddiaçının tələb etdiyi məbləği ödəmədiyini göstərmiş, bunun səbəbini isə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan işləri tam şəkildə icra etməməsi ilə izah etmiş, həmin malların məhkəməyə təqdim etdiyi sənədlərin içərisində olan 2021-ci il 28 aprel tarixli 01 nömrəli spesifikasiyada işarələdiyini bildirmiş, həmçinin göstərilən natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirildiyini qeyd etmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmamış və bildirmişdir ki, əvvəla cavabdehin direktoru natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. İkincisi isə cavabdehin təklifinə əsasən məhkəmə iclasına şahid kimi çağırılaraq dindirilmiş X1 cavabdehin direktorunun qeyd etdiklərini təkzib etmişdir. İlk sifarişçi olan "xxxx" MMC tərəfindən verilmiş məktubda isə tərəflərindən sifariş edilmiş işlərin cavabdeh tərəfindən tam şəkildə icra edildiyi göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaç ının iddia və apellyasiya tələbində irəli sürdüyü dəlil bu hissədə əsaslıdır və təmin edilməlidir, yəni 2021-ci il 28 aprel tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 45.762,78 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Tərəflər arasında 2021-ci il 20 may tarixində bağlanmış müqaviləyə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin razılığa əsasən Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinin mebel və avadanlıqlarla təchiz edilməsi iddiaçıya tapşırılmış və həmin müqavilə üzrə malların ümumi dəyəri 8.725 manat təşkil etmişdir. Ödəniş cədvəlindən göründüyü kimi cavabdeh tərəfindən 6.225 manat iddiaçının bank hesabına köçürülmüşdür. Həmin müqavilə üzrə yerdə qalan 2.500 manat isə əl yazısı ilə tərtib edilmiş 2021-ci il 4 iyun tarixli qəbzə əsasən iddiaçının direktoru X3 (bundan sonra – “R.Aslanov”) nağd şəkildə verilmişdir. Qeyd olunan halı məhkəmə iclasında iddiaçının direktoru X4, onun nümayəndəsi və vəkili Vəkil1 (bundan sonra – “Vəkil1”) da təsdiq etmişlər. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin həmin hissədə təmin edilməli olmaması qənaətinə gəlmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 752.1, 753.1, 753.2, 755-ci və MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

35. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri

36. Azərbaycan Respublikası Nazirlər Kabimetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektron qaimə-fakturanın, tətbiqi uçotu və istifadəsi Qaydaları” (1 nömrəli əlavə) üzrə - Tərəflər arasında bağlanan müqavilələr üzrə görüləcək işlər cavabdehin "xxxx" MMC ilə müqavilə bağlayaraq üzərinə götürdüyü öhdəliyin tərkibinə daxil olan işlərin bir hissəsi olmuşdur. "xxxx" MMC ilə bağlanan müqavilə üzrə cavabdehin üzərinə götürdüyü tam olaraq yerinə yetirilmiş və 2021-ci il 27 aprel, 31 oktyabr, 4 noyabr tarixlərdə hər iki tərəfin razılığı ilə tərtib olunmuş təhvil-təslim aktları ilə qəbul olunaraq iş yekunlaşmışdır. İddiaçı ilə bağlanmış iki müqavilə üzrə görüləcək iş və xidmətin cəmi maddi dəyəri ƏDV nəzərə alınmaqla 260.504,71 manat təşkil etmişdir. X5 rəsmi saytında göstərildiyi kimi 2021ci il 28 aprel tarixindən ********** VÖEN qeydiyyat nömrəli iddiaçının cavabdehin şəxsi kabinet hesabına göndərdiyi e-qaimələrin cəmi, onların bizə göstərdiyi hissə-hissə xidmətə uyğun olaraq ƏDV də daxil olmaqla 225.384,02 manat təşkil etmişdir. İddiaçının göndərdiyi e-qaimələrə uyğun olaraq, cavabdeh Unibank və Beynəlxalq Bank vasitəsi ilə tam olaraq 225.384,02 manat məbləğində pul vəsaitini onların bank hesabına köçürmüşdür. Müqavilələr üzrə görüləsi 260.504,71 (ƏDV daxil) manat iş və xidmətin 35.120,69 manat məbləğində hissəsi iddiaçı tərəfindən görülməmiş qalmışdır. İş natamam olduğuna və tam şəkildə görülüb təhvil verilmədiyinə görə tərəflər arasında təhvil-təslim aktı tərtib olunmamışdır.

37. MM-in 442-ci maddəsi üzrə - Şirkətlər ar asında təhvil-təslim aktının olmaması öhdəliyin icra edilməməsi hesab olunmalıdır. Belə olan halda yerinə yetirilməmiş işə görə pul tələb edilməsi və bu tələbin Gəncə Apellyasiya Məhkəməsində təmin edilməsi, eləcə də məhkəmə dövründə göndərilmiş elektron qaimələrin sübut kimi qəbul edilməsi əsassız və qanunsuzdur.

38. MPM-in 77 və 88-ci maddələri üzrə - İddiaçı müqavilə üzrə öhdəliyini tam icra etdiyini iddia etsə də, cavabdeh öhdəliyin qismən icra edildiyini və görülən iş həddində pul ödəmişdir. Belə olan halda iddiaçı öhdəliyi tam icra etdiyinə dair sübutlar təqdim etməlidir. Beləliklə iddiaçı görmüş olduğu işlərin dəyərinin cavabdehin ödəmiş olduğu puldan artıq olmasını sübut etməlidir. İddiaçı tərəfdən belə sübut təqdim edilməsə də, iddia Gəncə Apellyasiya Məhkəməsində əsassız olaraq t əmin edilmişdir.

39. Həmçinin, Gəncə Kommersiya Məhkəməsində işə baxılarkən, məhkəmədə iddia qaldırıldıqdan sonra 2023-cü il 7 mart, 8 mart və 28 mart tarixlərində ardıcıl olaraq cavabdehin elektron vergi hesabına 29.785,3 manat, 15.999,48 manat və 2.500 manat üç ədəd elektron qaimələr göndərilmiş, elektron qaimələr məhkəmə dövründə göndərildiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq sübut kimi qəbul edilməmişdir. Apellyasiya məhkəməsinin isə həmin sübutları mötəbər sübut kimi qəbul etməsi MPM-nin 88ci maddəsinin tələbinin pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçının vəkili 2024-cü il 16 fevral tarixində ərizə ilə müraciət edərək müqavilə ilə nəzərdə tutulmuş mebbellərin hamısının iddiaçı tərəfindən quraşdırldığını və hər hansısa qüsurun olmamasını bildirmişdir. Bununla da müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən mebellərin hamısı tam şəkildə və qüsursuz olaraq quraşdırlması barədə iddiaçı tərəfindən "xxxx" MMC-yə (yəni sifariş əsasında mebllerin quraşdırldığı təşkilat) verilmiş sorğu əsasında alınmış cavab məktubunda öz əksini tapmışdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarılmış qətnaməsinin qüvvədə saxlanılması və cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

41. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, iddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin e dildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri)

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərək əti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi Halları istisna olmaqla, öhdəli инь əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlə r və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliy в məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymə t razılaşdırılmalıdır....” “Maddə

755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqnormalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 22(104)-197/2023 nömrəli qətnaməsi qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

46. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında 2021-ci il 28 aprel tarixində müqavilə bağlanmış, icraçı (iddiaçı) cavabdehin sifar işinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 576 mənzilli binaların 441 mənzilinin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin, inzibati binasının mebellərinin quraşdırılmasını öhdəsinə götürmüşdür.

47. İddia tələbini təmin edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, tərəflər arasında həmin müqaviləyə əlavə edilmiş eyni tarixli 01 nömrəli və 02/05 nömrəli spesifikasiyalara əsasən avadanlıqların ümumi dəyəri 230.541,18 manat müəyyən edilmiş, işdə olan elektron qaimələrdən də göründüyü kimi iddiaçı tərəfindən spesifikasiyalarda adları, miqdarları və dəyərləri göstərilən avadanlıqlar sonuncu tərəfindən müqavilədə nəzərdə tutulan qaydada quraşdırılmaqla, öhdəlik tam şəkildə icra edilmiş, ödəniş cədvəllərinə əsasən cavabdeh isə 230.541,18 manat ödəməli olduğu halda, cəmi 184.778,40 manat ödəniş etmiş, ödənilməmiş 45.762,78 manat borcu qalmış, cavabdehin direktoru Mirdamət Məmmədov həqiqətən də iddiaçının tələb etdiyi məbləği ödəmədiyinin səbəbini iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan işlərin tam şəkildə icra edilməməsi ilə izah etmiş, göstərilən natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirildiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.

48. Cavabdehin kassasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur ki, "xxxx" MMC ilə bağlanan müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklər tam olaraq yerinə yetirilmiş və 2021-ci il 27 aprel, 31 oktyabr, 4 noyabr tarixlərində hər iki tərəfin razılığı ilə tərtib olunmuş təhviltəslim aktları ilə qəbul olunara q iş yekunlaşmışdır. İddiaçı ilə bağlanmış iki müqavilə üzrə görüləcək iş və xidmətin cəmi dəyəri ƏDV nəzərə alınmaqla 260.504,71 manat təşkil etmiş, iddiaçının cavabdehin şəxsi kabinet hesabına göndərdiyi e-qaimələrin cəmi, göstərdiyi hissəhissə xidmətə uyğun olaraq ƏDV də daxil olmaqla 225.384,02 manat təşkil etmiş, həmin eqaimələrə uyğun olaraq, cavabdeh Unibank və Beynəlxalq Bank vasitəsi ilə tam olaraq 225.384,02 manat məbləğində pul vəsaitini onların bank hesabına köçürmüşdür. Müqavilələr üzrə görüləsi 260.504,71 (ƏDV daxil) manat iş və xidmətin 35.120,69 manat məbləğində hissəsi iddiaçı tərəfindən görülməmiş qalmış, iş natamam olduğuna və tam şəkildə görülüb təhvil verilmədiyinə görə tərəflər arasında təhvil-təslim aktı tərtib olunmamışdır.

49. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması, sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.

50. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 2023-cü ilin 8 mart, 9 mart və 31 mart tarixlərində 3 ədəd elektron qaiməni işlərin həqiqətən iddiaçı tərəfindən görülməsini təsdiq edən sübut kimi qəbul etməsi iddiaçı və cavabdeh arasında həmin elektron qaimələr üzrə işlərin təhvil-təsliminin və digər təsdiqedici sənədlərin olmaması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturalarının forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə riay ət edilmədiyi üçün əsaslı hesab edilə bilməz.

51. Belə ki, həmin qaydaların 3.7-ci bəndinə əsasən, elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt (3.7.1); əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində (3.7.2); işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaiməfakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində (3.7.3) təqdim edilməlidir.

52. İş materiallarına əsasən işlər iddiaçı tərəfindən 2021-ci il 4 noyabr tarixində təhvil verilmiş, sonuncu 3 qaimə isə artıq iddia ərizəsi 2022-ci il 9 fevral tarixində Gəncə Kommersiya Məhkəməsinin icraatına qəbul ediləndən də sonra 8-31 mart tarixləri aralığında, bir il 4 aydan sonra tərtib edilmişdir.

53. İddiaçının, tərəflərindən işlərin tam həcmdə görüldüyünü təsdiq etmək üçün təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubunda müqavilə üzrə öhdəliklərin məhz iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən konkret məlumat və işdə bu halı təsdiq edən digər sübutlar olmadığı halda, apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi meyarlarını nəzərdə tutan MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, bu işlərin tam formada iddiaçı tərəfindən icra edildiyi nəticəsinə gəlmişdir. Halbuki həmin məktubda bu işlərin cavabdeh tərəfindən tam şəkildə icra edildiyi bildirilmişdir.

54. Məhkəmə bir daha qeyd edir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fa kturaları malların məxaricini bildirən ilkin uçot sənədləri olmaqla, Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” “Qaydaları”nın tələblərinə əsasən isə icraçı (iddiaçı) işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli idi.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, elektron qaimələr digər sübutlar olmadığı halda, müqavilə üzrə işlərin görülməsini və təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında qeyd edilmişdir ki, “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarl a əlaqəli şəkildə qiymətləndirilməlidir.”

58. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura verir (maddə 71-1.1.3).

59. Beləliklə, istər Nazirlər Kabinetinin istinad olunan qərarı, istərsə də vergi qanunvericiliyi ilə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində vergi ödəyicisi bu barədə fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs olaraq onlara elektron qaimə-faktura verməlidir. İş materialları ndan da göründüyü kimi iddiaçı qanunvericiliyin istinad olunan normalarına uyğun davranmamış, gördüyü, təhvil verdiyi işlərə görə vaxtında - 5 gün müddətində elektron qaimə-faktura verməmiş, apellyasiya məhkəməsi isə iddiaçının bu davranışına ehtiyatla yanaşmalı olduğu halda, iddianı qismən təmin edərkən məhz həmin elektron qaimələrə istinad etməklə, həmçinin qeyd edilən normaların tələblərini də pozmuşdur.

60. İddiaçı isə elektron qaimə fakturaların niyə vaxtında deyil, işlər təhvil verildikdən bir il 4 ay sonra, iş artıq Gəncə Kommersiya Məhkəməsinin icraatında olarkən tərtib və təqdim edilməsi səbəblərini ağlabatan formada izah edə bilməmişdir.

61. Tərəflər arasında bağlanmış 2021-ci il 28 aprel tarixli müqavilənin 3-cü bəndində cavabdehin iddiaçıya avans olaraq 30 faiz ödəməli olduğu razılaşdırılmışdır.

62. Cavabdehin izahatına əsasən sonuncu tərəfindən iddiaçı MMC-nin direktoruna müqavilə bağlanmamışdan əvvəl 20.000 manat pulu nağd qaydada vermiş, buna dair 2021-ci il 14 aprel tarixli əlyazması ilə qəbz tərtib edilmişdir, iddiaçı tərəfindən bu hal təkzib edilməsə də, məhkəmə kollegiyası zəruri və hərtərəfli araşdırma aparmadan həmin ödənişin bu müqaviləyə aidiyyəti olmadığını qeyd etməklə kifayətlənmişdir. İş materiallarında tərəflər arasında digər müqavilələr olmadığı üçün həmin əlyazmanın hazırkı müqaviləyə aidiyyətinin olub-olmaması, müqavilənin 3-cü bəndinə əsasən ödənilən avans məbləği, yaxud digər ödəniş olduğu, müqavilə bağlanmazdan əvvəl verilməsinin səbəbləri müəyyən edilməmiş, bu ödənişin hansı məqsədlə edildiyinə aydınlıq gətirilməmişdir.

63. İddiaçı müqav ilə üzrə ona 230.541.18 manat ödənilməli olduğu halda, cavabdehin ona yalnız 184.778,40 manat ödəniş etdiyini, 45.762,78 manat borclu qaldığını bildirir, cavabdeh isə vaxtaşırı göndərilmiş elektron qaimələrə əsasən Unibank və Beynəlxalq Bank vasitəsi ilə 225.384,02 manat pul vəsaitini iddiaçının bank hesabına köçürdüyünü bildirmişdir. Tərəflərin göstərdikləri məbləğlər arasında böyük fərqlər olsa da, bu məsələ də məhkəmə araşdırmalarından kənarda qalmış, apellyasiya məhkəməsi iddiaçının hesablamasına əsasən cavabdehin ona 45.762, 78 manat məbləğində borclu olduğunu müəyyən etmiş, cavabdehin apardığı ödənişlərlə bağlı dəlillərini isə hər hansı konkret sübutla təkzib etməmişdir. Yeni apellyasiya baxışı zamanı bu məsələ də hərtərəfli məhkəmə araşdırmasının predmeti olmalıdır. 64. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı). 65. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-c ı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

66. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldıqdan sonra tərtib edilmiş elektron qaimə fakturalara istinad edilən maddi hüquq normalarının, MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qi ymət verilməli, bilavasitə iddiaçı ilə cavabdeh arasında işlərin təhvil təsliminə dair müvafiq sənədləşmənin olub-olmaması, iddiaçının direktoruna nağd şəkildə 20.000 manat ödənilməsi barədə əllə yazılmış qeydin hazırda mübahisəsi gedən müqavilənin 3-cü bəndinə əsasən ödənilən avans məbləği, yaxud digər ödəniş olduğu, həmçinin cavabdeh tərəfindən Unibank və Beynəlxalq Bank vasitəsi ilə iddiaçının bank hesablarına apardığı ödənişlərin məbləğləri dəqiq müəyyən edilməlidir.

67. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə hərtərəfli məhkəmə araşdırması aparılması və sübutların yenidən qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırda şikayəti n tam təmin edilməsini mümkün hesab etmir.

68. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(104)-197/2023 nömrəli qətnaməsi qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir.

69. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İstehsalat Ticarət Firmasının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 se ntyabr tarixli 2-2(104)-197/2023 nömrəli qətnaməsi qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar