Məhkəmə qərarları › İş №2-2(102)-118/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-118/2019

27.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-118/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-118/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: 27.03.2019 Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil oğlunun iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-460/2018 saylı qətnaməsindən İddiaçı və onun vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Birliyin müqavilə əsasında cavabdehin 170 mənzilli yaşayış binasının qazanxanasını təbii qazla təchiz etdiyini, istifadə olunan təbii qazın həcminin müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edildiyini, istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə cavabdehin müqavilədə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəmədiyini, nəticədə Birliyə xxx 2018-ci il tarixinə 18746,20 manat məbləğində borcun yarandığını, Birlik tərəfindən xxx 2017-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olu nmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir cavab verilmədiyini bildirərək, istifadə olunmuş təbii qaza görə yaranmış 18746,20 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)494/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən istifadə olunmuş təbii qaza görə yaranmış 7880 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilmiş, qalan hissədə iddia təmin edilməmişdir (hakim – İ.B.Əhmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-460/2018 saylı qətnaməsi ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayət i təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, yaşayış binasında G-100 Smart markalı, 80092202 saylı qaz sayğacı quraşdırılaraq iddiaçının istifadəsinə veri lmiş, istifadə olunmuş təbii qaza görə hər ay istehlakçıya hesab fakturalar göndərilmiş, istehlak olunan təbii qazın dəyərinin ödənilməsi tələb edilmiş, lakin istehlakçı istifadə etdiyi qazın dəyərini tam ödəməmiş, nəticədə qeyd olunan borc yaranmış, cavabdeh istifadə etdiyi qazın pulunu tam ödəmədiyinin səbəbini sayğacın düzgün işləməməsi, eləcə də təbii fəlakət nəticəsində sayğacın yararsız hala düşməsi ilə izah etmiş, sayğac tam yararsız halda olduğu üçün qaz sayğacının dövlət yoxlamasından keçirilməsi mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77 və 106-cı maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şi kayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh MTK-ninməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-460/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xxx 2017-ci il tarixli, ***-**-** nömrəli müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin edir, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir, iddiaçı tərəfindən cavabdehə xxx 201 7-ci il tarixli “Debitor borcun ödənilməsi tələbi” barədə pretenziya məktubu göndərilmiş, abonent saldosuna görə cavabdeh iddiaçıya 2016-cı il üçün 0 manat, 2017-ci il üçün 9185 manat, 2018-ci ilin xxx ayları üçün 7426 manat ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya xxx 2017-ci il tarixli ərizə ünvanlanaraq qazanxananın qaz sayğacının düzgün işləmədiyi, üç gün sonra sayğacın mexaniki hissəsi ilə elektron hissəsinin göstəriciləri müqayisə edilərkən elektron hissənin mexaniki hissədən 2 qat artıq yazdığı müəyyən edilmiş, bu barədə Yasamal rayon qaz idarəsini və iddiaçını xəbərdar etmiş və mexaniki sayğaca görə ödəniş etmişlər, sayğacın elektron hissəsinə baxış keçirilib düzəldilməsi xahiş edilmiş, iddiaçı tərəfindən tərtib edilən SS-29/1640-3020-1 nömrəli akta görə dövlət yoxlamasına apa rılmış cavabdehə məxsus 170 mənzilli yaşayış binasının qazanxanasının qaz xətti üzərində quraşdırılmış G100 markalı, 80092202 nömrəli, turbin tipli “X1” qaz sayğacı xxx 2017-ci il tarixində xətdən çıxarılmış xxx 2017-ci il tarixində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilərkən müəyyən edilmişdir ki, mexaniki hissənin plastmas qapağı, hesablayıcı mexanizm və hesablayıcı mexanizmin dişli çarxları kənar təsir nəticəsində sınaraq tam yararsız hala düşmüş, mexaniki göstəricisini oxumaq mümkün olmamış, impuls ötürücüsün qulaqcıqları öz yuvasından aralı vəziyyətdədir, təzyiq borusu yoxlanılmış, sızma yoxdur, xxx 2018-ci il tarixində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sa yğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilərkən müəyyən edilmişdir ki, batareyanın istehsal tarixi 2015-ci ildir, impuls ötürücüsünün nasazlığı səbəbindən göstərici V mexaniki göstəricidən 2556 m3 azdır, təzyiq borusu yoxlanılmış, sızma yoxdur, temperatur və təzyiq çeviriciləri normaldır, impuls ötürücüsü öz yuvasına yapışqanla bərkidilmiş, 08 yanvar 2018-ci il tarixdə G 100 80092202 nömrəli sayğaca baxış keçirilən zaman G-100 üçün hesablamanın, hesablama mexanizminin üst qapağının, impuls ötürücüsünün qırıq olması müəyyən edilmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, xxx 2017-ci il tarixli, 224 nömrəli, xxx 2018-ci il tarixli, 113 nömrəli, xxx 2018-ci il tarixli, 331 nömrəli, xxx 2017-ci il tarixli, 332 nömrəli, xxx 2017-ci il tarixli, 333 nömrəli, xxx 2017-ci il tarixli, 329 nömrəli hesab-fakturalara əsasən cavabdehin iddiaçıya müvafiq olaraq borcu xxx 2017-ci il tarixə 13 099,60 manat, xxx2017-ci il tarixə 16 586,40 manat, xxx2018-ci il tarixə 19 185,80 manat, xxx2018-ci il tarixə 20 066,20 manat, xxx2017-ci il tarixə 4 274,40 manat, 31.03.2017-ci il tarixə 13 705 manat, xxx2017ci il tarixə 13426,40 manat təşkil etmiş, həmçinin xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2018-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, xxx 2017-ci il, 11 mart 2017-c i il, xxx 2017-ci il, xxx 2017-ci il tarixli ödəmə bildirişlərinə əsasən müvafiq olaraq 400, 426, 2000, 500, 700, 1000, 500, 1000, 1000, 1000, 1000, 1000, 1000, 1500, 1000, 1000, 100, 840, 1000, 900, 145, 400, 300, 400, 300, 300, 500, 500, 300, 500, 950, 1550 manat ödəniş edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, 31.01.2017-ci il tarixinə qaz sərfiyyatı aşağıdakı qaydada aparılmışdır: elektron sayğac üzrə 21427 kub x 0,20 qəp = 4285 manat, mexaniki: 9359 kub x 0,20 = 1871 manat ödənilmiş, fərq: 12068 kub x 0,20 qəp. = 2413 manat (4285 manat -1871 manat=2413 manat əlavə hesablanmış, 28.02.2017-ci ilin qaz sərfiyyatının hesablanması: elektron sayğac üzrə son göstərici 76687 kub - 21427 kub (keçən ay) = 55260 kub x 0,20 qəp = 11052 manat; mexanik i: 31019 kub - 9359 kub = 21660 kub x 0,20 = 4332 manat ödənilmiş; 11052 manat - 4332 manat = 6720 manat əlavə hesablanmış, 31.03.2017-ci ilin qaz sərfiyyatının hesablanması: elektron son göstərici: 94580 kub - 76687 kub keçən ay üçün=17893 kub x 0,20 = 3579 manat, mexaniki sayğac:40244 kub - 31019 kub = 9225 kub x 0,20 qəp = 1845 manat, 3579 manat-1845 manat = 1733 manat əlavə hesablanmış, beləliklə, 10866 manat (2413+6720+1733) cavabdehə əlavə qaz sərfiyyatı hesablanmış, iddiaçı şikayətində qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnərək yararsız hala düşdüyünü və sayğacın dövlət yoxlamasından keçirilməsinin mümkün olmadığını qeyd etsə də, sayğacın yararsız hala düşməsi cavabdehin təqsiri ucbatından baş verməmiş, sayğac qonşu binadan taxta parçası düşməsi nəticəsində zədələnmiş və “xxxx” MTK dəymiş ziyanı ödəmiş, həmçinin sayğac quraşdırıldıqdan sonra sayğacın səhv işləməsi cavabdeh tərəfindən müəyyən edilmiş və iddiaçıya bu barədə məlumat verilsə də, müraciətdən xeyli müddət keçdikdən sonra iddiaçı tərəfindən sayğac yoxlamaya aparılmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na əsasən (bundan sonra - Qaydalar) məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (4.2.).İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pxxxxortlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.9.). İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh sənaye qaz qurğularından istifadə edən istehlakçı kimi hüquqi şəx s olaraq həmin qaz qurğularının işlək vəziyyətdə saxlamaq vəzifəsi daşımasına baxmayaraq müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Şikayətin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sayğacın yararsız hala düşməsi iş materiallarına əsasən bilavasitə, cavabdehin təqsirindən deyil, “xxxx” MTK-ya məxsus binadan taxta parçası düşməsi nəticəsində baş vermiş və cavabdeh iddiaçıdan İddiaçı İB-nin vəsaiti hesabına sayğacın dəyişdirilməsini deyil, nasazlığın aradan qaldırılmasını xahiş etmiş, iddiaçı isə sayğacın mexaniki hissəsi ilə elektron hissəsi arasında olan, sərfiyyatın hesablanmasındakı səhvin aradan qaldırılması üzrə uzun müddət tədbir görməmiş, bu isə öz növbəsində cavabdeh üçün faktiki istehlak etmədiyi halda qaza görə əlavə ödənişlər etmək öhdəliyi yaratm ışdır. İşə baxmış məhkəmələr də işin həmin hallarını nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər. Bu nəticə isə öz növbəsində işdəki mövcud sübutlarla tam təsdiq edildiyindən, cavabdehin məhz faktiki istifadə etdiyi təbii qazın dəyərini ödəmək öhdəliyi daşıdığını nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin, işə baxılarkən MM-nin 442-ci, MPM-nin isə 76, 77 və 106-cı maddələrinin pozulması barədə dəlillərinə tənqidi yanaşır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 10866 manat cavabdehə əlavə qaz sərfiyyatının hesablandığını, iddiaçı şikayətində qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnərək yararsız hala düşdüyünü və sayğacın dövlət yoxlamasından keçirilməsinin mümkün olmadığını qeyd etsə də, sayğacın yararsız hala düşməsinin cavabdehin təqsiri ucbatından baş vermədiyini, sayğacın qonşu binadan taxta parçası düşməsi nəticəsində zədələndiyini və “xxxx” MTK-nın bununla əlaqədar dəymiş ziyanı ödədiyini, həmçinin sayğac quraşdırıldıqdan sonra sayğacın səhv işləməsi cavabdeh tərəfindən müəyyən edilərək, iddiaçıya bu barədə məlumat verilsə də, müraciətdən xeyli müddət keçdikdən sonra iddiaçı tərəfindən sayğacın yoxlamaya aparıldığını, mövcud nasazlığın aradan qaldırılması üçün uzun müddət tədbir görülmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-460/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-460/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar